Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-21/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili-nümayəndəsi Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı LPO "xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və s.” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən, LPO "xxxx" ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin onun mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6844/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-675/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzil üzərində payların müəyyən edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə İddiaçı ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmişdir. İddiaçının cavabdehlə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 172/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6844/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi icra edilmiş, ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh pay hüquqları dövlət qeydiyyatına alınmışdır və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı sözügedən mənzildə özünün mülkiyyətində olan 1/2 paydan istifadə hüququnun həyata keçirilməsi məqsədi ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir, çünki o, cavabdehlə heç bir razılıq əldə edə bilmir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ünvan 2 üçün ödənilmiş 20.573,11 (iyirmi min beş yüz yetmiş üç manat on bir qəpik) manat kredit (ipoteka) ödənişləri, əmlak sığorta və həyat sığortası ödənişlərinin yarısı, yəni 10.286,55 (on min iki yüz səksən altı manat əlli beş qəpik) manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1996-cı il tarixdə bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7400/2014 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.1997-ci il təvəllüdlü X9 və xx.xx.2002-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılmışlar. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almaqla onun 1-ci səhifəsinin “Müəyyən Etdi” hissəsinin ikinci abzasında Cavabdeh qeyd etdiyi kimi həmin vaxt üçün 6 aydan da artıq müddət idi ki, xx.xx.2014-cü ildən tərəflər bir yerdə yaşamamış, ailələri faktiki olaraq həmin vaxt üçün artıq dağılmış və birgə təsərrüfat aparmamışlar. Birgə nikah dövründə tərəflərin əldə etdikləri Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmiş və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə eyni tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən qeyd edilən mənzilin qiyməti 90.000 manat məbləğində müəyyən edilmiş, göstərilən kredit müqaviləsinə əsasən İddiaçı illik 8 faiz olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin onunla Cavabdeh arasında bərabər paylara bölünməsi, həmin mənzilə dair hər birinin 1/2 payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin onunla Cavabdeh arasında bərabər paylara bölünməsi, həmin mənzilə dair hər birinin 1/2 payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi üzrə mövcud olan borcun 1/2 hissəsinin ondan, 1/2 hissəsinin Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin 1/3 hissəsinə sonuncunun, 2/3 hissəsinə isə özünün payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə kredit götürülmüş 96.000 manat (50.000 manat, 24 il, 8%) məbləğində kredit borcunun 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin həcmini artıraraq, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə isə özünün payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, müvafiq olaraq birgə nikah dövründə kredit götürülmüş 96.000 manat (50.000 manat, 24 il, 8%) məbləğində kredit borcunun 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 31310,67 manat kredit ödənişinin, 2475 manat həyat sığorta ödənişinin və 654,50 manat əmlak sığortası ödənişinin Cavabdeh aid borc hissəsinə aid edilməsi (borcundan çıxarılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)-675/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi üzrə 41253,09 (qırx bir min iki yüz əlli üç manat doqquz qəpik) borcun 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin isə Cavabdeh aid edilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6844/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)-675/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzil üzərində payların müəyyən edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Tərəflər xx.xx.2014cü il tarixdən birgə təsərrüfat aparmadıqlarından və ayrı yaşadıqlarından, bu hal xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 7400/2014 nömrəli qətnaməsində öz əksini tapdığından, xx.xx.2014-cü il tarixdən sonra Cavabdeh tərəfindən öz qazancı hesabına aparılmış mənzilin kredit (ipoteka) ödənişlərinin yarısı İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Belə ki, ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzil birgə nikah dövründə alınmış, həmin mənzildə tərəflərin 1/2 hissədə payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmış, lakin istər mənzil birgə mülkiyyətdə olan dövrdə (məhkəmə tərəfindən bölünənədək), istərsə də sonradan paylı mülkiyyətdə olduğu dövrdə kredit ödənişlərini Cavabdeh tək həyata keçirmişdir. Bəzi qəbzlərin üzərində “İddiaçı” qeyd edilsə də, həmin ödənişlər Cavabdeh tərəfindən aparılmış, qəbzlərin üzərinə Cavabdeh ödəniş edərkən imza atmış və həmin imzaların Cavabdeh məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. “X4”nin xx.xx.2022-ci il tarixli, 237 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 55 ədəd "xxxx" ASC-nin mədaxil xəzinəsi orderində Cavabdeh adından icra edilmiş mübahisəli imzalar sonuncu tərəfindən sərbəst halda icra edilmişdir. Ekspertizanın keçirilməsinə görə 500 manat xərc ödənilmişdir. Ekspertizaya təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh: - xx.xx.2018-ci il tarixdə 785.26 manat aylıq ödəniş, xx.xx.2018-ci il tarixdə 391.86 manat aylıq ödəniş, xx.xx.2018-ci il tarixdə 391.86 manat aylıq ödəniş, xx.xx.2018-ci il tarixdə 392.14 manat aylıq ödəniş, xx.xx.2018-ci il tarixdə 353.64 manat həyat sığortası ödənişi, xx.xx.2018-ci il tarixdə 102.12 manat əmlak sığortası ödənişi, xx.xx.2018-ci il tarixdə 392.14 manat aylıq ödəniş, xx.xx.2018-ci il tarixdə 8.50 manat əmlak sığortası ödənişi, xx.xx.2018-ci il tarixdə 391.88 manat aylıq ödəniş olmaqla, cəmi 3209.40 manat; - xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası ödənişi, xx.xx.2019-cu il tarixdə 391.80 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 391.76 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 392.13 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 392.13 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 392.14 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019cu il tarixdə 392.10 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 391.59 manat aylıq ödəniş, xx.xx.2019-cu il tarixdə 391.17 manat aylıq, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 391.55 manat aylıq, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 391.03 manat aylıq, xx.xx.2019-cu il tarixdə 353.64 manat aylıq, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 392.09 manat aylıq, xx.xx.2019-cu il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2019-cu il tarixdə 391.32 manat aylıq ödəniş olmaqla, 5156.45 manat; - xx.xx.2020-ci il tarixdə 391.47 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 391.42 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2020-ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2020ci il tarixdə 8.50 manat əmlak sığortası, xx.xx.2020-ci il tarixdə 353.64 manat həyat sığortası olmaqla, 3159.68 manat; - xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş olmaqla, 1955.15 manat; Həmçinin ekspertizaya təqdim olunmamış və üzərindən ödənişin Cavabdeh tərəfindən edildiyi əks olunmuş qəbzlər üzrə: xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2021-ci il tarixdə 391.03 manat aylıq ödəniş olmaqla, 1955.15 manat; xx.xx.2022-ci il tarixdə 399.71 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 399.95 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 400.31 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 391.85 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 7.94 manat ödəniş, xx.xx.2022-ci il tarixdə 399.0 3manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 398.97 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 398.97 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 398.97 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 398.97 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 398.97 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 361.58 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 391.03 manat aylıq ödəniş, xx.xx.2022-ci il tarixdə 391.03 manat aylıq ödəniş olmaqla, 5137.28 manat ödəniş edilmişdir. Qeyd edilmiş ödənişlərin ümumi məbləği 20.573.11 (iyirmi min beş yüz yetmiş üç manat on bir qəpik) manat təşkil edir.
5. İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun ayrılmasının qeyri-mümkün olduğu, həmçinin, tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları üçün həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ilə Cavabdeh paylarına mütənasib surətdə, hər birinə 1/2 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun ayrılmasının qeyrimümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları üçün həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitindən "xxxx" ASC-yə (hüquqi varisinə) satış gününə olan borc məbləğinin İddiaçı ilə Cavabdeh paylarına mütənasib surətdə ödənilməsi, qalıq pul məbləğinin mülkiyyətçilərin paylarına mütənasib olaraq İddiaçı ilə Cavabdeh arasında hər birinə 1/2 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC mülahizə (etiraz) təqdim edərək, ipoteka predmetinin satılmasına razılığın yalnız ilk öncə bankın tələblərinin tam şəkildə ödənilməsi, ipoteka krediti üzrə müştərinin bank qarşısındakı öhdəliklərinin tam şəkildə təmin edilməsi və daha sonra artıq vəsait qaldığı təqdirdə hazırda iddia predmeti üzrə yalnız artıq qalmış vəsaitin tərəflər arasında bölünə bilməsi şərtilə verilə biləcəyini bildirmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, 69 saylı mənzilin ipoteka borcu üçün əvvəlki qəbzlər üzrə ödənilmiş 20.573.11 (iyirmi min beş yüz yetmiş üç manat on bir qəpik) manat ipoteka, əmlak və həyat sığortası ödənişlərinin yarısı, yəni 10.286.55 (on min iki yüz səksən altı manat əlli beş qəpik) manat , sonrakı qəbzlər üzrə 3966.26 (üç min doqquz yüz altmış altı manat iyirmi altı qəpik) manatın yarısı 1983.13 (bir min doqquz yüz səksən üç manat on üç qəpik artırılan hissə) manat, cəmi 12.269.68 (on iki min iki yüz altmış doqquz manat altmış səkkiz qəpik) manat və xx.xx.2022-ci il tarixli ekspertiza keçirilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir.
9. Son olaraq ilkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə satış gününə olan borc məbləğinin İddiaçı ilə Cavabdeh paylarına mütənasib surətdə ödənilməsi, qalıq pul məbləğinin mülkiyyətçilərin paylarına mütənasib olaraq İddiaçı ilə Cavabdeh arasında hər birinə 1/2 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı və Cavabdeh müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 36.272,67 manat əsas borc, 2.474,60 manat faiz borcu olmaqla, cəmi 38.747,27 manat məbləğində kredit borcunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 51 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 206,24 manat dövlət rüsumunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına "xxxx" ASCyə olan kredit borcu və dövlət rüsumunun ödənilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetindən əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Üçüncü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsinə əsasən borcluya Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun vəsaiti hesabına 288 ay müddətinə, illik 8 faiz olmaqla, 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 185 kv.m, yaşayış sahəsi 100 kv.m olan 69 saylı mənzil ipoteka ilə yüklü edilmişdir (DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya: MA, 0326730, Reyestr nömrəsi: **********66-05301-093064, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2011). Azərbaycan Respublikası Mərkəzi X7 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "xxxx" ASC-nin lisenziyası xx.xx.2023-cü il tarixdən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmişdir. Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12 saylı xidmət müqaviləsinin xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı əlavəsinə əsasən, ləğvetmə prosesində olan "xxxx" ASC-nin ipoteka krediti olan aktivləri üzrə xidmətlərin göstərilməsi hüququ "xxxx" ASC-yə verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etməməsi səbəbindən kredit üzrə tələb hüquqları Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu tərəfindən kreditə xidmət göstərən "xxxx" ASC-yə geri ötürülmüş, həmin tarixdə Fond tərəfindən kredit vəsaiti "xxxx" ASC-yə məxsus hesabdan akseptsiz qaydada silinmişdir. İddiaçı xx.xx.2024-cü il tarixinə "xxxx" ASC qarşısında 36.272.67 (otuz altı min iki yüz yetmiş iki manat altmış yeddi qəpik) manat əsas, 2.474.60 (iki min dörd yüz yetmiş dörd manat altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 38.747.27 (otuz səkkiz min yeddi yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində öhdəliyi mövcuddur. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, İddiaçı kredit müqaviləsi üzrə kredit borcunu vaxtında və tam şəkildə qaytarmayaraq müqavilə şərtlərini pozmaqda davam edirlər. Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, kreditin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi üzrə kredit məbləği İddiaçı ilə Cavabdeh birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə olunduğundan və ümumi öhdəlik hesab olunduğundan hazırda həmin müqavilə üzrə qalıq borc onların hər birindən bərabər qaydada tutulmalıdır. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 185 kv.m, yaşayış sahəsi 100 kv.m olan 69 saylı mənzilə (yəni ipoteka predmetinə) tutmanın yönəldilməsi zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixli O- 2024-2487/BO nömrəli bilidirişlə bank tərəfindən İddiaçı və Cavabdeh tələbin məhkəmə yolu ilə ipoteka predmetinə yönəldilməsinə dair xəbərdarlıq edilmiş və cavabdehlərin banka olan kredit borcu, dövlət rüsumu və qanunvercilikdə nəzərdə tutulmuş digər xərclərin ipoteka predmetinin satışından alınacaq vəsaitdən tutulacağı bildirilmişdir. "xxxx" ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli müraciətlə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmiş və xx.xx.2024-cü il tarixində bildiriş qeydə alınmışdır.
12. Son olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş 38.106.54 (otuz səkkiz min bir yüz altı manat əlli dörd qəpik) manat məbləğin yarısı, yəni 19.053.27 (on doqquz min əlli üç manat iyirmi yeddi qəpik) manat və məhkəmə xərcləri olaraq xx.xx.2022-ci il tarixli ekspertizanın keçirilməsi üçün ödənilmiş 500 (beş yüz) manat, qarşılılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu, tələbin artırılması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və hazırki iddia tələbinin artırılması üçün 87,83 (səksən yeddi manat səksən üç qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 19.804.10 (on doqquz min səkkiz yüz dörd manat on qəpik) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir.
13. Son olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə “iddia tələbinin həcminin artırılmasına dair” məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı və Cavabdeh müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 36.272,67 manat əsas borc, 4864,24 manat faiz borcu olmaqla, cəmi 41.136,91 manat məbləğində kredit borcunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 51 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 206,24 manat dövlət rüsumunun, həmçinin iddia həcminin artırılması barədə ərizə üzrə ödənilmiş 43.90 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 saylı mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına "xxxx" ASC-yə olan kredit borcu və dövlət rüsumunun ödənilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetindən əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə prosesi:
14. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkilinümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib bildirdi ki, mənzilin açıq hərracdan satılması ilə bağlı iddia tələbini ilk olaraq onlar irəli sürdüyündən, mənzil likvid qiymətə deyil, bazar qiymətinə hərraca çıxarılmalıdır. Buna görə də ilkin iddianın təmin edilməsini xahiş edib, üçüncü şəxsin iddiasının qismən təmin edilməsinə etiraz etmədi. Qarşılıqlı iddianı isə mənzildəki payını qarşı tərəf alacağı təqdirdə 10.000 manat həcmində qəbul etdiyini bildirdi.
15. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddianı və üçüncü şəxsin iddiasını qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka saxlayan olaraq üstün hüquqlara malik olduqlarından, mənzil məhz likvid qiymətlə açıq hərraca çıxarılmalıdır.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin və qarşılıqlı iddialar üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ilkin, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizələrini (dəqiqləşmələri), ekspert rəylərini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ilkin, qarşılıqlı və üçüncü şəxsin iddiaları qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
19. "xxxx" ASC (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana “ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması” məqsədilə 288 ay müddətinə, illik 8 faiz olmaqla, 50000 (əlli min) manat məbləğində kredit verilir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Borcalanın bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. Bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə əmlak və həyat sığortası müqavilələri borcalanın öhdəliyi tam icra olunanədək qüvvədə olmalıdır (Ödəniş cədvəli, hesabdan çıxarış, ödəniş qəbzləri də iş materiallarında mövcuddur).
20. "xxxx" ASC (kreditor-ipoteka saxlayan), X10 (satıcı) "xxxx" ASC ilə İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış yaşayış mənzilinin xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ona məxsus olan satış qiyməti 90000 manat və ipoteka predmeti kimi 140000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 185 kv.m, yaşayış sahəsi 100 kv.m olan 69 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir.
21. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7400/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 1996-cı il tarixdə Səadət Sarayında (Bakı nikah evi) 1351 qeydiyyat nömrəsi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.1997-ci il təvəllüdlü X9 və xx.xx.2002-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanmışdır. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır.
22. İpoteka götürən şəxslər üçün M-Lİ P135441/15 nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2015-xx.xx.2035-ci illər ərzində "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Ümumi sığorta haqqı 7.072,77 manat, illik sığorta haqqı 353,64 manat təşkil edir.
23. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC (əvvəlki adı: “Bank Silkvey”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 12 saylı xidmət müqaviləsinin xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı əlavəsindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə xidmət göstərilməsi "xxxx" ASC-yə həvalə edilmişdir.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)-675/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı üçüncü şəxs "xxxx" ASC Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın və kredit borcunun bölünməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi üzrə 41253,09 (qırx bir min iki yüz əlli üç manat doqquz qəpik) manat borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh aid edilmiş, ilkin və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6844/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)-675/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzil üzərində payların müəyyən edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin 69 saylı mənzili üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. M-Pİ-5748/21 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 4 otaqlı, 69 nömrəli mənzil xx.xx.2021-xx.xx.2024-cü illər ərzində 39.698,22 manat sığorta məbləği həcmində "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Şəhadətnamənin ayrılmaz hissəsi sayılan 1 nömrəli əlavədən görünür ki, 285,83 manat sığorta haqqı hissə-hissə olmaqla, 25 ay müddətində xx.xx.2021xx.xx.2023-cü ilədək ödənilməlidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6844/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə İddiaçı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2022), 1/2 hissədə isə Cavabdeh (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2022) adlarına qeydiyyata alınmışdır (mənzilin 2011-ci ildə tərtib edilmiş texniki pasportu da iş materiallarına əlavə edilmişdir).
29. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ilkin iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
30. “X4” MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, 237 nömrəli rəyin verilməsi üçün ekspertiza xərci 500 manat təşkil edir.
31. “X4” MMC-nin xx.xx.2022-ci il tarixli, 237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 55 ədəd "xxxx" ASC-nin mədaxil xəzinəsi orderində Cavabdeh adından icra edilmiş mübahisəli imzalar sonuncu tərəfindən sərbəst halda icra edilmişdir (həmin qəbzlər iş materiallarına əlavə edilmişdir).
32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, 10/221 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin 69 saylı mənzilinin tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzil üzrə bir dəhlizin və bir mətbəxin olmasını, mənzilin çoxmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsində yerləşməsini, eləcə də həmin mənzilə giriş-çıxışın pilləkən qəfəsəsinə açılan bir qapı vasitəsilə olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tərəflərin 1/2 paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin, eləcə də metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.
33. Ekspertiza xərclərinə dair 28 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
34. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 9/55xx-xx/5296 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin 69 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 358000.0 manat məbləğində müəyyən olunur.
36. Ekspertiza xərclərinə dair 26 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
37. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC arasında bağlanmış xx.xx.2018ci il tarixli, 12 saylı xidmət müqaviləsinin xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı əlavəsinə əsasən, ləğvetmə prosesində olan "xxxx" ASC-nin ipoteka krediti olan aktivləri üzrə xidmətlərin göstərilməsi hüququ "xxxx" ASC-yə verilmişdir. Qeyd olunan xidmət müqaviləsinə əlavəyə əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit, ipoteka və alqı-satqı müqaviləsi üzrə xidmətlərin göstərilməsi hüququ "xxxx" ASC-yə ötürülsə də, həmin öhdəliyə dair tələb olunan sənədlər (müqavilələr, ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışı və s.) cari tarixədək "xxxx" ASC-yə təhvil verilməmişdir. Bundan başqa, İddiaçı tərəfindən ipoteka krediti müqaviləsi üzrə ödənişlərin (həmçinin sığorta ödənişlərinin) X11 (www.gpp.az) və digər elektron formada həyata keçirilməsinin mümkünlüyünü, bu formada edilmiş ödənişlər zamanı ödənişi təsdiq edən qəbzlərin elektron nüsxələrinin yalnız müştəriyə göndərildiyini nəzərə alaraq, ödəniş mədaxil qəbzlərinin bank tərəfindən təqdim edilməsi qeyri-mümkündür. Kredit ödənişləri ilə bağlı məlumatların təqdim edilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna, sığorta ödənişləri haqqında məlumatların əldə edilməsi üçün isə müştəri ilə bağlanmış sığorta müqaviləsi üzrə xidmət göstərən sığorta şirkətinə müraciət edilməsi, eyni zamanda hazırkı mülki iş üzrə mübahisələndirilən mənzilə münasibətdə maraqları qanunla qorunan Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC-nin zərurət yarandığı halda üçüncü şəxs qismində mülki işə cəlb olunması məsələsinə baxılması xahiş olunmuşdur.
38. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MB 16/1669 nömrəli arayışından görünür ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, mənzil 69 ünvanında yeni tikili binada yerləşən 200 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı təmirli mənzilin və ona yaxın ətrafda yerləşən oxşar mənzillərin orta bazar dəyəri 520000 (beş yüz iyirmi min) - 540000 (beş yüz qırx min) manat arası təşkil edir.
39. LPO "xxxx" ASC-nin “AR İKZF”-nin vəsaiti hesabına verilən ipoteka kredit qovluqlarının xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının 612-ci bəndindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilə üzrə dosye "xxxx" ASC-yə təhvil verilmişdir.
40. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsinin təminatı məqsədilə xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 2 avqust 2012-ci il tarixindən ipoteka krediti üzrə tələb hüququ Fond tərəfindən əldə olunmuş (ipoteka krediti yenidən maliyyələşdirilmiş) və kredit dosyesinə daxil olan sənədlər təhvil-təslim aktı ilə Fonda təhvil verilmişdir. 1 yanvar 2015-ci il tarixinədək ipoteka krediti üzrə ödənişlərin qəbulu "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən, həmin dövr ərzində ödənilən ipoteka krediti üzrə əsas borc və faiz ödənişləri barədə məlumatın ləğv prosesində olan "xxxx" ASC-dən əldə olunması məqsədəuyğundur. 1 yanvar 2015-ci il tarixindən etibarən ipoteka krediti üzrə ödənişlərin X12 vasitəsilə qəbuluna başlanılmışdır. Fondun elektron sistemlərindəki məlumatlara əsasən 26 yanvar 2024-cü il tarixinə müvafiq kredit üzrə ümumi öhdəlik 37204,27 (otuz yeddi min iki yüz dörd manat iyirmi yeddi qəpik) manat (əsas borc qalığı – 36272.67 manat, faiz borcu – 931.60 manat) təşkil edir.
41. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 36.272,67 manat əsas, 975,61 manat məbləğində faiz borcu olmaqla, cəmi 37.248,28 manat məbləğində borcu vardır.
42. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış ipoteka götürən şəxslər üçün həyat sığortası müqaviləsi üzrə sığorta ödənişi edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919.1.7ci maddəsinə və müvafiq şəhadətnaməyə əsasən sığorta haqqı sığortası müqaviləsində müəyyən edilən müddət ərzində ödənilmədiyindən sığortası müqaviləsinə (şəhadətnaməyə) xx.xx.2024-cü il tarixində vaxtından əvvəl xitam verilmişdir.
43. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış tam borcun 3 iş günü müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
44. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 9/14xx-xx/1496 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan, 69 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 462500,00 manat (185 m2 x 2500 man) manat müəyyən edilir. Həmin iş üzrə verilmiş ilkin rəyin nəticəsi ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərq son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar ola bilər.
45. Ekspertiza xərclərinə dair 27 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
46. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsinə görə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
47. "xxxx" ASC tərəfindən İddiaçı və Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onlara tələbin məhkəmə yolu ilə ipoteka predmetinə yönəldilməsinə dair xəbərdarlıq edilmişdir.
48. xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, dövlət rüsumunun məbləği 15 manat təşkil edir.
49. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
50. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
51. "xxxx" ASC-nin “kredit borcunun və faizlərin hesablanması haqqında” xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 36272.67 manat əsas, 2474.60 manat faiz, cəmi 38.747.27 manat borcu yaranmışdır.
52. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 206,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
53. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər vaxtında icra edilmədiyindən tələb hüquqları Fond tərəfindən banka geri ötürülmüşdür.
54. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, 69 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 515410,00 manat (185 kv.m x 2786 man) manat, 10 % azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 463869,00 manat (515410,00 manat-10%) məbləğində müəyyən olunur. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmişdir. Həmin iş üzrə verilmiş əvvəlki ekspert rəylərinin nəticələri ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərq son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar ola bilər.
55. Ekspertiza xərclərinə dair 04 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
56. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 4/1644 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı Nürəddin oğlunun adına olan xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar; xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar; xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar; xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı” yazıların qarşılarındakı imzalar; mülki işin 3-cü cildinin 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 23-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 25-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 29-cu vərəqində olan xx.xx.2022ci il tarixli, 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli, 35-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 38-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 42-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 43-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, 44-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, 45-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 47-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 48-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 49-cu vərəqində olan xx.xx.2021ci il tarixli, 50-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 51-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 53-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 54-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 55-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 56-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 57-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 58-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 61-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 62-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 68-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 69-cu vərəqində olan xx.xx.2020-ci il tarixli, 70-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 71ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 72-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 73-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 74-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 75-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 76-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 77-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 78-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 79-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 80-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 81-ci vərəqində olan xx.xx.2019cu il tarixli, 82-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 83-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 84-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 85-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 86-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 89-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 90-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 91-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 92-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 93-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 94-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 95-ci vərəqində olan xx.xx.2018-ci il tarixli, 96-cı vərəqində olan xx.xx.2018ci il tarixli, 97-ci vərəqində olan xx.xx.2018-ci il tarixli, 98-ci vərəqində olan xx.xx.2018-ci il tarixli, 99-cu vərəqində olan xx.xx.2018-ci il tarixli, 100-cü vərəqində olan xx.xx.2018-ci il tarixli, 103-cü vərəqində olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 101-102-ci vərəqlərində olan İddiaçı Nürəddin oğlunun adına olan xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar – İddiaçı Nürəddin oğlu tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 33-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 52-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 63cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 64-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 65-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 66-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 67-ci vərəqində olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı” yazıların qarşılarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı Nürəddin oğlunun adına olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzalar; mülki işin 3-cü cildinin 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 33-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 34-cü vərəqində olan xx.xx.2022ci il tarixli, 46-cı vərəqində olan xx.xx.2021-ci il tarixli, 52-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 59-cu vərəqində olan xx.xx.2020-ci il tarixli, 60-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 63-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 64-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 65-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 66-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 67-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 87-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 88-ci vərəqində olan xx.xx.2019cu il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı” yazıların qarşılarındakı imzalar - İddiaçı Nürəddin oğlu tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, İddiaçı Nürəddin oğlunun adına olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı Nürəddin Oğlu” yazıların qarşılarındakı imzaların; mülki işin 3-cü cildinin 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 46-cı vərəqində olan xx.xx.2021-ci il tarixli, 59-cu vərəqində olan xx.xx.2020ci il tarixli, 60-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 87-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 88-ci vərəqində olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzlərinin “Ödəyici” qrafalarında “İddiaçı” yazıların qarşılarındakı imzaların - Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
57. Ekspertiza xərclərinə dair 10 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
58. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 9/8744 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki:
1. xx.xx.2025-ci il tarixli, 4/1644 nömrəli Məhkəmə xətşünaslıq ekspertizasının ekspert rəyində “Ödəyici” qrafalarında imzaların X3 tərəfindən icra edildiyi müəyyən edilən mülki işin 3-cü cildinin 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 23-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 25-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli, 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli, 35-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 38-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 42-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 43-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, 44-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, 45ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 47-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 48-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 49-cu vərəqində olan xx.xx.2021-ci il tarixli, 50-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 51-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 53-cü vərəqində olan xx.xx.2020ci il tarixli, 54-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, 55-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 56-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 57-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 58-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 61-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 62-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 68-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 69-cu vərəqində olan xx.xx.2020-ci il tarixli, 70-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 71-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 72-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 73-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 74-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 75-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 76-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 77-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 78-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 79-cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 80-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 81-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 82-ci vərəqində olan xx.xx.2019cu il tarixli, 83-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 84-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 85-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 86-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 89cu vərəqində olan xx.xx.2019-cu il tarixli, 90-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 91-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 92-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 93-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 94-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 95-ci vərəqində olan xx.xx.2018-ci il tarixli, 96-cı vərəqində olan xx.xx.2018-ci il tarixli, 97-ci vərəqində olan xx.xx.2018ci il tarixli, 98-ci vərəqində olan xx.xx.2018-ci il tarixli, 99-cu vərəqində olan xx.xx.2018-ci il tarixli, 100-cü vərəqində olan xx.xx.2018-ci il tarixli, 103-cü vərəqində olan xx.xx.2018-ci il tarixli ödəniş qəbzləri üzrə ödənişlərin cəmi 37.638,38 manat məbləğində müəyyən edilir.
2. xx.xx.2025-ci il tarixli, 4/1644 nömrəli Məhkəmə xətşünaslıq ekspertizasının ekspert rəyində “Ödəyici” qrafalarında imzaların X3 tərəfindən icra edildiyi müəyyən edilən “sığorta” təyinatlı mülki işin 3-cü cildinin 96-cı vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 94-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 91-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 90-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 88-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 85-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 84-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 81-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 80-cı vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 78-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 78-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 3-cü cildinin 70-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 69-cu vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 67-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 65-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 62-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 60-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 58-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 56-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 35-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 32-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 24-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 3-cü cildinin 70-ci vərəqində olan xx.xx.2020-ci il tarixli, 3-cü cildinin 16-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 14-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 7-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 5-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 3-cü cildinin 3-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri üzrə ödənişlərin cəmi 468,16 manat məbləğində müəyyən edilir.
3. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, təqdim edilmiş ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, 202-11/İ saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə olan borcu 39.267,61 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 37.596,65 manat, faiz borcu üzrə 1.670,96 manat.
59. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
60. xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə tələbin həcminin artırılmasına görə 88,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
61. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, üçüncü şəxs tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizənin verilməsi üçün 43,90 manat dövlət rüsumu və 0,40 manat komissiya ödənilmişdir.
62. İş materiallarında İddiaçı tərəfindən mənzildəki payının 250.000 manata alınmasına dair Cavabdeh ünvanlanmış müraciət-təkliflər, xx.xx.2025-ci il tarixli maliyyə arayışı və digər sənədlər də vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
63. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə İddiaçılə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 nömrəli mənzilin alınması üçün İddiaçı illik 8 % ödənilməsi şərtilə 288 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərində İddiaçı öhdəliyinin tam icra olunanədək əmlak və həyat sığortası müqavilələrinin qüvvədə olması (müvafiq müqavilələr üzrə şəhadətnamələr iş materiallarında mövcuddur) nəzərdə tutulmuşdur. Verilmiş kreditin təminatı kimi bağlanmış eyni tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, sözügedən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
64. xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh xx.xx.1996-cı il tarixdə bağlanmış nikahları pozulmuşdur.
65. Bundan sonra tərəflərin bir-birinə qarşı irəli sürdükləri ilkin və qarşılıqlı iddia tələblərinə əsasən qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılan hissəsi) ilə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 41253,09 manat borcun ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə Cavabdeh aid edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır) ilə isə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 saylı evin 69 saylı mənzili üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, belə ki, tərəflərin hər birinin mənzil üzərində olan ½ hissədə payı dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən müvafiq çıxarış verilmişdir.
66. İpoteka saxlayan "xxxx" ASC barəsində ləğv prosesi başlandıqdan sonra İddiaçılə bağlanmış kredit və ipoteka müqavilələri üzrə qovluq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə bağlanmış müvafiq müqavilələrə əsasən, "xxxx" ASC-yə təhvil verilmiş, iş məhkəmə icraatında olduğu dövrdə isə İddiaçı tərəfindən müqavilənin sığorta ilə bağlı şərtləri yerinə yetirilmədiyindən, müqavilələr üzrə tələb hüquqları da həmin banka ötürülmüşdür.
67. Hazırkı işdə İddiaçı ilkin olaraq, yuxarıda istinad edilən, qanuni qüvvəsini almış müvafiq məhkəmə aktlarına əsasən mübahisə predmeti olan mənzilin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 28 aprel 2023-cü il tarixli ekspert rəyi ilə mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir (həmin ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir).
68. Belə olan halda, İddiaçı son olaraq mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən puldan müvafiq banka ödənilməli olan vəsait çıxıldıqdan sonra qalan pulun tərəflərin paylarına mütənasib şəkildə bölünməsini tələb etmişdir. Tələb üzrə araşdırma aparıldığı dövrdə İddiaçı 2 dəfə rəsmi qaydada verdiyi pretenziya ilə öz payını Cavabdeh təklif etmiş, habelə Cavabdeh payını almaq niyyətində olduğunu ifadə etmiş, lakin onlar arasında razılaşma əldə edilməmişdir.
69. Tələbə müvafiq olaraq mənzilin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli ekspert rəyində mənzilin həmin vaxta olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 358.000 manat təşkil etməsi müəyyən edilmiş (həmin ekspertiza tədqiqatının dəyəri də 100 manat təşkil etmişdir), lakin tərəflər bu məbləğin həqiqəti əks etdirmədiyini iddia edərək, mənzilin ekspert tərəfindən müəyyən edilmiş dəyərini mübahisələndirmişlər (İddiaçı qiymətləndirmə şirkəti olan "xxxx" MMC-dən mənzilin orta bazar dəyərinin 520.000-540000 manat arası təşkil etməsinə dair xx.xx.2023-cü il tarixli arayış alaraq məhkəməyə təqdim etmişdir). Buna görə də iş üzrə təkrar ekspertiza təyin edilmişdir. Bu dəfə təqdim edilmiş 27 iyun 2024-cü il tarixli ekspert rəyində isə mənzilin orta bazar dəyərinin təqribən 462.500 manat olması müəyyən edilərək, rəylər arasındakı fərqin son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar ola bilməsi qeyd edilmişdir (ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir).
70. Bundan sonra isə məhkəmə araşdırmaları zamanı "xxxx" ASC müstəqil tələb irəli sürən üçüncü şəxs kimi “kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun ödənilməsi, borc üzrə tutmanın ipoteka predmeti olan həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və s.” əlaqəli tələblərlə məhkəməyə müraciət etdiyindən, mənzilin likvid qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə yenidən təkrar ekspertiza təyin edilməsinə zərurət yaranmışdır. Bu zaman verilmiş 04 fevral 2025-ci il tarixli ekspert rəyində mənzilin həmin vaxta olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 515.410 manat, 10 % azalma əmsalı tətbiq edilməklə likvid dəyərinin təqribən 463.869 manat məbləğində müəyyən olunması və tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olmasının istisna edilməməsi, iş üzrə verilmiş əvvəlki ekspert rəylərinin nəticələri ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərqin son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar ola bilməsi qeyd edilmişdir (bu dəfə də ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir).
71. İş materiallarından müəyyən edilir ki, müvafiq müqavilələr üzrə tələb hüququna malik olan "xxxx" ASC (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla da öz təsdiqini tapır) kredit müqaviləsi üzrə yaranmış tam borcun 3 iş günü müddətində ödənilməsi ilə bağlı xx.xx.2024-cü ildə İddiaçı bildiriş göndərdikdən sonra bir daha bildiriş göndərmiş (bu dəfə həm ona, həm də Cavabdeh), xx.xx.2024cü il tarixdə isə mənzilə tutmanın yönəldilməsi haqqında bildirişi müvafiq orqanda qeydiyyata aldırmışdır. Hazırda bankın nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, müqavilə üzrə hazırkı tarixə yaranmış 36.272,67 manat əsas, 4864,24 manat faiz borcu olmaqla, cəmi 41.136,91 manat məbləğində kredit borcunun və məhkəmə xərclərinin İddiaçılə Cavabdeh tutularaq banka ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına banka olan kredit borcu və dövlət rüsumunun ödənilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetindən əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməsini xahiş edir.
72. Burada qeyd edilməlidir ki, bankın müqavilə üzrə tam borcun 3 iş günü ərzində ödənilməsini tələb etməsi barədə pretenziyanı İddiaçı xx.xx.2024-cü il tarixdə göndərməsi müəyyən edildiyindən, məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində həmin müddətin sonu olan xx.xx.2024-cü il tarixə müqavilə üzrə hazırda tələb ediləndən daha artıq əsas, daha az isə faiz borcunun olması müəyyən edilmişdir.
73. Bundan başqa, hazırkı işdə Cavabdeh 2018-ci ildən etibarən müqavilə üzrə ödənişləri özünün ödədiyini iddia edərək, bu barədə müvafiq qəbzləri və qəbzlərin onun tərəfindən imzalandığını təsdiq edən mütəxəssis rəyini məhkəməyə təqdim edib, həmin ödənişlərin yarısını təşkil edən məbləğin İddiaçı tutulmasına dair qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Bu tələb üzrə aparılmış araşdırma zamanı ekspert rəyləri ilə əvvəlcə hansı qəbzlərin Cavabdeh tərəfindən imzalanması, daha sonra isə onun tərəfindən imzalandığı müəyyən edilən həmin qəbzlərdəki məbləğlərin cəminin 37.638,38 manat olması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, bu qəbzlər həm kredit, həm əmlak, həm də həyat sığortaları ilə bağlı ödənişləri təsdiq edən qəbzlər olmuşdur. Ekspert tərəfindən hesablanmayan, hazırkı məhkəmə araşdırmaları dövründə Cavabdeh özü tərəfindən məhkəməyə təqdim edilmiş (məhz araşdırma dövründə ödənildiyindən, özünün ödəməsi ağlabatandır) qəbzlər üzrə məbləğlərin cəmi ilə ekspert rəyindəki məbləği cəmləyən zaman alınan məbləğ isə onun ödədiyini iddia etdiyi (yarısını tələb etdiyi) məbləğdən (38.106,54 manat) daha artıq olmuşdur. c) Məhkəmənin mövqeyi:
74. Məhkəmə ilk öncə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiasına münasibət bildirməyi məqsədə müvafiq sayaraq qeyd edir ki, bankın tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur.
75. Belə ki, iş materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, bankın hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Bunu təsdiq edən sənədlər bankla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında bağlanmış müvafiq müqavilə, ona əlavə, kredit qovluğunun banka verilməsinə dair LPO "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış təhvil-təslim aktı, habelə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən banka ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdur.
76. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı hesab edir ki, müqavilələr üzrə tələb hüququnu təhvil almış "xxxx" ASC İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, bu tələb “müqavilənin ləğv edilmiş hesab edilməsi” formasında təmin edilməlidir. Çünki istinad olunan Qərarda Plenum qeyd etmişdir ki, bankın pretenziya edərək borclulara xəbərdarlıq müddəti verməsi və onların həmin müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə, yəni hazırkı işdə - xx.xx.2024-cü il tarixdə tərəflər arasında olan müqavilə münasibətlərinə bank tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bank bu faktın məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmasını istədiyindən məhkəmə hesab edir ki, təsbit xarakterli iddia kimi bu tələb yuxarıda qeyd edilən formada təmin edilməlidir. Məhkəmənin mövqeyinə görə, tələbin bu formada təmin edilməsi məhz tələbi irəli sürən şəxsin həqiqi niyyətinə uyğun olduğundan, bu hal iddia tələbindən kənara çıxma hesab oluna bilməz.
77. İddia tələbinin “əsas və faiz borcunun ödənilməsi” hissəsi ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, bank tərəfindən müqavilə üzrə yaranmış borcun ödənilməsinin tələb olunması, yəni bankın pretenziya edərək borcluya 3 iş günü xəbərdarlıq müddəti verməsi və onun bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə xx.xx.2024-cü il tarixdə tərəflər arasında olan müqavilə münasibətlərinə bank tərəfindən birtərəfli qaydada xitam verilmişdir (kreditorun hüququ var ki, borcu birgə borcalanların hər hansı birindən və ya hamısından tələb etsin). Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə, bankın məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Bununla bağlı təyin edilmiş ekspertiza əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixə 37.596,65 manat əsas, 1.670,96 manat faiz borcu, cəmi 39.267,61 manat borc yaranmışdır. Lakin tələbdən göründüyü kimi, bank maliyyə arayışı təqdim edərək hazırkı tarixə yaranmış 36.272,67 manat əsas, 4864,24 manat faiz borcu olmaqla, cəmi 41.136,91 manat məbləğində kredit borcunu tələb edir. Məhkəmə hesab edir ki, mötəbər sübut sayılmaması üçün heç bir əsas müəyyən edilməyən həmin ekspert rəyi əsas götürülərək, tələbin bu hissəsi qismən təmin edilməlidir (əsas məbləğ üzrə tələbdən kənara çıxmamaq şərtilə). Qeyd olunmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müqavilə üzrə qalıq borcun ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə Cavabdeh aid edildiyindən məhkəmənin mövqeyinə görə, bank hazırkı iddia ərizəsi ilə borcu hər ikisindən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi qismən təmin edilməli, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 36.272,67 manat məbləğində əsas (tələb edilən məbləğ), 1.670,96 manat məbləğində faiz borcu (ekspert rəyi ilə müəyyən edilən məbləğ) olmaqla, cəmi 37.943,63 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməli, tələb qalan hissədə təmin edilməməlidir.
78. İddia tələbinin “tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi və s.” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə cəmi 37.943,63 manat məbləğində borcun mövcudluğu artıq təsbit olunduğu və cavabdehlərdən müştərək qaydada tutulmalı olduğu üçün, həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilin isə ipoteka ilə yüklü edilməsi müəyyən edildiyindən, ipoteka predmetinə borc üzrə tutma yönəldilməli, mənzil 1 (bir) ay ərzində boşaldılmalı, ipoteka predmetinin ilkin satış qiyməti isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli ekspert rəyinə əsasən likvid qiymət olan – 463.869 manat məbləğində müəyyən edilməli, mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, müvafiq məhkəmə qətnaməsinə əsasən pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh qaytarılmalıdır. Məhkəmə xüsusilə qeyd edir ki, ipoteka saxlayan ipoteka predmeti barəsində üstün tələb hüququna malik olduğundan, mənzilin digər payçısının (İddiaçı) “mənzilin açıq hərracda satılması barədə” tələbinin daha əvvəl məhkəməyə verilməsinə baxmayaraq, mənzil məhz elə likvid qiymətlə açıq hərraca çıxarılmalıdır. Əksi (yəni bazar qiyməti ilə hərraca çıxarma) müvafiq qanuna əsasən, daha üstün tələb hüququna malik ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi təmin edilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 463.869 manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 37.943,63 manat məbləğində pul "xxxx" ASC-yə ödənilməli, mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh verilməli, mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır.
79. Məhkəmə üçüncü şəxsin iddia tələbinə qiymət verdikdən sonra ilkin iddia tələbinə qiymət verməyi məqsədə müvafiq sayaraq qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında İddiaçılə Cavabdeh paylı mülkiyyətində olan (hər biri – ½ hissədə) mənzilin naturada bölünməsinin mümkün olmaması müvafiq ekspert rəyi ilə təsdiq edildiyindən, İddiaçı mənzilin açıq hərraca çıxarılmasını və əldə edilən gəlirdən banka olan ümumi borcun (məhkəmə qətnaməsinə görə tərəflərin hər birinə ½ hissədə aidliyi müəyyən edilən) ödənilməsindən sonra qalan vəsaitin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüququ vardır. Məhkəmə vurğulayır ki, ilkin iddia tələbləri ilə ipoteka saxlayan tərəfindən irəli sürülən tələblər eyni olduğundan və o, ipoteka predmeti barəsində üstün tələb hüququna malik olduğundan, İddiaçı “mənzilin açıq hərracda satılması barədə” tələbinin daha əvvəl məhkəməyə verilməsinə baxmayaraq, mənzil bazar qiyməti ilə deyil, məhz likvid qiymətlə açıq hərraca çıxarılmalıdır. Məhkəmə hesab edir ki, bazar qiyməti ilə hərraca çıxarma üstün tələb hüququna malik ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilin ilkin satış qiyməti 463.869 manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 37.943,63 manat məbləğində pul "xxxx" ASC-yə ödənilməli, mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh verilməli, ilkin iddia qalan hissədə (mənzilin açıq hərracda satılması üçün ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən edilməsi hissəsində) təmin edilməməlidir.
80. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar hesab edir ki, qarşılıqlı iddianın da qismən təmin edilməsi üçün əsaslar mövcuddur.
81. Belə ki, ilk öncə qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbində göstərilən, müqavilə üzrə ödənildiyi iddia edilən məbləğ, həqiqətən də, müvafiq qətnamə ilə tərəflərin birgə borcu kimi müəyyən edilmiş müqavilədən irəli gələn kredit və sığorta ilə bağlı ödənişlərdir. Məbləğlərin bir hissəsi müvafiq qətnamədən əvvəlki dövrdə ödənilsə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı məhz birgə nikah dövründə ipoteka yolu ilə əldə edilmiş mənzilin onların mülkiyyətində saxlanması üçün özünü faktiki birgə borclu kimi apararaq bu ödənişləri ödəmişdir. Məhkəmə araşdırmaları zamanı 2018-2023-cü illəri əhatə edən dövrdə müqavilə üzrə iddia edilən məbləğdə ödənişlərin Cavabdeh tərəfindən edilməsi faktı qarşılıqlı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı qəbzlərlə, həmin qəbzlərin tədqiqi nəticəsində verilmiş və məhkəmə tərəfindən mötəbər sayılmış müvafiq ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, ekspertiza tədqiqatı zamanı nəzərə alınmayan, lakin məhkəmə araşdırması zamanı ödəniş edilərək məhkəməyə təqdim edilən müvafiq qəbzlər də məhkəmə tərəfindən ödənişlərin Cavabdeh tərəfindən edilməsi faktının sübutu kimi qiymətləndirilmişdir. Çünki mübahisə olmadığı dövrdə ödəniş etməyən qarşılıqlı iddia üzrə cavabdehin iş məhkəmədə olduğu vaxtda həmin ödənişləri etməsi ağlabatan deyildir. Cavabdehin bu tələbi qismən (şərtlə, 10.000 manat hissədə) qəbul etməsi də onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçı uzun müddətdir ki, müqavilə üzrə ödənişləri özünün etdiyini iddia etməkdə haqlıdır. Çünki tərəflərin birgə təsərrüfat aparmadığı mübahisəsizdir. Deməli, qarşılıqlı iddiaçının özünün etmədiyi ödənişlərin qəbzlərinin əsllərini qarşı tərəfdən əldə edərək məhkəməyə özünün etdiyi kimi təqdim etməsi də ağlabatan hesab oluna bilməz. Göstərilənlərə əsasən, qarşılıqlı iddiaçı tərəfindən iddia edilən məbləğdə ödənişin edilməsi faktı mötəbər sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, tələbin “38.106,54 manat məbləğin yarısı, yəni 19.053.27 manat məbləğində pulun İddiaçı tutulması” hissəsi təmin edilməlidir.
82. Qarşılıqlı iddia tələbinin “müstəqil ekspertizanın keçirilməsi üçün ödənilmiş 500 manat məbləğində pulun İddiaçı tutulması” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, bu xərc qarşılıqlı iddiaçı tərəfindən könüllü şəkildə çəkildiyindən, qarşılıqlı iddia üzrə cavabdehdən tutulması üçün bir əsas yoxdur. Həmçinin, müstəqil ekspertizanı həyata keçirən təşkilat “Məhkəmə Ekspertlərinin Reyestri”ndə qeydə alınmayaraq müvafiq şəhadətnamə almadığından məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi təmin edilməməlidir.
83. Bütün tələblərin “məhkəmə xərcləri” ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi tələblərin təmin edilmə həddi ilə mütənasib olduğundan və bütün tələblər qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, rüsumun qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilməli, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun (xidmət haqqının) 47 manat hissəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 230 manat hissəsi, o cümlədən 0,40 manat bank xidmət haqqı, cəmi 277,40 manat məbləğində məhkəmə xərci cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi isə "xxxx" ASC-yə aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 246 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, rüsumun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 800 manat məbləğində pulun 414 manat hissəsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 186 manat hissəsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, 184 manat hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada, qalan 16 manat hissəsi isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
84. Azərbaycan Respublikası Mülki Məcəlləsi (müvafiq normalar kredit və ipoteka müqavilələrin bağlandığı xx.xx.2011-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 213.1-213.5. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
86. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (ipoteka müqaviləsinin bağlandığı 2011-ci ilin noyabr ayında qüvvədə olan redaksiyada): Maddə 1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 1.0.5. İpoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; - faizlər; - öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; - ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; - əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. - ipoteka predmetinin təsviri; - ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
87. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı: Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
90. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
91. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddialar, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 36.272,67 manat məbləğində əsas, 1.670,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 37.943,63 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilə yönəldilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilin ilkin satış qiyməti 463.869 manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 37.943 manat məbləğində pul "xxxx" ASC-yə ödənilməli, mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh verilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 19.053,27 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, iddialar qalan hissələrdə təmin edilməməlidir.
92. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi tələblərin təmin edilmə həddi ilə mütənasib olduğundan və bütün tələblər qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, rüsumun qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilməli, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun (xidmət haqqının) 47 manat hissəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 230 manat hissəsi, o cümlədən 0,40 manat bank xidmət haqqı, cəmi 277,40 manat məbləğində məhkəmə xərci cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi isə "xxxx" ASC-yə aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 246 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, rüsumun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 800 manat məbləğində pulun 414 manat hissəsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 186 manat hissəsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, 184 manat hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada, qalan 16 manat hissəsi isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və s.” tələbinə dair ilkin iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202-11/İ nömrəli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 36.272,67 (otuz altı min iki yüz yetmiş iki manat altmış yeddi qəpik) manat məbləğində əsas, 1.670,96 (bir min altı yüz yetmiş manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 37.943,63 (otuz yeddi min doqquz yüz qırx üç manat altmış üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilə yönəldilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 185 m2 olan 69 nömrəli mənzilin ilkin satış qiyməti 463.869 (dörd yüz altmış üç min səkkiz yüz altmış doqquz) manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 37.943,63 (otuz yeddi min doqquz yüz qırx üç manat altmış üç qəpik) manat məbləğində pul "xxxx" ASC-yə ödənilsin. Mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54 ünvanında yerləşən 69 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilsin, rüsumun qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun (xidmət haqqının) 47 (qırx yeddi) manat hissəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 230 (iki yüz otuz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 277,40 (iki yüz yetmiş yeddi qırx qəpik) manat məbləğində məhkəmə xərci cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin, məhkəmə xərclərinin qalan hissəsi isə "xxxx" ASC-yə aid edilsin. İlkin iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin iddiası qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 19.053,27 (on doqquz min əlli üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 246 (iki yüz qırx altı) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin, rüsumun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 800 (səkkiz yüz) manat məbləğində pulun 414 (dörd yüz on dörd) manat hissəsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 186 (bir yüz səksən altı) manat hissəsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, 184 (bir yüz səksən dörd) manat hissəsi cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada, qalan 16 (on altı) manat hissəsi isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova