Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2029/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin vəkili-nümayəndəsi Vəkil, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 99 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 436.8 kv.m olan qeyri-yaşayış binasına dair iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixindən bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
2. Məhkəmə iclasında iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin vəkilinümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verdiyi vəsatəti müdafiə edib, prosessual qənaət prinsipi və mübahisənin düzgün araşdırılması üçün hazırkı mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsini məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddiaçı tərəfin vəsatətinin əsassız olduğunu bildirib, digər işdə cavabdehin başqa şəxs olmasını əlavə edərək, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddiaçı tərəfin vəsatətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddiaçının vəsatətini nəzərdən keçirib, məhkəmənin icraatında hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçının tərkibində olduğu müvafiq quruma qarşı hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən qeyri-yaşayış sahəsi barəsində olan e-2(006)-1463/2025 nömrəli mülki iş üzrə iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq və həmin iddia ərizəsinin məhkəmənin icraatına daha əvvəl daxil olmasını nəzərə alaraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.
Əsaslandırıcı hissə:
7. Belə ki, e-2(006)-1463/2025 nömrəli mülki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, giriş 67 ünvanında yerləşən, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli, ümumi sahəsi 436,80 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə hər iki iş üzrə iddia ərizəsini araşdıraraq belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir. Hər iki iddia ərizəsindən də görünür ki, mübahisə məhz eyni qeyri-yaşayış sahəsi barəsindədir. Digər işdə olan iddiaçı (hazırkı iş üzrə cavabdeh) hazırkı iş üzrə iddiaçının tabe olduğu qurumu cavabdeh qismində cəlb etsə də, bu hal iddia tələblərinə bir yerdə baxılmasını ona görə istisna etmir ki, hər iki mübahisə üzrə məhkəmə araşdırmasının birlikdə aparılması, tərəflərin tələb və etirazlarına kompleks şəkildə qiymət verilməsi onların hüquqlarını pozmayacaq, əksinə işə ağlabatan müddətdə baxılaraq mübahisənin bir yekun məhkəmə aktı ilə həll olunmasını təmin edəcəkdir. Məhz həmin iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçı deyil, onun tabe olduğu qurum olması səbəbindən işlərə ayrı-ayrılıqda baxılmasının davam etdirilməsi işlərdən birinin icraatının dayandırılmasını zəruri etdiyindən, lakin birlikdə baxılarsa, buna zərurət olmayacağından, sadəcə bu hala görə iddiaçı tərəfin vəsatətinin təmin edilməməsi məhkəmə tərəfindən formal yanaşma sərgilənməsi və prosessual qənaət prinsipinin pozulması hesab edilməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.
10. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vəsatəti təmin edilməli, hazırkı mülki iş, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qeyriyaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə e- 2(006)-1463/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-1463/2025 nömrəsi verilməlidir.
Nəticə:
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin vəkili-nümayəndəsi Vəkil vəsatəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Cavabdeh qarşı “bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2029/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1463/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-1463/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Günay Abidova