Məhkəmə qərarları › İş №e-2(006)-2316/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2316/2025

10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2316/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə Mirraqif oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tələbin icra sənədi üzrə borclunun mülkiyyətində olan əmlaklara yönəldilməsi üçün cavabdehlərin ümumi mülkiyyətdə olan əmlaklarda paylarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tələbin icra sənədi üzrə borclunun mülkiyyətində olan əmlaklara yönəldilməsi üçün cavabdehlərin ümumi mülkiyyətdə olan əmlaklarda paylarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə ev 20, 4 saylı mənzildə; Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 6, 95 saylı mənzildə; 2012-ci il istehsalı olan, **-NK-*** dövlət qeydiyyat nişanlı BMW X6 minik avtomobilində; 2012-ci il istehsalı olan, **-VX-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik avtomobilində; 2011-ci il istehsalı olan, **-AC-*** dövlət qeydiyyat nişanlı Hyundai HD65 yük avtomobilində və 2011-ci il istehsalı olan, **-AC-*** dövlət qeydiyyat nişanlı Hyundai HD120 yük avtomobilində Cavabdeh1 məxsus payın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmış ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-310/2023 nömrəli qətnaməsi ilə 250.000 ABŞ dolları əsas borc, 22.954,17 ABŞ dolları faiz və 7.045,83 ABŞ dolları cərimə olmaqla, cəmi 280.000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(113)-122/2022 nömrəli qərardadı ilə Cavabdeh1 aşağıdakı əmlaklarının üzərinə həbs qoyulmuşdur: Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə ev 20, 4 saylı mənzil; Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 6, 95 saylı mənzil; 2012-ci il istehsalı olan, **-NK-*** dövlət qeydiyyat nişanlı BMW X6 minik avtomobili; 2012-ci il istehsalı olan, **-VX-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik avtomobili; 2011-ci il istehsalı olan, **-AC-*** dövlət qeydiyyat nişanlı Hyundai HD65 yük avtomobili; 2011-ci il istehsalı olan, **-AC-*** dövlət qeydiyyat nişanlı Hyundai HD120 yük avtomobili. İcra sənədi üzrə 280.000 ABŞ dolları məbləğində olan borcun 150.000 ABŞ dolları hissəsi ödənilmiş, icra sənədi üzrə 130.000 ABŞ dolları məbləğində borc qalmışdır. Həmin borcun ödənilməsi üçün sözügedən əmlakların açıq hərracda satılması zərurəti yaranmışdır. Bu məqsədlə icra sənədi üzrə icraat prosesində həmin əmlakların dəyəri müəyyən edilmişdir. İddiaçı hesab edir ki, tələbin icra sənədi üzrə borclu olan Cavabdeh1 mülkiyyətində olan əmlaklara yönəldilməsi üçün cavabdehlərin ümumi mülkiyyətində olan əmlaklarda payları ayrılmalıdır. Sonradan, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə (xx.xx.2025-ci il tarixdə) müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə ev 20, 4 saylı mənzildə; 2012-ci il istehsalı olan, **-NK-*** dövlət qeydiyyat nişanlı BMW X6 minik avtomobilində; 2012-ci il istehsalı olan, **-VX-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik avtomobilində Cavabdeh1 məxsus payın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə (xx.xx.2025-ci il tarixdə) müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə ev 20, 4 saylı mənzildə Cavabdeh1 məxsus payın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə Mirraqif oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, icra mərhələsində üzərinə həbs qoyulmuş əmlakların qiymətləndirilməsi də aparılmışdır. Hazırda ümumi borc məbləğindən, yəni 280.000 ABŞ dollarından müəyyən məbləğdə ödəniş olunmuş və qalıq borc məbləği 130.000 ABŞ dolları təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 65706 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, ev 20 ünvanında yerləşən 4 saylı mənzil (ümumi sahəsi 161 m2) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 4041 nömrəli reyestr kitabının 377381 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 3 4 saylı mənzil "xxxx" MTK-nın 113 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan çıxarışına, Maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(113)-122/2022 saylı qərardadından və həmin qərardad üzrə verilmiş icra vərəqəsindən görünür ki, "xxxx" MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6567/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək aşağıdakı daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş; 1). xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 16,1374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2). xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 35,161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 3). xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində 7,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 4). xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 5). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 6). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 35,9507 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 7). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Ərməkiqışlaq kəndində 33,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 8). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Davidoba kəndində 33,093447 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 9). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Davidoba kəndində 14,6273 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 10). xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Davidoba kəndində 17,0376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 11). xx.xx.2000-ci il tarixli, JN-0054 KOD 30311058 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»na əsasən Quba rayonu, Dəlləkli kəndində ümumi birgə 0,64 ha torpaq sahəsi; 12). Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, 95 saylı mənzil; 13). Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 20, 4 saylı mənzil; 14). 2012-ci il istehsalı olan, **-NK-*** nömrə nişanlı BMW X6 minik maşın; 15). 2012-ci il istehsalı olan, **-VX-*** nömrə nişanlı Toyota Hilux minik maşın; 16). 2011-ci il istehsalı olan, **-AC-*** nömrə nişanlı Hyundai HD65 yük maşını; 17). 2011-ci il istehsalı olan, **- AC-*** nömrə nişanlı Hyundai HD120 yük maşını; həmçinin Cavabdeh1 "xxxx" MMC-dəki 100 %, "xxxx" MMC-dəki 25,6 %, "xxxx" MMC-dəki 100 % və "xxxx" MMC-dəki 75 % dəyərində nizamnamə kapitalındakı paylarının üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(113)-122/2022 saylı icra vərəqəsi üzrə tərəflərindən ünvan 3 4 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-310/2023 saylı qətnaməsindən, eləcə də, həmin qətnaməyə əsasən verilmiş icra sənədindən görünür ki, İddiaçıun cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 qarşı «əsas kredit müqaviləsi üzrə əsas borcun, kredit borcuna görə hesablanmış faiz və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 250000 ABŞ dolları əsas borc və 22954,17 ABŞ dolları faiz, 7045,83 ABŞ dolları cərimə olmaqla, cəmi 280000 ABŞ dollarının İddiaçıa ödənilməsi; məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 94,52 manatının cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada, 5,48 manatının isə İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə, ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,40 manatının cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. «Sərraf-M» Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2024-cü il tarixli 0396/24 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 3 4 saylı mənzilin bazar dəyəri 340.200 manat təşkil edir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 aprel 2025-ci il tarixli 3-13-16/2- 79060/2025 saylı məktubundan görünür ki, «BMW X6» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı, «Toyota Hilux» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı, «Hyundai HD65 yük» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və «Hyundai HD120 yük» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışlarına əsasən minik avtomobilləri Cavabdeh1 mülkiyyətində, «Hyundai HD65 yük» markalı **- AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" MMC-nin və «Hyundai HD120 yük» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili «D.X1» MMC-nin mülkiyyətindədir. Yük avtomobillərinin üzərində qadağa mövcuddur. Minik avtomobillərinə dair xüsusi qeydlərdə müvafiq olaraq E4B və E4 qeydləri aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ilə Bağırova (Dəmirova) Kəmalə Şirinbala qızının nikahı xx.xx.2004-cü ildə Səadət Sarayında (Bakı nikah evi) qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2004-cü il tarixdən rəsmi nikahdadırlar. Tərəflərin birgə nikahı dövründə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 20, mənzil 4 (yeni qaydalarla:AZ 1078,Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 2,M3, m.4) "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli protokolundan çıxarışa əsasən əldə edilərək Cavabdeh1 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-310/2023 saylı qətnaməsinə və həmin qətnaməyə əsasən verilmiş icra sənədinə əsasən İddiaçıun cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 qarşı «əsas kredit müqaviləsi üzrə əsas borcun, kredit borcuna görə hesablanmış faiz və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 250.000 ABŞ dolları əsas borc və 22.954,17 ABŞ dolları faiz, 7.045,83 ABŞ dolları cərimə olmaqla, cəmi 280.000 ABŞ dollarının İddiaçıa ödənilməlidir. Həmçinin qətnamənin icrası mərhələsində borcun bir qismi ödənilmiş, borclunun mülkiyyətində olan əmlaklara həbs qoyulmuş və həmin əmlakların qiymətləndirilməsi həyata keçirilmişdir. Müəyyən edildiyi kimi borc həmin qətnamə üzrə borclulardan müştərək qaydada tutulmalıdır və həmçinin hazırki mülki iş üzrə iddiaçının üzərində cavabdehlərin payların müəyyən edilməsini tələb etdiyi əmlakın dəyəri isə 340.200 manat qiymətləndirilmişdir. Üzərinə həbs qoyulmuş əmlak isə cavabdehin birgə nikah dövründə əldə etdiyi ümumi birgə əmlak olmaqla, kreditorun cavabdehin şəxsi öhdəlikləri üzrə tələblərinin ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin ümumi birgə mülkiyyətdəki payı müəyyən edilməlidir. Məhkəmə kreditorun qeyd edilən tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnu, ailə qanunvericiliyinə əsasən ər-arvad arasında başqa qayda müəyyən edilmədiyi təqdirdə onların birgə mülkiyyətdəki payının bərabər olması nəzərə alınmaqla, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, ev 20 ünvanda yerləşən 4 saylı mənzildə (yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 2, M3, m.4) Cavabdeh1 1/2 hissədə, Cavabdeh2 1/2 hissədə bərabər şəkildə payları müəyyən edilməlidir. Həmçinin hazırki qətnamənin icrasının təmin edilməsi baxımından cavabdehlərin paylı mülkiyyət hüquqlarının qeydiyyatı aidiyyəti üzrə qeydiyyatı aparan orqana həvalə edilməlidir. Tələb etməməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, ev 20 ünvanda yerləşən 4 saylı mənzil (yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 2, M3, m.4) üzərində Cavabdeh1 1/2 hissədə və Cavabdeh2 1/2 hissədə bərabər payları müəyyən edilsin. ünvan 3 ünvanda yerləşən 4 saylı mənzil üzərində (yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 2, M3, m.4) Cavabdeh1 1/2 hissədə və Cavabdeh2 1/2 hissədə paylı mülkiyyət hüquqlarının qeydiyyatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar