Məhkəmə qərarları › İş №e-2(006)-188/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-188/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-188/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh6, X12, Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh8 və X13 qarşı “daşınmaz əmlakın əvəzsizləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 avqust 2022-ci il tarixdə - iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh6, X12, Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh8 və X20rşı “daşınmaz əmlakın əvəzsizləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh14, X2, Cavabdeh13, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4, Cavabdeh11, X14, X16, X15, X3, X1, X8, X5, X6, Cavabdeh6 İkram oğlunun, X9, X10, X17, X11, X18 və Cavabdeh8 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh6, Cavabdeh14, X37 Əlioğlunun, Cavabdeh13, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4, Cavabdeh11, X14, X16, X15, X3, X1, X8, X5, X6, Cavabdeh6 İkram oğlunun, X9, X10, X17, X11, X18 və Cavabdeh8 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, evlərin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 61 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh6 mülkiyyətinə verilməsi; Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh6 həray 400 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh14 mülkiyyətinə verilməsi; Yeni çox mərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh14 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin X2 mülkiyyətinə verilməsi; Yeni çox mərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X4 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın X2 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı "xxxx" MMC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçı "xxxx" MMC-nin direktoru X22 ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh6, Cavabdeh14, X2, Cavabdeh13, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4! Cavabdeh11, X14, X16, X15, X3, X1, X8, X5, X6, Cavabdeh6 İkram oğlunun, X9, X10, X17, X11, X18 və Cavabdeh8 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh6, Cavabdeh14, X2, Cavabdeh13, Cavabdeh9, Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4! Cavabdeh11, X14, X16, X15, X3, X1, X8, X5, X6, Cavabdeh6 İkram oğlunun, X9, X10, X17, X11, X18 və Cavabdeh8 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, evlərin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 61 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh6 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh6 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh14 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "Pilot- 16 MMC tərəfindən Cavabdeh14 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 4 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin X2 mülkiyyətinə verilməsi; Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən X4 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın X2 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini iş materialları ilə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin direktoru X22 tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli, ********* saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh6, X12, Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh8 və X13 qarşı “daşınmaz əmlakın əvəzsizləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli, ********* saylı qəbz üzrə) dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar