Məhkəmə qərarları › İş №e-2(006)-1970/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1970/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1970/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və X6, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-dan çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 144 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın iddiaçı tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır; Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Sonradan, 24 may 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçıya Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi 51 saylı Sərəncamla Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən 04 mart 2020-ci il tarixdə verilmişdir. Cavabdeh isə fərdi yaşayış evi ilə bağlı çıxarışı xx.xx.2021-ci tarixdə almışdır. İddiaçı tərəfindən keçirilmiş baxış aktı əsasında məlum olmuşdur ki, ünvan 2 ünvandakı fərdi yaşayış evinin ümumi sahəsi 120 m2 təşkil edir. Lakin, cavabdehə verilmiş çıxarışa əsasən Bakı şəhəri ünvan 2 tikilisi 2 otaq y/s 25,0 m2, k/s 11,5 m2 olan fərdi yaşayış, ümumilikdə 36,5 m2 təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, Bakı şəhəri ünvan 2 tikilisi 83,5 m2 özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 180-ci maddəsinə (Özbaşına tikinti və onun nəticələri) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı cavabdehə Bakı şəhəri ünvan 2 tikilisində yerləşən 120 m2 olan yaşayış evinə 20 % artıq hesablanmaqla yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsinə 144 m2 təmirli mənzili verilməsi təklif edilmiş, lakin razılıq əldə etmək mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 83,5 m2 ümumilikdə sahəsi 120 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik, istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 83,5 m2 ümumilikdə sahəsi 120 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 83,5 m2 ümumilikdə sahəsi 120 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20 % əlavə edilməklə) 144 m2 yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 28 sentyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən «torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması» ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin «gözləntilərinin» olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşlarının, cavabdehin vəkili Nümayəndə2 və X9 iştirakı ilə birlikdə Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin həcminin müəyyən edilməsi ilə bağlı akt imzalanmışdır. Həmin akta əsasən fərdi yaşayış evinin otaqları, mətbəx və dəhliz daxil olmaqla ümumilikdə sahəsi 138,78 m2, zirzəminin sahəsi isə ümumilikdə 69,35 m2 olması müəyyən edilmişdir. Cavabdehə verilmiş çıxarışa əsasən Bakı şəhəri ünvan 2 tikilisi 2 otaq y/s 25,0 m2, k/s 11,5 m2 olan fərdi yaşayış ümumilikdə 36,5 m2 təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, Bakı şəhəri ünvan 2 tikilisinin 102,28 m2 özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 180-ci maddəsinə (özbaşına tikinti və onun nəticələri) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hesab edirlər ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. Belə ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2 ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20 % əlavə edilməklə) 167 m2 yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların» 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Buna görə də hesab edirlər ki, xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuş ümumilikdə 69,35 m2 zirzəminin sahəsi faktiki olaraq döşəməaltı ərazidir, nəzərə alınmalı deyil. Həmçinin qeyd etmişlər ki, xx.xx.2022-ci il tarixli aktda göstərilmiş 69,35 m2 zirzəminin sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin Texniki Pasportunda yaşayış evlərinin texniki göstəriciləri olan hissədə zirzəminin kv.metri ümumiyyətlə göstərilməmişdir. Bundan əlavə, bildirirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestri çıxarışına əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 160 saylı fərdi yaşayış evi paylı mülkiyyətdir. Digər mülkiyyətçi ilə məsələ öz həllini tapmışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan digər mülkiyyətçinin fərdi yaşayış evi ilə birlikdə 0,022290 torpaq sahəsində yerləşmişdir. Cavabdehin torpaq sahəsi yalnız 36,5 m2 olan fərdi yaşayış evinin altında olan torpaq sahəsidir. Ayrıca olaraq hər hansı bir həyətyanı sahə mövcud deyil bu fakt xx.xx.2022-ci il tarixli aktla təsdiq olunur. Bu səbəbdən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik, istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20 % əlavə edilməklə) 167 m2 yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 3-nın üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, yaşayış yerinin boşaldılması, sökülməsi və çıxarılmaları, iddiaçı tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasından mənzil verilməklə Cavabdeh1 kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, iş üzrə iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul olunmalıdır. Belə ki, İddiaçı MMC iddia ərizəsini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəllənin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair 2011-ci il 16 dekabr tarixli qərarına, habelə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 1-ci, 5-ci, 12-ci maddələrinin şərh edilməsi haqqında Plenum qərarları ilə əsaslandırmağa çalışmışdır. Hesab edirlər ki, iddiaçının iddiası əsassız olmaqla yanaşı qanunsuzdur. Hazırki iş üzrə cavabdehlər uzun müddətdir ki, ünvan 3 ünvanında mülkiyyət hüququ əsasında yaşayırlar. Hazırki iş üzrə İddiaçı MMC heç bir hüquqi əsas olmadan cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət hüquqlarına qəsd edərək mülkiyyətlərində olan sahəyə özünün istədiyi dəyəri kompensasiya kimi verməklə onları öz qanuni əmlaklarından məhrum etməyə çalışır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********91-10301 saylı daşınmaz əmlakın dövlət reyestr nömrəli və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2021-ci il tarixli çıxarışından da görünür ki, ünvan 3 ünvanında yerləşən 109.20-kv.m ölçüdə olan yaşayış sahəsi və onun yerləşdiyi 0.022290 ha ölçüdən ibarət torpaq sahəsi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsusdur. Hazırki iş üzrə İddiaçı MMC tərəfindən cavabdehlərə mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklif edilir ki, bununla mülkiyyətçilər razılaşa bilməz və birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X13rşı” iş üzrə 2002-ci il 18 iyun tarixli Qərarında da deyildiyi kimi, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir. Nəzərə çatdırılması zəruridir ki, hazırki iddianın qaldırılması ilə bağlı İddiaçı MMC ümumiyyətlə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, hazırki vəziyyətdə iddiaçı öz iddia ərizəsində başqalarının hüquqlarının pozulmasına istinad etsə də, hüquqlarının pozulduğunu iddia etdiyi şəxslərdən heç biri hazırki işdə tərəf kimi iştirak etmir, eyni zamanda iddiaçının həmin şəxslər adından çıxış etməsi ilə bağlı həmin şəxslər tərəfindən heç bir səlahiyyət verilməmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, iddiaçının torpağın icarəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə bağlanan müqaviləsinə əsasan iddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı hər hansı tələb irəli sürə bilməz. Belə ki, torpaq sahəsi icarəyə və istifadəyə yalnız onun mülkiyyətçisi tərəfindən verilə bilər. Məhkəməyə təqdim etdikləri və yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrinə dair çıxarışdan da görünür ki, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və o, ona məxsus sahəsini hər hansı bir şəxsə icarəyə və istifadəyə verməmişdir. İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməmişdir və belə olan halda iddiaçının hər hansı hüququ dövlət tərəfindən tanına və qoruna bilməz və hazırki iddia tələbi ilə İddiaçı MMC-nin cavabdehlərə qarşı mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Qeyd edilməsi zəruridir ki, hazırki iş üzrə iddiaçının Bakı şəhəri İcra Hakimiyyəti ilə aralarında bağlanmış torpağın icarəsinə dair müqaviləsini əsas gətirsə də, sözügedən icarə müqaviləsi hazırki iş üzrə cavabdehlərə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini əhatə edə bilməz. Çünki həmin sahənin icarəyə verilməsi hüququ yalnız onun mülkiyyətçisi olan Cavabdeh1 aiddir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə döngəsi ev 160a-nın üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, yaşayış yerinin boşaldılması, sökülməsi, onların çıxarılmaları, iddiaçı tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasından iddia ərizəsində qeyd edilən sahədə mənzilin Cavabdeh1 verilməsi, eyni zamanda Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisinin 2 otağı (yaşayış sahəsi 25,0 m2, köməkçi sahəsi 11,5 m2) (pay) Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - 59 saylı MKİS-in 17 fevral 2022-c il tarixli 10 saylı 2 nömrəli forma üzrə arayışından görünür ki, Səfərova X3 Vadim Tahir oğlu, qızı Cavabdeh3 və nəvəsi X14 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadırlar. - X7 X1 görünür ki, İddiaçı MMC 18 iyul 2016-cı il tarixdə ********** VÖEN nömrəsi ilə AZ 1007 ünvan 6 ünvanı üzrə qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir. - 17 aprel 2020-ci il tarixli 1576 saylı müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X12, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi - İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu). - Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 29 dekabr 2019-cu il tarixli **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İH-nin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. - Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdehlər ünvan 9 ünvanda qeydiyyatdadırlar. - Mülki işin 118-119-cu səhifələrində olan aktdan görünür ki, iddiaçının hüquqşünası, sahə rəisi, vəkil, fərdi yaşayış evinin mülkiyyətçisi akt tərtib etmişlər. Fərdi yaşayış evinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir: 1-ci mərtəbə: yataq otağı 20,52 m2; uşaq otağı 11,62 m2; qonaq otağı 13,85 m2; Dəhliz 23,36 m2. 2-ci mərtəbə: mətbəx 22,69 m2; yataq otağı 23,13 m2; qonaq otağı 23,61 m2. Köməkçi sahələr: 1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr. Zirzəmilərdən yaşayış zamanı və istifadə olunan əşyaların saxlanılması məqsədi ilə istifadə edilir. - "xxxx" MMC-nin 05 sentyabr 2022-ci il tarixli LP-118/2022 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus olan hissəsinin müqayisə yanaşması ilə hazırki orta aylıq kirayə qiyməti – 450 manat – 500 manat təşkil edir.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarının nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvandakı daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadədə olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinin istifadəçilərindən Cavabdeh1 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzili qəbul etməkdən imtina etmişdir. İddia tələblərinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2 ümumilikdə sahəsi 138,78 m2 istifadəsində olan Bakı şəhəri ünvan 2 nömrəli fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evinin əvəzində həmin sahədə tikilməsi nəzərdə tutulan müasir yeni tələblərə cavab verən mənzil ilə əvəz edilməsi ilə razılaşmayaraq hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. Cavabdeh tərəf isə iddiaya etiraz edərək etirazın əsası kimi İddiaçı MMC tərəfindən cavabdehlərə mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklifi ilə mülkiyyətçilərin razılaşa bilməməsini və bunun birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd olmasına, eləcə də, iddianın qaldırılması ilə bağlı İddiaçı MMC ümumiyyətlə hər hansı subyektiv hüquqa malik olmamasına istinad edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı təşkil edir və Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli, Cəlil Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin Sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən Sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X8 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» işi üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsinin bir hissəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X8 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə məlum olur ki, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin: - A tikilisinin 1 otağı (yaşayış sahəsi 20,3 m2, köməkçi sahəsi 25,1 m2) (pay) X4; - A tikilisinin 2 otağı (yaşayış sahəsi 25,0 m2, köməkçi sahəsi 11,5 m2) (pay) Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi X10 ilə şirkət arasında razılıq əldə olunmaqla, aralarında hər hansı bir mübahisə mövcud deyildir. Eyni zamanda, iş materiallarında olan sənədlər toplusundan, o cümlədən kifayət qədər sayda əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, ünvan 11 ünvanda yerləşən paylı mülkiyyət olan fərdi yaşayış evinin X5 məxsus hissəsi aralarında əldə edilmiş razılıqdan sonra uçurulmuş, dağıdılmış vəziyyətdə olmaqla, yaşayış üçün tamamilə əlverişsizdir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin paylı mülkiyyətçi X5 məxsus olmuş hissəsi uçurulmaqla, yaşayış üçün tamamilə əlverişsiz olması həmin evin digər hissəsində yaşayan Cavabdeh1 və onun ailə üzvlərinin həyatı üçün bilavasitə təhlükə yaradır. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncamı icra edən MMC (iddiaçı) tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddianı qəbul etməsə də, iddiaya olan etirazın məzmunundan aydın görünür ki, cavabdeh tərəf İddiaçı MMC tərəfindən mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklifinin birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd edilməsi kimi qiymətləndirməklə faktiki olaraq mövqelərinin yeni tikiləcək binadan onların istədiyi ölçüdə sahənin verilməsi olmasından ibarət olmasını açıq nümayiş etdirmişlər. Məhz bu konteksdən çıxış edərək cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmamasını, mülkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət hüquqlarına qəsd edərək mülkiyyətlərində olan sahəyə özünün istədiyi dəyəri kompensasiya kimi verməklə iddiaçının onları öz qanuni əmlaklarından məhrum etməyə çalışmalarını, torpaq sahəsinin icarəyə və istifadəyə yalnız mülkiyyətçi kimi cavabdeh tərəfindən verilə bilməsini, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməməsi kimi əsaslarla, dəlillərlə çıxış etmələrini məhkəmə iddiaçı tərəfin onların yeni tikiləcək binadan istədikləri ölçüdə sahənin verilməsinə razı salmaları üçün hesablanmış addımlar kimi qiymətləndirir. Halbuki, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan suiistifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğundan bu iddianı qaldırmaqda da haqlı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi həmin hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mülki işin 118-119-cu səhifələrində olan aktdan görünür ki, aktda yaşayış sahəsi ilə yanaşı, 69,35 m2 sahə (1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr) köməkçi sahə (zirzəmi) qismində qeyd edilmişdir. Həmin sahə yaşayış üçün yararlı olmamaqla, əşyaların saxlanmasına və s. xidmət edir. Zirzəminin yaşayış üçün, deyil, təsərrüfat təyinatlı olması iş materaillarına əlavə edilmiş və mülki işin 118-119-cu səhifələrində olan aktla öz təsdiqini tapmışdır. İddiaçı tərəfin izahatlarına əsasən zirzəmiyə giriş evin döşəməsindən açılmış keçid vasitəsilə həyata keçirilir və orada şəxsin normal vəziyyətdə ayaq üstə durması mümkün deyildir. Başqa sözlə, hündürlüyü 1,50 sm olan və ayrıca giriş –çıxış qapısı, pəncərəsi olmayan zirzəmidə yaşayış əlamətlərinin olmaması və orada yaşamağın mümkünsüzlüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların» 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən cavabdehlərə ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni mənzil verilərkən aktda qeyd edilmiş və ümumi sahəsi 69,35 m2 olan köməkçi sahə (zirzəmi) nəzərə alına bilməz. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə çalışılsa da, cavabdeh tərəf bu tədbirlərin həyata keçirilməsinə zəmin yaratmamışdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(006)-1970/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekpsertizasının təyin edilməsi, ekspertin, eyni zamanda mütəxəssis rəyinin əldə edilməsi və məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Lakin məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4536 saylı məlumatı ilə müəyyən edilmişdir ki, tədqiqat obyektinə (cavabdehə məxsus fərdi yaşayış evinə) baxış keçirilməsi üçün cavadeh tərəfindən şərait yaradılmamış, bu səbəbdən rəyin verilməsi mümkün olmamışdır. Eyni zamanda, daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-118/2022 saylı mütəxəssis rəyi ilə (rəyin 6-cı səh.) müəyyən edilmişdir ki, mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanılmış, lakin onlar tərəfindən heç bir şərait yaradılmamışdır. Bu səbəbdən tədqiqat müqayisə yanaşması tətbiq edilməklə aparılmışdır. Məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, məhkəmə işin düzgün həlli, o cümlədən cavabdeh tərəfin mənafeyinin qorunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli baxış keçirilməklə, yerində müayinə aparılmasını təklif etsə də, cavabdeh tərəf iştirak etdiyi məhkəmə iclasında yerində müayinənin keçirilməsinə tərəflərindən şərait yaradılmayacağına və hər hansı formada köməklik göstərilməyəcəyinə dair mövqelərini bildirmişdir. Beləliklə də, cavabdeh tərəf iddia tələbinə dair öz etirazlarını müdafiə etməklə, iddia tələbini qəbul etməmiş, bununla da tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsaslanmaqla kifayətlənmiş, bunun da nəticəsi olaraq ekspertizanın keçirilməsi, habelə məhkəmənin yerində müayinə keçirilməsi üçün şərait yaratmamaqla, həmin aktda qeyd olunanlarla kifayətləndiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı; ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılmalı və sökülməli; "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 167 m2 ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 mülkiyyətinə verilməli; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat kirayə haqqı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin kirayə haqqlarının ödənilməsinin “yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ödənilməsi” ilə şərtləndirilməsi hissəsi razılaşmır. Belə ki, yaşayış binasının tikilməsi geniş məhfum olmaqla, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi “cavabdehlərin yeni mənzil ilə təmin edilənədək” formasında təmin edilməsi ədalətli olmaqla yanaşı eyni zamanda cavabdehlərin hüquqlarının qorunmasına xidmət edəcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılsın və sökülsün. "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 167 m2 ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 mülkiyyətinə verilsin. Yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat kirayə haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar