Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2255/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Səbail rayon İcra Şöbəsi və “X6” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon İcra Şöbəsi və “X6” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun və gecikmələrin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 306/08 saylı kredit müqaviləsi üzrə bugünə olan kredit borcunun və “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndən iddiaçının adına olan kredit tarixçəsinin xx.xx.2009-cu ildən pisləşməsinə səbəb olan gecikmələrin silinməsi barədə öhdəliyin "xxxx" ASC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixli 306i/08 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 12 810 manat məbləğində kredit götürmüş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 306ig/08 saylı xx.xx.2008-ci il tarixli girov müqaviləsinə əsasən iddiaçıya məxsus “BMW 535” markalı, qeydiyyat şəhadətnaməsi seriya AB № 142888, dövlət qeydiyyat nömrəsi ** LR ***, buraxılış ili 2000-ci il, ban № WBADN110X0GR73162 olan qarametallik rəngli nəqliyyat vasitəsi banka girov qoyulmuşdur. İddiaçı kredit üzrə öhdəlikləri vaxtında icra etmədiyindən bank tərəfindən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, Səbail Rayon Məhkəməsinin 2(009)-504/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsində tutmanın girov qoyulmuş nəqliyyat vasitəsinə yönəldilməsi və onun hərrac vasitəsilə satışından əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 13 524,34 manat kredit və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi həmin dövrdə bankın əməkdaşları tərəfindən götürülmüş və Səbail Rayon Məhkəməsində işə mahiyyəti üzrə baxarkən hər iki tərəfin qarşılıqlı razılığı ilə avtomobilin müqavilə bağlanan gün üçün dəyəri 19 136 manat məbləğində qiymətləndirilmişdir. Kredit öhdəliyi üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə mindikdən və xüsusən də, tərəflər arasında qiyməti müəyyənləşdirilmiş banka girov qoyulmuş nəqliyyat vasitəsi bankın əməkdaşlarına verildikdən sonra iddiaçı artıq banka olan borcunun tamamilə ödənildiyi qənaətinə gəlmişdir. Bundan sonra bankdan ona borcunun olub-olmaması ilə bağlı hər hansı xəbərdarlıq və ya pretenziya gəlməmişdir. 2022-ci ilin yanvar ayında iddiaçı Mərkəzi Bankın “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndən onun adına olan kredit tarixçəsinin yoxlanılması ilə əlaqədar sorğu ilə müraciət etmiş və "xxxx" ASC-də bu günə qədər ödənişi həyata keçməyən kredit borcunun olduğu müəyyən olunmuşdur. Bununla bağlı banka müraciət etdikdə məlumat almaq üçün “X6” MMC-yə müraciət etməli olduğu bildirilmişdir. “X6” MMC şifahi olaraq bildirmişdir ki, hazırda iddiaçının 8 000 manat yaxın kredit borcu vardır. Dəfələrlə cavabdehə şifahi müraciət etməsinə baxmayaraq, kredit borcunun hansı əsasla bu günə qədər silinməməsinə aydınlıq gətirilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixində rəsmi qaydada banka müraciət edərək nəqliyyat vasitəsinin hərrac yolu və ya digər hər hansı formada satılıb-satılmaması barədə məlumat verilməsini xahiş etmiş, lakin bank tərəfindən həmin müraciət cavablandırılmamışdır. Həmçinin, iddiaçının vəkili tərəfindən xx.xx.2022ci il tarixdə sözügedən qətnamənin icrası istiqamətində hansı icra tədbirlərinin, xüsusən də hərracın təşkili bağlı hansı icra tədbirlərinin görülməsi barədə Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş sorğuya bu günədək cavab verilməmişdir. Cavabdeh bank tərəfindən verilmiş UB-İH/2012/13 nömrəli xx.xx.2012-ci il tarixli əmrdə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan ona bəlli olmayan və ondan xəbərsiz həyata keçirilmiş 08/04 nömrəli xx.xx.2012-ci il tarixdə hərrac vasitəsilə 2 244 manata satılmış və satışdan əldə olunmuş vəsait onun cari borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən 3 ilə yaxın vaxt keçdikdən sonra qeyri-müəyyən hərrac vasitəsilə girov əmlakın satılması hüquq normalarının pozuntusu olmuşdur. Qeyd edilən qətnamənin icrası istiqamətində hər hansı icra tədbirlərinin keçirilib-keçirilməməsi barədə məlumat ala bilmədiyindən iddiaçı ehtimal edir ki, ona məxsus olan avtomobil bankın özünün qeyri-rəsmi formada təşkil etdiyi hərrac vasitəsilə dəyərindən xeyli aşağı qiymətə satılmış və bu barədə ona hər hansı məlumat verilməmişdir. Girov əmlaka tutma yönəldilməsi yalnız icra məmuru tərəfindən həyata keçirilir və həmin əmlakın hərrac vasitəsilə satılması üçün müvafiq ixtisaslaşdırılmış təşkilata göndərilməsi yalnız icra məmurunun sifarişi əsasında həyata keçirilməlidir. Bank tərəfindən qeyri-qanuni hərrac keçirilməklə əmlakın dəyərindən xeyli aşağı qiymətə satılması qanunvericiliyin tələblərinə ziddir. Qətnamə əsasında tutma yönəldilən və qiyməti tərəflər arasında razılaşdırılan əmlak icra məmurunun sifarişi əsasında müvafiq ixtisaslaşdırılmış hərrac təşkilatına göndərilib hərrac vasitəsilə satılsaydı, iddiaçının həmin tarixdən bu günə qədər bank qarşısında kredit öhdəliyinə dair borcu olmayacaqdı. Bundan əlavə, bank tərəfindən borcunun silinməməsi nəticəsində “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndə kredit tarixçəsinin pisləşməsinə səbəb olan gecikmə günləri bu günə qədər hesablanmaqda davam edir və bu, iddiaçının digər bank və kredit təşkilatlarından kredit götürməsinə əsassız olaraq maneə yaradır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinə əlavə təqdim edilərək, əvvəlki iddia tələbləri ilə yanaşı, dəymiş mənəvi zərərə görə 10 000 (on min) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçının vəkili-nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində və ona əlavədə qeyd olunanlara əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən tələb hüququ güzəşt olunarkən iddiaçıya xəbərdarlıq edilməli idi, lakin cavabdeh bunu etməmiş və iddiaçıya məxsus məlumatları onun icazəsi olmadan başqa təşkilata satması iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zidd olmaqla, cavabdehin ona mənəvi zərər vurmasına gətirib çıxarmışdır. İddiaçının vəkili-nümayəndəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi” ilə bağlı maddələrinə, Mülki Məcəllənin 967-ci maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.6-cı maddəsinə istinad edərək, bank tərəfindən iddiaçının hüquqlarının pozulduğunu və bu səbəbdən də iddiaçının iddia tələblərinin təmin olunmalı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib əvvəlki məhkəmə iclaslarında verilən izahatlara uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, cavabdehin nümayəndəsi caavbdehin kredit portfelini digər şirkət olan “X6” MMC-yə satdığını, tələbi güzəşt etməyin onların hüququ olduğunu, qalıq borcun olub-olmadığını müəyyən etməyin də həmin şirkətin öhdəliyi olmasını bildirdi. Bu səbəbdən də iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Səbail rayon İcra Şöbəsi və “X6” MMC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-2255-2022 saylı qərardadı ilə iddia tələbinin “iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 306/08 saylı kredit müqaviləsi üzrə bugünə olan kredit borcunun və “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndən iddiaçının adına olan kredit tarixçəsinin xx.xx.2009-cu ildən pisləşməsinə səbəb olan gecikmələrin silinməsi barədə öhdəliyin "xxxx" ASC-nin üzərinə vəzifə kimi qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddia ərizəsinə əlavəni iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, “dəymiş mənəvi zərərə görə 10 000 (on min) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması”na dair iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin “Neftçilər” filialı ilə caavbdeh İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 306ig/08 ipoteka (girov) müqaviləsinə əsasən ipoteka qoyulmuş “BMW 535” markalı, qeydiyyat şəhadətnaməsi seriya AB № 142888, dövlət qeydiyyat nömrəsi ** LR ***, buraxılış ili 2000-ci il, ban № WBADN110X0GR73162 olan qara-metallik rəngli nəqliyyat vasitəsinə tutma yönəldilməsi, həmin nəqliyyat vasitəsinin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 11 568,51 (on bir beş yüz altmış səkkiz manat əlli bir qəpik) manat əsas, 1 455,83 (bir min dörd yüz əlli beş manat səksən üç qəpik) manat faiz, 500,00 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13 524,34 (on üç min beş yüz iyirmi dörd manat otuz dörd qəpik) kredit borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin “Neftçilər” filialına ödənilməsi, "xxxx" ASC-nin “Neftçilər” filialına ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalıq hissəsinin cavabdeh İddiaçı qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 08/04 nömrəli hərrac təşkilatının hərracın nəticələri haqqında protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı icra vərəqəsinin və Səbail rayon İcra Şöbəsinin 17/64624/3/09 saylı xx.xx.2011-ci il tarixli sifariş məktubunun icrasına əsasən Səbail rayon İcra Şöbəsinin icra məmuru Ayaz Nuqaylının sifarişi əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda İddiaçı məxsus “BMW 535” markalı ** LR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin hərrac qiyməti 3 000 manat, satış qiyməti isə 2 550 manat olmuş və keçirilən hərrac nəticəsində avtomobil X1. İş materiallarında olan xx.xx.2012-ci il tarixli UB-İH/2012/13 saylı əmrdən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı qətnaməsinə əsasən İddiaçı məxsus olmuş və banka girov qoyulmuş “BMW 535” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşının hərrac vasitəsi ilə satışından əldə olunan 2 244,00 manat məbləğində pul vəsaiti İddiaçı ilə "xxxx" ASC-nin Neftçilər filialı arasında bağlanmış 306i/08 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmiş, nəqliyyat vasitəsinin satışından ******* saylı hesaba mədaxil olmuş pul vəsaiti hesabına İddiaçı ilə "xxxx" ASC-nin Neftçilər filialı arasında bağlanmış 306i/08 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan ümumi borcunun məbləğindən 2 244,00 manat azaldılmışdır. Əmrdə, həmçinin, qeyd edilmişdir ki, X3 Edilməsi bölməsi nəzərə alsın ki, müştərinin kredit borcu tam ödənilmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 02/21 UB saylı tələb hüququnun satılması haqqında müqavilədən görünür ki, tələbkar "xxxx" ASC Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sairə) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi pul tələbini yeni tələbkar “X6” MMC-yə satır. İddiaçı ilə bağlanmış 306i/08 saylı müqavilə də siyahıya daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2022-ci il tarixli SF-8982 saylı Çıxarışın 4.1-ci bəndindən görünür ki, hazırda mübahisənin predmeti olan kredit müqaviləsi üzrə tələb hüququ üçüncü şəxsə ötürülmüşdür. İş materiallarında olan Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 16D/1540 saylı cavab məktubundan görünür ki, 2009-cu ilin icra sənədlərinin qeydiyyat kitabında İddiaçı barəsində olan Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı icra sənədinin xx.xx.2009-cu il tarixdə icraata daxil olduğu və xx.xx.2009-cu il tarixdə icra edilməyən icra sənədi kimi məhkəməyə geri qaytarıldığı qeyd olunmuşdur. Həmin icra sənədi arxiv materialları sırasında aşkarlanmadığı üçün əlavə məlumat verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 306i/08 saylı kredit müqaviləsi və müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 306ig/08 saylı girov müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən bank iddiaçıya 12 810 manat məbləğində kredit vermiş, girov müqaviləsinə əsasən isə iddiaçıya məxsus “BMW 535” markalı, qeydiyyat şəhadətnaməsi seriya AB № 142888, dövlət qeydiyyat nömrəsi ** LR ***, buraxılış ili 2000-ci il, ban № WBADN110X0GR73162 olan qara-metallik rəngli nəqliyyat vasitəsi banka girov qoyulmuşdur. İddiaçı kredit üzrə öhdəlikləri vaxtında icra etmədiyindən bank tərəfindən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, Səbail Rayon Məhkəməsinin 2(009)-504/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin “Neftçilər” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 306ig/08 ipoteka (girov) müqaviləsinə əsasən ipoteka qoyulmuş “BMW 535” markalı, qeydiyyat şəhadətnaməsi seriya AB № 142888, dövlət qeydiyyat nömrəsi ** LR ***, buraxılış ili 2000-ci il, ban № WBADN110X0GR73162 olan qara-metallik rəngli nəqliyyat vasitəsinə tutma yönəldilməsi, həmin nəqliyyat vasitəsinin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 11 568,51 (on bir beş yüz altmış səkkiz manat əlli bir qəpik) manat əsas, 1 455,83 (bir min dörd yüz əlli beş manat səksən üç qəpik) manat faiz, 500,00 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13 524,34 (on üç min beş yüz iyirmi dörd manat otuz dörd qəpik) kredit borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin “Neftçilər” filialına ödənilməsi, "xxxx" ASC-nin “Neftçilər” filialına ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalıq hissəsinin cavabdeh İddiaçı qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2012-ci il tarixdə Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı icra vərəqəsinin və Səbail rayon İcra Şöbəsinin 17/64624/3/09 saylı xx.xx.2011-ci il tarixli sifariş məktubunun icrasına əsasən Səbail rayon İcra Şöbəsinin icra məmuru Ayaz Nuqaylının sifarişi əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda İddiaçı məxsus “BMW 535” markalı ** LR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin hərrac qiyməti 3 000 manat, satış qiyməti isə 2 550 manat olmuş və keçirilən hərrac nəticəsində avtomobil X1 və bu barədə 08/04 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən UB-İH/2012/13 saylı əmr verilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(009)-504/2009 saylı qətnaməsinə əsasən İddiaçı məxsus olmuş və banka girov qoyulmuş “BMW 535” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşının hərrac vasitəsi ilə satışından əldə olunan 2 244,00 manat məbləğində pul vəsaiti İddiaçı ilə "xxxx" ASC-nin Neftçilər filialı arasında bağlanmış 306i/08 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmiş, nəqliyyat vasitəsinin satışından ******* saylı hesaba mədaxil olmuş pul vəsaiti hesabına İddiaçı ilə "xxxx" ASC-nin Neftçilər filialı arasında bağlanmış 306i/08 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan ümumi borcunun məbləğindən 2 244,00 manat azaldılmışdır. Əmrdə, həmçinin, qeyd edilmişdir ki, X3 Edilməsi bölməsi nəzərə alsın ki, müştərinin kredit borcu tam ödənilmir. Tələbkar "xxxx" ASC yeni tələbkar “X6” MMC ilə xx.xx.2021-ci il tarixdə 02/21 UB saylı tələb hüququnun satılması haqqında müqavilə bağlayaraq, Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sairə) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi pul tələbini sonuncuya satmışdır. İddiaçı ilə bağlanmış 306i/08 saylı müqavilə də siyahıya daxil edilmişdir. Hazırki mübahisənin predmeti olan kredit müqaviləsi üzrə tələb hüququnun üçüncü şəxsə ötürülməsi Azərbaycan Kredit Bürosundan xx.xx.2022-ci il tarixli SF-8982 saylı Çıxarışdan da görünür. Məhkəmə iddia tələbinin “dəymiş mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bankın qanunazidd hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirsə də, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həqiqətən də, ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçək0ənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının vəkili-nümayəndəsi tərəfindən qeyd edilən hüquq normalarının cavabdeh tərəfindən pozularaq, bank sirrini təşkil edən məlumatların iddiaçının razılığı olmadan başqa şəxsə ötürülməsi və bununla da, iddiaçıya zərər vurulması ilə əlaqədar izahatına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 967.1-ci maddəsinə əsasən, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Qanunun 41.6-cı maddəsinin tələbinə görə, bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Müvafiq olaraq Mülki Məcəllənin 967.3-cü maddəsinin tələbinə görə, bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Sözügedən Məcəllənin 194.1-ci maddəsinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin 194.3-cü maddəsindən görünür ki, kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 196-cı maddəsinə görə, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, tələbin güzəşti cavabdehin qanunla müəyyən edilmiş hüququ olmuşdur. Bununla bağlı cavabdehin iddiaçının razılığını alması isə imperativ norma kimi qanunvericilikdə təsbit edilməmiş, bu səbəbdən də, cavabdehin iddiaçının hüquqlarını pozması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, bank sirrini təşkil edən məlumatların qanunsuz olaraq bank tərəfindən açıqlanması halı da məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə araşdırmaları nəticəsində iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması və nəticədə ona zərər dəyməsi aşkar edilməmişdir. Belə ki, cavabdeh qanunla ona məxsus olmuş tələbin güzəşti hüququndan istifadə etməklə iddiaçıya məxsus borc məbləğinin əsası olan kredit portfelini başqa təşkilata satmışdır. Bu hal bank sirrini təşkil edən məlumatların bank tərəfindən qanunsuz olaraq açıqlanması kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “dəymiş mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “dəymiş mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması”na dair iddia tələbi təmin edilmədiyindən “iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması”na dair tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səbail rayon İcra Şöbəsi və “X6” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2255/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2255/2022
06.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver