Məhkəmə qərarları › İş №e-2(006)-1894/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1894/2024

27.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1894/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələblərinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "pul vəsaitinin ödənilməsi və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 53 (26,20 kv.m.) nömrəli mənzilin və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsinin ¼ hissəsinin mülkiyyətçisidir. Bununla əlaqədar, bütün zəruri sənədlər iddia ərizəsinə əlavə edilir. Qeyd edilən daşınmaz əmlaklarla bağlı İddiaçı ilə Cavabdeh MMC arasında iki icarə müqaviləsi bağlanılmışdır. Birinci icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, həmin müqaviləyə əsasən yuxarıda göstərilən daşınmaz əmlakların icarəsinə görə iddiaçıya xx.xx.2022-ci ildən etibarən hər ay 700 (yeddi yüz) manat, 6 ay üçün 4200 (dörd min iki yüz) manat məbləğində pul ödənilmişdir. İkinci icarə müqaviləsi isə, xx.xx.2023-cü il tarixdə bağlanılmış və həmin icarə müqaviləsinə əsasən, iddiaçıya hər ay 800 (səkkiz yüz) manat olmaqla,cəmi 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilmişdir. İcarə müddəti dövründə iddiaçıya heç bir məlumat verilmədən, Cavabdeh MMC daşınmaz əmlakların digər mülkiyyətçiləri ilə gizli olaraq yenişərtlərlə yeni müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən 53 (26,20 kv.m.) nömrəli mənzilə və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsinə görə hər ay üçün 4000 manat olmaqla icarə haqqı müəyyən etmişdir. Cavabdeh MMC, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilələrdən xəbərsiz olan İddiaçı aldadaraq, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər əsassız olaraq ona daha az məbləğdə, yəni 700 (yeddi yüz) manat məbləğində pul ödəməkdə davam etmişdir. Əslində isə, cavabdeh digər mülkiyyətçilərlə bağladığı yeni müqavilələrin şərtlərinə görə hər ay üçün 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul ödəməli idi. Bununla da, iddiaçıya hər ay üçün 464 (dörd yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, İddiaçı hər ay 800 (səkiz yüz) manat, ümumilikdə 6 ay ərzində 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilsə də, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilə şərtlərinə görə iddiaçıya hər ay üçün 364 (üç yüzaltmış dörd) manat olmaqla, ümumilikdə 2184 manat icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər İddiaçı cəmi 4968 (dörd min doqquz yüzaltmış səkkiz) manat icarə haqqı ödənilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar, iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. İddiaçı icarə müqaviləsinin ləğvi (icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ildə başa çatmışdır) və mülkiyyətdə olan əmlakın boşaldılaraq, ona təhvil verilməsinə dair dəfələrlə cavabdehə müraciətlər Dövlət rüsumunun ödənilməsi haqqında məlumat etməsinə baxmayaraq, cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, hazıra qədər tərəflər arasında icarə müqaviləsi olmadan, qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edərək faydalanır. Bunula da, cavabdeh tərəfindən iddiaçıya maddi zərər yetirilir. İddiaçı həmin əmlakları icarəyə verəcəyi təqdirdə hər ay ən az 1164 (bir min yüz altmış dörd) manat məbləğində qazanc əldə edə bilərdi. Buna baxmayaraq, Cavabdeh MMC iddiaçıya məxsus əmlaklardan çıxmamaqla və həmin əmlaklarda qanunsuz və əsassız istifadə etməklə, sonuncunu bu imkandan məhrum etmişdir. Eyni zamanda, onu da qeyd edilər ki, mübahisə predmeti olan daşınmaz əmlaklar yerli əhəmiyyətli tarixi abidələr sarısına daxildir. İddiaçı tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tarixi abidə olan daşınmaz əmlaklarda qanunsuz olaraq, tikinti, söküntü, yenidən qurma və yenidən planlaşdırma işləri aparmaqla, orada qanunsuz olaraq istilik sistemi quraşdırmışdır. (Sübut kimi foto və video görüntülər təqdim edilir.) Bu barədə iddiaçı dəfələrlə Cavabdeh MMC-yə şifahi və yazılı bildirişlər göndərərək, istilik sisteminin sökülməsini və sökülən sahənin bərpasını tələb etmişdir. Cavabdeh isə iddiaçının müraciətlərinə hazıra qədər heç bir əhəmiyyət vermir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə ünvan 3 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 3 ünvanında yeləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzil əvvəlki vəziyyətinə getirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi (2891 inventar nömrəli) tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüşdür. ‘Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Qanunun 19-cu maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq, dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) (Mədəniyyət Nazirliyi) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Qanunun 25-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası ilə bağlı işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın (AMEA) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Mədəniyyət Nazirliyi) tərəfindən təsdiq edildikdən sonra aparılır. İş materiallarından göründüyü kimi ünvan 3 ünvanında yerləşən binanın 53 nömrəli mənzilində Cavabdeh MMC tərəfindən istilik sistemi quraşdırılmış və bununla əlaqədar olaraq müvafiq işlərin aparılmasına dair razılığın alınması məqsədilə Qanuna əsasən aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə hər hansı müraciət etməmişdir. Eyni zamanda bildirirlər ki, həmin mənzilin mülkiyyətçiləri ilə icarə müqaviləsi də Qanununun tələbi pozulmaqla bağlanmışdır. Belə ki, qeyd olunan mənzilin mülkiyyətçiləri ilə “Dynamex Express" MMC arasında icarə müqavilələri bağlanarkən Mədəniyyət Nazirliyi ilə razılaşdırılmamışdır. Daha sonra İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızı ərizə ilə məhkəməyə müraciət edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dört min doqquz yüz altmış səkkiz) manat, həmcinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dört) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 27 noyabr 2021-ci il tarixdə Cavabdeh MMC ilə onun arasında, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 5 ünvanında yerləşən 53 nömrəli mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəni və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı 2-i müqavilə bağlanmışdır. Birinci müqaviləyə əsasən ümümi icarə obyektinin, yəni, 53 saylı mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəninin aylıq icarə haqqı 900 manat (doqquz yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun bölünmüş və ona ödəniləsi olan məbləğ 225 (iki yüz iyirmi beş) manat təşkil etmişdir. İkinci müqaviləyə əsasən yuxarıda göstərilən ünvanın 4-cü mərtəbəsində yerləşən 395 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı ümümi icarə obyektinin aylıq icarə haqqı 1500 manat (min beş yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrə uyğun olaraq bölünmüş və ona ödəniləsi olan məbləğ 375 (üç yüz yetmiş beş) manat təşkil etmişdir. Cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat təşkil etməklə, qabaqcadan, hər 6 aydan bir, ayın 1-də icarəyə verənə odənilməsi nəzərdə tutularaq icarə müddəti 1 dekabr 2021-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. İcarə müddətinin bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılması şərti ilə. 4 dekabr 2021-ci il tarixdə hər iki müqavilə üzrə icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2021-xx.xx.2022), cəmi 3600 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1350 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Müqavilə bağlanmamışdan əvvəl, qarşı tərəflə apardıqları hesablamalara əsasən müəyyən etmiş və razılığa gəlmişlər ki, ona ödənilən aylıq icarə haqqı cəmi 700 manat təşkil etməlidir. Lakin razılaşmaya baxmayaraq Yusif Quliyev həmin məbləğin ona verilməsinə etiraz etmiş və həmin məbləği ödəməyə icazə vermədiyini bildirmişdir. Bu səbəbdən o güzəştə gedərək, icarəçi ilə razılığa gəlmişdi ki, ilk 6 ayın aylıq ödənişi 600 manatdan hesablansın, sonradan isə aylıq ödəniş ona 700 manatdan ödənilsin. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinin dəyişilməsinə dair onunla icarəçi arasında əlavə razılaşma bağlandı və aylıq icarə haqqı 900 (doqquz yüz) manat olmaqla icarə haqqı icarəyə verən tərəflər arasında bölünərək ona ödəniləsi məbləğ 225 manat deyil 325 (üç yüz iyirmi beş) manat təşkil etdi. Razılaşmaya əsasən cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat deyil, 700 manat təşkil etməklə xx.xx.2022-ci il tarixli, icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2022—xx.xx.2022), cəmi 4200 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1950 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Növbəti, 6 aylıq (xx.xx.2022-xx.xx.2023) icarə haqqı, 4200 manat vəsaiti, xx.xx.2022-ci il tarixdə, vahid qəbzlə təhvil almışdı. xx.xx.2021-ci il tarixli müqavilənin 5.1ci bəndində göstərilmişdir ki, “icarə müddətinin 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılmış hesab edilir”. Bu bənddə göstərilənlərə baxmayaraq, ondan xəbərsiz, xx.xx.2022-ci il tarixdə, digər icarəyə verənlər və icarəçi arasında, hər iki müqavilə üzrə 6 aylıq icarə haqqı cəmi əvvəl olduğu kimi 2400 (iki min dört yüz) manat deyil, 4000 (dört min) manat göstərilərək yeni müqavilə bağlanmışdır. Diqqətə çatdırır ki, digər icarəyə verənlərlə icarəçi arasında bağlanan gizli müqavilə xx.xx.2022-ci il tarixdə, yəni onun xx.xx.2022-ci il tarixdə, köhnə müqaviləyə əsasən, qəbzlə 6 aylıq 4200 manat ödəniş aldığından 11 gün əvvəl bağlanmışdır. Baxmayaraq ki, yeni müqaviləyə əsasən ona ödəniləsi aylıq icarə haqqı əvvəlki müqaviləyə əsasən 700 (yeddi yüz) manat deyil, 1164 (bir min yüz altmış dört) manat təşkil etməlidir. Belə ki, ilkin müqaviləyə əsasən aylıq ümumi icarə haqqı 2400 manat təşkil edir, ona ödəniləsi 700 manat ayliq məbləğ isə həmin məbləğin 29.1% təşkil edir. Müvafiq olaraq yeni, gizli bağlanmış müqaviləyə əsasən, aylıq ümumi icarə haqqı 4000 (dört min) manat olduğundan ona ödəniləsi ayliq məbləğ, həmin məbləğin 29.1% təşkil etməklə 1164 (bir min yüz altmış dört) manat vəsait edir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq icarə haqqı 4200 manat deyil (aylıq 700 manat), 6984 (altı min doqquz yüz səksən dört) manat (aylıq 1164 manat) təşkil etməlidir. Bu səbəbdəndə, aldanma nəticəsində mənə ödənilməyən, fərq təşkil edən məbləğ 2784 (iki min yeddi yüz səksən dört) manat vəsait mənə ödənilməlidir. Bütün baş verənlərdən mənim xəbərim olmadan, xx.xx.2023-cü il tarixdə yenidən icarə haqqının ödəmə vaxtı yaxınlaşanda ona aylıq icarə haqqını 800 (səkkiz yüz) manat verəcəklərini bildirdilər və xx.xx.2023-cü il tarixdə qəbzlə ona ümumi icarə obyektinə görə 4800 manat pul vəsait təhvil verdilər, onunla yeni icarə müqaviləsi bağlamağa isə imtina etdilər. Dəfələrlə icarəçiyə müraciət etməyinə baxmayaraq, onlar icarə müqaviləsi bağlamaqdan yayındılar. İcarəçidən digər mülkiyyətçilərlə müqavilə bağlayıb-bağlamamaqlarını dəfələrlə, təqidlə soruşub, tələb etdikdən sonra, məcbur olub digər icarayə verənlərlə, məndən gizli bağladıqları müqavilə ilə tanış etdilər. Digər mülkiyyətçilərlə gizli bağladıqları müqavilə barədə öyrəndikdən sonra o icarəçidən onunla da həmin məbləğdə müqavilə bağlamaqlarını tələb etmişdi. Lakin, imtina cavabı aldı, nəinki həmin məbləğdə, onunla heç bir müqavilə bağlamayacaqlarını bildirdilər. Bu hadisələr 1 ay davam etdi. İyul ayının əvvəlində o icarəçiyə müraciət edərək, onların əmlakımı boşaltmalarını və ona ödədikləri ödənişi geri qaytaracağını bildirib, onlara çıxmaları üçün vaxt vermişdi. Lakin 14 iyul 2023-cü il tarixdə mənzilinə gələndə ona qapını açmayaraq, mənzilinə buraxmadılar. Mübahisələri polisdə araşdırılmağa başladıqdan sonra, xx.xx.2023-cü il tarixdə onunla köhnə tarixlə, xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdılar. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icarəçi Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqavini uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdi. Lakin icarəçi onun bildirişlərimə məhəl qoymamışdı, şifahi olaraq onun əmlakından xx.xx.2023-cü il tarixdə çıxmayacağlarını bildirmişdilər. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, icarəçi Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona hər ay 1164 (bir min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dörd) manat ödəmək əvəzinə hər ay 700 (yeddi yüz) manat ödəməklə, cəmi 6 aya 4200 (dört min iki yüz) manat ödəmişlər. Belə ki, sonradan müəyyən edilmişdir ki, digər mülkiyyətçilər icarəçi ilə gizli, müqavilə bağlayarkən, icarə obyektlərini cəmi 2400 (iki min dört yüz) manata deyil, 4000 (dört min) manata icarəyə vermişlər və məbləğ fəqi 2784 (iki min yeddi yüz səksən dört) manat təşkil edir. Beləliklə Cavabdeh MMC mənə bu müddət üzrə 2784 (iki min yeddi yüz səksən dört) manat ödəməli olur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə, ona hər ay 1164 (bi min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dört) manat ödəmək əvəzinə hər ay 800 (səkkiz yüz) manat ödəməklə, cəmi 6 aya 4800 (dört min səkkiz yüz) manat ödəmişlər və məbləğ fərqi 2184 (iki min yüz səksən dört) manat təşkil edir. Beləliklə, bu müddət üzrə isə icarəçi Cavabdeh MMC ona 2184 (iki min bir yüz səksən dört) manat ödəməli olur. xx.xx.2023-cü il tarixdən əmlakı icarəçi tərəfindən boşaldılıb ona təhvil verən günə kimi isə, icarə haqqı hər ay üçün 1164 (bir min yüz altmış dört) manatdan hesablamaqla ona ödənilməlidir. Belə ki, bu tarixdən icarəçi ilə arasında heç bir müqavilə bağlanmamış, icarəçiyə əmlaklarından çıxması barədə dəfələrlə rəsmi bildiriş göndərilmiş və icarəçi Cavabdeh MMC onun əmlakından bu müddət ərzində faydalanmışdır. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəflərin iddia ərizələrinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən mənzilin və qeyri-yaşayış sahəsinin % hissəsinin ona məxsus olmasına istinad edərək hazırki iddianı məhkəməyə vermişdir. Halbuki, sözügedən əmlakların % hissəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Belə ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilin % hissəsinin mülkiyyətçisi olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sənəd iş materillarına əlavə etməmişdir. İş materiallarına əlavə edilmiş MH 167311 seriya nömrəli qeydiyyat vəsiqəsi ünvan 3 ünvanında yerləşən 60 nömrəli mənzilə aiddir və bu qeydiyyat vəqisəsi X2 verilmişdir. Daha sonra İddiaçı ünvan 3 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsinin də % hissəsinin mülkiyyətçisi olduğunu qeyd etmişdir. O, bu barədə iş materiallarına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(005)-1003/2006 saylı qətnaməsini əlavə etmişdir. Lakin həmin qətnamədən görünür ki, bu qətnamə ilə X1 mülkiyyət hüququ tanınan əmlak ünvan 3 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən sahəsi 587.7 kv.m (əsas sahə 573.7 kv.m, köməkçi sahə 14 kv.m) olmuşdur. Digər tərəfdən sözügedən qətnamə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Ona görə ki, həmin qətnamə əsasında sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında vərəsəlik şəhadətnaməsi, çıxarış və texniki pasport göstərilsə də, elektron məhkəmə informasiya sisteminə həmin sənədlər əlavə olunmamışdır. Yəni sözügedən əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi, çıxarış və texniki pasport da mövcud deyil. İddiaçının iş materiallarına əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı da hələ sözügedən əmlaklarla bağlı iddiaçının hüquqlarını təsdiq edən sübut deyil. Ona görə ki, məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, həmin iş üzrə məhkəmə prosesləri yekunlaşmamışdır. Yəni hazırda qanuni qüvvəsini almış hər hansı qərar mövcud deyil. Daha sonra iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri 38 saylı Notariat kontorunun 28 iyul 2015-ci il tarixli və 07 yanvar 2022-ci il tarixli məktubları ilə də hazırki mübahisə predmeti olan əmlakların % hissəsinin İddiaçı məxsus olması faktı təsdiq olunmur. Belə ki, həmin məktublardan da göründüyü kimi notarius digər məznillərlə yanaşı ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini əsas gətirərək iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmiş, hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra şəhadətnamənin verilə biləcəyini qeyd etmişdir. Göründüyü kimi İddiaçı əmlakların 1/4 hissəsinin mülkiyyətçisi olduğunu iddia edərək hazırki iddianı irəli sürsə də, o, iddia tələbinin əsası olan halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim olunan sənədlər mübahisə predmet əmlaklara aid olmamış, eyni zamanda mübahisə predmeti olan əmlaklara nəinki İddiaçı hələ 1/4 hissədə pay hüququ müəyən edilməmiş, heç həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində belə qeydiyyata alınmamışdır. Yəni, nəticə olaraq qeyd olunanlar təsdiq edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Hansı ki, məhkəmə ilk növbədə yoxlamalı və qiymət verməli olduğu məsələ iddiaçının bu tələbi irəli sürməkdə subyektiv hüququnun olub-olmamasıdır. Digər tərəfdən İddiaçı mübahisə predmeti olan əmlakların % hissədə mülkiyyətçisi olması faktı təsdiq olunsa belə, bu hal yenə də iddia tələbinin təmin edilməsi üçün əsas deyil. Belə ki, cavabdeh uzun müddətdir ki, mübahisə predmeti olan əmlakları icarə müqaviləsi əsasında istifadə etmişdir. Digər icarəyə verənlər müqavilə münasibətlərinin davam etdirilməsi razıdır. Yalnız İddiaçı müqavilə münasibətlərini davam etdirməkdən imtina edir və əmlakların boşaldılmasını tələb edir. Belə bir vəziyyətdə İddiaçı ilk növbədə sübuta yetirməlidir ki, o, əmlakların məhz hansı % hissəsinin boşaldılmasını istəyir. Lakin o, bu barədə də iş materiallarına hər hansı sənəd təqdim etməmiş, halhazırda belə bir sənəd təqdim etməsi mümkün də deyil. Ona görə ki, sözügedən əmlaklar naturada bölünməmişdir. Bu baxımdan cavabdehə bəlli deyil ki, İddiaçı iddia etdiyi 14 hissə məhz əmlakların hansı hissədir. Yəni iddiaçının tələbi qeyri-müəyyəndir. Nəzərə almaq lazımdır ki, bu məsələ dəqiqləşmədən, yəni İddiaçı iddia etdiyi 1/4 hissə naturada bölünmədiyi halda, onun hazırki iddiası təmin edilərsə, bu qətnamə icrası mümkün olmayan qətnamə olacaq. Çünki, qətnamə icra olunarkən icra məmuru əmlakın məhz hansı hissəsindən cavabdehin çıxarılmalı və istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcək. Daha sonra məhkəmənin işə baxarkən nəzərə almalı olduğu digər məsələ odur ki, İddiaçı əmlakların % hissəsinin mülkiyyətçisi olması halı sübuta yetirilmiş olsa belə, onun hazırki tələbi digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ona görə ki, əgər həqiqətən də mübahisələndirilən əmlaklara vərəsələrin paylı mülkiyyəti müəyyən olunarsa, mülkiyyətçilərin mənafeləri arasındakı tarazılıq məhkəmə tərəfindən qorunmalıdır. % hissədə paya malik olan mülkiyyətçinin digər - % hissədə payları olan mülkiyyəçtilərlə razılığa gəlməməsi sonuncuların öz əmlaklarından istifadəsinə və bu istifadədən qazanc əldə etməsinə, bir sözlə mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə olmamalıdır. Nəticə etibarı ilə iddiaçının tələbi həm qeyri-müəyyəndir, həm də digər icarəyə verənlərin mənafelərinə ziddir. Əgər İddiaçı ona aid olduğunu iddia etdiyi 1/4 hissədən cavabdehin çıxmasını tələb edirsə, o zaman həmin 1/4 hissənin əmlakların məhz hansı hissəsi olduğunu sübuta yetirməli və ancaq bundan sonra həmin hissədən cavabdehin çıxarılmasını tələb etməlidir. İddiaçının pul tələbi də tamamilə əsassızdır. Belə ki, İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan müqaviləni bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş, o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. İddiaçının bu barədə iddia ərizəsində göstərdiyi hallar mülahizələrdən ibarətdir və təmin edilə bilməz. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddia ərizəsinə qarşı: Əvvəla, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (bundan sonra - Dövlət xidməti) xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddiaçı və cavabdehə aid heç bir məlumat (adları, ünvanları, şəxsiyyətlərini eyniləşdirməyə imkan verən məlumatlar və s.) qeyd edilməmişdir. Eyni zamanda Dövlət Xidmətinin iddia tələbinin kimə qarşı yönəldiyi bəlli deyil, yəni iddia tələbi qeyri-müəyyəndir. Bu isə onu göstərir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmun tələblərinə cavab vermir. Normadan göründüyü kimi müstəqil tələblər irəli sürən üçüncü şəxslər iddianı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə verə bilərlər. İşin məhkəmədə baxılmağa hazırlanması isə xx.xx.2024-cü il tarixdə başa çatmış və həmiı tarixdən mülki iş baxışa keçmişdir. Odur ki, Dövlət Xidməti işin məhkəmədə baxılmasın; hazırlanması mərhələsi başa çatdıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə hazırki iddiar məhkəməyə təqdim etməklə prosessual qaydaları pozmuşdur. İkincisi, Dövlət Xidmətinin iddia ərizəsinin mahiyyətinə gəldikdə isə bu tələblər özü- özlüyündə əsassız tələblərdir. Belə ki, Dövlət Xidməti iddia ərizəsində Cavabdeh” MMC ilə ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılmasını və Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzildə quraşdırılmış istilik sistemlərinin qanunvericiliyin tələbləri nəzərə alınmaqla sökülərək mənzilin əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir. Dövlət xidməti icarə müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığının alınmamasını əsas gətirərək bu halın “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 19-cu maddəsinin 2 və 3-cü hissəsinin, həmçinin Mülki Məcəllənin 390.2-ci maddəsinin tələblərinin pozulmasına səbəb olduğunu göstərmiş və buna görə də Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilin mülkiyyətçiləri ilə “Dynamex Express" MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, qanunvericilikdə xüsusi mülkiyyətdə olan memarlıq abidələrinin icarəyə verilməsi zamanı müvafiq qurumun razılığının alınması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Belə ki, Dövlət Xidmətinin nümayəndəsi nəzərə almamışdır ki, onun istinad etdiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 19-cu maddəsi adından da göründüyü kimi xüsusi mülkiyyətdə deyil, məhz dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri ilə bağlı müddəaları tənzimləmişdir. Belə ki, sözügedən Qanunun 4-cü maddəsinin 1-ci abzasına görə abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzil dövlət və ya bələdiyyə mülkiyyəti deyil. Ona görə də müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsində tələbinin hüquqi əsası kimi göstərdiyi qanunun maddələri işin halları ilə uyğunlaşmır. Daha sonra Dövlət Xidməti icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini əsaslandırarkən MM-nin 337.1-ci maddəsinə istinad etmişdir. Lakin o, iddia ərizəsində icarə müqaviləsi bağlanarkən Mülki Məcəllənin məhz konkret hansı normasının pozulduğum göstərməmiş və iddia ərizəsini kifayət qədər əsaslandırmamışdır. Halbuki, həmin maddədə göstərilmişdir ki, bu Məcəllədə, yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqlə bağlanmış əqd etibarsızdır. İcarə müqaviləsi bağlanarkən Mülki Məcəlləde müəyyənləşdirilmiş hər hansı şərtin pozuntusuna yol verilməmişdir. Dövlət Xidmətinin digər - istilik sistemlərinin sökülərək mənzilin əvvəlki vəziyyət? gətirilməsi barədə tələbinin də hüquqi əsası yoxdur. Belə ki, Dövlət Xidməti bu tələbini əsaslandırarkən istinad etdiyi maddədə, yəni “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 10-cu maddəsində qeyd edilmişdi ki, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarad; oiləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Lakin mübahisə predmeti olan mənzildə bədii-estetik görkəm dəyişdirilməmiş, mənzildə hər hansı uçurulma edilməmiş, mənzil üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlər aparılmamışdır. Dövlət xidməti bu halların baş verməsinə dair iş materiallarına hər hansı sənəd əlavə etməmişdir. Odur ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmır. Digər məqam ondan ibarətdir ki, Dövlət Xidməti mübahisə predmeti olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən dövlət mühafizəsinə götürüldüyünü qeyd etsə də, həmin qərarı məhkəməyə təqdim etməmişdir. Odur ki, bu halın özü belə sübuta yetirilməmiş qalmışdır. Odur ki, yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə, müstəqil tələblər irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası ,üzrə Dövlət Xidmətinin xx.xx.2024cü il tarixdə məhkəməyə verdiyi iddia ərizəsinin isə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızı və onun nümayəndəsi və vəkili Vəkil1 öz iddialarının həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti isə ərizə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(005)-1003/2006 saylı qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən evin 2-ci mərtəbəsində sahə 587.7 kv.m olan (əsas sahə 573.7 kv.m., köməkçi sahə 14,0) tikiliyə X1 mülkiyyət hüququnun tanınması, ünvan 4 ünvanda yerləşən evin 2-ci mərtəbəsində sahə 587.7 kv.m olan (əsas sahə 573.7 kv.m., köməkçi sahə 14,0) tikiliyə X1 qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinəti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi İdarəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 167311 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən 60 saylı mənzil X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə DYNAMEX EXPRESS" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında ünvan 4 yaşayış 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı aylıq 375 manat icaraə məbləği ödəniləcəkdir. İş materiallarından görünür ki, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi X4 arasında 19 avqust 2022-ci il tarixli, 506 nömrəli “daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarına” dair mühafizə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 01 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə DYNAMEX EXPRESS" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında ünvan 4 yaşayış 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2 tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı aylıq 800 manat icarə məbləği ödəniləcəkdir. İş materiallarına əlavə olunmuş 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X5, X3, X6, X7 ilə DYNAMEX EXPRESS" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.ç. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2 tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 2000 manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1 tərəflərə ödəniləcəkdir. İş materiallarına əlavə olunmuş 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X5, X3, X6, X7 ilə DYNAMEX EXPRESS" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, ünvan 4 yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.ç. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2 tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 4000 manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1 tərəflərə ödəniləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı qanunun tələblərini nəzərə alaraq və bağlanan icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC-nin ona məxsus əmlakda özbaşına çəkdiyi istilik sisteminin onun (mülkiyyətçinin) iştirakı ilə sökülüb çıxarılmasını, aparılan söküntünün nəticələrinin qaldırılmasını, bərpa edilməsini, eyni zamanda Cavabdeh MMC-ə icarəyə ona məxsus əmlakın 01 dekabr 2023-cü il tarixdən boşaldılmasını tələb etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 saylı qərara ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1248/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin İddiaçı qarşılıqlı iddiasının rədd, Rəhman Quliyevin qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya başına qaytarılması qərara alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası (bundan sonra AR) Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk olaraq Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının hazırda məhkəmədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamamasının araşdırılmasını zəruri hesab edir. Belə ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, hazırda mübahisə predmeti olan əmlaklara nəinki İddiaçı hələ 1/4 hissədə pay hüququ müəyən edilmədiyini, heç həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində belə qeydiyyata alınmadığını vurğulayaraq, nəticə olaraq iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, miras əmlakdakı payın ölçüsündən asılı olmayaraq, iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının vərəsə və mülkiyyətçi olması faktı Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 saylı Qərarı ilə artıq öz təqdiqini tapdığından, Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ möcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının tələbi hazırda aşağıdakilərdən ibarətdir:

1. Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, 2.xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, 3.Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbi hazırda aşağıdakilərdən ibarətdir: 1.Cavabdeh MMC ilə ünvan 3 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması 2.Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 3 ünvanında yeləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzil əvvəlki vəziyyətinə gətirilməsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. -ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamənin: 1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət) X10, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. X10nı və inkişafını təmin etmək və X10na dövlət nəzarətini həyata keçirmək; 2.0.3. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; 2.0.5. müvafiq sahədə aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma işlərinin layihələrinin həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla razılıq vermək və işlərin gedişinə nəzarət etmək. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununun: Maddə 4. Abidələr üzərində mülkiyyət Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. Maddə 10. Abidələrin toxunulmazlığı Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla)müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1894/2024 saylı qərardadı ilə İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələblərinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı məhkəmədə qaldırılan iddia tələbinin “mənzil əvvəlki vəziyyətinə gətirilməsi” tələbi hissələrində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması” və “Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi” hissələri ilə bağlı qeyd edir ki, Cavabdeh MMC uzun müddətdir ki, mübahisə predmeti olan əmlakları icarə müqaviləsi əsasında istifadə etmişdir və hazırda digər icarəyə verənlər müqavilə münasibətlərinin davam etdirilməsi razıdırlar. Yalnız İddiaçı müqavilə münasibətlərini davam etdirməkdən imtina edir və əmlakların boşaldılmasını tələb edir. Belə bir vəziyyətdə İddiaçı ilk növbədə sübuta yetirməlidir ki, o, əmlakların məhz hansı % hissəsinin boşaldılmasını hazırda iddiaçıdan tələb edir. Lakin iş materiallarından da göründüyü kimi sözügedən əmlaklar naturada bölünməmişdir və İddiaçı iddia etdiyi 1/4 hissə məhz əmlakların hansı hissəsinin olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia etdiyi 1/4 hissə naturada bölünmədiyi halda, onun hazırki iddiası təmin edilərsə, bu qətnamə icrası mümkün olmayan qətnamə olacaqdır (qətnamə icra olunarkən icra məmuru əmlakın məhz hansı hissəsindən cavabdehin çıxarılmalı olduğu və istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcək). Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının əmlakların % hissəsinin mülkiyyətçisi olması halı sübuta yetirilmiş olsa belə, onun hazırki tələbi digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Belə ki, mülkiyyətçilərin mənafeləri arasındakı narazılıq məhkəmə tərəfindən qorunmalı, yəni % hissədə paya malik olan mülkiyyətçinin digər - % hissədə payları olan mülkiyyətçilərlə razılığa gəlməməsi sonuncuların öz əmlaklarından istifadəsinə və bu istifadədən qazanc əldə etməsinə, bir sözlə mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə olmamalıdır. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddiaçının tələbi həm qeyri-müəyyən olduğundan, həm də digər icarəyə verənlərin mənafelərinə zidd olduğundan, iddia bu hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh “xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı onunla Cavabdeh MMC arasında daha az məbləğli icarə müqavilələrinin bağlandığını iddia edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dört min doqquz yüz altmış səkkiz) manat, həmcinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dört) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tələbin “icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dört min doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə müqavilələr bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş və o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. Bunu nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının hazırda həmin məbləğin cavabdehdən tələb etməsi əsassız olmuşdur. Məhkəmə iddianın “xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dört) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmış, həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqaviləni uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdir. Məhkəmə qeyd edir ki, hazırda işin mübahisəsiz hallarından biri odur ki, mübahisə predmetini təşkil edən sahə hal-hazırda cavabdehin istifadəsindədir, lakin buna baxmayaraq həmin mənzildə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçı ilə yeni müqavilə bağlanmamış və xx.xx.2023-cü il tarixdən ona hər hansı ödəniş edilməyərək onun hüququları pozulmuşdur. Bunları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 manat (tərəflər arasında azad sürətdə bağlanmış son müqaviləyə əsasən) məbləğində pul vəsaiti tutularaq iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının xeyrinə ödənilməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddia tələbinin “Cavabdeh MMC ilə ünvan 3 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə xüsusi mülkiyyətdə olan memarlıq abidələrinin icarəyə verilməsi zamanı müvafiq qurumun razılığının alınması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Həmçinin, Dövlət Xidməti icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini əsaslandırarkən MM-nin 337.1-ci maddəsinə istinad etmiş, lakin iddia ərizəsində icarə müqaviləsi bağlanarkən Mülki Məcəllənin məhz konkret hansı normasının pozulduğu göstərməmişdir. Belə olan halda, icarə müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtin pozuntusuna yol verilmədiyindən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri hər iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 manat məbləğində pul vəsaiti cavabdeh Dynamex Express” MMCdən tutularaq iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının xeyrinə ödənilməli, iddia digər hissələrdə rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti cavabdeh Dynamex Express” MMC-dən tutularaq iddiaçı Qulı̇ yeva Səı̇ də Yusı̇ f qızının xeyrinə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar