Məhkəmə qərarları › İş №e-2(006)-2183/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-2183/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2183/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1rşı "borc" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X1rşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı xeyrinə 20.300 manat məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 300 manat məbləğində xərcin və 152 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 23 dekabr 2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan götürdüyü 20.300 manatı 3 ay ərzində yəni xx.xx.2024-cü il tarixdə ödəməyi öhdəsinə götürmüşdür. Borcun götürülməsi barədə cavabdeh tərəfindən iltizam və qəbzə imzalanmışdır. Borcun ödənilməsi barədə cavabdehə pretenziya məktubu da göndərilmişdir. Lakin, bu günə kimi heç bir ödəniş edilməmişdir. Buna görə də, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20.300 manat borcun tutulması barədə qətnamə qəbul olunmalıdır. 23 dekabr 2023-cü il tarixli müqavilənin 3.4.1-ci bəndinə əsasən borcun qaytarılmasını gecikdirdikdə, hər gecikdirilən gün üçün ödənilməli məbləğin 0,1% həcmində, bu müddət 15 gündən çox olduqdaisə 1% həcmində cərimə ödəyir Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini müdafiə etdiklərini və işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan: - İddiaçı ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan X4 20.300 manat məbləğində pulu borc vermiş, X5 isə borcu 03 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. - X5 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən və iltizamdan görünür ki, X5 İddiaçı 20.300 manat məbləğində pulu qəbul götürmüş və xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü X6 sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən (**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 152.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə “KERMUR” İxtisaslaşdırılmış Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanılmış, X5 İddiaçı 20.300 manat məbləğində pulu qəbul götürmüş, cavabdeh iddiaçıya 3 ay müddətində həmin pulu qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə “KERMUR” İxtisaslaşdırılmış Vəkil Bürosuna ödənilmiş 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür kimi, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat cavabdeh X3 İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edildiyindən, məhkəmə xərci də cavabdehə aid edilməli və dövlət rüsumu kimi ödənilmiş 152 manat cavabdeh X3 İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdehdən 20.300 (iyirmi min üç yüz) manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 300 manat (üç yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 152 (bir yüz əlli iki manat) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehdən 20.300 (iyirmi min üç yüz) manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 300 manat (üç yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 152 (bir yüz əlli iki manat) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar