Məhkəmə qərarları › İş №e-2(006)-2201/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2201/2025

29.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2201/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Mərhum ərinin qanun üzrə vərəsəsi olaraq Cavabdeh2 "xxxx" MMC-dəki 100% payına, "xxxx" MMC-nin istifadəsində olan avadanlıqlara İddiaçı mülkiyyət hüquqlarının tanınması, bu barədə X20 qeydiyyatında cavabdeh "xxxx" MMC-nin 100% təsisçisi kimi Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilərək İddiaçı cavabdeh "xxxx" MMC-nin 100% təsisçisi kimi qeydiyyatının aparılması, Cavabdeh "xxxx" MMC-dən və Cavabdeh2 Mozakia Presi, Tunel Fırın, Tristor Pano, Püskürmə aparatı, Yaldızlama aparatı, Dəyirman, suruculər, mikser, enerji daşıma naqilləri, un ələyi, cam ələyi, Dızgı qurutma fırını, dızgı qəlibləri, əlavə celik band, əlavə çelik qəlib, əlavə tiristor, əlavə suruculer, elektrik panosu və saatları avadanlıqlarının və iddiaçının mərhum əri rəhmətə getdikdən sonra, yəni xx.xx.2016-cı il tarixdən bəri bütün maliyyə təsərrüfat sənədləri, keçirilmiş ümumi yığıncaq barədə protokollar, keçirilmiş audit yoxlanışlarının nəticələri və ümumiyyətlə MMC-nin fəaliyyəti ilə bağlı bütün sənədlərin təsdiq olunmuş sürətlərinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri Vergilər Departamentinin kommersiya X20 qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə təsisçiləri Cavabdeh2- 25%, X21-25% və Aycibin Hasan-50% pay olmaqla qeydiyyata alınmışdır. Həmin vaxtdan bəri MMC öz aktiv fəaliyyətini göstərir. Kağız üzərində təsisçi Cavabdeh2 olmasına baxmayaraq, onun MMC ilə heç bir bağlılığı olmamış, iddiaçının mərhum əri X2 etimadı və göstərişi əsasında formal olaraq təsisçi kimi qeyd edilmişdir. Reallıqda isə həmin MMC-nin təsisçisi Cavabdeh2 adından iddiaçının mərhum əri X3r. Belə ki, xx.xx.2008-ci il tarixdə Güzdək kəndində iddiaçının mərhum əri X9, Cavabdeh2, X21, Aycibin Hasan və İlyas Olgun arasında "xxxx" MMC-nin qurulması barədə təsis müqaviləsi imzalanmışdır. Həmin müqavilənin ön səhifəsində iddiaçının mərhum əri X9 rəsmiyyət olmadan Cavabdeh2 ortağı kimi imza atmış, digər şəxslərdə öz imzaları ilə təsdiq etmiş, İlyas Olgun adından isə Aycibin Hasan imza atmışdır. Həmin zaman iddiaçının mərhum əri Quliyev Kamilin göstərişinə əsasən Cavabdeh2 formal olaraq adı müqavilədə qeyd edilmişdir ki, sonradan rəsmiyyətdə formal təsisçi kimi qeyd edilsin. Müqavilənin birinci səhifəsindən aydın olur ki, Aycibin Hasan və X27 Respublikasında mozaika fabrikası olan iş adamları olmuşdur. Aycibin Hasan Azərbaycan Respublikasına bir neçə dəfə mal satıqdan sonra burada da fabrika açmaq niyyətinə düşmüşdür. Bundan sonra onu Quliyev Kamillə tanış etmişlər, aralarında razılıq olduqdan sonra, Aycibin Hasan bir neçə dəfə Quliyev Kamilə təlim keçmiş və mozaikanın incəliklərini izah etmişdir. Müqavilənin ikinci səhifəsindən aydın olur ki, iddiaçının mərhum əri tərəfindən şirkətin qurulmasına 100.000 ABŞ dolları məbləğində nəğd pul vəsaiti qoyulmuş və ona məxsus torpaqda (hansı ki həmin torpaq indi vərəsəlik qaydasında ərizəçinin mülkiyyətinə keçmiş, eyni zamanda həmin torpağın üzərində inşa olunan MTK ərizəçinin mərhum əri tərəfindən qurulmuş və ora da cavabdeh formal təsisçi kimi qeyd edilmişdir) mozaikasexinin binasının tikintisini təşkil edilmişdir. Müqavilədə qeyd edilmiş məbləğdən əlavə iddiaçının mərhum əri tərəfindən MMC-nin fəaliyyəti üçün əsas olan avadanlıqların ölkəyə gətirilməsi üçün bütün lazımı maliyyə dəstəyi çəkilmişdir. Digər səhifələrdə isə Türkiyədən gətirləcək avadanlıqların adları sadalanmışdır. Həmin avadanlıqlara aiddir: Mozakia Presi, Tunel Fırın, Tristor Pano, Püskürmə aparatı, Yaldızlama aparatı, Dəyirman, suruculər, mikser, enerji daşıma naqilləri, un ələyi, cam ələyi, Əskik olan avadanlıqlar isə aşağıdakılardır: Dızgı qurutma fırını, dızgı qəlibləri, cam ələyi, un ələyi, əlavə celik band, əlavə çelik qəlib, əlavə tiristor, əlavə suruculer, elektrik panosu və saatları, Bu müqavilə bağlandıqdan sonra "xxxx" MMC dövlət qeydiyyatına alınmış, iddiaçının mərhum ərinə məxsus torpaqda mozaikasexinin binası inşaedilmiş və fəaliyyətə başlamışdır. Göründüyü kimi Cavabdeh2 adından pulun qoyulması və ya hər-hansısa hərəkətlərin həyata keçirilməsi qeyd edilməmiş, formallığı müqaviləilə öz təsdiqini tapmışdır. Bütün avadanlıqlar iddiaçının mərhum əri Quliyev Kamil tərəfindən tam maliyyə dəstəyi göstərilməklə təşkil edilmiş, onun mülkiyyətində olmuş, MMC-nin fəaliyyəti üçün tikib təhvil verdiyi sexdə daxil olmaqla sadəcə olaraq MMC-nin istifadəsinə verilmişdir. Müqavilədən aydın olur ki, Cavabdeh2 formal olaraq ortaq kimi qeyd edilmiş, onun hissəsi iddiaçının mərhum əri X4 məxsus olmuş, pul vəsaitləri, əmlaklar iddiaçının mərhum əri tərəfindən qoyulmuşdur. Mozakia sexi 2023-cü ilə qədər iddiaçının mərhum əri (hazırda isə iddiaçıya) məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş mozaikasexində fəaliyyət göstərmişdir. Sonradan münasibətlər kəskinləşdiyindən Cavabdeh2 mozaika sexini avadanlıqları ilə birlikdə digər əraziyə daşımışdır. İddiaçının mərhum əri sağ olduğu vaxta qədər MMC-nin fəaliyyəti və idarəçiliyi onun əlində olmuş, Cavabdeh2 özformallığını kağız üzərində qorumuşdur. Lakin Cavabdeh2 Quliyev Kamil rəhmətə getdikdən, yəni 2016-cı ildən sonra özünü MMC-nin sahibi təqdim edərək, bütün ortaqları sıxışdıraraq onların payını əldə etmişdir. Göründüyü kimi indiki halda "xxxx" MMC-nin 100% pay hissəsi və MMC-nin istifadəsində olan bütün avadanlıqlar iddiaçının mərhuməri X4 məxsusdur. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə və Class Mozaik” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçının iddiası əsassız olduğundan, qanunvericiliyin imperativ tələbləri ilə uzlaşmadığından, hətta müddət buraxılmaqla verildiyindən qeyd olunanlara, işin hallarına, qanunvericiliyin imperativ tələblərinə əsasən iddiaçının subyektiv hüququnun olmaması faktını nəzərə alaraq iddiaçı tərəfindən verilmiş əsassız və sübutsuz iddianının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o bütün fəaliyyətini qanunvericiliyə tam adekvat şəkildə həyata keçirmişdir. 2008-ci ildə təsis edilmiş MMC-nin üç təsisçisi olmuşdur ki, bu da MMC-nin nizamnaməsində təsdiq edilmişdir. 2017-ci ildə isə digər təsisçilər olan X23 və X11 paylarını şəxslərin öz azad iradəsi ilə almışa və bu səbəbdən də nizamnamədə paylar üzrə dəyişiklik edilmiş və aidiyyəti qurum tərəfindən təsdiq edilərək MMC hazırki günə kimi onun tək payçı olmağıyla fəaliyyət göstərməkdədir. Əgər iddiaçının iddia etdiyi kimi Kamil Quliyevin hər hansı haqqı olsaydı o zaman onun da MMC-də müyyən payı tanınardı. Haqlı sual olunur, Kamil Quliyevin payçı qismində qoşulmasına nə mane olub ki? Belə ki, iddiaçının iddia ərizəsində Kamil Quliyevin payçı qeyd edilməsinə mane olacaq heç bir hal əks olunmayıb. Adicə bu detal belə sübut edir ki, Kamil Quliyevin mübahisə predmeti olan MMC-yə heç bir aidiyyəti yoxdur. Əksi olsaydı o zaman o payçı qismində qeyd edilərdi, yaxud da daha sonradan qoşula bilərdi. Amma göründüyü kimi iddiaçı yoldaşının vəfatından uzun illər keçdikdən sonra onların iddiaçı ilə birgə təsisçi olduqları başqa bir kommersiya qurumunda, yəni "xxxx" MTK-da olan özbaşınalığa görə 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlindən mübahisələrimiz düşdüyündən, o MTK-ya qarşı iddialar qaldırdığından, hüquq-mühafizə orqanlarına şikayətlər etdiyindən sonra iddiaçı və onun oğlu Fərid Quliyev MTK-nın direktoru kimi özünü təqdim edən Qənbər Fətullayevin təsiri və təkidi ilə ona qarşı haqsız və əks mövqe tutmağa başladı. Bu iddia ilk iddia deyil, belə ki, iddiaçının təqdim etdiyi Yasamal Rayon Məhkəməsindəki iş belə sübut edir ki, Quliyevlər ailəsi onun onlara qarşı haqlı iddialarını verdikdən sonra bu cür haqsız iddialar irəli sürməyə başlayıblar. Belə ki, sual olunur, əgər həqiqətən də deyildiyi kimi onum təsisçiliyi, payım formal idisə o zaman nə üçün bunu Kamil rəhmətə getdikdən, vərəsə olduqdan sonra irəli sürməyiblər, yaxud da dedikləri kimi guya o digər payçıların paylarını əldə edən zaman etiraz etməyiblər? Sual olunur digər payçıların paylarını o almışsa nə üçün həmin zaman bunu bildikləri halda razı olublar, bu müddət ərzində susublar? Əgər MMC-yə haqları var idisə niyə susmuşdular? Əlbəttə ki, iddiaçıya da bəllidir ki, onların MMC-yə heç bir aidiyyəti olmamış, o öz səlahiyyətlərindən tam istifadə edərək digər payçıların paylarını payçıların istəyi ilə əldə etmiş, MMC-nin fəaliyyəti üçün əziyyət çəkmiş, MMC-yə rəsmi və faktiki rəhbərliyi həyata keçirmişdir. Onu da qeyd edir ki, iddiaçı qeyd edir ki, guya münasibətlər kəskinləşdikdən sonra o mozaika sexini avadanıqlarla birlikdə başqa əraziyə köçürmüşdür. İddiaçıya da bəllidir ki, bu ərazini dəyişmə məsələsi iddiaçının arxalandığı Qənbər Fətullayevin təzyiqi nəticəsində baş vermiş, belə ki, onun avadanlıqları onların hərəkələri nəticəsində zədələnmiş və hətta bu məsələ şikayəti əsasında hüquq mühafizə sisteminin də araşdırmasında olmuşdur. Belə ki, o MTK-da yaranmış qanunsuzluqlara görə Qənbər Fətullayevə qarşı çıxan, haqqını tələb edən zaman Fətulayevin təzyiqi ilə ərazini boşaldaraq öz seximi problemsiz əraziyə köçürmüşdür. Bu hadisə 2023-cü ilin əvvəlində olduğu halda sual verir nə üçün həmin zaman şikayət edilməyib, nə üçün iddiaçı həmin zaman sexin ona aid olduğunu vurğulamayıb, onun sexi başqa əraziyə köçürməyinə, bu günə kimi fəaliyyət göstərməyinə şərait yaradıb, bütün bunlara susub, nə üçün Qənbər Fətullayevin sexin köçürülməsi üzrə hərəkətlərinə göz yumub, əgər əmlak həqiqətən də ona məxsus idisə o zaman nə üçün sexi həmin ərizidə saxlamayıb, Qənbər Fətullayevin problem yaratmasına mane olmayıb, əgər MMC iddiaçıya məxsus idisə nə üçün sexi və avadanlıqları köçürən zaman təkcə onu uzaqlaşdırmayıb, haqqı çatdığı dediyi əmlakına sahib çıxmayıb, bu barədə həmin zaman vergiyə, mühafizə orqanlarına, məhkəməyə müraciət etməyib? Baş verən proseslər sualların cavabını verərək təsdiq edir ki, iddiaçının MMC-yə heç bir aidiyyəti yoxdur. İddiaçı iddiasında qeyd edir ki, MMC-də istifadə edilən bütün avadanlıqlar mərhum ərinə məxsus olmuşdur və bu səbəbdən də onlar da iddiaçıya verilməlidir. Birmənalı olaraq nəzərə alınmalıdır ki, iddiaçı söz yığınından ibarət iddiası ilə məhkəmənin vaxtını almaqla məşğuldur. Belə ki, iddiaçı hazırki iddianı məhkəməyə verməmişdən öncə müvəqqəti təminat tədbiri ilə bağlı Yasamal Rayon Məhkəməsinə verdiyi ərizədə onun "xxxx" MMCdəki 100% payının, Cavabdeh "xxxx" MMC-nin istifadəsində olan Mozakia Presi, Tunel Fırın, Tristor Pano, Püskürməaparatı, Yaldızlama aparatı, Dəyirman, suruculər, mikser, enerji daşıma naqilləri, un ələyi, camələyi, Dızgı qurutma fırını, dızgı qəlibləri, əlavəcelik band, əlavəçelik qəlib, əlavətiristor, əlavəsuruculer, elektrik panosu vəsaatları avadanlıqlarının üzərinə həbs qoyulması və avadanlıqlardan istifadənin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin e-16(004)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir və qərardadın əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Mozakia Presi, Tunel Fırın, Tristor Pano, Püskürməaparatı, Yaldızlama aparatı, Dəyirman, suruculər, mikser, enerji daşıma naqilləri, un ələyi, camələyi, Dızgı qurutma fırını, dızgı qəlibləri, əlavəcelik band, əlavəçelik qəlib, əlavətiristor, əlavəsuruculer, elektrik panosu vəsaatları avadanlıqlarının mövcud olub-olmaması, olduğu təqdirdə Cavabdeh1 MMC-nin istifadəsində olması ilə bağlı kifayət qədər sübutlar təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2008-ci il tarixli müqavilə isə həmin avadanlıqların həqiqətən Cavabdeh1 MMC-nin istifadəsində olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.” İddiaçı tərəf sözügedən qərardadla razılaşmayaraq şikayət vermiş amma ki Bakı Apellyasiya Məhkəməsinin 16(103)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi əgər iddiaçı tərəfin təqdim etdiyi sənədlərdə, iddiada, ərizədə qeyd etdiklərində az da olsa həqiqət payı olsaydı o zaman ərizələri təmin edilmiş olardı. Odur ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi barədə məhkəmə qərardadları da dolayı yolla sübut edir ki, iddiaçının tələbi əsassızdır. Bununla yanaşı iddiaçı iddiasında qeyd edir ki, guya əri rəhmətə getdikdən sonra MMC-nin payını mənimsədiyindən o maliyyə-təsərrüfat sənədləri barədə məlumatı əldə etməmişdir, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı bu formada özünə haqq qazandırmağa çalışsa da özü qeyd etdiyi faktı təkzib edir. Belə ki, ərinin 2016-cı ildən rəhmətə getdiyini və ondan sonra sənədləri əldə edə bilmədiyini qeyd etsə də iddiaçının özü 18 may 2017-ci il tarixli qərarı sistemə əlavə edib. Bu zaman sual olunur, 2017-ci il tarixli sözügedən sənədi necə əldə edib? Əgər dediyi kimi əri vəfat edənə kimi MMC və fəaliyyəti özlərinin nəzarətində olubsa o zaman sual olunur 2017-ci ilədək olan sənədləşmələr kimdədir? Əgər həmin sənədlər ərində, onda olubsa o zaman nə üçün iddiaya əlavə edilmiş sənədlər siyahısında yoxdur? Bununla yanaşı iddiaçı tərəf məhkəmədə daxili inam yaratma başlığı ilə xx.xx.2021-ci il tarixli öhdəlik ərizəsinə istinad edərək torpaq sahələrinin, pulların qaytarılması detalını irəli sürmüşdür və qeyd etmişdir ki, bu fakt bir daha sübut edir ki, guya o iddiaçının ərinin hesabına əsassız varlanmışdır. Bilinməlidir ki, istinad edilən öhdəlik ərizəsindəki imzanın orijinal olmaması barədə qüvvədə olan rəy də mövcuddur, bununla yanaşı həmin ərizənin mübahisə predmeti olduğu mülki iş hazırda apellyasiya məhkəməsi müstəvisində icraatdadır. Odur ki, bir daha qeyd edir, "xxxx"ya, ümumiyyətlə ona heç bir aidiyyəti olmayan öhdəlik ərizəzəsinin əsassız şəkildə məhkəmə tərəfindən qəbul edilərək iddiaçının əmlak hüquqlarımı pozacaq, MMC-nin fəaliyyətini məhdudlaşdıracaq tələbinin təmin edilməsi kobud qanun pozuntusudur. İddiaçı tərəf ona qarşı qaldırdığı əsassız iddialarına, tələblərinə nail ola bilmədiklərindən bu cür addımlar ataraq əlavə əsassız problemlərin yaranmasını tələb edirlər. Bir daha qeyd edir ki, öhdəlik ərizəsinin, onunla bağlı işin "xxxx"ya heç bir aidiyyəti yoxdur, ola da bilməz. Onu da qeyd edir ki, iddiada özləri öhdəlik ərizəsinə birbaşa istinad ediblər və işə adiyyətinin olmadığını, sadəcə hakimdə daxili inam yaratmaq istədiklərini qeyd edirlər. Bu da qeyd etdiyini təsdiq edir ki, əsl həqiqətdə özləri nə istəyir bilmirlər. Bilinməlidir ki, iddiaçının qanunu istədikləri kimi təhrif etməsi bununla da hakimə, qanuna təsir etməsi qanunsuzluqdur. İddiaçı etiraf edir ki, öhdəlik ərizəsi ilə bağlı mübahisə davam etməkdədir və iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı yoxdur. Odur ki bu da əsas verir ki əsassız sənədlər qanunvericiliyin əleyhinə istifadə edilməsin. O cümlədən diqqətə alınmalıdır ki, əgər iddiaçının dediyi kimi o ərinin hesabına əsassız varlanmışsa və guya 2021-ci ildə elə bir öhdəlik ərizəsi var idisə o zaman sual olunur həmin ərizəyə niyə Cavabdeh1 MMC ilə bağlı heç bir cümlə də əks olunmayıb? Əgər həqiqətən də MMC-yə haqları çatırdısa o zaman ərizədə torpaqlar, pullar ilə onu yükləyən zaman niyə MMC- ilə bağlı absurd fikirlərlə də yükləməyiblər? Əlbəttə gülünc məsələdir. İddiaçının özünün və ailəsinin də bildiyi kimi onun heç kimin qarşısında öhdəliyi yoxdur, kiminsə hesabına da varlanmamışdır. Bunun əksi olsaydı bu müddətdə bir dəfə də olsun məhkəməyə iddia verilərdi, ən azından hüquq mühafizə orqanına bir cümləlik də olsa şikayət edilərdi. Görünən odur ki, öz xeyirlərinə dair rəy, qətnamə əldə etdikdən sonra bu formada əlavə öhdəlik yaratmaq üçün hazırki iddianı irəli sürüblər ki məhkəmə də qanunu, MMC-nin fəaliyyəti üzrə qeydiyyata alınmış sənədləri bir kənara atıb kiminsə qanunsuz marağına uyğun nəticə versin və əsl həqiqətdə iddiaçı tərəf əsassız şəkildə varlansınlar. Onu da bildir ki, əsassız varlanmağa istinad edən iddiaçı bilməlidir ki, əsassız varlanma üzrə tələblə bağlı qanunvericilik müddət nəzərdə tutub ki, iddiaçının istinad etdiyi aruqmentləri öz iddiasına tətbiq etdikdə onun hətta iddianı vermək üçün müddəti buraxdığı da bəlli olur. İddiaçı iddiasında mülki qanunvericiliyin maddələrini qeyd edərək tələbinə haqq qazandırmağa çalışsa da nəzərə alınmalıdır ki, rəsmiyyətdə heç bir hüquqları çatmır, özlərinin əlavə etdiyi nizamnamədə və digər sənədlərdə Kamilin adı belə keçmir. Belə olan halda iddiaçı tərəf hansı subyektiv hüquqdan bəhs edir ki, odur ki, iddiaçının bütün cümələləri əsassız və sübutsuzdur. Bu günə kimi MMC-nin fəaliyyəti üzrə baş tutmuş prosedurların qanuni olduğunu, onun payının, rəhbərliyimin tam əsaslı olduğunu, formallığın heç bir əlamətinin olmadığını aidiyyəti qaydada rəsmiləşdirmələri aparan, hesabatları qəbul edən Vergi Xidməti də təsdiq edən mötəbər idarədir. Odur ki, həmin idarənin də iş üzrə cəlb edilməsi zəruridir. Bununla yanaşı sözügedən Xidmətə zərurət olarsa məhkəmə sorğusunun verilməsi ilə iddiaçının qeyd etdiklərinin formallıqdan başqa nəsə olmadığı bir daha təsdiqini tapar. Nəzərə alınmalıdır ki, o MMC-nin fəaliyyəti üçün borclara girmiş, bu məqsədlə rəsmi qaydada öhdəlikləri var. Odur ki, iddiaçının heç bir hüququ çatmadığı halda ərinin ölümündən sonra, ümumiyyətlə MMC-nin fəaliyyətə başlamasından 17 il sonra bu formada iddia qaldırması deməyə əsas verir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır, onun MMC-yə heç bir hüququ çatmır və hazırki iddianı qaldırmağa da subyektiv hüququ yoxdur. Məhkəmədə daxili inam yaratmaq üçün bir haşiyə də o çıxır ki, qeyd etdiyi və iddiaçı tərəfin də bildiyi kimi o iddiaçı tərəfə və onun ailəsinə qarşı əsaslı iddia verdikdən sonra onlar 2023-cü ilin sonundan və hazırda bu cür əsassız iddialarını məqsədli şəkildə məhkəmələrə təqdim etməkdədirlər. Belə ki, qardaşının yoldaşı Babaşova Rəna Rəsul qızı cavabdeh qismində (İddiaçı qızı və onun ərini) X1 və X8 qeyd edərək onların ona məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Nərimanov Rayon Məhkəməsinə müraciət etdi və iddia xx.xx.2023-cü il tarixində e-2(005)-2513/2023 iş nömrəsi ilə qeyd alındı. İddia üzrə cavabdehlər heç bir etiraz, qarşılıqlı iddia vermədiyi halda İddiaçı sözügedən mənzilə “mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulma barədə ərizə verdi. Nərinamov Rayon Məhkəməsinin hakimi də iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etdi. Rəna Babaşova da sözügedən əsassız iddia ərizəsinə əsaslı etiraz mülahizəni verdi. Onu da qeyd edir ki, Rəna ilkin iddia verən zaman ondakı sənədləri tam şəkildə yükləmədiyi üçün İddiaçı tərəfindən verilmiş ərizədə ümumi sözlər yazılmış, yəni onun iddia ərizəsində yazılmış əmlakın ilkin sahibin adı, əmlakın dəyəri qeyd edilməmişdir. . Çünki, Vəfa Quluyevagil bunu bilmirdilər. Rəna etiraz yazdıqdan və məhkəmə də aidiyyəti qaydada DƏDKR publik hüquqi şəxsinə verdiyi sorğuya aldığı cavabdan sonra İddiaçı və onun qızı Nərmin Məhərrəmovanın maraqlarına xidmət edəcək formada məhkəməyə vəkil qismində yeni qoşulmuş şəxs guya bildirdi ki, əvvəlki vəkil Elvin Məhərrəmov guya sənədləri, sübutları məhkəməyə təqdim etməyib. Bunun üçün məhkəmədən prosesin təxirə salınmasını istədilər. Lakin proses təxirə salınsa da heç bir sənəd təqdim etmədilər, prosesdə də iştirak etmədilər, məhkəmə baxış iclasına təyin edildikdə isə baxışda vəkil çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi üçün inzibati məhkəməyə müraciət edildiyini vurğuladı və İddiaçı adından icraatın dayandırılması barədə ərizə verildi, çox təəssüflər olsun ki, Nərimanov Rayon Məhkəməsinin hakimi əsl həqiqətdə İddiaçı tərəfindən mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsinin ilkin olaraq həmin məhkəməyə daxil olmasını, çıxarışın ləğv edilməsinin elə eyni mahiyyət kəsb etdiyini, ümumiyyətlə isə çıxarışın ləğv edilməsinin inzibati məhkəməsinin icraatına aid olmadığını özü də bildirsə də inzibati məhkənin icraatında çıxarış mübahisələndirildiyi səbəbindən xx.xx.2023-cü il tarixində iş üzrə icraat dayandırıldı. Bakı İnzibati Məhkəməsində İddiaçı iddiaları əsassızlığından təmin edilmədi və tərəf işi süründürməçiliyə salmaq üçün ali məhkəməyə kimi şikayət versə də işdəki olan məhkəmə aktlarından da göründüyü kimi tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsindəki iş üzrə icraat bir ildən sonra təzələndi və nəticədə Rəna Babaşovanın əsasslı iddiasının təmin edilməsi, İddiaçı iddiasının isə rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qətnamə qəbul edildi. Qeyd edilən məhkəmə aktları, fakt və detallar bir daha sübut edir ki, İddiaçı da oğlu kimi biz iddia qaldırdıqdan sonra qanunsuz şəkildə bu cür əsassız söz yığınından ibarət iddia verməklə qanunsuzluq etməyə çalışıblar. Onu da qeyd edir ki, İddiaçı Rəna Babaşovaya qarşı verdiyi və təmin edilməyən iddialarında da eyni oğlu kimi əsassız və bir-birinə ziddiyyətli ittihamlar irəli sürmüşdür. Belə ki, oğlu əmlakların Kamilə məxsus olduğunu lakin adına çox əmlakın olmamasını əsas tutduğunu qeyd etsə də anası İddiaçı tam başqa aspektdən çıxış edir ki, mənzil yoldaşı X9 tərəfindən alınmışdır. Həmin vaxt X9 Bakı qeydiyyatında olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Cavabdeh2 yaxın qohumu cavabdeh Babaşova Rəna Rəsul qızının adına almışdır. Bu Quliyevlər ailəsinin dediyindən belə çıxır ki, onun bütün nəslinə, qohum əqrabasına aid əmlakların sahibi onlardır? Bu nə absurd yanaşmadır. Onlar kimdir ki, nə imkanları olub ki, bu qədər əmlakın sahibi olsun? Bütün faktlar, sübutlar, qanuni qüvvəsini almış məhkəmə aktları sübut edir ki, Quliyevlər ailəsinin üzvləri və hazırda ana və oğul Kamil Quliyev öldükdən sonra, onun MTK-da hüquqları pozulduqdan sonra, hətta onlar iddia verdikdən sonra digər təsisçilərlər birləşib qanunsuz maraqları üçün bir-birinə zidd şəkildə ittihamlar irəli sürməklə onun və qohumlarının hüquqlarını pozmaqla qanuni əsaslarla mülkiyyətləində olan əmlakı mənimsəmək istəyirlər. Onu da vurğulayır ki, İddiaçı əmlakın ərinə aid olduğunu desə də onun qızının əri olan Səidin polisdə verdiyi və sonradan təkzib etmədiyi xx.xx.2023-cü il tarixli izahatında qeyd olunur ki, “Yuxarıda qeyd edilən (Binəqədi rayonu, Atatürk pr., 3070A) ünvanda ailəmlə birgə yaşayıram. Mən Babaşova Rəna Rəsul qızının ünvanladığı ərizə ilə tanış oldum. Bu haqda bildirmək istəyirəm ki, Maqsud Əlizadə 130, m 43 ünvanındakı evə 2012ci ildə Cavabdeh2 70000 manat pul verərək almışam ev aldığım zaman əlavə təmir və əşyalara 60000 manat pul xərcləmişəm. Bu səbəbdən evdə yaşayıram polis tərəfindən məlumatlandırıldım yaxın zamanda evlə bağlı söz verirəm. İzahatı özüm yazdım heçbir əlavəm yoxdur doğruluğunu imzamla təsdiq edirəm.” X5 izahatına və İddiaçı iddiasına əsasən haqlı sual yaranır. Əgər İddiaçı evi 90-cı ilin sonunda almışdırsa və indiyə kimi onun sahibliyində və istifadəsindədirsə o zaman İddiaçı hazırda da kürəkəni olan X12 necə həmin mənzili 2012-ci ildə Cavabdeh2 alıb? Adicə bu sualın, X5 və İddiaçı birbirilərinə ziddiyyətli qeydləri birbaşa sübut edir ki, hər ikisi öz maraqlarından onların mülkiyyətlərindəki əmlakı ələ keçirmək üçün bu cür ziddiyyətli, yalan mövqe sərgiləyirlər. Bir detalı da unutmaq olmaz ki, Fərid Quliyevin onun iddiasından sonra, yəni 2023-cü ilin sonunda ortaya çıxartdığı qanuni əsası olmayan ÖHDƏLİK ƏRİZƏSİnə anası İddiaçı mənzilə dair mübahisə olan zaman istinad etməyib. Bu da bir daha sübut edir ki, əsl həqiqətdə öhdəlik ərizəsi adında sənəd olmayıb, o hansısa öhdəlik götürməmiş, yəni belə sənəd qanuni şəkildə vaxtında mövcud olsaydı o zaman anası İddiaçı da onlara istinad edərdi. Odur ki, bir daha qeyd edir öhdəlik ərizəsi adı altında olan kağız parçası sadəcə öhdəliklə yükləmək məqsədi ilə hazırlanmış və ona heç bir aidiyyəti olmayan və sübut qismində qəbul edilməyəcək bir şeydir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qayda 100.000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Class Mozaika" MMC Bakı şəhəri Vergilər Departamentinin kommersiya hüquqi səxslərin dövlət qevdiyyati idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə təsisciləri X18- 25%, X21-25% və Aycibin Hasan-50% pay olmaqla qeydiyyata alınmışdır. Həmin vaxtdan bəri MMC öz aktiv fəaliyyətini göstərir. Kağız üzərində təsisçi Cavabdeh2 olmasına baxmayaraq, onun MMC ilə heç bir bağlılığı olmamış, iddiaçının mərhum əri X2 etimadı və göstərişi əsasında formal olaraq təsisçi kimi qeyd edilmişdir. Reallıqda isə həmin MMC-nin təsisçisi Cavabdeh2 adından iddiaçının mərhum əri X3r. Belə ki, xx.xx.2008-ci il tarixdə Güzdək kəndində iddiaçının mərhum əri X9, Cavabdeh2, X21, Aycibin Hasan və İlyas Olgun arasında "xxxx" MMC-nin qurulması barədə təsis müqaviləsi imzalanmışdır. Həmin müqavilənin ön səhifəsində iddiaçının mərhum əri X9 rəsmiyyət olmadan Cavabdeh2 ortağı kimi imza atmış, digər şəxslərdə öz imzaları ilə təsdiq etmiş, İlyas Olgun adından isə Aycibin Hasan imza atmışdır. Həmin zaman iddiaçının mərhum əri Quliyev Kamilin göstərişinə əsasən Cavabdeh2 formal olaraq adı müqavilədə qeyd edilmişdir ki, sonradan rəsmiyyətdə formal təsisçi kimi qeyd edilsin. Müqavilənin birinci səhifəsindən aydın olur ki, Aycibin Hasan və X27 Respublikasında mozaika fabrikası olan iş adamları olmuşdur. Aycibin Hasan Azərbaycan Respublikasına bir neçə dəfə mal satıqdan sonra burada da fabrika açmaq niyyətinə düşmüşdür. Bundan sonra onu Quliyev Kamillə tanış etmişlər, aralarında razılıq olduqdan sonra, Aycibin Hasan bir neçə dəfə Quliyev Kamilə təlim keçmiş və mozaikanın incəliklərini izah etmişdir. Müqavilənin ikinci səhifəsindən aydın olur ki, iddiaçının mərhum əri tərəfindən şirkətin qurulmasına 100.000 ABŞ do ları məbləğində nəğd pul vəsaiti qoyulmuş və ona məxsus torpaqda (hansı ki həmin torpaq indi vərəsətik qaydasında ərizəçinin mülkiyyətinə keçmiş, eyni zamanda həmin torpağın üzərində inşa olunan MTK ərizəçinin mərhum əri tərəfindən qurulmuş və ora da cavabdeh formal təsisçi kimi qeyd edilmişdir) mozaika sexinin binasının tikintisini təşkil edilmişdir. Müqavilədən aydın olur ki, Cavabdeh2 formal olaraq ortaq kimi qeyd edilmiş, onun hissəsi iddiaçının mərhum əri X4 məxsus olmuş, pul vəsaitləri, əmlaklar iddiaçının mərhum əri tərəfindən qoyulmuşdur. Mozakia sexi 2023-cü ilə qədər iddiaçının mərhum əri (hazırda isə iddiaçıya) məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş mozaika sexində fəaliyyət göstərmişdir. Sonradan münasibətlər kəskinləşdiyindən Cavabdeh2 mozaika sexini avadanlıqları ilə birlikdə digər əraziyə daşımışdır. İddiaçının mərhum əri sağ olduğu vaxta qədər MMC-nin fəaliyyəti və idarəçiliyi onun əlində olmuş, Cavabdeh2 öz formallığınıkağız üzərində qorumuşdur. Lakin Cavabdeh2 Quliyev Kamil rəhmətə geldikdən, yəni 2016-cı ildən sonra özünü MMC-nin sahibi təqdim edərək, bütün ortaqları sıxışdıraraq onların payını əldə etmişdi. Görünən odur ki, Cavabdeh2 və cavabdeh "xxxx" MMC iddiaçının mərhum əri tərəfindən şirkətin qurulmasına qoyulmuş 100.000 ABŞ dolları məbləğində vəsaiti ələ keçirməklə iddiaçının mərhum ərinə, bu əsasla da qanun üzrə vərəsə olaraq İddiaçı maddi ziyan vurmuşlar. a)Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, Kamil Quliyevin təsisçi olması ilə bağlı rəsmi sənəd yoxdur, ancaq o, həqiqətən də təsisçi olmasa idi, şirkət ona məxsus torpaqda öz fəaliyyətini icra etməzdi. Kamil Quliyev tərəfindən şirkətə 100.000 ABŞ dollarının təsis payı kimi qoyulması barədə qəbz mövcud deyil, lakin bu sözləşmədə yazılmışdır. Kamil Quliyev bu pulu nağd şəkildə Cavabdeh2 vermiş, o da həmin məbləği müəssisəyə maliyyə vəsaiti kimi daxil etmişdir. Kamil Quliyev tərəfindən qoyulmuş təsis payı, yəni pul Cavabdeh2 və “Class MMC”-dədir, bu məbləğ şirkətin dövriyyəsinə verilmişdir. Həmin təsis payı Cavabdeh2 adından qoyulduğundan, pulu hər iki cavabdehdən tələb edirlər. İddiaçının hüquqları 2023-cü il tarixində pozulmuşdur. Həmin vaxt Kamil Quliyevə məxsus torpaq sahəsi vərəsəlik qaydasında İddiaçı keçmişdir. Şirkət həmin torpaq sahəsindən çıxdıqdan sonra avadanlıqlar iddiaçıya geri qaytarılmamışdır. X7 tərəfindən alınması ilə bağlı əllərində rəsmi sənəd olmadığına görə, yenə onun tərəfindən qoyulmuş təsis payını geri tələb edirlər. Hazırda Cavabdeh2 tərəfindən təsis payı qaytarılmadığından, iddiaçıya maddi ziyan dəymişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin qərarına əsasən, Qənbər Fətullayev və yanındakı şəxslərin Cavabdeh1 MMC-nin fəaliyyətinə mane olduğu müəyyən olunmuşdur. Kamil Quliyev 2016-cı ildə vəfat etmişdir, 1 il sonra isə şirkətin bütün payları Cavabdeh2 adına keçmişdir. Nəyə görə həmin vaxt iddiaçı təsis payını tələb etməmişdir? Həmçinin həmin vaxta qədər də iddiaçıya heç bir pul verilməmişdir. Eləcə də, iddia müddətinin keçməsi barədə ərizənin tətbiq edilməli olduğunu hesab edirlər. Beləliklə iddia tələbini qəbul etmirlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Cavabdeh1 təsisçilərin 07.08.200-ci il tarixli qərarı ilə 1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq, nizamnamə kapitalı, ümumi məbləği 100( yüz) manat olan, hər birinin dəyəri 1 manat olmaqla 100 paydan ibarətdir: X25 50 (elli) manat, 50 (elli) %, 50 (əlli) pay; X21 25 (iyirmi beş), 25 (iyirmi beş) %, 25 (iyirmi beş) pay, Cavabdeh2 25 (iyirmi beş) manat 25 (iyirmi beş)%, 25 (iyirmi beş) pay olmaqla 100 (yüz) paydan ibarət yeni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılsın və nizamnaməsi təstiq edilməsi,

2. Yeni yaradılan Cavabdeh1 nizamnamə kapitalının ödənilməsi üçün bankda müvəqqəti cari hesab açılsın və müəyyən edilsin 100 (yüz) manat nizamnamə kapitalının pul ifadəsində cəmiyyət dövlət qeydiyyatına alınanadək həmin hesaba tamamilə ödənilməsi,

3. Yeni yaradılan "X29 Məsuliyyətli Cəmiyyətinin cari fəaliyyətinə rəhbərliyi, X23 həyata keçirməsi, 4. Yeni yaradılan Cavabdeh1 dövlət qeydiyyatına alınması üçün X14 salahiyyətli nümayəndə qismində çıxış etməsi və bununla bağlı bütün zəruri ərizə və sənədlərin imzalamaq, təhvil vermək götürmək hüququnun olması qərara alınmışdır. -Cavabdeh2 ortağı olan Quliyev Kamil, 25 (iyirmi beş) % payı olan Cavabdeh2, 25 (iyirmi beş) % payı olan Rəcəb Alıoğlu, 25 (iyirmi beş) % payı olan Həsən Aycıbın, 25 (iyirmi beş) % payı olan İlyas Olgun arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Həsən Aycıbın və İlyas Olgun qurulacaq fabrikin bəzi avadanlıqlarını Türkiyədən gətirəcəklər. Bu avadanlıqların dəyərləri tərəfdaşlıq payı kimi qoyulacaq, qarşılıqlı anlaşmada dəyər olaraq 200.000 ABŞ dolları məbləğində razılaşma əldə edilmişdir və bununla yanaşı, keyfiyyətli istehsal edəcək bilik və ixtisasa malik olduqlarını, bu məsuliyyəti üzərlərinə götürdüklərini bildirmişlər. Kamil Quliyev bəyin qurulacaq fabrikə qoyacağı məbləğ tərəfdaşlıq payı olaraq nağd 100.000 ABŞ dolları kimi öhdəlik götürülmüş və bununla yanaşı şəxsi mülkiyyətində olan torpaq sahəsinin üzərində bina tikərək ŞİRKƏTİ özünün kirayəçisi etməyi, münasib qiymətə kirayə haqqı ilə və qurulacaq fabrikin ən azı 3 il həmin yerdə qalması şərti ilə öhdəsinə götürmüşdür. Rəcəb Alıoğlunun isə bütün tərəfdaşların arasında qarant kimi birləşdirici olması və onun da 100.000 ABŞ dolları nağd qoyaraq bərabər paya şərik olması, istehsal olunacaq məhsulun bazarda yerləşdirilməsi və satış-marketinqdə əlində olan imkanlardan istifadə etməklə bu imkanları şirkət xeyrinə yönəldəcəyini öhdəsinə götürməsi göstərilmişdir. - 54 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ” haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2016-ci il tarixdə vəfat etmiş-X2 vərəsəsi: BAKİ, YASAMAL, H.ZƏRDABİ, EV 72, MƏN 26 ünvanında qeydiyyatda olan İddiaçı Ağakamil qızıdır (AZE********, xx.xx.2018 - Asan 3, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan 1/1 (tam hissədə) hissədə pay almalıdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14295/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində rədd edilməsi qərara alınmışdır. - Yasamal Rayon Məhkəməsinin e-2(004)-4029/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 19 saylı notariat ofisini cəlb etməklə cavabdehlər X19 və X10 qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və cavabdehin üzərinə öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməsi, iddiaçı Cavabdeh2 ilə cavabdeh X15 arasında 11 mart 2022-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış barışıq sazişinin 2-ci və 3-cü bəndləri etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)- 1420/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Yasamal Rayon Məhkəməsinin e-2(004)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 8.003.800 (səkkiz milyon üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 (dörd min səkkiz yüz iyirmi üç) manat pul tutularaq iddiaçı X13 ödənilməsi qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 16(113)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin geri qaytarılmasə qərara alınmışdır. - Yasamal Rayon Məhkəməsinin e-16(004)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(004)-40/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-11/2025 saylı qərarı ilə cavabdeh X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1250/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir. -Abşeron rayon pois idarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə cinayət işinin başlanmasının rədd ediməsi, Cavabdeh2 mülki mübahisələrin həlli üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 43.1-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Mülki Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Mülki Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Mülki Məcəllənin 87.2-ci maddəsinə əsasən cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Mülki Məcəllənin 87.3-cü maddəsinə əsasən cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Mülki Məcəllənin 87.4-cü maddəsinə əsasən cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır. Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum əri X2 qanuni vərəsəsi kimi maddi tələblərlə məhkəməyə müraciət etməyə hüququna malikdir. İddiaçı iddia ərizəsində mərhum əri tərəfindən açıq şəkildə mülkiyyətinə aid olan 100.000 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iddia hər bir cavabdehə münasibətdə ayrıca araşdırılmalı və sübutlar əsasında qiymətləndirilməlidir. Məhkəmə Cavabdeh1 MMC-yə münasibətdə qeyd edir ki, təqdim edilmiş təsis müqaviləsinə və MMC-nin nizamnaməsinə əsasən, ididiaçının mərhum əri X2 və İddiaçı adı Cavabdeh1 MMC-nin təsisçiləri sırasında göstərilməmişdir. Mülki işin materiallarına əlavə edilmiş hər hansı bir sənəd, müqavilə və ya mühasibat qeydi iddiaçının ərinin şirkətə real pay sahibi olduğunu sübut etmir. Yəni məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarınin tələblərinə əsasən X9 təsisçi kimi qeydiyyatdan keçirilməmiş və onun vermiş olduğu iddia edilən 100.000 ABŞ dolları məbləğində pulun nizamnamə kapitalında yer alması da sübuta yetirilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş 100.000 ABŞ dolları məbləğində vəsaitin MMC-yə daxil olması barədə heç bir çek, qəbz, bank əməliyyatı və ya digər maddi sübut da məhkəməyə təqdim edilməmişdir. Bu faktlar onu göstərir ki, iddiaçı tərəfindən irəli sürülən iddia sübutsuzdur və mərhum əri Cavabdeh1 MMC-dən heç bir gəlir əldə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə münasibətdə iddiası əsassızdır. Məhkəmə həmçinin iddiaçının ikinci cavabdehə, yəni Cavabdeh2 qarşı iddiasını qiymətləndirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 ortağı olan Quliyev Kamil, 25 (iyirmi beş) % payı olan Cavabdeh2, 25 (iyirmi beş) % payı olan Rəcəb Alıoğlu, 25 (iyirmi beş) % payı olan Həsən Aycıbın, 25 (iyirmi beş) % payı olan İlyas Olgun arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Kamil Quliyev tərəfindən tərəfdaşlıq payı olaraq nağd 100.000 ABŞ dollarının qoyulması göstərilsə də, həmin məbləğin qoyulmasını, Cavabdeh2 hesabına keçməsini təsdiqləyən sübut (çek, ödəniş qəbzi və ya bank əməliyyatı) məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, əgər İddiaçı iddiaları doğru olsa belə, yalnız Cavabdeh2 tərəfindən əldə edilmiş hər hansı gəlir nəzərə alına bilər. İş materiallarında göstərilən vəsaitin Cavabdeh1 MMC-yə ötürülməsi barədə heç bir dəlil yoxdur. Bu səbəbdən iddiaçı yalnız formal müqaviləyə əsaslanaraq hər hansı bir real maliyyə faydasının mövcudluğunu sübut edə bilmir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçının iddiası hər iki cavabdehə qarşı əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmasa belə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət üçün nəzərdə tutulmuş qanuni müddət də ciddi şəkildə pozulmuşdur. İş materiallarına əsasən, mübahisəyə aid bütün sənədlər, müqavilələr və digər faktlar 2008-ci ilə aiddir. Hətta iddiaçı iddia edirsə ki, ərinin vəfatından sonra məhkəməyə müraciət edə bilərdi, qeyd etmək lazımdır ki, ər 2016-cı ildə vəfat etmiş və həmin vaxtdan etibarən iddiaçının iki illik qanuni müddəti artıq tamamlanmışdır. Bu isə göstərir ki, iddiaçı həmçinin məhkəməyə müraciət üçün nəzərdə tutulmuş vaxtı itirmiş və öz hüquqlarını vaxtında qorumaq imkanını əldən vermişdir. Bundan əlavə isə məhkəmə bildirir ki , mülki işin nateriallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, tərəflər arasında həmin hüquqi şəxlə bağlı mübahisələri mövcud olmuş və sırf 100.000 ABŞ dolları barədə mübahisə yaranmamış və müzakirəyə çıxarılmamışdır. Yəni tərəflər arasında münasibətlər hazirki iddia ilə bir vaxta formalaşmamış daha əvvəlki tarixdədə mövcud olmuşdur . Məhkəmə xatırladır ki, iddia müddətinin tətbiqində şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün mütləq dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən şəxsin öz əmlak və qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və qeyriəmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.Hazırda iddia tələbinə qarşı cavabdeh tərəfindən irəli sürülmüş iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı olaraq iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəbləri barədə hər hansı mövqe bildirilmişdir. Beləliklə məhkəmə işin araşdırılan hallarından bu qənaətə gəlir ki, iddia tələbi özlüyündə əsassız olduğundan, həmçinin İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar