Məhkəmə qərarları › İş №e-2(006)-2326/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2326/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2326/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında sığorta məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında sığorta məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixində Cavabdeh2 istifadəsində olan Cavabdeh1 mülkiyyətində olan ** XA *** dövlət qeydiyyat nişanlı Range Rover markalı avtonəqliyyat vasitəsi «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi ** XA *** dövlət nişanlı qeydiyyat nişanlı Range Rover markalı avtonəqliyyat vasitəsi ilə ** JX *** dövləti qeydiyyat nişanlı İveco Urbanvay markalı avtonəqliyyat bvasitəsiə yol-nəqliyyat hadisəi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə DYP əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx xxxxxx 20018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair zərər aktına əsasən 99JX 231 dövlət qeydiyyat nişanlı İveco Urbanvay markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 795,62 (yeddi yüz doxsan beş manat, altmış iki qəpik) manat məbləğində müəyyən edilmişdir. «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti-nin xx xxxx 2018-ci il tarixli sığorta aktına əsasən «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 795,62 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 795,62 (yeddi yüz doxsan beş manat, altmış iki qəpik) manat məbləğində ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qəpik qəpik) manat bank xidməti xərcinin iddiaçı «xxxxxxxxxxxx» ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə göndərilmiş bildirişlər cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən, “sığortaçı” «xxxxxxxxxxxx» ASC tərəfindən “sığortalı” «xxxxxxx» MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. İş materiallarında olan «xxxxxxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «xxxxxxx» MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalıavtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə nəqliyyat vasitəsinə dəymiş 795,62 manat məbləğində sığorta ödənişi avtobusun təmiri üçün “xxxxxxxx” MMC-yə ödənilmişdir. İş materiallarındakı 001XOH********** №-li xx.xx.2019-cu il tarixli elektron qaimə və çıxarışdan görünür ki, «xxxxxxxxxxxx» ASC tərəfindən «xxxxxxx» MMC-nin hesabına 795,62 manat məbləğində pul köçürülmüşdür. Mülki işdə olan Yasamal rayon DYPŞ-nin AP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 Z.Əhmədbəyov küçəsində yol hərəkəti qaydalarını pozmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. İşdə olan Yasamal rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixində AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtobus «xxxxxxx» MMC-nin mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2586 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “xxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxışlı “İveco Urbanvay” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 650,0 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 ** XA *** dövlət nişanlı qeydiyyat nişanlı Range Rover markalı avtonəqliyyat vasitəsini idarə edərkən iddiaçı «xxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmış və «xxxxxxx» MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” nəqliyyat vasitəsinə ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermiş, nəticədə sonuncuya ziyan dəymiş və həmin ziyanın məbləği olan 795,62 manat «xxxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 650,0 manat müəyyən təşkil etmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 istifadəsində olan Cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş və Cavabdeh2 təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və Cavabdeh1 mülkiyyətində olduğu üçün, habelə, Cavabdeh2 Yasamal DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə hər iki cavabdeh məsuliyyət daşımalıdır. Ekspert rəyi ilə «xxxxxxx» MMC-nin zərər aktında vurulmuş zərərin həcmi təqribən eyni, 650 manat və 674,25 manat məbləğlərində göstərilmişdir. Bununla belə, zərər aktında ƏDV məbləği 121,37 manat məbləğində hesablanmışdır. Belə olan halda, məhkəmə iddianın tam həcmdə, yəni ƏDV məbləği də daxil olmaqla 795,62 manat məbləğində təmin edilməli olduğunu hesab edir. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 795,62 (yeddiz yüz doxsan beş manat, altmış iki qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmışekspertizatədqiqatınındəyəri100 (yüz)manatcavabdehlərdən tutulubDövlət Xəzinədarlığı Agentliyi, VÖEN **********1, KOD 210005, Müxbir hesab AZ41NABZ********************, SWİFTBİKCTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabınaköçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlər X2 və X1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 795,62 (yeddiz yüz doxsan beş manat, altmış iki qəpik) manat dəymiş zərərin əvəzi və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 826,02 (səkkiz yüz iyirmi altı manat, iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmışekspertizatədqiqatınındəyəri100 (yüz)manatcavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulubDövlət Xəzinədarlığı Agentliyi, VÖEN **********1, KOD 210005, Müxbir hesab AZ41NABZ********************, SWİFTBİKCTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabınaköçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar