Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1988/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxs X14 və üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X18 nümayəndəsi X5 iştirakları ilə İddiaçı Abdullayeva Mehrı̇ ban Seyı̇ d Əlı̇ qızının "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X20, X14 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Abdullayeva Mehrı̇ ban Seyı̇ d Əlı̇ qızı "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X20, X14 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı vergi ödəyicisidir, fərdi sahibkardır və gəlinlik paltarlarının icarəyə verilməsi ilə məşğul olur. Hər il öz işi ilə əlaqədar Türkiyə Respublikasının İzmir şəhərində keçirilən gəlinlik paltarlarının nümayişində iştirak edir. Bu il də, yəni 2023-cü ildə 16 oktyabrdan 21 oktyabr tarixinədək İzmir şəhərində həmin sərgidə “Fuarizmir” gəlinlik paltarlarının nümayişində iştirak etməsi nəzərdə tutulmuş, övladı X6 üçün də bilet almış, özü ilə birlikdə səfərə aparmaq, gəzdirmək və övladı üçün yenilik olsun deyə aparmaq niyyətində olmuşdur. Bununla bağlı səfər üçün bütün zəruri tədbirləri görmüş, yəni öz vəsaiti hesabına gediş-gəliş bileti almış, səfər üçün otel xərclərini qarşılamış, səyahət sığortası üçün müəyyən olunmuş vəsaiti ödəmişdir. Beləliklə, 16 oktyabr 2023-cü il tarixində təyyarə ilə yola düşməsi nəzərdə tutulmuşdur. Lakin təyyarə ilə uçuşa cəmi iki gün qalmış, yəni 14 oktyabr 2023-cü il tarixində xoşagəlməz hadisə nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərərə düçar olmuşdur. Belə ki, İddiaçı övladı X1 yoldaşları ilə “Dəniz Moll” adlanan alış-veriş Ticarət Mərkəzinin nəzdində olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əyləncə mərkəzində baş tutan ad günü mərasimində iştirak etmişlər. Təəssüflər olsun ki, həmin Cəmiyyət tərəfindən təhlükəsizlik tədbirlərinə lazımi qaydada riayət edilməməsi, habelə uşaqların nəzarəti üçün ayrılmış əməkdaşların məsuliyyətsizliyi nəticəsində X6 orada mövcud olan batud qurğusunun üzərindən tullanarkən yıxılmış, sol ayağının sonuncu barmağı sınmış və nəticədə uşaq xəsarət almışdır. Hadisənin baş verməsinə səbəb isə həmin qurğudan istifadə qaydaları uşağa və ya valideynlərə izah edilməmiş, təlimatlandırılmamışdır. Hadisədən dərhal sonra X6 atası tərəfindən xəstəxanaya götürülmüş və həkimin diaqnozu ilə uşağın sol ayaq pəncərəsinin V barmağının sınması müəyyən olunmuşdur. Eyni zamanda, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə də məlumat verilmişdir. Araşdırma nəticəsində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı tərəfindən 19 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunsa da, məhkəmə tibbi ekspertizasının 627 saylı 15 noyabr 2023-cü il tarixli rəyinə əsasən azyaşlı Hikmət Abdullayev almış olduğu xəsarətlər sol ayaq pəncərəsinin V barmağının proksimal falanqasının distal başında yerini dəyişməyən qapalı sınıq və barmağın yumşaq toxumalarının şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənməyi müəyyən olunmuşdur. Qeyd edilir ki, baş vermiş hadisə səbəbi ilə xəsarət almış övladı X10 Respublikasına yola düşə bilməmiş və onun son anda səfərinin təxirə salınması nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətin təqsiri ucbatından ölkə xaricinə yollanmaq məqsədilə nəqliyyat xərcləri, yəni gediş-dönüş olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat təyyarə biletinə və övladı Hikmət Abdullayevin aldığı xəsarətlə əlaqədar tibbi xidmətə görə isə 100 (bir yüz) manat məbləğində maddi zərərə düşmüşdür. Bununla yanaşı, iddiaçının övladı Hikmət Abdullayevin ayağında olan ağrıları uzun müddət davam etmiş, bununla da həm özü, həm də valideynləri ağır stres keçirmişdir. Hətta övladının fiziki sağlamlığındakı promlemlərlə yanaşı, onun psixi sağlamlığında da problemlər yanamışdır. Belə ki, ötən müddət ərzində övladı Hikmət Abdullayevdə qorxu hissələri yaranmış, özündə qapanma halları baş vermişdir. Uzun müddət gecələr ağrıların təsirindən oyanması, ağlaması valideynlərinə çox pis təsir etmişdir. Ancaq hesab edilir ki, ən təsirli məqam isə uşağın “mən nə qədər vaxt sinif yolaşlarımın yanında Türkiyəyə gedəcəyəm deyirdi, bəziləri mənə inanmırdılar, indi gedə bilmədim, mənə güləcəklər” sözləri olmuşdur. Onun fikrini yayındırmaq üçün valideynlərinin əyləncə mərkəzlərinə aparmaq təkliflərini də qəbul etmir. Bu səbədən, övladının psixoloq müalicəsinə ehtiyac yaransa da, hazırda maddi problemlər səbəbindən bunu reallaşdıra bilməmişdir. Bundan başqa, Hikmət Abdullayev səhhətində yaranmış problemlə əlaqədar məcburi olaraq təhsildən yayınmışdr ki, bu da əlavə problemlərə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən hesab edilir ki, göstərilən hüquq normalarına uyğun olaraq məhkəmədən cаvabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 550 manat maddi zərərə, mənəvi zərərə görə isə 6000 (altı min) manat pulun, vəkilə nümayəndəyə çəkilən 130 (bir yüz otuz) manat və iddia ərizəsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən cаvabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 550 (beş yüz əlli) manat maddi zərərə, mənəvi zərərə görə 6000 (altı min) manat pulun, vəkilə nümayəndəyə çəkilən 130 (bir yüz otuz) manat və iddia ərizəsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia tələbini müdafiə edərək bildirdi ki, hadisə baş verən gün onun övladının doğum günü idi. O, doğum gününü öz dostları ilə birlikdə keçirmək istədi. Zərərçəkmiş uşaq isə həm onun oğlunun sinif yoldaşı, həm də o işlədiyi məktəbdə şagirddir. Zərərçəkmiş uşaq da daxil olmaqla o, oğlunun dostlarının valideynləri ilə əlaqə saxladı və onlardan bununla bağlı icazə aldı. Həmin gün uşaqların valideynləri uşaqları ona təhvil verdilər. O, uşaqları “Dəniz Moll” adlanan alış-veriş Ticarət Mərkəzinin nəzdində olan Cavabdeh əyləncə mərkəzinə apardı. Girişdə ondan sadəcə uşaqların adları soruşuldu və uşaqlara təhlükəsizlik üçün corab verildi. Həmçinin, ona təlimat təqdim edilərək imzalamağı tələb edildi. O, təlimatı imzaladı, lakin onun bəndləri kifayət qədər çox olduğunda onu tam olaraq oxumadı. Lakin uşaqlara təhlükəsizliklə bağlı heç bir əyani izah olunmadı. Daha sonra uşaqlar oyun hissəsinə keçirildilər. Böyüklərin girişinə icazə verilmədiyi üçün o, onları kənarda gözlədi. Bir müddət sonra isə zərərçəkmiş uşağın ağladığını eşitdi və bununla bağlı uşaqlara nəzarətin həvalə olunduğu nəzarətçiyə bildirdi. Yalnız bundan sonra nəzarətçi uşağa yaxınlaşdı və onun barmağının qızarmasını bildirərək uşağı kənara çıxartdı. Daha sonra bununla bağlı tibb işçisi çağrıldı və o, uşağın valideyni ilə əlaqə saxladı. Daha sonra isə uşağın valideynləri uşağı xəstəxanaya apardılar. Müayinə nəticəsində uşağın barmağının sınması məlum oldu. Həmin zədə nəticəsində uşaq 1 ay dərslərdə, davamlı oynadığı futbol komandasında iştirak edə, həmçinin planlaşdırdığı səyahətə çıxa bilmədi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, baş vermiş hadisədə Cavabdeh MMC-nin təqsiri o olmuşdur ki, həmin gün ona sadəcə 20 səhifəyə yaxın təlimat imzaladıldı. Uşaqlara nələri edib-etməmək barədə heç bir izah olunmadı. Uşaq tərs tullanmaq istəyərkən barmağı trampalinin arasında qalmışdır. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-də araşdırma aprılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən baş vermiş hadisədə Cavabdeh MMC-nin heç bir təqsiri olmaması müəyyən olunmuşdur. Belə ki, valideyn bütün zəruri təhlükəsizlik qaydaları ilə tanış edilmiş və onun tərəfindən təlimat imzalanmışdır. Uşaqlara təhlükəsizliklə bağlı corablar verilmişdir. Həmçinin, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-də araşdırma aparılarkən ekspertiza təyin edilmiş və oyun üçün quraşdırılmış qurğularda heç bir texniki nasazlığın olmaması müəyyən edilmişdir. Uşaqların hansı hərəkətləri edib-etməmələrinin izahına gəlincə isə bildirdi ki, bunu uşaqlara tam olaraq izah edilməsi mümkün deyildir və belə bir tələb absurddur. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. 6.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X18 nümayəndəsi X9 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 7.Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə X16 tərəfindən oğlunun ad gününü qeyd etmək məqsədilə iddiaçının oğlu X6 da daxil olmaqla sinif yoldaşları ilə birlikdə “Dəniz Moll” Ticarət Mərkəzinin nəzdində olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əyləncə mərkəzinə aparılmış, orada oyun oynadığı zaman iddiaçının oğlu X6 batud qurğusunun üzərindən tullanarkən yıxılmış, sol ayağının sonuncu barmağı sınmış və nəticədə uşaq xəsarət almışdır. İddiaçı tərəf hadisə ilə əlaqədar əvvəlcə DİN-nin 102 xidmətinə zəng vasitəsilə məlumat vermiş, aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində oğlunun xəsarət almasını cavabdehin təqsiri ucbatından baş verdiyini və nəticədə ona həm maddi, həm də mənəvi zərər vurulduğunu iddia edərək, cavabdehdən vurulmuş maddi zərərə görə 550 manat, mənəvi zərərə görə 6.000 manat, həmçinin vəkil xərci kimi 130 manat və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xidmət çey siyahılarından görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə Hikmət Abdullayevin müayinə və müalicəsi ilə bağlı 33.07 manat və 72.04 manat məbləğində pul vəsaiti ödənilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli konsultasiya vərəqindən və xx.xx.2023-cü il tarixli, 0806 nömrəli tibbi arayışdan görünür ki, X3 müayinə zamanı Sol ayağın 5-ci barmağın proksimal falanqasının kondil sınığı diaqnozu qoyulmuşdur. 12.Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən diaqnostika nəticə hesabatından görünür ki, barmağın proksimal falanqasının distal metafizar nahiyyəsinin yerini dəyişməmiş sınığı izlənilir. Oynaq yarıqları dəyişməyib. Sümüklərin forma və quruluşu normaldır. Oynaq səthləri hamar və aydın konturlara malikdirlər. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X20 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 703/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Mediland Hospital”da X2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Sol ayağın V barmağın proksimal falanqasının kondil sınığı” diaqnozu təyin edilmiş və “Buddy taping” sarğısı qoyulmuşdur. Sınıq aşkarlandığı an müalicəsi təxirəsalınmaz aparılmalıdır. 14.Mülki işin materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, İddiaçı müraciəti əsasında qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 15.Mülki işin materiallarında olan Əyləncə mərkəzinin ziyarət qaydalarından görünür ki, valideyn Nuray Əliyeva əyləncə mərkəzinin ziyarət qaydaları ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə iddia tələbinə münasibətdə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 17.Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 19.Mülki hüquq pozuntusunun yaranması üçün üç ümumi şərt mövcud olmalıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi; 3) zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və 4) hüquqpozan şəxsin təqsirinin olması. 20.Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Hazırki iş üzrə iddiaçı oğlunun cavabdeh "xxxx" QSC-nin əyləncə məkanında oyun oynadığı zaman batut qurğusunun üzərindən tullanarkən yıxılması, sol ayağının sonuncu barmağının sınması və uşağın xəsarət almasında cavabdehin təqsirinin olduğunu, nəticədə ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia etsə də, lakin məhkəmə tərəfindən hazırda iddiaçıya dəymiş maddi və mənəvi ziyanın vurulmasında qarşı tərəfin (cavabdehin) təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi hadisə baş verən gün uşaqlar əyləncə məkanına daxil olmamışdan öncə uşaqları həmin əyləncə məkanına aparan digər uşaqlardan birinin valideyni, yəni X14 əyləncə mərkəzinin ziyarət qaydaları ilə (ziyarətçilərə nələrin qadağan olması, təhlükəsizlik qaydaları, cavabdehin ziyarətçilərin burada olduqları zamanı aldıqları zədələrə görə məsuliyyət daşımaması və s.) tanış edilmiş, Əliyeva Nuray həmin qaydalarla tanış olmasına dair təlimatı öz imzası ilə təsdiq etmişdir (məhkəmə iclasında Ə.Nuray özü də bunu təsdiq etmişdir). Göründüyü kimi təlimatda birbaşa olaraq qeyd edilmişdir ki, cavabdeh burada ziyarətçilərin aldıqları zədələrə görə məsuliyyət daşımır. Əlavə olaraq, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, uşağın oyun oynadığı zaman hansı hündürlükdən tullanması, hansı şəkildə tullanması və ya bu zaman düşdüyü yeri və s. (üçüncü şəxsin izahatına görə uşaq tərs tullandığı zaman barmağı trampilinin arasında qalmışdır) cavabdeh müəyyən edə bilməzdi. Bu hallar konkret olaraq uşağın həmin an istəyi nəticəsində yaranmı hərəkətləri ilə bağlı olmuşdur. Bundan başqa, əyləncə məkanında cavabdehə məxsus oyun avadanlıqlarının da texniki cəhətdən nasaz olması halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-də araşdırma aparılarkən ekspertiza təyin edilmiş və oyun üçün quraşdırılmış qurğularda heç bir texniki nasazlığın olmaması müəyyən edilmişdir (əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir). Beləliklə də baş vermiş hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmasında cavabdehin təqsiri və ya törədilmiş təqsirli hərəkətlə ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Hətta iş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla da cavabdehin təqsirinin olması faktı müəyyən edilmədiyindən, baş vermiş hadisə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, əgər baş vermiş hadisə iddiaçının qeyd etdiyi kimi təhlükəsizlik, nəzarət qaydalarının pozulması ilə bağlı olmuş olsa idi belə, uşağın xəsarət almasına görə cavabdehliyi üçüncü şəxs X14 daşımış olardı. Belə ki, təhlükəsizlik qaydaları ilə cavabdeh tərəfindən birbaşa olaraq məhz Ə.Nuray məlumatlandırılmış, təlimata imza çəkərək bir növ o, məsuliyyəti öz üzərinə götürmüşdür. 22.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. 23.Beləliklə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin həm maddi (hər iki hissəsinə münasibətdə) və həm də mənəvi ziyan hissəsinə münasibətdə hesab edir ki, baş vermiş hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmasında cavabdehin nə hər hansı təqsirli hərəkəti, nə də ki, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmadığından iddia tələbi dəymiş maddi və mənəvi ziyanın cavabdedən iddiaçının xeyrinə tutulması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 24.Daha sonra məhkəmə iddia tələbinin digər hissələrinə, yəni vəkil xərci və ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas hissələrdə təmin edilmədiyindən hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş vəkil xərci və dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 25.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Abdullayeva Mehrı̇ ban Seyı̇ d Əlı̇ qızının "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X20, X14 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abdullayeva Mehrı̇ ban Seyı̇ d Əlı̇ qızının "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X20, X14 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1988/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1988/2024
04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver