Məhkəmə qərarları › İş №e-2(006)-200/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-200/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-200/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər İddiaçı4 nümayəndəsi və vəkili İddiaçı6, İddiaçı3 və İddiaçı4, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh "xxxx" MMMC-yə qarşı müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi və sairə tələbinə dair ilk, "xxxx" MMMC-nin İddiaçı4 və İddiaçı6 qarşı kommunal borclarının ödənilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMCnin idarəetməsində olan və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında iddiaçıların və ailə üzvlərinin mülkiyyətlərində olan yaşayış sahələrindən istifadə hüququnu məhdudlaşdıran bütün hərəkətlərin, o cümlədən həmin yaşayış binalarında liftlərdən istifadə üçün nəzərdə tutulan kartların deaktiv edilməsinin cavabdeh "xxxx" MMMC-yə qadağan edilməsi; cavabdeh "xxxx" MMMC-nin idarəetməsində olan və ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında liftlərdən istifadə üçün nəzərdə tutulan kartların aktiv edilməsi, həmin binada mövcud olan “Domofon” sisteminin bərpa edilməsi, liftlərə tətbiq olunmuş kart icazə/istifadə sisteminin ləğv edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması; "xxxx" MMMC-nin son 3 il üçün İllik Gəlir və Xərclər smetalarının MMMC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş surətlərinin, "xxxx" MMMC-nin Ümumi Yığıncağının, İdarə Heyətinin və maliyyə təftiş komissiyasının (müfəttişi) son 3 ildə keçirilmiş iclaslarının protokol qərarlarının MMMC-nin sədri tərəfindən təsdiq edilmiş surətlərini, MMMC-nin “Nəsimi-8" MMMC-nin bank hesab(lar)ından son 3 illik dövr üçün çıxarışların cavabdeh tərəfindən iddiaçılara verilməsi barədə; liftlərdən istifadəsini məhdudlaşdırdığı üçün hər bir iddiaçının xeyrinə 1 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMMC-dən tutulması və iddiaçılardan üzr istənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. "xxxx" MMMC İddiaçı2 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə görə 2023-cü ilin iyul ayına olan 2238 manat borcun, 95 manat kommunal ödənişlərinin və 42 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMMC İddiaçı4 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı4 ünvan 4 ünvanında yerləşən mənzilə görə 2023-cü ilin iyul ayına olan 3462 manat borcun, 75 manat kommunal ödənişlərinin və 54 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMMC İddiaçı6 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı6 ünvan 5 ünvanında yerləşən mənzilə görə 2023-cü ilin iyul ayına olan 5550 manat borcun, 95 manat kommunal ödənişlərinin və 75 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMMC İddiaçı5 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı5 ünvan 6 ünvanında yerləşən mənzilə görə 2023-cü ilin iyul ayına olan 7998 manat borcun, 95 manat kommunal ödənişlərinin və 99 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC-yə qarşı olan iddialarından imtina etdiklərini bildirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatına iddiaçılar İddiaçı2 və İddiaçı5 dair hissədə xitam verilmişdir. Daha sonra "xxxx" MMMC İddiaçı5 qarşı qarşılıqlı iddiaya dair dəqiqləşdirmə təqdim etməklə, İddiaçı5 ünvan 6 ünvanında və ünvan 7ləşən mənzillərə görə 2023-cü ilin iyul ayına olan 7998 manat borcun, 95 manat kommunal ödənişlərinin və 99 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMMC-nin İddiaçı2 və İddiaçı5 qarşı olan qarşılıqlı iddia ərizələri geri qaytarılmışdır. Sonradan "xxxx" MMMC İddiaçı3 qarşı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 ünvan 8 ünvanında yerləşən mənzilə görə 2023cü ilin iyul ayına olan 4470 manat borcun, 75 manat kommunal ödənişlərinin və 64 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMMC-nin İddiaçı3 qarşı olan qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra "xxxx" MMMC İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsinə əlavə verməklə, ünvan 4 ünvanda yerləşən mənzilinə görə iyul 2023-cü il tarixinə "xxxx" MMMC-nin fonduna olan 2934 manat borcu və növbəti aylarda hər mənzil üzrə hər ay 75 manat kommunal ödənişlərini və ödənilmiş 54 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra "xxxx" MMMC İddiaçı6 qarşı qarşılıqlı iddia ərizəsinə əlavə verməklə, ünvan 5 ünvanda yerləşən mənzilinə görə iyul 2023-cü il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3390 manat borcu və növbəti aylarda hər mənzil üzrə hər ay 95 manat kommunal ödənişlərini və ödənilmiş 75 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 iddiadan imtina barədə ərizə verməklə, ona dair hissədə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh "xxxx" MMMC-yə qarşı müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi və sairə tələbinə dair ilk, "xxxx" MMMC-nin İddiaçı4 və İddiaçı6 qarşı kommunal borclarının ödənilməsinə dair qarşılıqlı iddia üzrə mülki işin ilk iddia tələbi üzrə icraatına İddiaçı1 dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı6 ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər və qarşılıqlı iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi və ilk iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə iddiaçılar iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiklərindən, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh "xxxx" MMMC-yə qarşı müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi və sairə tələbinə dair ilk iddia ərizələri baxılmamış saxlanılsın. "xxxx" MMMC-nin İddiaçı4 və İddiaçı6 qarşı kommunal borclarının ödənilməsinə dair qarşılıqlı iddia əriəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar