Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2114/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, "xxxx" MMC-yə, "xxxx" MMCyə, Cavabdeh5 MMC-yə, Cavabdeh6 MMC-yə və Cavabdeh7 MMC-yə qarşı «kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi, icra qeydinin ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı (Cavabdeh2 maraqlı şəxs qismində cəlb olunmaqla) «icra qeydinin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ18572 reyestr saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nın 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin onun tərəfindən tam şəkildə icra edilmiş hesab olunması; Cavabdeh1 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh1ndə təsdiq edilmişdir. Cavabdeh1 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr nömrəli icra qeydinə əsasən, xx.xx.2024-cü il tarixli müraciət üçün vaxtında ödənilməmiş 45.000 manat məbləğində vəsaitin ondan Cavabdeh2 xeyrinə tutulması təklif edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr nömrəli icra qeydi üzrə icraata başlanmışdır. Birincisi, Bakı şəhər 14 saylı Notariat kontoru icra qeydini aparmazdan əvvəl, ona heç bir xəbərdarlıq göndərməmişdir. İkincisi, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun olaraq icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə aparılır (Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 12-ci fəsli). İşin əsli ondan ibarətdir ki, onunla Cavabdeh2 arasında ümumiyyətlə borc münasibətləri olmamışdır. Bundan əlavə, borc məbləğinin hesablanması da mübahisə doğuran haldır. Borc məbləğinin düzgün hesablanıbhesablanmamasını müəyyən etmək üçün isə bu sahədə xüsusi biliyə məxsus mütəxəssisin rəyinə ehtiyac var. Yəni, müəyyən edilmiş borc məbləği mübahisəli məbləğ olduğundan, ümumiyyətlə bu tələb ilə əlaqədar icra qeydi çıxarıla bilməzdi. İddia tələbinin həcminin artırılması barədə ərizədə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi (45.000 manat məbləğində) və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi (10.000 manat məbləğində) bağlanmış və Cavabdeh1ndə təsdiq edilmişdir. İşin əsli ondan ibarətdir ki, iddiaçı 2004-cü ildən etibarən cavabdeh olan şirkətlərdə qarşılıqlı razılaşmaya əsasən çalışmışdır. Şirkətlər və iddiaçı arasındakı razılaşmaya əsasən gələcəkdə onunla əmək müqaviləsinin bağlanacağına dair vəd verilmişdir. Lakin 19 ildən çox müddətin keçməsinə baxmayaraq, şirkət rəhbərləri, bilavasitə Xlamov Oleq və Musayeva Sara onunla əmək müqaviləsi bağlamamışlar. 2022-ci ildə iddiaçının şəxsi və ailə qayğıları üçün pula ehtiyacı yaranmış, işlədiyi şirkətlərə ona xidmətləri qarşılığında müəyyən vəsaitin ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh olan şirkətin rəhbəri Xlamov Oleq iddiaçıya 55.000 manat məbləğində pul vəsaiti verəcəyini bildirmişdir. Lakin həmin vəsaitin birincisi, məhz borc kimi, ikincisi isə, birbaşa şirkətin adından deyil, şirkətin rəsmi işçisi və Xlamov Oleqin sağ əli olan Cavabdeh2 adı ilə rəsmiləşdirilmişdir. İddiaçı 2023-cü ilin avqust ayında həmin şirkətlərdə işləmiş, verilmiş vəsait isə hər ay onun qeyri-rəsmi əmək haqqından hissə-hissə çıxılmışdır. Nəticə etibarı ilə hazırda iddiaçının yuxarıda sözügedən kredit müqavilələri üzrə icra edilməmiş öhdəliyi qalmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 tərəfindən iddiaçıya təqdim olunmuş 14 iyul 2024-cü il tarixli bildirişlərdə hər iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair icra qeydlərinin verilməsi ilə bağlı rəsmi şəkildə məlumatlandırılıb. İlkin məhkəmə iclaslarında həmin bildirişlərin qəbzlərinin Roman tərəfindən qəbul edilməsini, hər iki müqavilə üzrə imzaların ona məxsus olduğunu Roman təsdiqləyir. İddiaçı həmin kredit müqavilələri üzrə öhdəliyin yerinə yetirilməməsi ilə bağlı həmin müqavilələrin 7-ci bəndində hər iki tərəfin razılaşdığını notarial qaydada təsdiq etdiyi və icra qeydinin verilməsi ilə bağlı 16 iyul 2024-cü ildən məlumatlandırılıb. İcra qeydinin yalnız biri mübahisələndirilir. İddiaçı tərəfindən digər cavabdehlərin məhkəməyəəlavə cavabdehlərin cəlb olunmasına dair ərizəsi daxil olmamışdır. İddia tələbinin həcminin artırılmasına dair ərizəsində əlavə cavabdehlərin cəlb olunması qeyd edilmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsində icra qeydinin ləğv olunması ilə bağlı hər hansı əsaslandırma yoxdur. Götürülmüş borc məbləğinin ödənilməsinə dair hər hansı sübut təqdim olunmayıb. Məhkəməyə təqdim olunmuş ödəniş cədvəlində iddiaçı ödənişləri etdiyini iddia edir, lakin cədvəldə iki tərəf arasında borc münasibətinin yaranmasına dair qeyd yoxdur. Həmin cədvəl üzrə müəyyən dövrdən sonra ödənişin olunmadığı göstərilir. Şahidlərin ifadələrindən görünür ki, heç bir şahid verdikləri izahatda tərəflər arasında olan müqavilənin tarixindən xəbərləri yoxdur. Həmçinin onlar icra müddətindən xəbərsiz idilər. Eyni zamanda nəticə etibarı ilə tərəflər arasında bağlanmış müqavilə üzrə götürülmüş məbləğin heç biri Roman tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə ödənildiyi sübut olunmamışdır. Araşdırma zamanı məlum olur ki şahidlərin hər biri Romanın öz işçiləridir. Bu da iddiaçının maraqlarının təmin olunmasına dəlalət edir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh2 nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, şahid X4 ifadə verərək bildirdi ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək İCGROUP.AZ-da təxminən 6 il müddətinə proqramçı vəzifəsində işləmişdir. Cavabdeh2 tanıyır, heç bir ədavətləri olmayıb, normal münasibətləri olmuşdur. Romanla birlikdə işləyiblər, amma dəqiq hansı vəzifədə olduğunu deyə bilməz, bildiyi qədəri ilə texniki-direktor idi. Özü proqramçı olduğu üçün onun idarəsi 6cı mərtəbədə idi. Özü işə girəndə Romanın artıq 16-17 il iş təcrübəsi var idi. Romanı rəhbər kimi tanıyırdı. Şirkətdə həm ağ, həm də qara mühasibatlıq olub. Özü şirkətdən borc alıb. Ona ev almaq üçün pul lazım olub və bunun üçün müraciət edib. Şirkət də ona 30.000 manat borc verib. Sonradan həmin borc notariusda rəsmiləşdirilmişdir. 2022-ci ilin sonunda həmin borcu bağlamışdır. Hər ay 1000 manat da onun əmək haqqından tutulurdu. Romanın şirkətə borcu olmasını eşidib, amma məbləğini dəqiq bilmir, ola bilər ki həmin borcu bağlayıb. Romanla Ruslan arasında eşitdiyinə görə 50.000 manat məbləğində borc münasibəti olub. Hazırda Fenix MMC-nin əməkdaşıdır. 2023-cü ilin sentyabrın 1-i İCGROUP ilə olan müqaviləsinə xitam verilib. Onu işə götürən Sara xanım olub, o direktor müavini olub. Əmək kitabçası vardır. X2 ifadə verərək bildirdi ki, 1C şirkətində 2016-cı ildən çalışmışdır. Həm də S5 şirkətində qeydiyyatı var. Həmin ərəfədə Roman da orada texniki direktor vəzifəsində çalışmışdır. 2023-cü ildə onları işdən çıxarmışlar. O vaxtdan bəri Romanın qurduğu şirkətin əməkdaşıdır. Sentyabrın 1-i 2023-cü ildən Fenix şirkətindən çıxmışdır. Orada onu rəsmi olaraq Sara Xanım və təsisçisi Alex Fuadov işə götürmüşdülər. 2023-cü ilin yayında maaşda gecikmələr olurdu. Alex və Ruslanla düşmənçiliyi yoxdur. S5 VƏ LC şirkətlərində işləmişdir. Romanı texniki direktor olaraq tanımışdır. Rəsmi minimal əmək haqqı 1040 manat idi. 2017-ci ildə evinin təmiri üçün 7000 manat borc almışdır. Borc məsələsi onunla Ruslan arasında olmuşdur. Yazılı müqavilə olub bu barədə və notariusda təsdiqlənib. Hər dəfə 200 manat məbləğində ödənişlər həyata keçirirdi və 2020-ci ilin ortalarında bitdi. Romanın borcu haqqında eşidib, amma dəqiq məbləği bilmir. İlkin olaraq 1C, GROUP.AZ şirkətləri ilə əmək müqavilələri olmuşdur. X1 ifadə verərək bildirdi ki, sözügedən şirkətdə 2013-2017-ci illərdə işləmişdir. Roman bəyi də ordan tanıyır, Ruslan daim ona məlumat verirdi, həmişə əlaqədə olublar. İndi Fenix-də işləyir. Rəhbəri Romandır. Borcla bağlı problem yarananda istəyirdi onları barışdırsın, amma təəssüf ki, heç bir tərəf razı olmadı. Roman İCGROUP-dan çıxandan sonra problem yaranıb. Roman neçə aydır əmək haqqının verilmədiyini deyirdi və buna görə də ödənmiş hesab olunduğunu bildirirdi. 2013-cü ildən bəri Ruslanla dost münasibətlərində olublar. Ağ və qara əməkhaqqı var idi. İndi özü Fenixin həm işçisidir, həm də təsisçisi. Romanın şirkət tərəfindən verilən 55 min manat borcu var idi. İC.GROUP-da 2013-2017-ci illərdə proqramçı kimi işləyib. Başqa işə keçdiyinə görə ordan çıxmışdır. Romana 8 aydır əməkhaqqı ödənilmirdi və o əməkhaqqı ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ruslanın hansı vəzifədə işlədiyini rəsmi bilmir, kadrlar və əməkhaqqının ödənilməsi məsələlərinə baxırdı. X11 Qfiqoryevna ifadə verərək bildirdi ki, Fenixdə işləyir. Vəzifəsi icraçı direktordur. İddiaçı ilə bir yerdə işləyiblər. 20 il əvvəl tanış olublar. O vaxt İC.GROUP yox idi, S5 adını daşıyırdı. Roman o həmin şirkətdən gedəndən 1-2 il sonra gəlib. Sara və Ruslanı tanıyır. 45.000 manat borcu şirkət vermişdir. Həmişə şirkətdə pul sıxıntısı olub. Başqa şəxslərə də borc verilirdi. Ruslan tərəfindən borclar verilirdi. Roman mənzil almaq üçün borc götürmək istəyirdi. İlk dəfə Aleksə müraciət edib. Danışıqlarda özü birbaşa iştirak edib. Təxminən 2 ilə borc qaytarılmalı idi. Son 8 ay işdə rəsmi maaş olmadı, yalnız qeyrirəsmi maaş verilirdi. Özünün rəsmi əmək müqaviləsi var. Müqavilədə vəzifəsi proqramçı yazılıb. Əmək haqqını rəsmi olaraq proqramçı, qeyrirəsmi icraçı direktor kimi alıb. Roman və Ruslanın 45.000 manat məbləğinə yaxın borc müqaviləsi olub. X10 ifadə verərək bildirdi ki, LİG MMC-də işləyib. X7b. Sadalanan şəxsləri tanıyır. Təxminən 1000 manat rəsmi və qeyri-rəsmi əməkhaqqı alır. Romanın İT rəhbəri idi. Özü Marina xanıma tabe olub. Borc məsələsi problem yaranandan sonra bilinmişdir. Həmin məsələ ilə bağlı ümumi məlumatı var idi. Danışıqlarda iştirak etmişdir. İşçilərin hər hansı çətinliyi olanda şirkətə əsasən, Sara və Ruslana yaxınlaşırdılar. LİG MMC-də operator vəzifəsindədir. 1000 manata yaxın əmək haqqı alır. 2023-cü ilin iyulunda müqaviləsinə xitam verilib, amma özünün xəbəri olmayıb. 1C qrupundan öz istəyi ilə çıxıb. Borc məsələsindən xəbəri yoxdur. Həmin məsələdə birbaşa iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 11.04.2017-ci il tarixli GR-03 saylı xidməti müqavilədən görünür ki, "xxxx" MMCnin direktoru Y.M.Robışevlə İddiaçı arasında təqdim edilmiş Texniki Tapşırığa əsasən kompüterləşdirilmiş beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının formalaşdırılması sistemin funkisonalın proqramlaşdırılmasına dair müqavilə bağlanmış, göstəriləcək xidmətlərin dəyəri 45.000 manat müəyyən edilmişdir. - 18.09.2017-ci il tarixli R-SM-01 saylı xidməti müqavilədən görünür ki, Cavabdeh5 MMC-nin direktoru S.Y.Musayeva ilə İddiaçı arasında təqdim edilmiş Texniki Tapşırığa əsasən mühasibat və vergi hesabının kompüterləşmiş sisteminin funkisonalının proqramlaşdırılmasına dair müqavilə bağlanmış, göstəriləcək xidmətlərin dəyəri 30.000 manat müəyyən edilmişdir. - 07.01.2020-ci il tarixli 1CR-01 saylı xidməti müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru S.Y.Musayeva ilə İddiaçı arasında təqdim edilmiş Texniki Tapşırığa əsasən kompüterləşmiş uçot sisteminin funkisonalının proqramlaşdırılmasına dair müqavilə bağlanmış, göstəriləcək xidmətlərin dəyəri 70.000 manat müəyyən edilmişdir. - 05.08.2021-ci il tarixli LİG-01 saylı xidməti müqavilədən görünür ki, Cavabdeh7 MMC-nin direktoru Y.Musayev ilə İddiaçı arasında təqdim edilmiş əlavə tapşırıqların proqramlaşdırılmasına dair müqavilə bağlanmış, göstəriləcək xidmətlərin dəyəri 3.200 manat müəyyən edilmişdir. - Cavabdeh1ndə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-970 reyestr saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 45.000 manat borc almışdır. - Cavabdeh1ndə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-1670 reyestr saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 10.000 manat borc almışdır. - 15.07.2024-cü il tarixli bildirişdən görünür ki, Gözəlov X3 Roman İqoreviçə müraciət edərək, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 manat borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə notariat orqanına icra qeydinin verilməsi üçün müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 15.07.2024-cü il tarixli bildirişdən görünür ki, Gözəlov X3 Roman İqoreviçə müraciət edərək, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 45.000 manat borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə notariat orqanına icra qeydinin verilməsi üçün müraciət olunacağı barədə xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr saylı icra qeydindən görünür ki, Cavabdeh1 tərəfindən tələbkarın müraciətinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-970 reyestr saylı kredit müqaviləsinə istinad olunmaqla İddiaçı 45.000 manat pul vəsaitinin Cavabdeh2 xeyrinə tutulması barədə icra qeydi verilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin 09 avqust 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr saylı icra qeydi icraata qəbul edilmiş, icra sənədi üzrə icraata başlanılmışdır. - 06.02.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı X5 əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Şikayətin məzmununda qeyd edilmişdir ki, şikayətdə qeyd edilən təşkilatlarda (MMC-lərdə) 2004-cü ildə qarşılıqlı razılaşma əsasında işə başlamışdır. Gələcəkdə onunla aralarında əmək müqaviləsi bağlanması və həmçinin 2008-ci ildən təşkilatlarda təsisçi tərkibinə daxil ediləcəyini razılaşdırmışlar. Həmin razılaşmaya əsasən, həmin şirkətdə 19 ilə yaxın, texniki direktor vəzifəsində işləmişdir. Şirkətə verdiyi töhvə və işini peşəkarlıqla görməsinə baxmayaraq, adıçəkilən MMC-lərlə onun əmək müqaviləsinə 06 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Lakin onunla əmək münasibətləri pozularkən işəgötürən onun hüquqlarını və qanuni mənafelərini kobud şəkildə pozmuşdur. Belə ki, istifadə edilməmiş məzuniyyət üçün pul əvəzi bu günə kimi ödənilməmişdir. Onun əmək müqaviləsinə 06 avqust 2023-cü il tarixdən xitam verilməsinə baxmayaraq, bu günə kimi, şirkətdən ona çatacaq olan ödəmələri ala bilmir. Belə ki, şirkətdə işlədiyi müddət ərzində onun 240 gün istifadə edilməmiş məzuniyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının qüvvədə olan Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eyni zamanda, həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Şirkətin rəhbərliyi onu uzun müddətdir yalan vədlər ilə aldatmış, səbrli olmasını xahiş etmiş və ona çatacaq istfadə edilməmiş məzuniyyətə görə pul əvəzini ən yaxın zamanda ona ödəniləcəyinə söz vermişdir. Lakin işdən çıxmasından 18 ay müddət keçməsinə baxmayaraq, sözügedən vəsait (təqribən 36.000 manat) ona ödənilməmişdir. Nəticədə, ona çatacaq istifadə edilməmiş məzuniyyət üçün 24.000 manat məbləğində pul əvəzini bu günə kimi ala bilmir. Əmək kitabçası ona çox gec qaytarılmışdır. Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun tələbinə baxmayaraq, işəgötürən onun əmək kitabçasını ona işdən çıxdığı gün təqdim etməkdən imtina etmiş və əmək kitabçasını qərəzli olaraq 540 gün müddətində qanunsuz olaraq özündə saxlamışdır. Nəticə etibarı ilə, işəgötürənin qanunsuz hərəkətlərinin nəticəsi olaraq, o, həmin müddət ərzində başqa işə düzələ bilməmiş və qanuni gəlirlərdən məhrum qalmışdır. İşəgötürən ona çatası pulu ödəməkdən imtina edir. İşəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən, onun rəsmi əmək haqqı 0 manat təşkil edirdi. Lakin işəgötürən vergi və sosial öhdəliklərindən yayınmaq məqsədi ilə ona əlavə olaraq çatası 4.000 manat məbləğində əmək haqqını rəsmi olaraq deyil, əlbəəl, yəni nağd qaydada verməkdə təkid etmişdir. Bunun qanunsuz olduğunu bildirəndə, onu işdən qovmaqla hədələmişdir. Bununla da, o, məcburən əlavə 4.000 manat məbləği hər ay əlbəəl qəbul etmişdir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Lakin işəgötürən ona çatası qeyri-rəsmi ödəmələrin qanunsuz olması fatkını belə gizlətmir. Belə çıxır ki, işəgötürən həmin ödəmələri ona çatası əmək haqqı kimi görmüş və qeyd edilən ödəmələri ona əvvəllər hər ay müntəzəm olaraq ödəmişdir. Belə olan halda isə hesab edir ki, işəgötürən ona hazırda 270.000 manat məbləğində vəsaiti də ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən, xahiş edir ki, adıçəkilən MMC-lər və onların rəhbərliyi barəsində ən ciddi tədbrilər görülsün və sonuncuların Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən, müvafiq məsuliyyətə cəlb edilməsi təmin edilsin. - 12.02.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: - 76-cı maddəsinin 1-ci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. - 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. «İcra qeydi» aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. - 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: - 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün «Elektron notariat» informasiya sistemi vasitəsilə «Elektron icra» informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. - 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması.
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı iddia tələbində qeyd edir ki, Cavabdeh1 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-18572 reyestr saylı icra qeydində istinad edilən kredit müqaviləsinə əsasən borc aldığı 45.000 manat borc cavabdehlərə görülən iş müqabilində qeyri-rəsmi aldığı əmək haqqından hissə-hissə çıxılmış, onun faktiki olaraq borcu qalmamışdır. Bu səbəbdən hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyi qalmadığından, kredit müqaviləsi üzrə borc verən kredit müqaviləsi üzrə borc alan kimi ondan 45.000 manatı tələb edə bilməzdi, icra qeydi verilməsi üçün müraciət əsaslı deyil, icra qeydi mübahisə edilməyən borca əsaslanmadığından ləğv edilməlidir. Məhkəmə qeyd edilən dəlillərlə bağlı hesab edir ki, nə iddiaçının təqdim etdiyi sənədlər, nə tərəflər arasında olan yazışmalar və səsli mesajlardan təkzibedilməz, aşkar surətdə müəyyən etmək mümkün olmur ki, iddiaçının aldığı borc məbləği gördüyü iş həcminə görə ona ödənilməli puldan çıxılıb. Həmçinin iş materiallarında olan iddiaçı ilə yuxarıda adları çəkilən üç MMC arasında bağlanmış xidməti müqavilələrdən göründüyü kimi, tərəflər müxtəlif məbləğlərdə iş həcminin (xidmətlərin, proqramlaşdırma, proqram təminatının hazırlanması və s. üzrə) ödənilməsini hər hansı borc müqavilələrinin bağlanması ilə əlaqələndirməmişlər. Xidməti müqavilələrdən görünür ki, iddiaçıya görüləcək xidmətlərə görə ödəniş (xidmətlərin haqqı) icraçı tərəfindən təqdim edilən «işlənmiş vaxtın cədvəli» əsasında, həmin cədvəl təqdim edilən gündən 5 gün ərzində ödənilməlidir. Məhkəmə qeyd edir ki, həmin xidməti müqavilələr borc müqavilələri imzalanmamışdan illər əvvəl bağlanmışdır və həmin xidməti müqavilələrin bu və ya digər şəkildə bağlanmış borc müqavilələrinə aidiyyəti yoxdur. İş materiallarında olan “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən borcluya göndərilən bildirişdən müəyyən olunur ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Göründüyü kimi, verilmiş icra qeydinin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Eləcə də, iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin onun tərəfindən tam şəkildə icra edilmiş hesab olunması barədə iddia tələbi də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların heç biri ilə iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapmır. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. İş üzrə dindirilmiş şahidlər ifadələrində İddiaçı ilə Cavabdeh2 adlı şəxs arasında borc münasibətlərinin olmasını göstərsələr də borcun məbləği ilə fərqli rəqəmlər göstərməklə yanaşı, iddiaçının borclu olduğu şəxsə göstərdikləri borc məbləğinin tamamilə qaytarılmasının birbaşa şahidi olmasını göstərə bilməmişlər. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahid ifadələri də mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin şahid ifadələri də şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Həmçinin məhkəmə dindirilən şahidlərin iddiaçı ilə birlikdə işləmələrini də nəzərə alaraq qeyd edir ki, verilən ifadələrin məzmunu faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasa da, iddiaçının tələbi üzrə onun maraq və mənafeyinə uyğun verilmiş ifadələr olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Beləliklə də iddia əsaslı deyil və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, "xxxx" MMCyə, "xxxx" MMC-yə, Cavabdeh5 MMC-yə, Cavabdeh6 MMC-yə və Cavabdeh7 MMCyə qarşı «kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi, icra qeydinin ləğv olunması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh5 MMC-yə, Cavabdeh6 MMCyə və Cavabdeh7 MMC-yə qarşı «kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi, icra qeydinin ləğv olunması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev