Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2209/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi "Howo" markalı ** JR *** dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri, Y.Səfərov küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə "xxxx" ASC-də "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanmış "İsuzu Vısıgo" markalı H029241 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPŞ-də tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh2 müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində "İsuzu Vısıgo" markalı H029241 dövlət nömrə nişanlı avtomobilə 5817,40 manat maddi zərər dəymişdir. MİC 1900059_156 saylı sığorta şəhadətnaməsinə və AKS 200102 saylı xx xxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5392,40 (beş min üç yüz doxsan iki manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4634,72 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə uyğun olaraq, "Subroqasiya hüququ 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə gorə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur." Həmin məcəllənin 936.2-ci maddəsinə görə, "faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya Subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir". Buna görə də "Howo" markalı ** JR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən "Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". Buna görə də "Howo" markalı ** JR *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "Cavabdeh1" MTK da bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan 757,68 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 787,68 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, cavabdehlər həmin ünvanda yaşamadıqlarından, bildirişlər ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “HOWO YÜK” markalı, 99JR336 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, "İsuzu Vısıgo" markalı, H029241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X1 “Star Gulf FZCO” şirkətlərinin AR FİL adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər DYPİ YNH inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə, saat 06:20 radələrində “HOWO YÜK” minik markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş üzrə icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, MİC1900059 nömrəli icbari sığorta haqqında şəhadətnaməsinə əsasən "İsuzu Vısıgo" nəqliyyat vasitəsi “xxxx” ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. İş üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən "İsuzu Vısıgo" markalı nəqliyyat vasitəsinə 5817,40 AZN ziyan dəymişdir. İş üzrə xx.xx.2020-ci il tarixli sığorta ödənişi aktından görünür ki, «xxxx» ASC tərəfindən “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixli, AKS200102 saylı sığorta aktına əsasən 5392,4 AZN sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi Cavabdeh1 MTK-ya məxsus "Howo" markalı ** JR *** dövlət nömrə nişanlı yük avtomobili X1 “Star Gulf FZCO” şirkətlərinin AR FİL məxsus icbari sığorta üzrə «xxxx» ASC-də sığortalanmış "İsuzu Vısıgo" markalı, H029241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "İsuzu Vısıgo" markalı, H029241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən "İsuzu Vısıgo" markalı, H029241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə 5392,4 AZN (beş min üç yüz doxsan iki manat, qırx qəpik) məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ YNH inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "İsuzu Vısıgo" markalı, H029241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə 5392,4 AZN (beş min üç yüz doxsan iki manat, qırx qəpik) məbləğində ziyan sığortaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4634,72 AZN (dörd min altı yüz otuz dörd manat, yetmiş iki qəpik) sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmiş, 757,68 AZN (yeddi yüz əlli yeddi manat, altmış səkkiz qəpik) borc qalmışdır. Bu səbəbdən iddiaçı ödənilməmiş 757,68 AZN (yeddi yüz əlli yeddi manat, altmış səkkiz qəpik) sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhər DYPİ YNH inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və Cavabdeh1 MTK-nın mülkiyyətində olduğu üçün, habelə, Cavabdeh2 Bakı şəhər DYPİ YNH inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə hər iki cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan «xxxx» ASC-nin xeyrinə 757,68 AZN (yeddi yüz əlli yeddi manat, altmış səkkiz qəpik) yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 AZN (otuz manat) dövlət rüsumu, ümumilikdə 787,68 AZN (yeddi yüz səksən yeddi manat, altmış səkkiz qəpik) tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan «xxxx» ASC-nin xeyrinə 757,68 AZN (yeddi yüz əlli yeddi manat, altmış səkkiz qəpik) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 AZN (otuz manat) dövlət rüsumu, ümumilikdə 787,68 AZN (yeddi yüz səksən yeddi manat, altmış səkkiz qəpik) məbləğində pul müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2209/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2209/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver