Məhkəmə qərarları › İş №e-2(006)-22/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-22/2024

27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-22/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh9 Əlimusa oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh10 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh9 Əlimusa oğluna qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh9 Əlimusa oğluna, Axverdiyeva X4, Cavabdeh8, Cavabdeh11, Cavabdeh10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən evinin üzərində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh9 Əlimusa oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh9 Əlimusa oğluna hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bir neçə dəfə dəqiqləşdirilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh9 Əlimusa oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokun 3-cü mərtəbəsində 130 m2 ümumi sahəsi olan 3 otaqlı təmirli yeni mənzilin cavabdehin mülkiyyətinə və 19.166 m2 sahəyə 38.332 manat məbləğində vəsaitin cavabdehə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən cavabdehə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Cavabdeh10 cavabdeh İddiaçınə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (müstəqil tələb irəli sürərək), iddia tələbinin ona və uşaqlarına aid hissədə rədd edilməsini, onun və 2 azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 2 ünvanda yaşayış hüquqlarının əvəzinə 30.000 manat kompensasiya və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi olaraq pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh9 Əlimusa oğlu “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçı ilə aralarında məhkəmədən kənar razılaşma əldə edildiyini, tərəflər arasında fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsinin bağlandığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh9 Əlimusa oğlu iddiaçı tərəfindən ona kompensasiya ödənildiyini bildirib, iddia ərizəsinin geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh10 İddiaçı iddia ərizəsinin geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi, özünün verdiyi iddia ərizəsinə isə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, İddiaçı vəsatətini nəzərdən keçirib hesab edir ki, iddiaçı Cavabdeh10 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsinin İddiaçı MMC-nin Cavabdeh9 Əlimusa oğluna qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsindən ayrılaraq ayrıca icraatda baxılması məqsədəmüvafiq olduğundan, həmin işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməli, İddiaçı isə vəsatət verdiyindən, onun vəsatəti təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir (qəbz №: 8********). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.1-ci maddəsinə əsasən, hakim tələblərə ayrıca baxılmasını məqsədəmüvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh10 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi İddiaçı MMC-nin Cavabdeh9 Əlimusa oğluna qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsindən ayrılaraq ayrıca icraatda baxılmalı, həmin işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməli, İddiaçı vəsatəti təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169- 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh10 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi İddiaçı MMC-nin Cavabdeh9 Əlimusa oğluna qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsindən ayrılaraq, ayrıca icraatda baxılsın. İddiaçı Cavabdeh10 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilsin. İddiaçı MMC-nin “iddia ərizəsinin geri qaytarılmasına dair” vəsatəti təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh9 Əlimusa oğluna qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı MMC-yə geri qaytarılsın (qəbz №: 8********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar