Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-203/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Tarıverdiyeva (Hasanova) Sara Əlisahib qızı və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Tarıverdiyeva (Həsənova) Sara Əlisahib qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X8 və X3 cavabdehlər Vəkil və cavabdehlər Tarıverdiyeva (Hasanova) Sara Əlisahib qızı, Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-203/2025 saylı qərardadına əsasən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməsi, iddiaçılar X8 və X1 cavabdehlər Vəkil və cavabdehlər Tarıverdiyeva (Hasanova) Sara Əlisahib qızı, Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi iddiaçı X4 aid hissədə baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Tarıverdiyeva (Hasanova) Sara Əlisahib qızı və Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanan barışıq sazişi qismən təmin edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 10/9715 nömrəli ekspert rəyində göstərilən ünvan 1 ünvanda yerləşən mənzilin ümumi dəyərini təşkil edən 686.000 (altı yüz səksən altı min) manatdan İddiaçı cavabdeh X6 əvvəldən mövcud olan 22.100 (iyirmi iki min yüz) manat borcu çıxılmaqla (İddiaçı cavabdeh X6 əvvəldən mövcud olan 22.100 (iyirmi iki min yüz) manat borcu ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı mülkiyyətində olan 1/6 hissəsinin alqı-satqısı zamanı İddiaçı ödəniləcək məbləğdən çıxıldığından gələcəkdə bu məbləğlə bağlı X5 İddiaçı qarşı heç bir iddiası olmayacaqdır) ünvan 1 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ əsasında 1/6 hissəsini İddiaçı notarial təsdiqli müqavilə əsasında 92.233 (doxsan iki min iki yüz otuz üç) manata X5 mülkiyyətinə verir.
2. ünvan 1 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ əsasında 1/6 hissəsi ilə bağlı notarial təsdiqli müqavilə bağlanarkən cavabdehlər X10, Cavabdeh2 və X7 razılaşdırılmış 92.233 (doxsan iki min iki yüz otuz üç) manatı notariusun depozit hesabı vasitəsi ilə İddiaçı ödəyirlər. Məhkəmə barışıq sazışıqının təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, sazişin birinci bəndində tərəflər məhkəməyə müraciət etməyəcək (iddiaları olamaycaq) deyə barışığa gəlsələrdə məhkəməyə müraciət etmək konstitusion hüquq olduğundan belə bir şərtin olması kökündən etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Bundan başqa, iş üzrə icraata xitam verildiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil qaytarılmalı, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı və cavabdehlər Tarıverdiyeva (Həsənova) Sara Əlisahib qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdehlər Tarıverdiyeva (Həsənova) Sara Əlisahib qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qismən olmaqla aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/9715 nömrəli ekspert rəyində göstərilən ünvan 1 ünvanda yerləşən mənzilin ümumi dəyərini təşkil edən 686.000 (altı yüz səksən altı min) manatdan İddiaçı cavabdeh X6 əvvəldən mövcud olan 22.100 (iyirmi iki min yüz) manat borcu çıxılmaqla (İddiaçı cavabdeh X6 əvvəldən mövcud olan 22.100 (iyirmi iki min yüz) manat borcu ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı mülkiyyətində olan 1/6 hissəsinin alqı-satqısı zamanı İddiaçı ödəniləcək məbləğdən çıxıldıqdan sonra) ünvan 1 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ əsasında 1/6 hissəini İddiaçı notarial təsdiqli müqavilə əsasında 92.233 (doxsan iki min iki yüz otuz üç) manata X5 mülkiyyətinə verir.
2. ünvan 1 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ əsasında 1/6 hissəsi ilə bağlı notarial təsdiqli müqavilə bağlanarkən cavabdehlər X10, Cavabdeh2 və X7 razılaşdırılmış 92.233 (doxsan iki min iki yüz otuz üç) manatı notariusun depozit hesabı vasitəsi ilə İddiaçı ödəyirlər. İddiaçı cavabdehlər Tarıverdiyeva (Həsənova) Sara Əlisahib qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı və cavabdehlər Tarıverdiyeva (Həsənova) Sara Əlisahib qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.