Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2099/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, «xxxx» ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 01.08.2020-ci il tarixdə idarə etdiyi «X11 Prado» markalı, **-CT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, F.X.Xoyski küçəsi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş və nəticədə «Mercedes Benz C180» markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov rayon Bakı şəhər DYPİ-də tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati xəta haqqında protokolda Cavabdeh yolnəqliyyat haisəsi baş verən zaman idarəetmə hüququ olmadığı (etibarnamə) qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz C180» markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobillə 1650 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və 10.09.2020-ci il tarixli İAS 200878 saylı sığorta ödənişi aktına əsasən «xxxx» ASC tərəfindən zərərçəkənə 1650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 1650 manat sığorta ödənişi subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olunmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 1650 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 1680 manat tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan PME********** saylı 31.10.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində «xxxx» ASC sığortalı X4 məxsus «X12 Prado» markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil 02.11.2019-cu il tarixdən 02.11.2019-cu il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin inzibati xəta haqqında 01.06.2020-ci il tarixli, İXP ******* saylı protokolundan görünür ki, Cavabdeh 01.06.2020-ci il tarixində, saat 13:56 radələrində ara məsafəsi qaydalarının pozulması nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olan halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə halarına yol verilmişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə əsasən === manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan qüsur aktının surətindən görünür ki, «Mercedes Benz C180» markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 1650 manat təşkil edir. İş materiallarında olan İAS200878 nömrəli sığorta ödənişi aktının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh sığortalanmış «X12 Prado» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobili 01.08.2020-cı il tarixində həmin avtomobili sürücülük hüququ olmadan etibarnamə əsasında idarə edərkən Bakı şəhəri, F.X.Xoyski küçəsində ara məsafəsinin düzgün seçilməməsi «Mercedes Benz C180» markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 06.06.2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində «Mercedes Benz C180» markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1650 manat, X2 ödənilmiş sığorta ödənişinin məbləği 1650 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 01.08.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 özünə məxsus olan «X11 Prado» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobilini 11 ay müddətinə 01.07.2021-ci il tarixədək Cavabdeh sahibliyinə və istifadəsinə vermişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 10.09.2020-ci il tarixli, 003132 saylı ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X2 10.09.2020-ci il tarixli İAS200878 saylı akta əsasən 1650 manat sığorta ödənişi ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1798 saylı, 29 aprel 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablaşma yolu ilə, iş materiallarında olan «xxxx» ASC-nin 06.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Mercedes Benz C180» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370 manat müəyyən edilmişdir.Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X3 mülkiyyətində olan və «xxxx» ASC tərəfindən sığortalanmış «X11 Prado» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan (etibarnamə hadisədən sonra (hadisə isə 01.08.2020-ci il 13:56-da baş vermişdir), 01.08.2020-ci il tarixdə saat 14:13-də verilmişdir) idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq, X2 məxsus və X5 tərəfindən idarə edilən «Mercedes Benz C180» markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən zərər dəymiş avtomobilin sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə «xxxx» ASC sığorta aktına əsasən ödədiyi 1650 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan «X11 Prado» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil etibarnaməsi olmayan Cavabdeh tərəfindən idarə edildiyindən, habelə Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin inzibati xəta haqqında protokoluna əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, ekspertiza rəyinə əsasən avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370 manat təşkil etdiyindən iddia tələbi yalnız ekspertiza rəyi ilə müəyyən edildiyi miqdarda təmin olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 1370 (bir min üç yüz yetmiş) manat zərərin əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 1370 (bir min üç yüz yetmiş) manat zərərin əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2099/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2099/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver