Məhkəmə qərarları › İş №e-2(006)-2124/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2124/2023

15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2124/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 24 aylıq pensiya ödənişi, 8266,89 (səkkiz min iki yüz altmış altı manat, səksən doqquz manat, mənəzi zərər olaraq 6500 (altı min beş yüz) manat, vəkilə xidmət haqqı üçün ödədiyi 200 (iki) yüz manat, dövlət rüsumu olaraq ödədiyi 135 manat (yüz otuz beş manat), ümumilikdə 15135 (on beş min yüz otuz beş) manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdirlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Bu Sazişi imzalamaqla İddiaçı, Bank tərəfindən yol verilən texniki səhv nəticəsində ona (iddiaçıya) deyil başqa şəxsə (digər üçüncü şəxsə) verilən pensiya kartı üzrə (adı və soyadı eyni, amma ata adı fərqli olan şəxsə verilən pensiya kartı üzrə), həmin başqa şəxs (digər üçüncü şəxs) tərəfindən müvafiq dövr aralığında məxaric edilən və əslində İddiaçı aid olan pensiya məbləğlərinin hesabdan çıxarışlara əsasən müəyyən edilərək 8,070.16 AZN (səkkiz min yetmiş manat, on altı qəpik) olduğunu qəbul edir və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Bank tərəfindən yalnız bu məbləğin qarşılanmasının kifayət olduğuna dair öz razılığını (təsdiqini) bildirir.

2. Bu Sazişi imzalamaqla İddiaçı, həmçinin onu da təsdiq edərək qəbul edir ki, bu Sazişin 1-ci maddəsində təsvir edilən texniki səhv (Bank tərəfindən yol verilən texniki səhv) nəticəsində ona çatası olan məbləğlər kartın səhvən təqdim edildiyi başqa şəxs (digər üçüncü şəxs) tərəfindən (və ya onun adından digər şəxslər tərəfindən və ya bu məqsədlə digər şəxslər tərəfindən) qarşılanmamışdır (İddiaçı ödənilməmişdir). Bunun əksi olan halda İddiaçı təsdiq edərək qəbul edir ki, Bank tərəfindən ona bu Sazişin 1-ci maddəsində qeyd edilən və Bank tərəfindən qarşılanacaq (ona ödəniləcək) məbləğ mütənasib olaraq (ona artıq ödənilmiş məbləğə münasibətdə) azaldıla bilər və ya artıq qarşılanmış (Bank tərəfindən ödənilmiş) məbləğin mütənasib hissəsi İddiaçı tərəfindən Banka geri qaytarılacaqdır.

3. Bank, İddiaçı bu Sazişin 1-ci və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, o cümlədən İddiaçı tərəfindən ona məxsus olan hesab barədə məlumatlar (rekvizitlər) (və ya İddiaçı tərəfindən məbləğin köçürülməsi xahiş edilən (ərizə vasitəsilə xahiş edilən) digər hesab barədə məlumatlar (rekvizitlər)) Banka təqdim edildikdən sonra, mümkün ən tez ağlabatan müddətdə bu Sazişin 1- ci maddəsində qeyd edilən vəsaitlərin (8,070.16 AZN (səkkiz min yetmiş manat, on altı qəpik)) köçürülməsini təmin etmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir.

4. İddiaçı Banka qarşı hazırki mülki mübahisəsindən (pul tələbli iddia ərizəsindən) irəli gələn bütün tələblərindən (pensiya ödənişinin, mənəvi zərərin, vəkil üçün ödədiyi məbləğlərin və s. tələb edilməsindən), habelə tərəflər arasında mövcud olan mülki münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün mülki mübahisələr üzrə tələblərindən, o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə bununla bağlı hər-hansısa dövlət orqanına müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).

5. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

6. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

7. Tərəflər razılığa gəəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

8. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

9. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

10. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

11. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: •bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; •bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; •Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; •yaxın qohumlara.

12. Bu Sazişin 9-cu, 10-cu və 11-ci maddələrində qeyd edilən qadağalar (məhdudiyyətlər), Bank tərəfindən İddiaçı ödənilən vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa etmək üçün Bankın digər üçüncü şəxslərə iddia qaldırması və ya aidiyyəti dövlət orqanlarına müraciət edilməsi zamanı (o cümlədən bu məqsədə nail olmaq üçün digər zəruri addımların atılması zamanı), bu Sazişdən, tərəflər arasında olan mübahisə ilə bağlı qanuni şəkildə əldə edilmiş sübutlardan, dövlət orqanlarının təqdim etdiyi məlumatlardan, məhkəmə materiallarından (məhkəməyə təqdim edilən sübutlardan və dəlillərdən), məhkəmə aktlarından (o cümlədən bu sazişi təsdiq edən məhkəmə aktlarından) Bankın öz hüquqlarını müdafiə və bərpa etmək məqsədilə ilə istifadə edilməsinə qadağa qoymur və Bank sözügedən materiallardan heç bir maneə olmadan bu Sazişdə qeyd edilən məqsədlər üçün istifadə edə bilər.

13. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

14. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısialınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

15. Bu Sazişin 14-cü maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

16. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

17. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

18. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

19. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı və cavabdeh Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyəti arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 1.Bu Sazişi imzalamaqla İddiaçı, Bank tərəfindən yol verilən texniki səhv nəticəsində ona (iddiaçıya) deyil başqa şəxsə (digər üçüncü şəxsə) verilən pensiya kartı üzrə (adı və soyadı eyni, amma ata adı fərqli olan şəxsə verilən pensiya kartı üzrə), həmin başqa şəxs (digər üçüncü şəxs) tərəfindən müvafiq dövr aralığında məxaric edilən və əslində İddiaçı aid olan pensiya məbləğlərinin hesabdan çıxarışlara əsasən müəyyən edilərək 8,070.16 AZN (səkkiz min yetmiş manat, on altı qəpik) olduğunu qəbul edir və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Bank tərəfindən yalnız bu məbləğin qarşılanmasının kifayət olduğuna dair öz razılığını (təsdiqini) bildirir. 2.Bu Sazişi imzalamaqla İddiaçı, həmçinin onu da təsdiq edərək qəbul edir ki, bu Sazişin 1-ci maddəsində təsvir edilən texniki səhv (Bank tərəfindən yol verilən texniki səhv) nəticəsində ona çatası olan məbləğlər kartın səhvən təqdim edildiyi başqa şəxs (digər üçüncü şəxs) tərəfindən (və ya onun adından digər şəxslər tərəfindən və ya bu məqsədlə digər şəxslər tərəfindən) qarşılanmamışdır (İddiaçı ödənilməmişdir). Bunun əksi olan halda İddiaçı təsdiq edərək qəbul edir ki, Bank tərəfindən ona bu Sazişin 1-ci maddəsində qeyd edilən və Bank tərəfindən qarşılanacaq (ona ödəniləcək) məbləğ mütənasib olaraq (ona artıq ödənilmiş məbləğə münasibətdə) azaldıla bilər və ya artıq qarşılanmış (Bank tərəfindən ödənilmiş) məbləğin mütənasib hissəsi İddiaçı tərəfindən Banka geri qaytarılacaqdır. 3.Bank, İddiaçı bu Sazişin 1-ci və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, o cümlədən İddiaçı tərəfindən ona məxsus olan hesab barədə məlumatlar (rekvizitlər) (və ya İddiaçı tərəfindən məbləğin köçürülməsi xahiş edilən (ərizə vasitəsilə xahiş edilən) digər hesab barədə məlumatlar (rekvizitlər)) Banka təqdim edildikdən sonra, mümkün ən tez ağlabatan müddətdə bu Sazişin 1- ci maddəsində qeyd edilən vəsaitlərin (8,070.16 AZN (səkkiz min yetmiş manat, on altı qəpik)) köçürülməsini təmin etmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir. 4.İddiaçı Banka qarşı hazırki mülki mübahisəsindən (pul tələbli iddia ərizəsindən) irəli gələn bütün tələblərindən (pensiya ödənişinin, mənəvi zərərin, vəkil üçün ödədiyi məbləğlərin və s. tələb edilməsindən), habelə tərəflər arasında mövcud olan mülki münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün mülki mübahisələr üzrə tələblərindən, o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə bununla bağlı hər-hansısa dövlət orqanına müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir). 5.Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır. 6.Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 7.Tərəflər razılığa gəəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 8.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 9.Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 10.Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 11.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: •bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; •bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; •Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; •yaxın qohumlara. 12.Bu Sazişin 9-cu, 10-cu və 11-ci maddələrində qeyd edilən qadağalar (məhdudiyyətlər), Bank tərəfindən İddiaçı ödənilən vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa etmək üçün Bankın digər üçüncü şəxslərə iddia qaldırması və ya aidiyyəti dövlət orqanlarına müraciət edilməsi zamanı (o cümlədən bu məqsədə nail olmaq üçün digər zəruri addımların atılması zamanı), bu Sazişdən, tərəflər arasında olan mübahisə ilə bağlı qanuni şəkildə əldə edilmiş sübutlardan, dövlət orqanlarının təqdim etdiyi məlumatlardan, məhkəmə materiallarından (məhkəməyə təqdim edilən sübutlardan və dəlillərdən), məhkəmə aktlarından (o cümlədən bu sazişi təsdiq edən məhkəmə aktlarından) Bankın öz hüquqlarını müdafiə və bərpa etmək məqsədilə ilə istifadə edilməsinə qadağa qoymur və Bank sözügedən materiallardan heç bir maneə olmadan bu Sazişdə qeyd edilən məqsədlər üçün istifadə edə bilər. 13.Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 14.Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısialınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 15.Bu Sazişin 14-cü maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 16.Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır. 17.Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. 18.Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır. 19.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar