Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2327/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddialar üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğısatqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair ilk iddiası; Cavabdeh4 Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası; Cavabdeh3 Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 38 saylı Notariat Ofisinə (Ağdaş rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğısatqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilin (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785) alğı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilərək, həmin əmlaklara İddiaçı mülkiyyət hüquqlarının tanınması; X11 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 iyun 1973-cü il tarixdə Əliyeva (nikahdan sonra Quliyeva) Sevda Şahmalı qızı ilə nikaha daxil olmuş, bu barədə xx.xx.1973-cü il tarixli AZ № 218688 saylı «Evlənmək haqqında şəhadətnamə» verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli və xx.xx.1998-ci il tarixdə 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzili dəyərini ödəyərək əldə etmiş, lakin həmin vaxt prokurorluq orqanlarında işləməsi ilə əlaqədar həmin əmlakları arvadı X7 anası, yəni qayınanası X5 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən müvafiq olaraq seriya MH № 167310 nömrəli və seriya MH № 167311 nömrəli qeydiyyat vəsiqələri verilmişdir. ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzil də iddiaçının vəsaitləri hesabına əldə edilmişdir. Belə ki, X5 əri vəfat etdikdən sonra, o, iddiaçının həmin vaxt mərhum bibisinin əri ilə nikaha daxil olmuş, iddiaçı onların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə mərhum bibisinin ərinin adına olan iki otaqlı mənzilin 3 otaqlı mənzilə (hazırkı 28 May küçəsi 5 ünvandakı 63 nömrəli mənzilə) dəyişdirilməsi üçün tələb oluna vəsaiti ödəmiş, 63 nömrəli mənzilin əvvəlki sahibinə bir otaqlı başqa mənzil almış və ona qalan iki otağın pulunu vermişdir. Daha sonra iddiaçı həmin mənzilin qonşuluğunda olan 1 otaqlı mənzili də alaraq, həmin mənzilə birləşdirilmişdir, hazırda həmin mənzil 4 otaqlıdır. X5 ikinci əri də vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına keçmiş və ona xx.xx.1998-ci ildə seriya MH № 172785 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı eyni qayda ilə ünvan 2 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri dəyərini ödəyərək əldə etmiş, bu mənzilləri də qayınanası X5 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixli seriya MH № 158966 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlakların əslində İddiaçı məxsus olması, X11 tərəfindən elə həmin tarixdə, yəni daşınmaz əmlaklara (53 və 60 saylı mənzillərə) dair qeydiyyat vəsiqələri aldığı gün – xx.xx.1998-ci il tarixdə verdiyi vəsiyyətnamə və qeyd edilən əmlaklarla bağlı verdiyi tam hüquqlu etibarnamələr və sonradan bağlanmış bir sıra əqdlərlə də sübuta yetirilir. Belə ki, Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə X11 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqələri ilə onun adına rəsmiləşdirilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri iddiaçıya (kürəkəni İddiaçı) vəsiyyət etmişdir. X11 tərəfindən 13 iyun 2002-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, ünvan 3 ünvanda yerləşən mənzillərə dair etibarnamə verilmişdir. Bundan əlavə, X11 tərəfindən xx.xx.2001-ci il tarixdə ünvan 4 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə dair etibarnamə verilmişdir. İddiaçı «X38» ASC-dən (hazırda hüquqi varisi "xxxx" ASC) götürdüyü kreditlərin təminatı kimi Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzilləri ipoteka ilə yüklü etmişdir. X11 tərəfindən İddiaçı 21 fevral 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 63-ə dair tam hüquqlu etibarnamə verilmişdir. X11 tərəfindən İddiaçı 23 fevral 2004-cü il tarixdə Bakı şəhəri 2 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 59-a dair tam hüquqlu etibarnamə verilmişdir. Bundan əlavə, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillərinə də X5 verdiyi etibarnamələr əsasında banka girov qoyulmuş, sonradan İddiaçı tərəfindən 2006-cı ildə satılaraq, banka ödənilmışdır. Həmin mənzillərin bütün kommunal xərcləri (elektrik, su, kanalizasiya və xidmətə görə ödənişlər) də İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən faktı təsdiq edən 22 ədəd qəbzlərin əsilləri hazırkı iddiaya əlavə edilir. Bundan əlavə, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən ümumi sahəsi 500.6 m2 təşkil edən qeyriyaşayış sahəsinin təsərrüfat anbarı məqsədi ilə icarəyə verilməsinə dair 18 avqust 2000-ci il tarixli 1946/4161 nömrəli İcarə müqaviləsini də X5 adından İddiaçı imzalamış, icarə haqlarını da özü ödəmişdir. Göründüyü kimi, həmin mənzillər X5 adına rəsmiləşdirilsə də, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzillərə dair rəsmiləşdirilmə aparılan gün, yəni, xx.xx.1998-ci il tarixdə notariat qaydada rəsmiləşdirməklə qeyd edilən mənzilləri İddiaçı vəsiyyət etməsi, sonradan bütün mənzillərə dair İddiaçı adına etibarnamələr verməsi, həmin mənzillərin İddiaçı adına götürülmüş kreditlər üzrə ipoteka qoyulması, mənzillərin idarə edilməsi, onlara dair digər əqdlərin bağlanması, nəhayət, bu mənzillərlə bağlı bütün kommunal və digər xərclərin İddiaçı tərəfindən ödənilməsi də təsdiq edir ki, həmin mənzillərin əsl mülkiyyətçisi İddiaçı olmuş, X11 tərəfindən buna etiraz edilməmiş, mənzillər üzərində mülkiyyət hüququ (sərəncam, istifadə və sahiblik) tam olaraq yalnız İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı arvadı X15 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı qayınanası X11 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X11 tərəfindən 01 iyun 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə ilə o, bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Sonradan məlum olmuşdur ki, X11 tərəfindən daha bir vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir, lakin hal-hazıradək nə vəsiyyətnamə üzrə vərəsə Cavabdeh5, nə də qanun üzrə vərəsələr vərəsəlik şəhadətnamələri almamışlar. Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri xx.xx.1999-cu il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966) X5 adına rəsmiləşdirilsə də, həmin əmlakların dəyəri İddiaçı tərəfindən ödənilmiş, 53 və 60 saylı mənzillərə dair qeydiyyat vəsiqələri alınan gün İddiaçı vəsiyyət edilmiş, elə həmin gündən onun istifadəsində və sahibliyində olmuş, və nəhayət, X5 verdiyi etibarnamələr əsasında həmin əmlaklara dair sərəncam hüququ da İddiaçı tərəfindən həyata keçirilərək, İddiaçı bankdan götürdüyü kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmiş; S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzil isə sonradan onun tərəfindən satılaraq özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 saylı mənzil Bakı şəhəri 14 saylı DNKnın xx.xx.1998-ci il tarixli, 3M-2-207 reyestr nömrəli alğı-satqı müqaviləsi, həmin ünvandakı 60 saylı mənzil isə Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3Ma- 5/959 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, həmin ünvandakı 63 saylı mənzil isə xx.xx.1998-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən X5 adına qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, X11 hər hansı biznes fəaliyyəti ilə məşğul olmamış, yaşa görə pensiyadan başqa digər mənbələrdən gəlirləri olmamışdır və qısa müddət ərzində qiyməti külli miqdar təşkil edən, şəhərin mərkəzində yerləşən dörd mənzili almaq üçün vəsaiti olmamışdır. Belə olan halda, X2 həmin əmlaklara dair verdiyi sərəncamlar (vəsiyyətnamələr) etibarsız olmuşdur. Göründüyü kimi, əmlakların alğı-satqı müqavilələri üzrə faktiki alıcı qismində İddiaçı çıxış etmiş və həmin alğı-satqı müqavilələrinin predmeti olmuş əmlakların həqiqi mülkiyyətçisinin İddiaçı olması X5 özü tərəfindən də təsdiqlənmiş və bu əmlaklara dair bütün hüquqlar İddiaçı tərəfindən həyata keçirilmiş, X11 buna etiraz etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonradan məlum olmuşdur ki, X11 tərəfindən Cavabdeh5 adına daha bir vəsiyyətnamə verilmişdir, lakin həmin vəsiyyətnaməni müstəqil əldə etmək mümkün deyil. Cavabdeh4 Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2013-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontoru Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş nənələri - X5 vərəsələri kimi tanımış və hər bir vərəsəyə miras əmlakın 1/4 hissəsinin verilməsi müəyyən edilərək «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» təqdim edilmişdir. Şəhadətnamə verilən miras əmlak Ağdaş şəhəri Üçqovaq kücəsi 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Lakin, miras əmlak kütləsinə daxil olan, digər daşınmaz əmlak ünvan 16-də yerləşən 53, 60, 63 saylı mənzillər bank qarşısında yüklü olduğundan, həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri (çıxarışları) notariat kontoruna təqdim edib, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması mümkün olmamışdır, bu səbəbdən də yuxarıda göstərilən mənzillər üzərində mülkiyyət hüququnun hazırda dövlət reyestrində vərəsələrin adına qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Miras əmlaka həmçinin ünvan 9 ünvanda yerləşən evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7m2, köməkçi sahə 14,0 m2) tikili də daxildir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2- 1003/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 10 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikiliyə X5 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X5 adına qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-218/2007 saylı, 11 may 2007-ci il tarixlı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 9 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28 dekabr 2021-ci il tarixdə isə onun müraciətimə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 09 iyun 2006-cı il tarixli, 2-1003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şəbəsinə göndərmişdir. Vərəsəlik açıldığı xx.xx.2011-ci il tarixdən digər vərəsələr Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ünvan 16-də yerləşən 53, 60 saylı mənzilləri və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikilinin 192,7 m2 sahəsidə daxil olmaqla icarəyə vermiş və gəlir götürmüşlər. 63 saylı mənzildə və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikilinin 395 m2 sahəsində isə digər vərəsələr - Cavabdeh7 və Cavabdeh3 öz ailəsi ilə yaşamışlar. İddiaçıya 10 ilə yaxın müddətdə yalnız qeydiyyatda olduğu 28 May küçəsi ev 5-də yerləşən 63 saylı mənzilə digər vərəsələrin icazəsi ilə daxil olmağa imkan vermişlər, oda şox saylı mübahisə, söz-söhbətdən sonra. Dəfələrlə iddaçıya güc tətbiq edib, onu təhqir edərək evdən qovmuşlar. Həmin ünvanda yerləşən digər 53, 60 saylı mənzillərə və evin 2ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin sahəsinə daxil olmağa isə ümumiyyətlə imkan verməmişlər. Bütün mənzillərin açarları digər vərəsələrdə olmuşdur və onlar mənzillərdən istədikləri kimi istifadə etmişlər və mənzilləri icarəyə verib gəlir götürmüşlər. Lakin, onların evləri icarəyə verib gəlir götürmələri barədə iddiaçıya 2021-ci ilin yazında digər vərəsələrdən sonuncuya nənəsindən qanun üzrə vərəsəliklə keçən 1/4 hissəni tələb etdikdən sonra məlum olmuşdur ki, 53, 60 saylı mənzillər və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikili icarəyə verilirmişdir. Yuxarıda göstərilən sahə və mənzillərin icarəyə verildiyi müəyyən ediləndən sonra icarəçilərin hər ikisinə bir neçə dəfə iddiaçının mülkiyyətçi olduğunu təsdiqləyən sənədlər təqdim edilərək şifahi xəbərdarlıq edilmiş və xx.xx.2021-ci il tarixdə onlara bildiriş göndərmişdir. Cavabdehlər dəfələrlə iddiaçıya təzyiqlər göstərmiş və onu mənzillərdən qovmuşlar. Bu barədə iddiaçı dəfələrlə Daxili İşlər Nazirliyinin zəng mərkəzinə, 102 nömrəsinə zəng edərək şifahi müraciət etmişdir və Bakı şəhəri Nəsimi rayonu 22-ci polis bölməsinə dəfələrlə yazılı şıkayət ərizəsi ilə müraciət etmişdir. Ancaq bundan sonra digər vərəsələr və onların ataları iddiaçıya hədə-qorxu gəlməkdən və güc tətbiq etməkdən əl çəkmişlər. Nəticə etibarı ilə, bütün danışıqlardan sonra yalnız xx.xx.2021-ci il tarixdə 53 saylı mənzil və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin icarəçisi olan "xxxx" MMC ilə və 60 saylı mənzilin icarəçisi olan X23 ilə 16 yanvar 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Vərəsəlik açıldı gündən xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə digər vərəsələr və onların ataları iddiaçıya vəfat etmiş nənəsi - X4 miras qalmış Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 5 mənzil 53, 60 və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilini icarəyə vermişdir. Həmin ünvanda yerləşən 63 saylı mənzili, evin 2-ci mərtəbəsində yerləşən tikilinin 192,7 m2 sahəsində isə özləri yaşamış və iddiaçıya mülkiyyətçi kimi əmlaklarından sahiblik, istifadə və sarəncam verməyə imkan verməmişlər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, onun mülkiyyətində olan mənzilin xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə cavabdehlərin icarəyə verərək əldə etdikləri pul vəsaitləri, daha dəqiq desək 250.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçıya məxsus 1/4 hissəsi naturada ayrılmaqla, mənzilin həmin hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdeh3 Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 38 saylı Notariat Ofisinə (Ağdaş rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və qeyrilərinə qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair ilk iddiasının və Cavabdeh4 ona və qeyrilərinə qarşı «pul tələbi, mənzilin 1/4 hissəsinin naturada ayrılması və ona təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi; hazırkı qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH№ 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 38 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 28 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriyalı MH № 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 172785); ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında İddiaçı ona və qeyrilərinə qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası və Cavabdeh4 da ona və qeyrilərinə qarşı «pul tələbi, mənzilin 1/4 hissəsinin naturada ayrılması və ona təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasına baxılır. Aşağıda qeyd edilən əsaslarla görə İddiaçı ilk iddiası və Cavabdeh4 qarışlıqlı iddiası rədd edilməli, onun qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, məhkəmədə baxılan iş mərhum X5 miras qoyduğu əmlaklarla bağlıdır. Məhkəmənin nəzərinə çatdırır ki, X11 onun nənəsi (anasının - X7 anası) olmuşdur, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X5 ölümü ilə açılan miras əmlak kütləsinə aşağıdakı əmlaklar daxil olmuşdur: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966); ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi; bundan əlavə, ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə mülkiyyət hüququ qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınıb (X5 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X5 adına qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-218/2007 saylı, 11 may 2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 9 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28 dekabr 2021-ci il tarixdə isə onun müraciətinə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 09 iyun 2006-cı il tarixli 2-1003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərmişdir.) X11 tərəfindən 01 iyun 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə verilmiş vəsiyyətnamə ilə o, bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin əmlakların bir hissəsi (Ağdaş şəhərində olan fərdi yaşayış evi və ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikili istisna olmaqla) X1 onun razılığı ilə İddiaçı Bankdan götürdüyü kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillər özgəninkiləşdirilmiş, qalan 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzillər isə hal-hazırda da ipoteka ilə yüklüdür. Bütün əmlakını ona vəsiyyət etməsinə dair 01 iyun 2007-ci il tarixli vəsiyyətnamə verdikdən sonra, X3 rayon dövlət notariat kontorunda təsdiq edilməklə 19 oktyabr 2007-ci il tarixdə vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamədə iradə ifadəsi bundan ibarət olmuşdur ki, «Ölən günədək mənə məxsus olan ünvan 11-də yerləşən fərdi yaşayış evimi, həyətyanı torpaq sahəsini və bütün əmlakımı Ağdaş şəhəri 20 Yanvar küçəsi 1/3-də yaşayan qızım Cavabdeh5 vəsiyyət edirəm.» Bundan əlavə, X11 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri İddiaçı vəsiyyət etməsinə dair Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə vermişdir. İstinad edilən faktlardan da göründüyü kimi, X11 tərəfindən ona verilmiş 01 iyun 2007-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı verilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ləğv edilmiş, Cavabdeh5 verilmiş 19 oktyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə isə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi mənə çatası miras əmlak kütləsindən çıxarılmışdır. X5 yuxarıda sadalanan vəsiyyətnamlərdəki iradə ifadəsi və qanunvericiliyin aşağıda istinad edilən normalarının tələblərinə görə aşağıdakı əmlaklara onun vərəsəlik hüququ tanınmaqla, bu əmlaklara və əmlak hüquqlarına dair ona vərəsəlik şəhadətnaməsi verilməlidir: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddiaları qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin, qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddialar üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddiaları qəbul etmədi, ilk iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı və Cavabdeh2 qarşılıqlı iddiasını qəbul etmədi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini, iddia müddətinin tətbiq edilməsini və ilk iddianın, digər cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın əsassız olması ilə yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı və Cavabdeh2 qarşılıqlı iddiasını qəbul etmədi, Cavabdeh4 izahatına əlavəsnin olmadığı bildirdi, qarşılıqlı iddianın təmin edilməsini, həmçinin məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və ilk iddianın, digər cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın əsassız olması ilə yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı və Cavabdeh4 qarşılıqlı iddiasını qəbul etmədi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsini, həmçinin ərizə verərək, iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş qarşılıqlı iddianın digər əsaslarla yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi. Bakı şəhəri 14 saylı Notariat Ofisi məhkəməyə 09 iyun 2022-ci il tarixli 1908 saylı məktubla müraciət edərək, mülki işə həmin Ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisi məhkəməyə 20 aprel 2022-ci il tarixli 516 saylı, 20 may 2022-ci il tarixli 673 saylı məktublarla müraciət edərək, mülki işə həmin Ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri 38 saylı Notariat Ofisi məhkəməyə 26 aprel 2022-ci il tarixli X-248/2022 saylı, 18 may 2022-ci il tarixli X-935/2022 saylı məktublarla müraciət edərək, mülki işə həmin Ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubları nəzərə alaraq, mülki işə Bakı şəhəri 14 saylı Notariat Ofisinin, Bakı şəhəri 29 saylı Notariat Ofisinin, Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına və toplanmış dəlillərə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair ilk iddiası rədd; Cavabdeh4 Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd Cavabdeh3 Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 38 saylı Notariat Ofisinə (Ağdaş rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Bakı şəhəri 2 saylı dövlət notariat ofisində 27 oktyabr 2004-cü il tarixdə bağlanmış 27 saylı ipoteka müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan Bakı şəhəri S.Vurğun küçəsi ev 22 mənzil 14, 15, 17, 18 və ünvan 14 ünvanda yerləşən mənzilləri müvafiq olaraq 758.000 ABŞ dolları və 302.000 ABŞ dolları qiyməti ilə "xxxx" KB-yə ipoteka qoymuşdur. Mənzillər banka borclu İddiaçı 27 oktyabr 2004-cü il tarixli 27 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi qoyulmuşdur. Notariat işində olan Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 25 noyabr 1998-ci il tarixli MH seriyalı 172785 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri 28 May (keçmiş 28 Aprel) küçəsi 5 saylı evin 63 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 45 saylı reyestr kitabının 9037 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 23 oktyabr 2004-cü il tarixli 897 saylı arayışından görünür ki, X11 nəvələri Səadət, Rəhman və Səidə ilə həmin mənzildə qeydiyyatda olmuşlar. Notariat işində olan Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 16 yanvar 1999-cu il tarixli MH seriyalı 158966 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri S.Vurğun küçəsi 22 saylı evin 14, 15, 17, 18 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə müvafiq reyestr kitablarının müvafiq səhifələrində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 3 saylı MKİS-in 21 oktyabr 2004-cü il tarixli 425 saylı arayışından görünür ki, həmin mənzildə heç kim qeydiyyatda olmamışdır. Notariat işində olan 23 fevral 2004-cü il tarixli ƏN-İ seriyalı 023445 saylı etibarnamədən görünür ki, X11 qeyd olunan səlahiyyətlərin həyata keçirilməsini 3 il müddətinə İddiaçı etibar etmişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı, Cavabdeh7, Cavabdeh4 notariat ofisinə ərizə təqdim edərək, Bakı şəhəri 28 May küçəsi (keçmiş 28 Aprel) 5 saylı evin 63 saylı mənzilinin ipoteka qoyulmasına razılıq vermişlər. 13 avqust 1998-ci il tarixli 2V/İ-143 reyestr saylı vəsiyyətnamədən görünür ki, X11 ünvan 9 evin 53 və 60 saylı mənzillərini İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinin 12 sentyabr 2022-ci il tarixli **********122000 saylı məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən ünvan 15 ünvanda qeydiyyata alınmış təsərrüfat subyektləri (obyektləri) barədə məlumat müəyyən edilməmişdir. 27 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 492313 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 11 sentyabr 2011-ci il tarixdə Ağdaş rayonunda tənəffüs çatmazlığından vəfat etmişdir. Bu barədə Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 sentyabr 2011-ci il tarixdə 159 saylı akt qeydi aparılmışdır. 16 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. 10 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 193354 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 01 aprel 2007-ci il tarixdə Bakı şəhərində çoxsaylı metastazdan vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 may 2007-ci il tarixdə 483 saylı akt qeydi aparılmışdır. 01 iyun 2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnamədən görünür ki, X11 ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. Digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. 22 iyun 1973-cü il tarixdə verilmiş AZ seriyalı 218688 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X20 arasında nikah 22 iyun 1973-cü il tarixdə Ağdam rayon VVAQ şöbəsində 42 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2022-ci il tarixli **********41 saylı məktubundan, o cümlədən 01 may 1998-ci il tarixli 051804 saylı müqavilədən; 04 avqust 1998-ci il tarixli 059189 saylı müqavilədən görünür ki, ünvan 16 saylı evin 53 saylı mənzili 14 saylı DNK-nın xx.xx.1998ci il tarixli 3M-2-207 reyestr saylı alğı-satqı müqaviləsi, ünvan 16 saylı evin 60 sayolı mənzili 29 saylı DNK-nın 3Ma-5/959 reyestr saylı xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsi, Bakı şəhəri 28 Aprel küçəsi 5 saylı evin 63 saylı mənzili isə 29 saylı DNK-nın 2B/1-204 reyestr nömrəli xx.xx.1998-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 2 saylı dövlət notariat ofisində 26 yanvar 2006-cı il tarixdə bağlanmış 3m-1-16 saylı ipoteka müqaviləsinə dəyişikliklərdən görünür ki, Bakı şəhəri 2 saylı dövlət notariat ofisində 28 oktyabr 2004-cü il tarixdə bağlanmış 28 saylı ipoteka müqaviləsinin bəzi bəndlərinə dəyişikliklər edilmişdir. Notariat işində olan 15 saylı MKİS-in 21 dekabr 2005-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu X27 ilə ünvan 9 evin 59 saylı mənzilində qeydiyyatda olmuşlar. Mənzilin sahibi İddiaçı olmuşdur. Notariat işində olan 26 yanvar 2006-cı il tarixli ərizədən görünür ki, İddiaçı 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 5 saylı evin 55 və 59 saylı mənzillərinin ipoteka qoyulmasına və bu barədə 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə razıdır. 26 yanvar 2006-cı il tarixli 01 saylı kredit müqaviləsinin bağlanması və 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə edilmiş dəyişikliklər ilə əlaqədar olaraq, notariat qaydada təsdiq olunmuş öhdəlik götürmüşdür ki, kreditin qaytarılması üçün ipotekaya qoyulmuş Bakı şəhəri 28 May küçəsində yerləşən 5 saylı evin 55 və 59 saylı mənzillərə tutma yönəldikdə və ya ev satıldıqda, həmin evi könüllü tərk edəcək. 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq bir aydan gec olmayaraq evi boşaltmağı və X11 tərəfindən ona köçməyə icazə verilmiş ünvan 9 evin 53 saylı mənzilinə köçməyi öz öhdəsinə götürür. Notariat işində olan 15 saylı MKİS tərəfindən verilmiş 20 dekabr 2005-ci il tarixli arayışdan görünür ki, X9 qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 evin 53 saylı mənzilinin sahibidir, qeydiyyata düşməmişdir, mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan 26 yanvar 2006-cı il tarixli ərizədən görünür ki, X15 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 5 saylı evin 55 və 59 saylı mənzillərinin ipoteka qoyulmasına və bu barədə 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə razıdır. 26 yanvar 2006-cı il tarixli 01 saylı kredit müqaviləsinin bağlanması və 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə edilmiş dəyişikliklər ilə əlaqədar olaraq, notariat qaydada təsdiq olunmuş öhdəlik götürmüşdür ki, kreditin qaytarılması üçün ipotekaya qoyulmuş Bakı şəhəri 28 May küçəsində yerləşən 5 saylı evin 55 və 59 saylı mənzillərə tutma yönəldikdə və ya ev satıldıqda, həmin evi könüllü tərk edəcək. 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq bir aydan gec olmayaraq evi boşaltmağı və X11 tərəfindən ona köçməyə icazə verilmiş ünvan 9 evin 53 saylı mənzilinə köçməyi öz öhdəsinə götürür. Notariat işində olan 26 yanvar 2006-cı il tarixli ərizədən görünür ki, X11 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 5 saylı evin 53 və 60 saylı mənzilini ipoteka qoyulmasına və bu barədə 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə razıdır. 26 yanvar 2006-cı il tarixli 01 saylı kredit müqaviləsinin bağlanması və 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə edilmiş dəyişikliklər ilə əlaqədar olaraq, notariat qaydada təsdiq olunmuş öhdəlik götürür ki, kreditin qaytarılması üçün ipotekaya qoyulmuş Bakı şəhəri 28 May küçəsində yerləşən 5 saylı evin 53 və 60 saylı mənzillərə tutma yönəldikdə və ya ev satıldıqda, həmin evi könüllü tərk edəcək. 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq bir aydan gec olmayaraq evi boşaltmağı və şəxsi mülkiyyətində olan və ünvan 9 evin 53 saylı mənzilinə köçməyi öz öhdəsinə götürür. Notariat işində olan 26 yanvar 2006-cı il tarixli ərizədən görünür ki, Cavabdeh2 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 5 saylı evin 59 saylı mənzilinin ipoteka qoyulmasına və bu barədə 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə razıdır. 26 yanvar 2006-cı il tarixli 01 saylı kredit müqaviləsinin bağlanması və 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə edilmiş dəyişikliklər ilə əlaqədar olaraq, notariat qaydada təsdiq olunmuş öhdəlik götürmüşdür ki, kreditin qaytarılması üçün ipotekaya qoyulmuş Bakı şəhəri 28 May küçəsində yerləşən 5 saylı evin 59 saylı mənzilinə tutma yönəldikdə və ya ev satıldıqda, həmin evi könüllü tərk edəcək. 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq bir aydan gec olmayaraq evi boşaltmağı və X11 tərəfindən ona köçməyə icazə verilmiş ünvan 9 evin 53 saylı mənzilinə köçməyi öz öhdəsinə götürür. Notariat işində olan 15 saylı MKİS-in 21 dekabr 2005-ci il tarixli arayışından görünür ki, Cavabdeh7 qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 evin 54 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatına düşməmişdir. Mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 21 dekabr 2005-ci il tarixli arayışından görünür ki, İddiaçı qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 evin 55 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatına düşməmişdir. Mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 21 dekabr 2005-ci il tarixli arayışından görünür ki, X24 qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 evin 60 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatına düşməmişdir. Mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan 15 mart 1978-ci il tarixdə verilmiş İ-JQ seriyalı 383486 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 16 yanvar 1978-ci il tarixdə Ağdam şəhərində infarktdan vəfat etmişdir. Bu barədə Ağdam rayon VVAQ şöbəsi tərəfindən 21 yanvar 1978-ci il tarixdə 9 saylı akt qeydi aparılmışdır. Notariat işində olan 12 mart 1952-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, o, müxtəlif tarixlərdə müxtəlif kommunal xərclərə görə ödənişlər etmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə X11 arasında bağlanmış 18 avqust 2000-ci il tarixli 1946/4161 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirinin 13 mart 2000-ci il tarixli 26 saylı əmrinə əsasən ünvan 16 ünvanda yerləşən, ümumi sahəsi 500,6 m2 təşkil edən Nəsimi rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini təsərrüfat anbarı məqsədi ilə icarəçi X5 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri 2 saylı dövlət notariat ofisində 28 oktyabr 2004-cü il tarixdə bağlanmış 28 saylı ipoteka müqaviləsindən görünür ki, X21 mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 111 saylı evin 88 saylı mənzilini, X11 mülkiyyətində olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 53, 60 saylı mənzillərini, İddiaçı mülkiyyətində olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 55, 59 saylı mənzillərini, Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 54 saylı mənzilini "xxxx" KB-yə ipoteka qoymuşdur. Mənzillər banka borclu X10 27 oktyabr 2004-cü il tarixli 28 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi qoyulmuşdur. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 05 dekabr 1999-cu il tarixli MH seriyalı 069393 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nizami küçəsi 111 saylı evin 88 saylı mənzili xüsusi mülkiyyət kimi X10 adına qeydiyyatdan keçirilmişdir və bu barədə müvafiq reyestr kitabının müvafiq səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 115 saylı MKİS-in sentyabr 2004-cü il tarixli 781 saylı 2 nömrəli forma üzrə arayışından görünür ki, Bakı şəhəri Nizami küçəsi 111 saylı evin 88 saylı mənzilinin sahibi X13r və mənzildə yalnız özü qeydiyyatdadır. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 13 avqust 1998-ci il tarixli MH seriyalı 167310 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 evin 53 saylı mənzili xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçirilmişdir və bu barədə 583 saylı reyestr kitabının 87472 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 25 iyun 2003-cü il tarixli arayışından görünür ki, X11 ünvan 9 evin 53 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatında yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 894 saylı arayışından görünür ki, X11 ünvan 9 evin 53 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatı yoxdur. Həmin mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 13 avqust 1998-ci il tarixli MH seriyalı 167311 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 evin 60 saylı mənzili xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçirilmişdir və bu barədə 963 saylı reyestr kitabının 144638 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 25 iyun 2003-cü il tarixli 279 saylı arayışından görünür ki, X11 ünvan 9 evin 60 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatında yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 893 saylı arayışından görünür ki, X11 ünvan 9 evin 60 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatı yoxdur. Həmin mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 23 aprel 1998-ci il tarixli MH seriyalı 141675 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 evin 55 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir və bu barədə 825 saylı reyestr kitabının 123927 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 26 iyun 2003-cü il tarixli 281 saylı arayışından görünür ki, İddiaçı ünvan 9 evin 55 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatında yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 895 saylı arayışından görünür ki, İddiaçı ünvan 9 evin 55 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatı yoxdur. Həmin mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 03 yanvar 1997-ci il tarixli MH seriyalı 043817 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 evin 59 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir və bu barədə 491 saylı reyestr kitabının 71333 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 06 mart 2004-cü il tarixli 282 saylı arayışından görünür ki, İddiaçı ünvan 9 evin 59 saylı mənzilinin sahibidir. O, oğlu Cavabdeh2lə həmin mənzildə qeydiyyatda olmuşdur. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə 92 saylı arayışından görünür ki, İddiaçı ünvan 9 evin 59 saylı mənzilinin sahibidir. O, oğlu Cavabdeh2lə həmin mənzildə qeydiyyatda olmuşdur. Notariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 13 avqust 1998-ci il tarixli MH seriyalı 167309 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 evin 54 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh7 adına qeydiyyatdan keçirilmişdir və bu barədə 778 saylı reyestr kitabının 116886 saylı səhifəsində qeydiyyat aparılmışdır. Notariat işində olan 1 saylı forma üzrə arayışdan görünür ki, həmin mənzil banka ipoteka qoyulan anadək yüklü olmamışdır. Notariat işində olan 15 saylı MKİS-in 280 saylı arayışından görünür ki, Cavabdeh7 ünvan 9 evin 54 saylı mənzilinin sahibidir. Pasport qeydiyyatı yoxdur. Notariat işində olan 15 saylı MKİS-in 2 saylı forma üzrə arayışdan görünür ki, Cavabdeh7 ünvan 9 evin 54 saylı mənzilinin sahibidir. Həmin mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X21 ona məxsus olan Bakı şəhəri Nizami küçəsi 111 saylı evin 88 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X25 yoldaşı H.Əfəndiyevə məxsus olan Bakı şəhəri Nizami küçəsi 111 saylı evin 88 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X5 ona məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 53 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X5 ona məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 60 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 55 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 59 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X15 yoldaşı İddiaçı məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 55 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, X15 yoldaşı İddiaçı məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 59 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 atası İddiaçı məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 59 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. Notariat işində olan 27 oktyabr 2004-cü il tarixli ərizədən görünür ki, Cavabdeh7 özünə məxsus olan Bakı şəhəri 28 May (28 Aprel) küçəsi 5 saylı evin 54 saylı mənzilinin "xxxx" KB-dən götürülən kreditə görə ipoteka qoyulmasına razılıq vermişdir. 16 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh4 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 540 manat dövlət rüsumu, 81 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. 13 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Ağdaş rayon Dövlət Notariat Ofisində təsdiq edilmiş 2v-01-93 saylı vəsiyyətnamədən görünür ki, X11 ölən günədək ona məxsus olan ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 18 iyun 2022-ci il tarixli məktubundan görünür ki, X11 tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində 01 iyun 2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə qoyduğu vəsiyyətnaməni Ağdaş rayon dövlət notariat ofisində 19 oktyabr 2007-ci il tarixdə 2V-01-93 reyestr nömrəsi ilə qoyduğu yeni vəsiyyətnamə əsasında dəyişdirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-130/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC) cavabdehlər İddiaçı, X8 və Cavabdeh7 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, xx.xx.2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsinə görə 925089,37 ABŞ dolları əsas borc və 23127,23 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 948216,63 ABŞ dolları məbləğində borc və xx.xx.2006-cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 204317,97 ABŞ dolları məbləğində əsas borc, 808,57 ABŞ dolları faiz borcu, cəmi 205126,54 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 1153343,14 ABŞ dolları məbləğində borc cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 5 ünvanda yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə yönəldilməsi, həmin ipoteka predmeti olan mənzillərin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilməsi, qalan hissədə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi qısmən təmin edilmiş, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh "xxxx" ASC-dən 1075486,59 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə X5 vərəsələri Cavabdeh7, Cavabdeh3, X16 cavabdeh "xxxx" ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmiş, iş üzrə məhkəmə xərci olan ekspertizalar tədqiqatının dəyəri 400 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən və İddiaçı müştərək qaydada tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2022-ci il tarixli 2(103)- 174/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC-nin ("xxxx" ASC), ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi qismən (yoxlanılan ilk və qarşılıqlı iddianın təmin edilən hissəsində) ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC) cavabdehlər İddiaçı, X8 və Cavabdeh7 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ilk iddia tələbi və İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiaları rədd edilmiş, qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri 38 saylı notariat kontoruna təqdim etdiyi ərizədən görünür ki, o, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 ona çatası bütün miras əmlakı (irsi transmisiya yolu ilə vəfat etmiş həyat yoldaşı X15) qəbul etməmişdir. Miras əmlakın Cavabdeh3 adına keçməsinə etiraz etmir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlar qarşısında heç bir iddiası və tələbi olmayacaqdır. Bununla əlaqədar hər hansı mübahisə olarsa məsuliyyəti öz üzərinə götürür. İddiaçı Ağdaş rayon notariat kontoruna təqdim etdiyi 30 noyabr 2011-ci il tarixli ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə X11 vəfat etmişdir. Vəfat edəndən sonra N.Əliyevadan ünvan 11 ünvanda yerləşən yaşayış evi qalmışdır. Həmin mirasdan ona düşən paydan Cavabdeh5 xeyrinə imtina edir və gələcəkdə bu barədə məhkəməyə iddia ilə müraciət etməyəcək. Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən verilmiş 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 sentyabr 2011-ci il tarixdə vəfat etmiş X5 vərəsələri bunlardır: ünvan 19 ünvanda qeydiyyatda olan Cavabdeh3 1/4 hissəsini, ünvan 19 ünvanda qeydiyyatda olan Cavabdeh7 1/4 hissəsini, ünvan 20 ünvanda qeydiyyatda olan Cavabdeh2 1/4 hissəsini, ünvan 19 ünvanda qeydiyyatda olan Cavabdeh4 1/4 hissəsini alır. Şəhadətnamə verilən miras əmlak ünvan 21 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı yaşayış sahəsi 147,68 m2, köməkçi sahəsi 187,25 m2 ümumi sahəsi 334,93 m2 olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh3 Ağdaş rayon notariat kontoruna təqdim etdiyi 30 noyabr 2011-ci il tarixli ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə X11 vəfat etmişdir. Vəfat edəndən sonra N.Əliyevadan ünvan 11 ünvanda yerləşən yaşayış evi qalmışdır. Həmin mirasdan ona düşən paydan Cavabdeh5 xeyrinə imtina edir və gələcəkdə bu barədə məhkəməyə iddia ilə müraciət etməyəcək. İddiaçı Bakı şəhəri 38 saylı Notariat Koqtoruna təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 ona çatası bütün miras əmlakı (irsi transmisiya yolu ilə vəfat etmiş həyat yoldaşı X15) qəbul etməmişdir. Miras əmlakın Cavabdeh3 adına keçməsinə etiraz etmir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə buunla bağlı məhkəmə və digər orqanlar qarşısında heç bir iddiası və tələbi olmayacaq. Bununla əlaqədar hər hansı mübahisə olarsa məsuliyyəti öz üzərinə götürür. 27 noyabr 2021-ci il tarixdə bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqaviləsindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsindəki 5 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil üzərində mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan şəxslərin dairəsinə əsasən 1/4 hissəsini və birgə istifadədə olan sahəni "xxxx" MMC-nin direktoru X14 icarəyə vermişdir. 01 iyun 2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndi dəyişdirilmişdir. 16 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 9 saylı evin 59 saylı mənzilini X17 icarəyə vermişlər. Cavabdeh5 Bakı şəhəri 38 saylı notariat kontoruna təqdim etdiyi 15 yanvar 2013-cü il tarixli ərizədən görünür ki, o, anası X8 məxsus bütün mirasdan imtina etdiyini bildirmişdir. 27 noyabr 2021-ci il tarixdə bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqaviləsindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsindəki 5 nömrəli evin 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin 395 m2 hissəsini mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən 1/4 hissəsini "xxxx" MMC-nin direktoru X14 icarəyə vermişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi rədd edilməli; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pul və mənzilin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı (Ağdaş rayonu Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras əmlaka vərəsəlik hüququnun tanınması » tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarina əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Məhkəmə ilk öncə ilk iddiaya və Cavabdeh4 qarşılıqlı iddiasına hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair ilk iddiasında; Cavabdeh4 isə Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasında istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə ilk iddiaya münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı öz tələbində qeyd edilən əmlaklara dair bağlanmış alğı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, hər hansı əqd yalan əqd vasitəsilə pərdələnmiş ola bilər. İddiaçı isə qeyd etdiyi əmlaklara dair başqa bir alğı-satqı müqaviləsi bağladığını, yəni əmlakların satıcısının iddiaçının alıcı olması ilə bağlı iradə ifadəsi ilə çıxış etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı öz iddiasında X11 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Göstərilən maddələrin məzmunundan aydın olduğu kimi əqdlərin etibarsızlığının ümumi qaydaları vəsiyyətnaməyə də aid edilir. Mülki Məcəlləyə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfindən bu halların heç biri sübut edilməmişdir. Həmçinin, vəsiyyətnamə üçün qnaunvericilikdə müəyyən forma tələbləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, miras qoyan X11 tərəfindən tərtib edilmiş vəsiyyətamələr qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğundur. İddiaçı Cavabdeh4 isə Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, ünvan 16-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Yuxarıda qeyd edildiyi kimi, ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən öz iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, ilk iddia üzrə İddiaçı ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddiası təmin edilə bilməzlər. Həmçinin, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 oğl, iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş qarşılıqlı iddianın digər əsaslarla yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh4 isə Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edildiyindən eyni zamanda iddia müddətinin tətbiqi məsələsinə münasibət bildirilməsinə zərurət aradan qalxmışdır. Lakin bununla belə, Cavabdeh3 tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə kifayət qədər sübutlarla əsaslandırılmadığından təmin edilməməlidir. Məhkəmə Cavabdeh3 Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 38 saylı Notariat Ofisinə (Ağdaş rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Mülki Məcəllənin 1222-ci maddəsinə əsasən əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Mülki Məcəllənin 1223.1-ci maddəsinə əsasən əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Mülki Məcəllənin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Belə ki, X11 tərəfindən 1) xx.xx.1998-ci il, 2) xx.xx.2007-ci il və 3) xx.xx.2007-ci il tarixli vəsiyyətnamələr tərtib edilmişdir. 13 avqust 1998-ci il tarixli 2V/İ-143 reyestr saylı vəsiyyətnaməyə əsasən X11 ünvan 9 evin 53 və 60 saylı mənzillərini İddiaçı vəsiyyət etmişdir. 01 iyun 2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnaməyə əsasən X11 ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. Digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 18 iyun 2022-ci il tarixli məktubuna əsasən X11 tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində 01 iyun 2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə qoyduğu vəsiyyətnaməni Ağdaş rayon dövlət notariat ofisində 19 oktyabr 2007-ci il tarixdə 2V-01-93 reyestr nömrəsi ilə qoyduğu yeni vəsiyyətnamə əsasında dəyişdirmiş və 19 oktyabr 2007ci il tarixli həmin vəsiyyətnamədə iradə ifadəsi bundan ibarət olmuşdur ki, ölən günədək mənə məxsus olan ünvan 11-də yerləşən fərdi yaşayış evimi, həyətyanı torpaq sahəsini və bütün əmlakımı Ağdaş şəhəri 20 Yanvar küçəsi 1/3-də yaşayan qızım Cavabdeh5 vəsiyyət edirəm. Yuxarıda sadalanan maddi hüquq normalarından göründüyü əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. X11 ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh3 vəsiyyət etdiyi 01 iyun 2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnamə, onun İddiaçı münasibətdə etdiyi vəsiyyətini tam əhatə etdiyi üçün sonuncu qüvvədən düşmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamə Cavabdeh3 münasibətdə verilmiş vəsiyyətnaməni tamamladığından və onların etibarsızlığı ilə bağlı hər hansı məhkəmə qərarı olmadığından hər iki vəsiyyətnamə qüvvədədir. Nəzərə alınmalıdır ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamədə “ünvan 11də yerləşən” ifadəsi ilə əmlaka münasibətdə dəqiqləşdirmə aparılmış, eyni zamanda Cavabdeh3 münasibətdə olan vəsiyyətnamədən fərqli olaraq digər vərəsələri vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iradə ifadəsi vəsiyyətnaməyə daxil edilməmişdir. Bu səbəbdən də 19 oktyabr 2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Cavabdeh5 vəsiyyət edilmiş ünvan 11-də yerləşən fərdi yaşayış evi istisna olmaqla digər bütün əmlak 01 iyun 2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnaməyə əsasən Cavabdeh3 vəsiyyət edilmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki qanunvericiliyə nəzər yetirdikdə bəzi əqdlər vardır ki, onların etibarsız hesab olunması yalnız məhkəmə qərarı ilə mümkündür. Yəni qanunvericiliyə nə qədər zidd olursa olsun bu əqdlər baxımından hüquqi nəticələr yalnız məhkəmənin qərarı əsasında əmələ gələ bilər. Vəsiyyətnamənin etibarsızlığı ilə bağlı nəticələrin əmələ gəlməsi üçün məhz məhkəmənin qərarına ehtiyac vardır. Məhkəmənin etibarsızlığa dair qərarı qanuni qüvvəyə mindikdən sonra etibarsızlığın nəticələri geriyə əqd bağlandığı andan etibarən yaranır (MM 337.4). Məhkəmənin etibarsızlıqla bağlı belə bir qərarı olmadıqca əqd (vəsiyyətnamə) hüquqi müstəvidə etibarlı bir əqd kimi öz təsirini göstərməkdə davam edir. Hazırki iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamələr də məhkəmə qərarı ilə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı (Ağdaş rayonu Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras əmlaka vərəsəlik hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Bundan başqa, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsini və ilk iddianın, digər cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın əsassız olması ilə yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi rədd edilməli; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pul və mənzilin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı (Ağdaş rayonu Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras əmlaka vərəsəlik hüququnun tanınması » tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriyalı MH № 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 172785); ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqların tanınmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarşı «pul və mənzilin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı (Ağdaş rayonu Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras əmlaka vərəsəlik hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriyalı MH № 16731); ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilə (qeydiyyat vəsiqəsi seriya MH № 172785); ünvan 12ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqların tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2327/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2327/2022
03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver