Məhkəmə qərarları › İş №e-2(006)-2175/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2175/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2175/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi X4, Cavabdeh1 MTK-nın nümayəndəsi X12 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı çıxarışın ləğv edilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı6, İddiaçı7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli, **********80- 05301-083005 reyestr № li, qeydiyyat nömrəsi ********** olan çıxarışın reyestr qeydinin ləğv edilməsi, S.Rüstəm küçəsinə zirzəmidən açılmış qapı layihə və istismara qəbul aktına uyğun olmadığına görə layihədəki vəziyyətinə qaytarılması və boşaldılaraq 351 kv.m olan sahə Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ümumi istifadə üçün Elit MTK-nın üzvlərinin sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh1 MTK-nın üzərinə həmin zirzəmi qatının layihə sənədlərinə uyğun vəziyyətə gətirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikintinti Kooperativinə müraciət edərək ünvan 1 ünvanında yerləşən binada binanın qarajının 2 qatlı zirzəmi qatının 2-ci qatının zəbt edilməsini, alqı-satqı prosesindən payçıların məlumatının olmamasından, zirzəmidə otaqların tikilməsini, küçəyə qanunsuz qapı açılmasını, ümumi istifadədə və mülkyyətdə olan və həmin qeyd olunan zirzəmi qatına mülkiyyət hüququnun təsdiq edilməsinə dair “Çıxarış” alınmasına hansı hüquq müəyyən edici sənədlər əsasında aparılmasının araşdırılmasını, zirzəmi qatının Cavabdeh2 hansı prosedur qaydasında satılmasını, pay haqqının ödənilib ödənilməməsi, lahiyə sənədlərində olmadığı halda küçəyə qapı açılmasının qanunauyğunluğunun yoxlanılmasına və bu işdə payçıların razılığının olub olmamasının müəyyən edilməsini və eyni zamanda onların payçı kimi pozulmuş hüquqlarının bərpa edilməsi üçün xx.xx.2025-ci il tarixində iclas keçirmişlər. Buna da əsas vətəndaş Cavabdeh2 ******* № li, qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsi və həmin çıxarışda daşınmaz əmlakın növü kimi “qeyri-yaşayış sahəsi” qeydi aparılmış və xx.xx.2017-ci il tarixində ona “çıxarış” verilməsi olmuşdur. Bu da həmin binada yaşayan sakinlərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh1 mənzil tikinti kooperativinə ərizə ilə müraciət olunsa da, Cavabdeh1 mənzil tikinti kooperativi tərəfindən heç bir tədbir görülməmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh1 MTK üzvlərinin 4/1-in tələbinə görə növbədənkənar ümumi yığıncağı keçirilmişdir və məlum olmuşdur ki, ümumi istifadədə olan binanın zirzəmi qatının bir hissəsi digər payçıların razılığı olmadan onun mülkiyyətinə verilə bilməzdi və bu hal binanın həm dayanıqlığına, həm də ümumi istifadədə olan sahənin fövqəlada hallarda istifadəsinə və binanın digər hissəsinin inşa edilməsi zamanı maneçiliklər yaratmasına gətirib çıxaracaqdır. Eyni zamanda Cavabdeh1 MTK-nın Nizamnaməsinin tələbinə əsasən ümumi yığıncaqda payçıların 1/4 iştirak etdikdə səlahiyyətli olur. Həmin protokola imza edən şəxslər Cavabdeh1 MTK-nın təsisçiləri olmuşlar. xx.xx.2025-ci il tarixində keçirilmiş Ümumi yığıncaq qərara almışdır ki, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1969-cu ildə anadan olmuş xx.xx.2010-cu il tarixində kooperativ üzvlüyünə qəbul edilmiş və hal-hazırda Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 18 ünvanında yaşamayan Cavabdeh2 kooperativin üzvlüyünə qəbul edilməklə onun adına 350 m2 -1 zirzəmi qatının sənədləşdirilməsinə dair xx.xx.2010-cu il tarixli Cavabdeh1 MTK-nın protokolu etibarsız hesab edilsin. Müvafiq prosedurlara başlanılması və sakinlər tərəfindən məhkəməyə müraciət olunması qərara alınmışdır. Cavabdeh1 Mənzil Tikinti Kooperativi bu ad ilə, ünvan 3 ünvanla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il ********** nömrə ilə qeydiyyatdan keşmişdir. Cavabdeh1 Mənzil Tikintinti Kooperativinin Nizamnaməsinə əsasən “kooperativ üzvlərinin kooperativə verdiyi əmlak payları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu Ümumi Yığıncağın qərarı ilə müəyyən edilir.” Cavabdeh1 Mənzil Tikintinti Kooperativinin Nizamnaməsinə əsasən “Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ümumi Yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün qanunla müəyyən edilmiş məsələlərdə səlahiyyətə malidkir. Nizamnamənin 7.2. bəndinə əsasən “ümumi yığıncaq üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Səlahiyyətli ümumi yığıncaq özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. Nizamnamədə Ümumi yığıncağın müstəsna səlahiyyətləri müəyyən edilmişdir. Cavabdeh1 MTK-nin Nizamnaməsinin 3.1 bəndinə əsasən Kooperativin aşağıdakı hüquqları vardır: Mülki Məcəllədə, Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hüquqları həyata keçirmək. Nizamanəmədə müəyyən edilmiş hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün Cavabdeh1 Mənzil Tikintinti Kooperativi tərəfindən ərizəyə əsasən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, zirzəmi qatının Cavabdeh2 adına sənədləşdlirilməsi və zirzəminin özəlləşdirilməsi 2018-ci ilə qədər aparılmışdır. Belə ki, həmin dövrdə MTK-nın Təsisçilərindən biri X8 olmuşdur. X8 da Cavabdeh2 əridir. X4 həmin koopeativdəki təsisçi payı həmin dövrdə 66.5 faiz olmuşdur. X8 öz səlahiyyətlərindən istifadə edərək formal qaydada ümumi yığıncaq keçirərək qərar qəbul edərək həmin sahənin alqı-satqısını həyata keçirmişlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK-nın arxivi olmadığından Cavabdeh2 zirzəmi qatının hansı məbləğə aldığını müəyyən etmək olmur. Cavabdeh2 verilən vaxtı işləmiş şəxslər 18 iyul 2018-ci ildə 14 saylı Notariat Ofisində Müəssisədəki Payların alqı-satqısı aparılmışdır. 6 nəfər Cavabdeh1 MTK-dakı payçılar tamamilə öz paylarını satmışlar. Cavabdeh1 Mənzil Tikintinti Kooperativinin payçıları olan X6 (6.7% payı), X10 (6.7% payı), X8 (33.25% payı) X13 (6.7%payı), X2 (6.7%payı), X9 (6.7%payı) 18 iyul 2018-ci il tarixində alqı satqı müqaviləsi əsasında hal-hazırkı payçılara satmışlar. Əldə etidikləri sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli yığıncağı keçirilmişdir. Gündəlikdə 1 məsələ olmuşdur: «X1 üzvlüyünə qəbul edilməsi». Həmin iclasda Cavabdeh2 Cavabdeh1 MTK-nın S.Rüstəm küçəsində inşa etdiyi binanın -1 səviyyədə (zirzəmidə) 350 m2 qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İclasda qərara alınmışdır ki, 1. Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında yaşayan Cavabdeh2 ş/v AZE№ 08136655 Cavabdeh1 kooperativinə üvz qəbul edilsin və -1 səviyyədə 350 m2 qeyri-yaşayış sahəsi onun adına sənədləşdirilsin. Həmin iclasda sədrlik edən, katib və cəmi 3 nəfər iştirakçı imza etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 27 noyabr 2005-ci il tarixində tərtib olunmuş Kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan Z.Ə.Əhmədovun imzası ilə təsdiq olunmuş və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilmiş çıxarışdan görünür ki, Cavabdeh2 kooperativə üzv qəbul olunmuş və ona həmin binada ümumi sahəsi 225.3 kv.m olan 4 otaqlı mənzil verilmişdir. Digər payçılar kooperativin ümumi yığıncaqlarından kənarlaşdırılmış və onların iştirakı olmadan mühüm qərarlar qəbul edilmişdir. Digər payçılar kooperativin mütləq paya malik üzvləri olduğu halda, ümumi yığıncaqlara dəvət edilməmiş və onların iştirakı təmin olunmamışdır. Bu işdə əsas məsələ, kooperativ üzvlərinin hüquqlarının qorunması və ümumi yığıncaqların qanunvericiliyə uyğun keçirilməsidir. Cavabdeh1 MTK-nın payçılarında olan sənədlərdə Cavabdeh2 ilə bağlanılmış müqavilənin surəti, maliyyə arayışının surətləri yoxdur. Eyni zamanda kargüzarlıq qaydalarına uyğun olaraq MTK-nın digər təşkilatlarla yazışmalarını əks etdirən qeydiyyat jurnalları da mövcud deyildir və alqı-satqı aparıldıqdan sonra təhvil verilməsini də təsdiq edən heç bir sənəd mövcud deyildir. Əldə etdikləri ilkin sənədlərə əsasən Cavabdeh2 kooperativə ayrı-ayrı tarixlərdə 2 dəfə üzv qəbul edilmişdir. Birinci dəfə 27 noyabr 2005-ci ildə və ikinci dəfə isə 05 avqust 2010-cu il tarixlərində. İlkin əldə etdilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 fevral 2011-ci il tarixli, 106 saylı 17 may 2011-ci il tarixli 220 saylı sərəncamları ilə təyin olunmuş «tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” AKTİ-dakı göstəricilərə əsasən bina 16 mərtəbə+texmərtəbə+mansarddan ibarət olmaqla faktiki sahəsi 513.2 kv.m, mansardın sahəsi 440.0 kv.m olan və faktiki sahəsi 1362.8 kv.m olan 2 səviyyəli zirzəmi qatından və 1-ci mərtəbədən (qeyri-yaşayış sahəsi 538.0 kv.m olan sahələrdən ibarətdir. Binanın istismara qəbul olunması ilə bağlı 02 avqust 2016-cı il tarixli 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin Qərarı olmuşdur. Göründüyü kimi, bu tarixə qədər həmin binanın payçılarına mülkiyyəti təsdiq edən çıxarışlar verilə bilməzdi. Göründüyü kimi, binanın zirzəmi qatı 2 səviyyəli olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən binanın zirzəmi qatına onlarda olan ilkin məlumata əsasən xx.xx.1969-cu ildə anadan olmuş Cavabdeh2 adına ******* № li, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin çıxarışda daşınmaz əmlakın növü kimi “qeyriyaşayış sahəsi” qeydi aparılmışdır. Çıxarış xx.xx.2017-ci il tarixində verilmişdir. Çıxarışın texniki pasportunu əldə etmək mümkün olmadığına görə müəyyən etmək olmur ki, zirzəmidə yerləşən və ümumi istifadədə olan 351.4 kv.m qeyri-yaşayış sahəsinin qapısı üçün giriş haradan nəzərdə tutulmuş və bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanı ilə razılışdırımışdır ya yox. İlkin araşdırma nəticəsində xx.xx.2010-cu ildə tərib edilmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının Protokolunun qeyri qanunidir və imzalandığı andan etibarsız hesab olunmalıdır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, xx.xx.2010-cu il tarixində keşirilmiş iclasda yetersay olmamışdır. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Nizamnaməsinin 7.2. bəndinə əsasən “ümumi yığıncaq üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin iclasda yetersay olmamış və eyni zamanda yaşayış binasının ümumi istifadədə olan su çənlərinin, lift şaxtasının, yanğın çıxışının yerləşdiyi sahə qanunzsuz zəbt olunmuşdur. Həmin sahənin qeyri qanuni ancaq bir şəxsin istfadəsinə verilməsi digər payçıların hüquqlarını pozur. Ərizəçilər və hazırkı MTK rəhbərliyi öz hüquqlarının pozulduğunu 2024-cü ilin noyabr ayında bilmişlər. Belə ki, su zirzəmiyə dolduğu zaman araşdırma aparılmış və zirzəmi qatında həmin hissədə divar hörüldüyü müəyyən olunmuşdur. Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilən sahə onun tərəfindən 2010-cu il tarixdə alqı-satqı vasitəsi ilə digər cavabdeh "xxxx" MTK-dan alınmışdır. Həmin sahəyə dair maliyyə arayışı və iclas protokolundan çıxarış müvafiq dövlət orqanına təqdim edilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Bu haqda müvafiq çıxarış və texniki pasport məhkəmə iclasında təqdim ediləcəkdir. İddia tələbinin əsası kimi iddiaçılar binanın layihəsində hazırki mübahisəli qeyri-yaşayış sahəsinə qanunsuz qapı açıldığı qeyd edilir. Bildirmişdir ki, məhkəmə iclasında təqdim edəcəyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə həmin qapının mövcud olduğu açıq-aşkar görünür. Yəni iddia tələbinin bu hissəsi tam əsassızdır. Qeyd etmişdir ki, hazırki məsələ 2024-cü ilin sonlarında yenə başlayan zaman tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsinə müraciət edərək, texniki pasportda göstərilənlərin layihəyə uyğunluğunun yoxlanılması xahiş edilmişdir. Adıçəkilən təşkilatın xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportun tam qanunamüvafiq qaydada hazırlandığı bildirilmişdir. Digər bir iddia tələbinin əsası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 fevral 2011-ci il tarixli, 106 saylı 17 may 2011-ci il tarixli 220 saylı sərəncamları ilə təyin olunmuş «tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” AKTında göstəricilərə əsasən bina 16 mərtəbə+texmərtəbə+mansarddan ibarət olmaqla faktiki sahəsi 513.2 kv.m, mansardın sahəsi 440.0 kv.m olan və faktiki sahəsi 1362.8 kv.m olan 2 səviyyəli zirzəmi qatından və 1-ci mərtəbədən (qeyri-yaşayış sahəsi) 538.0 kv.m olan sahələrdən ibarətdir. Bildirmişdir ki, iddiaçılar "xxxx" MTK-nın üzvləridirlər. MTK-nın həmin dövrdə 5 təsisçısı olmuşdur və fəaliyyətinə cari rəhbərliyi sədr həyata keçirmişdir. Alqı-satqı məhz həmin dövrün sədri ilə aparılmış və xəzinəyə müvafiq vəsait ödənilmişdir. Satılan qeyri-yaşayış sahəsi MTK-nın mülkiyyətində olmuş və iddiaçılara hər hansı bir aidiyyatı yoxdur. Habelə həmin zirzəmi ümumi istifadə sahəsi deyil. Beləki Mülki Məcəlləyə əsasən, ümumi paylı mülkiyyətə hazırki mübahisəli sahə aid deyildir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi X8 iddia tələbini etiraf eməyərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X19 iddia tələbini etiraf edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 730-cu məhəllə, Süleyman Rüstəm küçəsi 18 Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2010-cu il tarixli ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilməklə -1 (mənfi bir) səviyyədə 350 kv.m qeyri-yaşayış sahəsi onun adına sənərləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 32№li maliyyə arayışından görünür ki, ünvan 6 ünvanında inşa edilmiş binanın -1 (mənfi bir) səviyyədə 350 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 məxsusdur və həmin qeyriyaşayış sahəsinə görə onun Cavabdeh1 MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, kooperativ üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı6, İddiaçı7 Cavabdeh1 MTK-nın xx.xx.2010-cu il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi barədə qərara gəlmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.3-cü maddəsinə maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi özgəninkiləşdirilməsi qanunvericiliyin tələbinə zidd hesab edilən sahəyə (zirzəmiyə) Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu qəbul edilərkən iddiaçılar ünvan 1 ünvanının sakinləri və Cavabdeh1 MTK-nın payçıları olmuşlar. Bunula da məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olmaqla təmin edilməli, Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu etibarsız hesab edilməli, protokol etibarsız hesab edildiyindən isə onun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş çıxarış da ləğv edilməli, həmin sahə boşaldılmalıdır. Məhkəmə iddia tələbinin “zirzəmi qatının layihə sənədlərinə uyğun vəziyyətinə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, zirzəmi qatının əvvəlki vəziyyəti barədə sənədlər təqdim edilməməklə, əvvəlki vəziyyəti barədə sübutlar olmadığından qeyd edilən hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu etibarsız hesab edilməli, Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş **********80-05301-083005 reyestr, ********** qeydiyyat nömrəli RX seriyalı çıxarış ləğv edilməli, ünvan 6 ünvanda 351 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu etibarsız hesab edilsin. Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş **********80-05301-083005 reyestr, ********** qeydiyyat nömrəli RX seriyalı çıxarış ləğv edilsin. ünvan 6 ünvanda 351 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar