Məhkəmə qərarları › İş №e-2(006)-233/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-233/2024

16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-233/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulmasının qarşısının alınması tələbinə dair ilk, Cavabdeh MMCnin İddiaçı1, X1 və X2 qarşı yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulmasının qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC İddiaçı1, X1 və X2 qarşı yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Orxan Berdiyev ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə ilk və qarşılıqlı iddia ərizələri və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.0.1, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulmasının qarşısının alınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Cavabdeh MMC-nin İddiaçı1, X1 və X2 qarşı yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar