Məhkəmə qərarları › İş №e-2(006)-2135/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2135/2024

16.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2135/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Dadaş oğlu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2222 00000000 194 saylı abonent kodu üzrə Qobustan rayon Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və həmin təsərrüfata smart kart tipli elektrik sayğacının cavabdehin şəxsi vəsaiti hesabına quraşdırılması və həmçinin dəymiş mənəvi ziyana görə cavabdehdən 5000 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasına əsasən mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq tam formada təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı "elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı iddiaçı olaraq hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv edilməli və iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İlk növbədə onu qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı tərəfindən ilk öncə cavabdehin yerləşdiyi ünvan üzrə ümumi yurisdiksiyalı məhkəməyə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, uzun çəkən araşdırmalardan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fermer təssərüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, onun aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Burada məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarına istinad etməklə iddiaçının ehtimal etdiyi hüquqlarının pozulmasına inzibati orqan (inzibati akt qəbul edə bilən inzibati qurum) səbəb olduğundan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir. Bundan sonra iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- 5158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Səbəb kimi isə cavabdeh "xxxx" ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən olunmaması göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-5158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət versə də, qərardad ləğv edilməyərək qüvvədə saxlanılmışdır. Bütün bu proseslərdən sonra o, məcbur qalıb yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2135/2024 saylı xx.xx.2024-cü xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı digər tələbinə dair iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. Həmçinin bu barədə xx.xx.2024-cü il tarixdə saat 09:35-də başlamış və 09:40 qurtarmış məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokolda hakimin mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsi qeyd edilmişdir. Bundan sonra 5 aya yaxın məhkəmə araşdırması aparılmış və nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əlavə olaraq onu da qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin bərpa edilməsi, elektrik sayğacının yenidən quraşdırılması və mənəvi tələbin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılması 2 (iki) ay müddətinə uzadılmışdır. Həmçinin onu da qeyd etmişdir ki, hazırki mülki iş ümumən 6 hakimin icraatında olmuş və təxminən 12 ay ayrı-ayrı məhkəmə instansiyalarında aidiyyət məsələsi ilə əlaqədar məhkəmə prosesləri aparılmışdır. Son olaraq isə Sumqayıt Apellyasiya Məhkəməsinin qocaman və çox təcrubəli hakim tərkibinin (Hökümə Babayeva, Gülnar Cabbarova və Zaur Məmmədov) qəbul etdiyi 2-1(105)- 916/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə rayon məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdilər. Bu səbəbdən hesab edir ki, iddia ərizəsinin 5 aya yaxın bir müddətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində araşdırıldıqdan sonra kommersiya xarakterli olduğu müəyyən olunduğu üçün və həqiqətən də hazırki iddia ərizəsinin mahiyyət etibarı ilə kommersiya xarakterli olduğu üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə aid olmasına baxmayaraq iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilib ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsində qeyd edilib ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3, 32.4, 32.5, 32.6, 32.7-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 269-cu maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir. 403-1.1 maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdirlər. Məhkəmə iş materiallarını araşdırıb, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki mübahisənin predmeti (yəni şəxsin bərpasını tələb etdiyi elektrik enerjisi verilişi onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır) nəzərə alaraq, mübahisə kommersiya mübahisəsi olduğundan məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, İddiaçı Dadaş oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, cavabdeh “Dənli (X1) Bitkilərin Becərilməsi” fəaliyyəti istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçının elektrik enerjisinin bərpası tələbi onun Qobustan rayonu, Çalov kəndində həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn tələbdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 32,269,403-1-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Dadaş oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar