Məhkəmə qərarları › İş №e-2(006)-213/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-213/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-213/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ləğv prosesində olan QSC “Bank Standart” KB-yə xx.xx.2009cu il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 3009332.67 ABŞ dolları əsas borc və 1258707,73 ABŞ dolları faiz öhdəliyi olması barədə təqdim edilmiş yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan – xx.xx.2024-cü il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərinin təqdim edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunan iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) 100 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar