Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2191/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4790 manat və ödənilmiş dövlət rüsumuna görə 67,90 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər və aşağıdakı şərtlərlə barışıq sazişini imzalayırlar: BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ:
1. Tərəflər, bu Sazişə əsasən İddiaçmın tələbi üzrə cavabdeh tərəfindən 3600 (üç min altı yüz) manat yekun ödənişin ödənilməsi və yerdə qalan məbləğin isə ona güzəşt olunması barədə razılığa gəlmişlər.
2. İddiaçı, Cavabdeh2 tərəfindən 3600 (üç min altı yüz manatın) ödənilməsini təsdiq edir və iddiasından imtina edərək iş üzrə icraat xitam verilməsini Məhkəmədən xahiş edir.
3. İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi kimi ödənilmiş 67.90 (altmış yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Cavabdehdən tutulur.
4. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər və aşağıdakı şərtlərlə barışıq sazişini imzalayırlar:
BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ:
1. Tərəflər, bu Sazişə əsasən İddiaçmın tələbi üzrə cavabdeh tərəfindən 3600 (üç min altı yüz) manat yekun ödənişin ödənilməsi və yerdə qalan məbləğin isə ona güzəşt olunması barədə razılığa gəlmişlər.
2. İddiaçı, Cavabdeh2 tərəfindən 3600 (üç min altı yüz manatın) ödənilməsini təsdiq edir və iddiasından imtina edərək iş üzrə icraat xitam verilməsini Məhkəmədən xahiş edir.
3. İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi kimi ödənilmiş 67.90 (altmış yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Cavabdehdən tutulur.
4. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə