Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2208/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2946,44 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,06 manat və borca illik 5%lə hesablanmış 159,60 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (kart hesabının № ********************) xx.xx.2022-ci il tarixində digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2946,44 (iki min doqquz yüz qırx altı manat, 44 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh (vəkili-nümayəndəsi Vəkil) iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Çünki iddia ərizəsindən aydın olmur ki, Cavabdeh hansı öhdəlikləri pozmuşdur. Belə ki, iddiaçı öz iddia ərizəsində Cavabdeh həm banka ziyan vurduğunu, həm də əsassız varlandığını bildirir. Bank tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, “Müştəri digər kart hesablarına köçürmələr etmişdir, nəticədə Banka ziyan vurmuşdur”. İddia ərizəsinin nəticə hissəsində isə Cavabdeh əsassız varlandığı qeyd edilmişdir. Bankla Cavabdeh arasında bağlanmış müqavilə əsasında sonuncuya cari hesab açılmış və həmin hesab üzrə plastik kart təqdim edilmişdir. Cavabdeh istifadəsində olan plastik kartlar vasitəsilə dövri ödənişləri həyata keçirərkən hər hansı komissiya borcu olduğu təqdirdə, bu, bank tərəfindən növbəti ödəniş anına kimi hesab qalığından tutulmalı idi. Tərəflər arasında bağlanmış müqavilənin (pərakəndə bankçılıq üzrə Standart şərtlər) 3.4.1-ci yarımbəndinə əsasən aparılmış əməliyyatlara görə Bankın Tarif dərəcələrinə əsasən müəyyən edilmiş xidmət haqqını müştərinin hesabından mübahisəsiz qaydada (müştərinin sərəncamı olmadan) tutmaq bankın hüququdur. Əgər cavabdehin bank qarşısında hər hansı öhdəliyi olmuşdursa, Bank bu hüquqdan istifadə edib Cavabdeh hesabından vəsait tuta bilərdi və əgər tutsaydı, iddiaçını “Banka ziyan vuran”, “əsassız varlanan” adlandırmasına gərək qalmazdı. Bundan əlavə cavabdeh hesablanmış borc məbləği ilə razı deyil. Belə ki, hansı əsasla, hansı tarif dərəcəsi ilə o qədər borcun hesablandığı ona aydın deyildir. Cavabdeh (vəkili-nümayəndəsi Vəkil) etiraz təqdim edərək, iddia rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 08 iyun 2023-cü il tarixli iclasda müzakirə edilən məqamlardan biri iddia edilən məbləğin hansı əsasla (texniki overdraft, hesaba səhvən pulun yerləşdirilməsi, yoxsa məzənnə fərqi) müəyyən etmək məqsədilə məhkəmə tərəfindən qərardad qəbul edilməsi, texniki overdraftın və ya aparılmış konvertasiya üçün komissiya haqqının (və ya hər hansı digər əsas) təşkil etməsinə dair ətraflı məlumatın təqdim edilməsinin bankdan tələb edilməsi olmuşdur. Lakin İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, yalnız çıxarış təqdim etmişdir. Təkcə çıxarış iddianın əsasını və hansı öhdəliklərin pozulmasını müəyyən etməyə imkan vermir. Sübutetmə yükü iddiaçıda olduğu, həmçinin, iddiaçı sübutları məhkəməyə təqdim etməkdən yayındığı üçün göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını, iddia ərizəsinin tam əsaslı və qanuni olmasını, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini, ekspert rəyini və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ASC-nin İdarə Heyəti tərəfindən xx.xx.2016-cı il tarixində (Protokol № 99) təsdiqlənmiş hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər bank xidmətlərinin tənzimlənməsi barədə “Pərakəndə bankçılıq üzrə standart şərtlər”də qeyd edilmişdir ki: Texniki overdraft – akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi borc, qalıq və öhdəliklərdir (2. Əsas anlayışlar). Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən müştərinin kart hesabına artıq köçürülmüş məbləğləri, müştərinin razılığını almadan onun hesab(lar)ından silmək bankın hüququdur (6. Ödəniş kartı – 6.3, 6.3.1). Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, həmçinin, səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin öhdəliyidir (6. Ödəniş kartı – 6.4, 6.4.6). Hesab və ödəniş kartına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh bank hesabı açmağı, həmin hesabla bağlı ödəniş kartı təqdim etməyi, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair Cavabdeh sərəncamlarını yerinə yetirməyi, Cavabdeh isə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank Cavabdeh AZN valyutasında hesab açmış, kartın son istifadə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. Kartın növü “MC Standard PayPass PİN Set” olmuşdur. Cavabdeh İddiaçı ASC-də olan 540408******2451 nömrəli “MC Standard PayPass PİN Set” növlü ödəniş kartı (AZN valyutalı) üzrə hesabdan xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2022-ci ilə ilkin qalıq 25.28 manat olduğu halda həmin gün 1800 manat və sonrakı gün müxtəlif məbləğlərdə əməliyyatlar həyata keçirilmiş, xx.xx.2023-cü il tarixə balans “- 2946.44 manat” olmuşdur. xx.xx.2022-ci il tarixli 16/698 nömrəli bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh borcun qaytarılması ilə əlaqədar xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 51.06 (əlli bir manat altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 15/6362 nömrəli cavab məktubundan görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələb edilən sübutlardan yalnız plastik kart üzrə çıxarışın valyutalar qeyd olunan versiyası göndərilmişdir. Məzənnə fərqi ilə bağlı bildirilmişdir ki, cavabdehin ona məxsus kartı ilə əməliyyatlar apardığı 2022-ci ilin 03 mart tarixində rus rublu 0,0159 AZN, 04-05 mart tarixlərində isə 0,0155 AZN olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında “1. Cavabdeh İddiaçı ASCdə olan 540408******2451 nömrəli “MC Standard PayPass PİN Set” növlü ödəniş kartı (AZN valyutalı) üzrə “overdraft” (mənfi qalıq) yaranması halı müəyyən edilirmi? 2. Əgər kart üzrə “overdraft” (mənfi qalıq) yaranmışdırsa, Cavabdeh həmin kart üzrə İddiaçı ASC-yə borcu nə qədər təşkil edir?” məzmununda suallar qoyulmuşdur, ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 9/5878 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 09 sentyabr 2021-ci il tarixli hesab və ödəniş kartına dair müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan texniki overdraft borcu 2946.44 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, 04 fevral 2021-ci il tarixli hesab və ödəniş kartına dair müqavilədə faiz və cərimə borcunun hesablanması nəzərdə tutulmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı cavabdehə manat valyutasında bank hesabı açaraq, həmin hesaba bağlı son istifadə tarixi xx.xx.2024-cü il olan 540408******2451 nömrəli “MC Standard PayPass PİN Set” növlü ödəniş kartı təqdim etmişdir. xx.xx.2022-ci ildə həmin kartın balansı 25.28 manat olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə iddiaçı tərəfindən manat və rus rubluna konvertasiya olunmaqla həmin məbləğdən artıq məbləğdə əməliyyatlar həyata keçirilmiş, nəticədə kartın balansında 2946.44 manat məbləğində mənfi qalıq yaranmışdır. Məsələ ilə əlaqədar xx.xx.2022-ci ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin məbləği geri ödəməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2946,44 manat, əldən çıxamış faydaya görə borca illik 5%-lə hesablanmış 159,60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,06 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazlar təqdim edərək, iddia ərizəsində qeyd olunanların əsassız olduğunu və iddiaçının sübutlarının olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məlumatlar və sənədlər iddiaçıdan tələb edilmiş, xx.xx.2023-cü il tarixli qərardadla isə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 2946,44 manat məbləğində texniki overdraft borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas borc” hissəsində əsaslı olduğundan, mötəbər sübutlarla, yəni hesabdan çıxarış və ekspert rəyi ilə təsdiq edildiyindən, tələb bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxamış faydaya görə borca illik 5%-lə hesablanmış 159,60 manat” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci ildə iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq məzmunlu bildirişin cavabdehə göndərilməsindən etibarən cavabdeh tərəfindən qaytarılmayan borcun gecikdirilməsinə görə iddiaçının həmin məbləğə illik 5%-lə hesablanmış borcu tələb etməsi əsaslıdır. Sadə hesablama yolu ilə müəyyən edilir ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək borcun gecikdirildiyi 1 il 66 günə görə iddiaçının hazırda tələb edilən 159,60 manat pula tələb hüququ vardır [2946,44 manat x 5 %]; [147,32 / 360 gün (1 il) * 426 gün]. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddəsinə görə, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2946,44 (iki min doqquz yüz qırx altı manat qırx dörd qəpik) manat əsas, 159,60 (bir yüz əlli doqquz manat altmış qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3106,04 (üç min bir yüz altı manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 51,06 (əlli bir manat altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə; iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul isə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2946,44 (iki min doqquz yüz qırx altı manat qırx dörd qəpik) manat əsas, 159,60 (bir yüz əlli doqquz manat altmış qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3106,04 (üç min bir yüz altı manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 51,06 (əlli bir manat altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2208/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2208/2023
20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver