Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-219/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 221.50 kv.m. olan qeyriyaşayış binasının hissə paylarına uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 221.50 kv.m. olan qeyri-yaşayış binasının, həmin qeyri-yaşayış binasına bitişik və onunla birgə istifadədə olan tikilinin və istifadədə olan əlavə torpaq sahəsinin hissə paylarına uyğun olaraq – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 avqust 2023-cü il tarixli, № 10/2802 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxemdə göstərilən qaydada naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 221.50 kv.m, olan qeyri-yaşayış binası iddiaçı və cavabdehin paylı mülkiyyətindədir: 88.6 kv.m. pay iddiaçıya, 132.9 kv.m. pay cavabdehə məxsusdur. Paylarına mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (“DƏDRX") tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** və ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binasına xx.xx.2021-ci İl tarixli, 04/1690 inventar nömrəli, **********98-06301 reyestr nömrəli Texniki Pasport verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (“İcarəyə verən") ilə iddiaçı və cavabdeh (“İcarəçilər”) arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli, № 964 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" Müqavilədən görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi 288.6 kv.m torpaq sahəsi icarəçilər tərəfindən müvəqqəti istifadəyə qəbul edilmiş və icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi əsaslıdır və qismən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 04/1690 saylı texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 221.50 kv.m. olan qeyri-yaşayış binasının, həmin qeyri-yaşayış binasına bitişik və onunla birgə istifadədə olan tikilinin və istifadədə olan əlavə torpaq sahəsinin hissəsi İddiaçı və başqalarına ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 221.50 kv.m qeyri-yaşayış sahəsinin 88.6 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı və 132.9 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan “Özəlləşdirilən Dövlət və Müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi” haqqında 964 saylı xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi Cavabdeh və İddiaçı icarə haqqı 6060.0 manat, aylıq icarə haqqı 505.0 manat olmaqla icarəyə verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, Bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6497 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinin naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər və həmin tikililərin qarşısında yerləşən 1, 2, 3, 4, 5, və 6 saylı yeməkxana kabinetləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 88,6 kv.metr sahəsinin mülkiyyətçisinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililərin və həmin tikililərin qarşısında yerləşən 7, 8, 9, 10, 11, 12 saylı yeməkxana kabinetləri və 2 ədəd digər təyinatlı kabinetlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 132,9 kv. metr sahəsinin mülkiyyətçisinə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2802 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.metr olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinin naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər və həmin tikililərin qarşısında yerləşən 1, 2, 3, 4, 5, və 6 saylı yeməkxana kabinetləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 88,6 kv.metr sahəsinin mülkiyyətçisinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililərin və həmin tikililərin qarşısında yerləşən 7, 8, 9, 10, 11, 12 saylı yeməkxana kabinetləri və 2 ədəd digər təyinatlı kabinetlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 132,9 kv.metr sahəsinin mülkiyyətçisinə verilə bilər. Məhkəmə, mübahisəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirərək müəyyən etmişdir ki, tədqiq olunan qeyri yaşayış binasının daxilində dəyişikliklər aparılmış, texniki pasport sənədində göstərilən 2 saylı tikili ilə 1 saylı tikilinin arasında arakəsmə divar hörülmüş, 8 saylı tikilinin sağ divarına bitişik əlavə mətbəx tikilisi inşa edilmiş və 12 saylı tikili və 13 saylı tikilinin arasında olan arakəsmə divarı sökülmüşdür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin qarşısında 12 ədəd yeməkxana kabinetləri və 3 ədəd digər təyinatlı kabinetlər inşa edilmişdir. Müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi, iki tərəfdən giriş-çıxış yolu mövcuddur və eləcə də iki tərəfdən həyətyanı sahə ilə əhatə olunduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq tədqiq edilən qeyri-yaşayış binasının naturada təcrid şəklində bölünməsi mümkündür. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iddia tələbinə qiymət verərək müəyyən etmişdir ki, özəlləşdirilən Dövlət və Müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 964 saylı xx.xx.2021-ci il tarixli müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 288.6 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti Cavabdeh və İddiaçı icarə haqqı 6060.0 manat, aylıq icarə haqqı 505.0 manat olmaqla icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə ünvan 1 ünvanda yerləşən 221.50 kv.m qeyri-yaşayış binasının 88.6 kv.m qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçı və 132.9 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Məhkəmə həmin torpaq sahəsinin üzərində inşa olunmuş qeyri yaşayış sahəsinin naturada bölünməsinin mümkün olub-olmaması müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardad qəbul etmiş və rəy verilməsi üçün etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2802 saylı ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinin naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər və həmin tikililərin qarşısında yerləşən 1, 2, 3, 4, 5, və 6 saylı yeməkxana kabinetləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 88,6 kv.metr sahəsinin mülkiyyətçisinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililərin və həmin tikililərin qarşısında yerləşən 7, 8, 9, 10, 11, 12 saylı yeməkxana kabinetləri və 2 ədəd digər təyinatlı kabinetlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 132,9 kv.metr sahəsinin mülkiyyətçisinə verilə biləcəyi barədə ekspert rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə ekspertin rəyinin doğruluğunu yoxlamaq məqsədilə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və yeri baxın zamanı məlum olmuşdur ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 88,6 kv.metri və 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 132,9 kv.metri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə ünvan 1 ünvanda yerləşən 221.50 ha torpaq sahəsini əhatə edir. Ekspertin rəyində göstərilən 1, 2, 3, 4, 5, və 6 saylı yeməkxana kabinetləri İddiaçı və 7, 8, 9, 10, 11, 12 saylı yeməkxana kabinetləri və 2 ədəd digər təyinatlı kabinetləri Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş sahələr olduğu müəyyən olunmuşdur. Belə olan halda, göstərilən qanunvericilik aktı normalarına və iş materiallarında olan özəlləşdirilən Dövlət və Müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 964 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2802 saylı və xx.xx.2023-cü il tarixli 10/6497 saylı ekspert rəylərinə əsasən iddia qismən təmin olunmalı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan 88.6 kv.m hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər) və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının Cavabdeh mülkiyyətində olan 132.9 kv.m hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq rəyə əlavə edilmiş sxemdə göstərilən 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililər) naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2802 saylı Ekspertin rəyində göstərilən 1, 2, 3, 4, 5, və 6 saylı yeməkxana kabinetləri İddiaçı və 7, 8, 9, 10, 11, 12 saylı yeməkxana kabinetləri və 2 ədəd digər təyinatlı kabinetləri Cavabdeh arasında texniki cəhətdən bölünməsi mümkün olduğu qeyd edilsədə, lakin həmin kabinetlərin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında tərəflərə məxsus olmadığına görə iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 10/6497 nömrəli, xx.xx.2023 və 10/2802 nömrəli, xx.xx.2023cü il tarixli ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia iddia tələbi qismən təmin, aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan 88.6 kv.m hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 9,10 və 17 saylı tikililər) naturada ayrılsın. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 221,50 kv.m olan qeyri-yaşayış binasının iddiaçı Cavabdeh mülkiyyətində olan 132.9 kv.m hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq rəyə əlavə edilmiş sxemdə göstərilən 4, 5, 6, 7, 8, 11, 12, 13, 14, 15, 16 saylı tikililər) naturada ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-219/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-219/2023
30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver