Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2095/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Mehdı̇ yeva Natəvan Arı̇ f qızının Cavabdeh qarşı «yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Mehdı̇ yeva Natəvan Arı̇ f qızı Cavabdeh qarşı «yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2007-ci il tarixli, 4435 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46.1 kv.m qeyriyaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. Sonradan həmin qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ünvan qeyri-yaşayış sahəsi olsa da, hazırda yaşayış sahəsi kimi istifadə edilir. Cavabdeh iddiaçının keçmiş əri olmuş, arlarındakı nikah rəsmi qaydada 2018-ci il tarixdə pozulmuş, həmin vaxt aralarında birgə nikah dövründə olan əmlaklar da öz həllini tapmışdır. Faktiki olaraq ünvan 1 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olsa da, faktiki olaraq həmin sahədən Cavabdeh qanunsuz olaraq istifadə edir və başqa qadınla birlikdə həmin ünvanda yaşayır. Cavabdeh qanunsuz olaraq mübahisəli yaşayış və qeyri-yaşayış sahəsinə daxil olaraq çıxmır və iddiaçının həmin sahədən istifadə etməyinə mane olur. Bu səbəbdən də iddiaçı həmin yaşayış və qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Cavabdehə iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahəsinin boşaldılması dəfələrlə təklif edilsə də, cavabdeh çıxmaqdan imtina etmişdir. Cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozaraq, mülkiyət hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı Mehdı̇ yeva Natəvan Arı̇ f qızına məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılması, Cavabdeh qanunsuz hərəkətlərinə qadağan qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı Mehdı̇ yeva Natəvan Arı̇ f qızına məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı Mehdı̇ yeva Natəvan Arı̇ f qızına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 18 yanvar 2007-ci il tarixli, 4435 saylı “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onların 04 may 1996-cı il tarixində bağlanmış nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5094/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, daha sonra birgə nikah dövründə əldə edilmiş əmlaklar tərəflər arasında bölünmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2387/2021 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.22-ci il tarixli, 2(103)-592/2022 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4547/2022 saylı qərarı). Hazırda iddiaçı cavabdehin yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2387/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünmüş və Cavabdeh həmin qeyri-yaşayış sahəsi üzərində 1/2 pay hüququ, X1 1/2 pay hüququ müəyyən edilmişdir. Qətnamə bu hissədə paylı mülkiyyətçilərin adlarına paylarına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-1754 saylı bağ sahəsindən Cavabdeh istifadə hüququ müəyyən edilmiş və o, həmin bağ sahəsinə köçürülmüş, ilkin iddia tələbin qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, “Mercedes Benz” markalı ** UR *** dövlət nömrə nişanlı avtomaşının birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünmüş və Cavabdeh həmin avtomaşının üzərində 1/2 pay hüququ, X1 14 pay hüququ müəyyən edilmişdir. Qətnamə bu hissədə paylı mülkiyyətçilərin hüquqlarının daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyata alınması üçün əsasdır. Qanuni qüvvəyə minmiş 2(004)-22/10 saylı, xx.xx.2010-cu il tarixli, 2(004)- 15159/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(004)-2875/2020 saylı, xx.xx.2020-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnamələrinə əsasən X1 ödəməli olduğu 45000 ABŞ dolları, 11250 ABŞ dolları və 9000 ABŞ dolları, cəmi 65250 (altmış beş min iki yüz əlli) ABŞ dolları məbləğində borc birgə öhdəlik kimi bərabər şəkildə Cavabdeh və X2 arasında bölünmüş və həmin borcun (öhdəliyin) 50% hissəsi Cavabdeh aid edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir.
10. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.22-ci il tarixli, 2(103)-592/2022 saylı qətnaməsindən görünür ki, hər iki apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli qətnamə qismən, yəni «qətnamənin “Mercedes Benz” markalı, 90- UR-949 dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iş üzrə tərəflərin müəyyən edilmiş pay hüquqlarının müvafiq dövlət reyestrlərinə qeydə alınması və bu barədə strindən müvafiq çıxarışların verilməsi üçün əsas olması barədə» hissədə ləğv edilmiş, Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-1754 saylı bağ sahəsindən iddiaçı Cavabdeh istifadə hüququnun müəyyən edilməsini və onun həmin bağ sahəsinə köçürülməsi; “Mercedes Benz” markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh ilə X1 birgə nikahları dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünməsi və iş üzrə tərəflərin həmin avtomobilin üzərində 1/2 hissədə pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmiş, müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 20 avqust 2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh ilə X1 birgə nikahları dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünməsi və iş üzrə tərəflərin hər birinin həmin qeyri- yaşayış sahəsi üzərində 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş 2(004)- 22/10 saylı, xx.xx.2010-cu il tarixli, 2(004)-15159/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(004)-2875/2020 saylı, xx.xx.2020ci il tarixli qətnamələrinə əsasən İddiaçı ödəməli olduğu 45.000 ABŞ dolları, 11.250 ABŞ dolları və 9.000 ABŞ dolları, cəmi 65.250 ABŞ dolları məbləğində borcun birgə öhdəlik kimi bərabər şəkildə Cavabdeh ilə X2 arasında bölünmüş, həmin borcun (öhdəliyin) 50% hissəsi Cavabdeh aid edilmiş, qalan hissədə hər iki iddianın təmin edilməməsi barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4547/2022 saylı qərarına əsasən İddiaçı tərfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.22-ci il tarixli, 2(103)-592/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən 02 may 2019-cu il tarixdə verilmiş AZ-İ № 322042 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Mehdı̇ yeva Natəvan Arı̇ f qızı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 may 2019-cu il tarixdə 126 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Mehdiyeva soyadı verilmişdir.
13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Mehdı̇ yeva Natəvan Arı̇ f qızı arasında bağlanmış 18 yanvar 2007-ci il tarixli, 4435 saylı “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 ünvanında yerləşən, ümumi sahəsi 46.1 kv. metr olan qeyriyaşayış sahəsi xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, aylıq 51,09 manat icarə haqqı ödənilməsi şərti ilə Mehdı̇ yeva Natəvan Arı̇ f qızına icarəyə verilmişdir.
14. Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 ünvanda yerləşən qeyri-yaşayış sahənin texniki pasportundan görünür ki, həmin sahənin tikinti altı sahəsi 60.4 kv.m, ümumi sahəsi 46.1 kv.m, əsas sahəsi 36.3 kv.m, köməkçi sahəsi 9.8 kv tikililərindən ibarətdir. Mülkiyyətçisi: Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, icarəçisi: Mehdı̇ yeva Natəvan Arı̇ f qızıdır.
15. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №514) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 ünvanında yerləşən əqd bağlanan sahəsi 46.1 kv.m olan obyekt barəsində Mehdı̇ yeva Natəvan Arı̇ f qızı tərəfindən icarə müqaviləsi bağlanılmış, əqdin müddəti xx.xx.2007-xx.xx.2007-ci il tarixi kimi, çıxarış icarəyə verilmiş obyektin özəlləşdirilməsi ilə əlaqədar verilir kimi qeyd edilmişdir.
16. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubda bildirilmişdir ki, Mehdı̇ yeva Natəvan Arı̇ f qızı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət edərək, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 saylı ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə münasibət bildirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq arayışın verilməsini xahiş etmişdir. Mehdı̇ yeva Natəvan Arı̇ f qızı tərəfindən yuxanda qeyd olunan ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz etmirlər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Eyni Məcəllənin 152.5.-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
22. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Avropa Məhkəməsinin Kopeçki Slovakiyaya qarşı Qərarında qeyd etmişdir ki, əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılması mümkündür.
24. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar).
25. İşin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan yaşayış və qeyriyaşayış sahəsi iddiaçıya icarəyə verilmiş, tərəflər arasında əmlak bölgüsü zamanı cavabdeh tərəfindən mübahisələndirilməmiş və özəlləşdirilməsi ilə bağlı müraciət edilməmişdir. Bununla yanaşı, müəyyən edilmişdir ki, iddiaçı həmin yaşayış və qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciət etmiş və həmin sahə əvvəllər ona ayrılarkən sırf gələcəkdə özəlləşdirilməsi ilə bağlı verilmişdir.
26. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən yaşayış və qeyri-yaşayış sahəsinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin yaşayış və qeyri-yaşayış sahəsi onun qanuni sahibliyində olduğundan, onun bu hüququ həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin presedent hüququ baxımından “qanuni gözləntiyə malik hüquqdur.
27. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil.
28. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqular və maraqlar da “əmlak hüquqları” və beləliklə də “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözlənti”yə malik olan tələblərini də əhatə edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, həmin yaşayış və qeyri-yaşayış sahəsinə iddiaçının əsaslı gözlənti hüququ vardır. Odur ki, iddiaçı həmin yaşayış və qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyətçiyə aid hüquqlarla çıxış edə bilər.
29. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin sözügən sahədə heç bir hüququ mövcud olmadığından (hər hansı qanuni hüququnun tanınması ilə bağlı hazırda məhkəməyə əks sübutu təqdim etmədiyindən) iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 5 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 5 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov