Məhkəmə qərarları › İş №e-2(006)-2206/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2206/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2206/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən “Toyota Prius” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 920 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və Sabunçu rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə 920 (doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 920 (doqquz yüz iyirmi) manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avto məsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 920 ( doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab etmişlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş 920 (doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin iddia tələbini qəbul etdiyini və ailəli və 3 uşaq atası olduğuna görə 4 ay ərzində iddia ərizəsində göstərilən məbləği tam şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, ZBT127022/22 nömrəli Ödəniş Aktından görünür ki, sığortalanmış “Chevrolet” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğuna görə zərərçəkən sığortalı "xxxx"xxxx"xxxx" ASC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli O-AS-2024/0393 nömrəli Pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nə məxsus və Cavabdeh2 tərəfindən idarə olunan ‘Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "Chevrolet Cobalt LTZ'' markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması ilə əlaqədar baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 920 (doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişinin 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli O-AS- 2024/1492 nömrəli Pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə əlaqədar baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 920 (doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişinin 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi xahiş edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Cavabdeh2 yol vərəqi əsasında idarə etdiyi (avtomobilin mülkiyyətçisi X4) “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmiş, hadisəni törədərkən ayıq vəziyyətdə olmuş, hadisədən sonra hadisə yerindən qaçmışdır. Hadisə zamanı X1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus **-AX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsinə zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, **-AX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı nəqliyyat vasitəsinin təmir edilməsi üçün rəngsaz xərcləri üçün 270 manat, armaturçu xərcləri üçün 30 manat, dəmirçi xərcləri üçün 120 manat, razval xərcləri üçün 10 manat və qabaq bamper və sol faraların alınması üçün 490 manat, ümumilikdə 920 manat hesablanmışdır. “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən Cavabdeh2 Sabunçu DYPŞ-yə verdiyi izahatdan görünür ki, o hadisəni törətdiyini boynuna almış və avtomobildə xəstə olduğu üçün hadisə yerindən qaçmışdır. **-AX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” markalı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən X1 Sabunçu DYPŞ-yə verdiyi izahatdan görünür ki, “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs soldan sağa manevr edəndə idarə etdiyi maşının sol qabaq hissəsi ilə toqquşmuşdur. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Həsənov X3 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş avtomobil üçün yol vərəqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 MMC Cavabdeh2 “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini istehsalat işləri tapşırığına əsasən ölkə daxilində idarə etməyə icazə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Toyota Prius” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh X6 idarə etdiyi “Toyota Prius” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh X6 Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixində dəymiş zərərin hesablanmasına dair aktına əsasən hadisə nəticəsində “Chevrolet Cobalt LTZ” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 920 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pul məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən müvafiq sənədləri əsas götürərək hesab edir ki, iddia tələbi cavabdeh X2 “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 920 manat məbləğində sığorta ödənişi, 30.00 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması hissəsində təmin edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh özü də məhkəməyə ərizə ünvanlayaraq tələbi etiraf etmişdir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 MMC-yə qarşı hissəsi ilə bağlı bildirir ki, qeyd edilən hüquqi şəxs tərəfindən verilmiş avtomobil üçün yol vərəqəsində avtoqəza baş verdiyi halda zərərin ödənilməsi prosedurları barədə heç bir şərt qeyd edilməmiş, sadəcə avtomobili idarə etmək hüququnun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASC iddia tələbini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur - “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.” Lakin, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 MMC və X6 arasında işçi-işəgötürən münasibətləri olmasına dair sübutlar təqdim edilməmiş, yuxarıda qeyd edildiyi kimi cavabdehlərin arasında sadəcə, “Toyota Prius” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi hüququnun verilməsi ilə bağlı yol vərəqi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, avtoqəza nəticəsində ödənilmiş 920 manat məbləğində pul tələbi Cavabdeh1 MMC-yə münasibətdə əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 920 manat məbləğində sığorta ödənişi, 30.00 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 920 (doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişi, 30.00 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar