Məhkəmə qərarları › İş №e-2(006)-237/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-237/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-237/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs - X3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) - Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili - Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və s.» tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 147.000 manat pulun, qiymətləndirmə üçün ödənilən 300 manat rüsumun, məhkəmə üçün ödənilən 439 manat dövlət rüsumunun, vəkil üçün ödənilən 500 manat dövlət rüsumunun, cəmi 148.239 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini aylıq 550 manat icarə haqqı ödənilməklə daha 1(bir) il müddətinə qüvvədə olunması hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 147.000 manat pulun, qiymətləndirmə üçün ödənilən 300 manat rüsumun, məhkəmə üçün ödənilən 439 manat dövlət rüsumunun, vəkil üçün ödənilən 500 manat dövlət rüsumunun, cəmi 148.239 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış müqavilə əsasında cavabdehlərin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini xx.xx.2020-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair icarə müqaviləsi bağlanmışdır. 01 oktyabr 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir edilmişdir. Əsaslı təmir işləri 01 oktyabr 2017-ci il tarixdə başlamış, 01 yanvar 2018-ci il tarixə qədər davam etmişdir. Əsaslı təmir briqada tərəfindən həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən “41 Karaoke” kluba aid biznesin möhkəmləndirilməsi üçün Yelobankla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə 1314,57 manat aylıq ödəməklə 20.000 manat, Accessbankla İddiaçı arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1042 manat ödəməklə 20.000 manat və Accessbankla İddiaçı arasında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1032 manat ödəməklə 20.000 manat pul vəsaiti İddiaçı verilmişdir. Hal-hazırda aylıq kredit ödənişləri “41 Karaoke Klub” işlədiyi üçün vaxtında ödənilir. Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-İ№1049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı-satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlir. Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-İ№1049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki, İddiaçı sözügedən obyektin təmirinə 300.000 manat (hal-hazırda olan bazar qiyməti 147.000) pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunan 27 may 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən əşyaların və təmirin likvid dəyəri 147.000 manat təşkil edir. Odur ki, “41 Karaoke” kluba çəkilən 147.000 manat təmir xərclini cavabdehlərdən müştərək qaydada tələb edir. Cavabdehlər məhkəməyə iddiaçının iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 74 kv.m olan 5 otaqlı mənzil, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olmuş və Bakı şəhəri 1 saylı notariat kontorunda bağlanmış 20 iyul 2018-ci il tarixli İcarə müqaviləsi (qeydiyyat Jfe 3M-193) əsasında “İcarəyə verən” Cavabdeh3 tərəfindən “İcarəçi” İddiaçı icarəyə verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Tərəflər həmin müqavilənin icarə müddətinin bitməsinə 1 (bir) ay qalmış onun pozulması barədə heç bir təklif irəli sürməmiş və müqavilənin şərtinə görə icarə müddəti avtomatik olaraq daha 1 (bir) il müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi uzadılmışdır. Yəni, müqavilənin şərtinə görə həmin İcarə müqaviləsi üzrə icarə müddəti 20 avqust 2021-ci il tarixdə bitmişdir. İcarə müqaviləsinin 9cu bəndinə görə də “İcarəçi" - yəni İddiaçı tərəfindən “İcarəyə verən” - yəni Cavabdeh3 razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Tərəflər arasında bağlanmış həmin 20 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin müddəti 20 avqust 2021-ci il tarixdə bitməsinə baxmayaraq, “İcarəçi” İddiaçı tərəfindən, icarəyə götürülmüş ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 74 kv.m olan 5 otaqlı mənzil, “İcarəyə verən”ə - yəni onun mülkiyyəçisi Cavabdeh3 qaytarılmamışdır. Sonra da ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 74 kv.m olan həmin 5 otaqlı mənzil bağışlama müqaviləsi əsasında Cavabdeh3 həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə keçmiş və Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 10 may 2022-ci il tarixli Alqı-satqı müqaviləsi (qeydiyyat nömrəsi 4Ə-861) əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satılaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - xx.xx.2022 olan Çıxarışla (daşınmaz əmlakın reyestr nömrəsi **********95-05101-093003) xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilir ki, "...01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94,2 kv/m, 5 otaq olan ərazini xx.xx.2020-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair İcarə müqaviləsi bağlanmışdır. 01 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv/m, yaşayış sahəsi əsaslı təmir edilmişdir. Əsaslı ləmin işləri 01 oktyabr 2017-ci il tarixdə başlamış, 01 yanvar 2018-ci il tarixə qədər davam etmişdir...”. İddia ərizəsinin məzmunundan göründüyü kimi ərizədə göstərilən həmin hallar ziddiyyətli olmaqla biri- birini təkzib edir. Belə ki, ərizədə, mübahisə predmeti olan mənzilin iddiaçının icarəsinə verilməsinə dair müqavilənin 22 iyul 2018-ci il tarixdə bağlanması göstərildiyi halda, iddiaçı müqavilə bağlanmazdan təxminən 10 ay qabaq, yəni 01 oktyabr 2017-ci il tarixdə həmin mənzildə əsaslı təmir işləri aparmağa başladığını iddia edir. Halbuki, həmin dövrdə mənzilin mülkiyyətçisi Cavabdeh3 İddiaçı ilə tanışlığı belə olmamış və İddiaçı, Cavabdeh3la 2018-ci ildə qeyd olunan mənzili icarəyə götürdüyü iyul ayından bir müddət qabaq, məhz həmin mənzili icarəyə götürmək istəməsi ilə əlaqədar tanış olmuş, ona görə də 2017-ci ilin oktyabr-dekabr aylarında qeyd olunan mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması sadəcə mümkün deyildi. İddia ərizəsində daha sonra göstərilir ki. “...ünvan 5 ünvanında yerləşən “41 Karaoke ” kluba aid biznesin möhkəmləndirilməsi üçün Yelobankla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə 1314,57 manat aylıq ödəməklə 20.000 manat, X1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1042 manat aylıq ödəməklə 20.000 manat və Accessbankla İddiaçı arasında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1032 manat aylıq ödəməklə 20.000 manat pul vəsaiti İddiaçı verilmişdir. Hal-hazırda aylıq kredit ödənişləri 41 Karaoke Klub işlədiyi üçün vaxtında ödənilir...” İddia ərizəsində, İddiaçı tərəfindən müxtəlif banklardan kredit götürülməsi barədə deyilənlərin isə hazırkı mülki işi üzrə mübahisənin predmetinə, eləcə də cavabdehlərə heç aidiyyəti yoxdur və bu İddiaçı şəxsi işidir. Bundan başqa qeyd olunan mənzilin İddiaçı icarəyə verilməsinə dair müqavilənin müddətinin bitməsindən sonra İddiaçı tərəfindən qeyd olunan banklardan kredit götürülməsi üçün ona heç bir aidiyəti olmayan ünvan 5 ünvanında yerləşən mənzilin “41 Karaoke** klubu adı ilə adlandırılıb biznesin möhkəmləndirilməsi üçün qeyd edilməsi əsassız və qanuna ziddir. İddia ərizəsində sonra da göstərilir ki, “...Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-1X91049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı- satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlir. Əlavə olaraq qeyd edim ki. Cavabdeh2 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev-41 b yerləşən, ümumi sahəsi 120,6 k\>/m olan mənzili 10 may 2022-ci il tarixli AN-LNe1049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki, İddiaçı sözügedən obyektin təmirinə 300.000 manat (hal-hazırda bazar qiyməti 147.000) pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir...”. Cavabdeh2 tərəfindən xüsusi mülkiyyətində olan mənzillərin Cavabdeh1, eləcə də hər hansı başqa bir şəxsə nə vaxt, hansı qiymətə satılmasının hazırkı mülki iş üzrə İddiaçı, həmçinin hazırkı işə heç bir aidiyyəti yoxdur və xüsusi mülkiyyətində olan əmlaklar barəsində sərəncam vermək, onları özgəninkiləşdirmək Cavabdeh2 mülkiyyətçi kimi müstəsna hüququdur. İddia ərizəsində “...istər alqı-satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmələri, alqı-satqı müqaviləsinin mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlməsi...“...Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alması, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamaması...” və “...Cavabdeh3 və onun yaxın qohumlarının adma olan islər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsinin formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi..." barədə qeyd olunanlar İddiaçı fərziyyələridir və onların hazırkı mülki işə heç bir aidiyyəti yoxdur. Eləcə də Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gli oğlu daşınmaz əmlaka dair alqı-satqı müqavilələri bağlamaqda sərbəstdirlər, həmin vaxt alqı-satqı müqaviləsinin predmeti olan əmlakların rəsmi qaydada yüklü olub-olmadığını yoxlamaq notariat orqanının borcudur və belə bir yüklülük olmuşdursa bu hal daşınmaz əmlakın dövlət reyestrində mütləq qeydə alınardı, əks halda da alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. İddia ərizəsində daha sonra da göstərilir ki, “...Legal Prime MMC tərəfindən bizə təqdim olunan 27 may 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən əşyaların və təmirin likvid dəyəri 147.000 (bir yüz qırx yeddi min) manat təşkil edir. Mütəxəssis rəyini ərazəmə əlavə edirəm. Odur ki, "41 Karaoke " kluba çəkilən 147.000 manat təmir xərclərini cavabdehlərdən müştərək qaydada tələb edirəm...” İddia ərizəsində istinad olunan Legal Prime MMC tərəfindən verilmiş 27 may 2022-ci il tarixli mütəxəssis rəyinin surəti təqdim olunmadığına görə həmin rəyin detalları barədə fikir bildirə bilmir. Lakin bununla bərabər hesab edir ki, qeyd olunan mənzil İddiaçı tərəfindən icarəyə götürüldükdən, yəni 22 iyul 2018-ci il tarixdən sonra və ümumiyyətlə orada əsaslı təmir işləri aparıla bilməzdi. Belə ki, mənzilin icarəyə verilməsinə dair Müqavilənin 9-cu bəndi, “İcarəçi" - yəni İddiaçı tərəfindən “İcarəyə verən" - yəni Cavabdeh3 razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasını istisna edir və “icarəyə verən "-yəni Cavabdeh3 tərəfindən də belə bir razılıq verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 350.000 manat pulun, əldən çıxmış fayda olaraq 30.000 manat pul məbləğinin, vurulmuş ziyana görə 50.000 manat, maddi və mənəvi ziyana görə 150.000 manat, cəmi 570.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 2 ünvanında yeleşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini xx.xx.2020-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı ilə sözügedən mənzildə əsaslı təmir işlərinə başlamamışdan qabaq X6 və Cavabdeh3 ilə şifahi razılığa gələrək sözügedən mənzilə dair təmir xərcləri və digər avadanlıqların alınmasına dair ödənişlər X6 tərəfindən həyata keçiriləcək, sonradan mənzil iaşə obyekti kimi işlədilərək X6 tərəfindən təmir və digər avadanlıqlar üçün ödənilən ödənişlər geri qaytarılacaq. İddiaçı həmin mənzil fəaliyyətini dayandırana qədər (faktiki olaraq iaşə obyekti) administrator vəzifəsini icra edirdi. X3 həmin mənzilə (faktiki iaşə obyektinə) çəkdiyi ümumi xərc 350.000 manatdır. Hal-hazırda cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində X6 iaşə obyektini işlədə bilmir, X4 xeyli miqdarda ziyan dəymişdir. X6 Cavabdeh3 və İddiaçı ilə razılıqları 2017-ci il tarixdə əldə edilmişdir. Hətta sübut olaraq 2017-ci il tarixdə sözügedən iaşə obyektində olarkən çəkdirdikləri fotoşəkili də məhkəməyə təqdim etmişdir. Cavabdeh2 10 may 2022-ci il larixdə ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN- İNö1049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı-satqı müqaviləsindən qabaq istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlir. Cavabdeh2 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev.41b ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-İ 049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə, istərsə də şəriki olan X6 ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki, sözügedən obyektin təmirinə 350.000 manat pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Odur ki, “41 Karaoke" kluba çəkilən 350.000 manat təmir xərci və digər xərcləri cavabdehlərdən müştərək qaydada tələb edir. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X6 ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddiaçının iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, ilk və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddiaçının iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, ilk və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, 1994-cü il tarixdə həmin obyekt mənzil idi. Birinci mərtəbə olduğu üçün oranı obyekt qismində istifadə etdi. Həmin obyekti türklərə icarəyə verdi. Həmin mübahisəli hissə 74 kv-dir. 2018-ci il tarixdə qeyd edilən obyekti İddiaçı icarəyə verdi. 2018-ci il tarixdən əvvəl oranın icarəçisi Gəncəli Məmmədov idi. Gəncəli Məmmədovdan qabaq da oranı türk işlədirdi. 1994-cü il tarixdən obyekt karaoke-pub kimi istifadə edilir. Qeyd edilən obyekti Gəncəli Məmmədov təxminən 7-8 il işlətdi. İddiaçı icarəyə götürməklə bağlı özü ona müraciət etdi və oranı iddiaçıya icarəyə verdi. Əvvəllər iddiaçını tanımamışdır. Broker vasitəsilə iddiaçını tanıdı və may ayında iddiaçı müraciət etdi. 20 iyul tarixdə 1 saylı Notariat ofisində icarə müqaviləsi bağlamışlar. Orada iddiaçı tərəfindən təmir-tikinti işləri aparılmamışdır, ola bilsin ki, onu məlumatı olmadan iddiaçı orada kosmetik işlər aparmışdır. Obyektin üz hissəsinə Gəncəli Məmmədov aqlay vurdurub. 5 il müddətdir ki, Qırğızıstanda işləyir. İddiaçı ödənişləri ya kart vasitəsilə edirdi, ya da qohumları gedib götürürdü. Orada hər kəs iddiaçının problemli insan olduğunu deyirdilər. İddiaçı ilə aralarında hər hansı mübahisə olmamışdır. İddiaçı ilə 2 il üçün müqavilə bağlamışdı, daha sonra 1 il də uzatmışlar. Daha sonra yenidən müqavilə bağlamaq istəyəndə, obyekti satacağını bildirmişdir. İddiaçı bundan sonra həmin obyekti ona satmasını istədi. Cavabdeh1 broker vasitəsilə tanımışdır. Mənzilin zirzəmisi arvadının, yuxarı hissəsi isə onun mülkiyyətində idi. Daşınmaz əmlakı satmaq üçün bir şəxsin mülkiyyətinə keçirmişlər. Həmin daşınmaz əmlakı satanda on dörd min manat vergi ödəmişdir. İddiaçı onu müqavilə bağlamağa məcbur edirdi. 2022-ci ilin mart aprel və may ayları, formula yarışları zamanı və pandemiya dövründə iddiaçıdan ödəniş almırdı və tələb etmirdi. Həmin daşınmaz əmlakın iddiaçı özünün vasitəsilə satılmasını istəyirdi. Daha sonra iddiaçı onunla görüşən zaman ona kömək etməyi üçün ondan müəyyən məbləğdə pul istədi, ona beş min manat məbləğində pul verə biləcəyini bildirdi. Lakin o, on min manat istədi. Cavabdeh1la alğı-satqı edən zaman Cavabdeh1 iddiaçı ilə müqavilə bağlamasını xahiş etdi. Lakin o, iddiaçı ilə müqavilə bağlamaq istəmədi. Daha sonra iddiaçı reklamları götürmək və pandemiya vaxtı işləmədiyini bildirərək ona pul verməyini tələb etdi və iyirmi min manatla bağlı razılığa gəlmişlər. Alğı-satqı olduqdan 3 gün sonra iddiaçıya on min manat pul vermişdir. Daha sonra isə dörd min manat vermişdir. İddiaçı obyektin açarını ona vermədi və qalan altı min manatı ona qaytardıqdan sonra açarı ona verəcəyini bildirdi. 20 may tarixində qapını açmaq istəyəndə iddiaçı ona icazə verməmiş və onu polisə şikayət etmişdir. İddiaçı obyekti təmir etdirməyib. İddiaçının sadəcə orada bir kondisoneri var. Üç kondisoner onundur. İddiaçı oraya bir səsgücləndiricilər gətirdi və orada kosmetik işlər gördü. Alıcı bir ildir ki, həmin obyektə daxil ola bilmir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, iddiaçı dostudur və 8 ildir ki, tanıyır. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevi 8 ildir tanıyır. Cavabdehlərdən Cavabdeh3 qeyd edilən obyektin mülkiyyətçisi kimi tanıyırdı. Qeyd edilən mübahisəli obyekt pandemiyadan əvvəl, yəni 2018-ci ildən əvvəl “PUB” kimi fəaliyyət göstərirdi və oranı iddiaçıdan əvvəl “Gəncəli” deyilən başqa adam işlədirdi. İddiaçı oranı təxminən 5 ildən çox müddətdə işlədirdi. İddiaçı orada demontaj işləri aparmışdır, lakin tarixi dəqiq yaxdında deyil. İddiaçı ilə Cavabdeh3 arasında olan ödənişlərdə dəfələrlə iştirak etmişdir. Ödənişlər Cavabdeh3 və ya onun sürücüsünə edilirdi. Ödənişlər üç min manat, beş min manat və digər məbləğlərdə olub. Lakin aylıq ödənişin miqdarını dəqiq bilmir. Pandemiya vaxtı iddiaçı təxminən məndən üç min – üç min beş yüz manat borc pul aldı və iştirakı ilə həmin pulu Cavabdeh3 verdi. Karantin vaxtının müəyyən vaxtları ödənişlər olurdu. Qeyd edilən obyektdə demontaj işləri aparılarkən obyektə iddiaçı dostu olduğuna görə gedib-gəlmişdir. Obyekt hazırda fəaliyyət göstərir. Karantin vaxtı obyekt fəaliyyət göstərmirdi. Obyekt 2022-ci il tarixdə həm karantinə, həm də tərəflər arasında mübahisə olduğuna görə fəaliyyət göstərmirdi. Karantin ərəfəsində Cavabdeh3 obyektin işıqlarını kəsmişdi. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirdi ki, iddiaçını müştəri kimi iş əsnasında tanımışdır. Tikinti işi ilə məşğuldur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiaçının yanında görmüşdür. Qeyd edilən qeyri-yaşayış sahəsi təmirsiz idi və oranı təmin etdirmək üçün iddiaçı onunla razılaşdı və ödəniş əsasında həmin yeri təmir etdi. Təmir işləri təxminən 2017-ci ilin yay aylarında idi. Birinci söküntü işi aparmış, daha sonra təmir etmişdir. Söküntü-təmir işləri təxminən 5-6 ay davam etdi. Cavabdeh3 tanımırdı, daha sonra onun adını eşitmişdir. İddiaçı ödənişləri ona nağd, lakin bəzi ustalara kart vasitəsilə edirdi. Bəzi materialları şəxsən alırdm, bəzilərini isə iddiaçı alırdı. Tikintiyə heç kim müdaxilə etmirdi. Təmirlə bağlı sifarişi iddiaçı verib. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirdi ki, iddiaçı ilə münasibəti yoxdur. Elektrik işi ilə məşğuldur. İddiaçının obyektində işləmişdir. İddiaçı ona beş min manat pul ödəyib. Cavabdeh3 tanımır. Ödənişi nağd formada almışdır. Təmir işləri bitdikdən sonra ora qonaq kimi getmişdir. Təxminən 2017-ci ilin ortaları təmir işləri həyata keçirilib. Elektrik işi üzrə təmir işləri 2 ay müddət oldu. İşləri qurtardıqdan sonra da digər təmir işləri davam edirdi. Oraya nə qədər pul xərcləndiyi barədə məlumatı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İV-ЖГ seriyalı 406336 saylı Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə X11 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış və nikahdan sora arvada “Həsənova” soyadı verilmişdir. xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla iddiaçıya icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 9-ci bəndinə əsasən “İcarəçi”lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan əşyaların hazırki bazar qiyməti 147000 manat təşkil edir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspoertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri- yaşayış sahəsi kimi istifadə olunur) baxış zamanı əsaslı təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin ünvanda yerləşən mənzildə aparılmış təmir-tikinti işlərinin 01 oktyabr 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək dövrlər ərzində aparılıb-aparılmaması müəyyən etmək mümküolmadı. Eyni zamanda iş materiallarında olan “Look" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) aparılmış təmir-tikinti işlərinin dəyəri 30900,0 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların “Look" MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116035,0 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə tərəfindən sübutun yerində müayinəsi ilə bağlı mübahisə predmeti olan obyektə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin (bundan sonra Q/Y S) 75C ünvanında yerləşməsi, Q/Y S-nin çöl hissəsində pəncərələrin olması, Q/Y S-nin giriş hissəsinin çöldə metaldan olan iki ədəd şir heykəlinin olması, Q/Y S-nin giriş hissəsində çöl tərəfdən solda kondisonerin olması, Q/Y S-nin üzərində 41 Karaoke yazısının olması, Q/Y S-nin birinci mərtəbəsinin giriş hissəsinin çöl tərəfindən zirzəmiyə pilləkənlər vasitəsilə girişin olması, Q/Y S-nə daxil olarkən kvadrat formasında dəhlizin olması, Dəhliz ilə zal arasında qapı və arakəsmələrin olması, Qeyd edilən foyedən əsas zala giriş, zalın qarşısında bar, barın sağ tərəfində sanitar qovşağı və barın sol tərəfində isə mətbəxə girişin olması, Mətbəxə baxış keçirilən zaman mətbəxin tavan hissəsində rütubətdən dolayı ləkələr və tavanın bəzi hissələrinin üzlük hissəsinin qopması, Mətbəxdən bloka çıxış üçün dəmir qapının olması, Zalda on iki ədəd televizor və on dörd ədəd kameranın olması, Barın içərisində elektron avadanlıqları, əsas zalda tüstü işıq və səs gücləndiricilər divan və stolların olması, Zirzəmidə stollar, qapılar, mətbəx avadanlıqları, televizor, aparat, kondisoner yeşikləri, butulkalar, köhnə havalandırma sistemi qab-qacaqların olması faktları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci madəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-cı maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iddiaçının iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla iddiaçıya icarəyə vermişdir. İddiaçı mübahisə predmeti olan obyektdə apardığı təmir işlərinin dəyərinin ödənilməsini iddia edir, Cavabdeh3 isə obyektin iddiaçı tərəfindən təmir olunmadığını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 məhkəmə baxışı iclasında verdiyi izahatında obyektin iddiaçı tərəfindən təmir olunmadığını bildirmiş, sonra sübutların yerində müayinəsi zamanı keçirilmiş məhkəmə iclasındakı izahatında iddiaçının obyekti təmir etdirmək üçün 2 ay müddət istəməsini, lakin təmir işlərinin başa çatmamasını və bundan sonra 1 ay da müddət istəməsini bildirmişdir. Göründüyü kimi Cavabdeh3 izahatlarında ziddiyyət mövcuddur. Bundan başqa, Cavabdeh3 məhkəmə baxışı iclasındakı izahatında iddiaçıya 20.000 manat pul verəcəyini vəd etdiyini, həmin pul məbləğindən 14.000 manatı ödədiyini bildirmişdir. Cavabdeh3 sübutların yerində müayinəsi zamanı keçirilmiş məhkəmə iclasında 20.000 manat məbləği iddiaçıya kompensasiya qismində verdiyini, bu təmir-tikinti işləri ilə bağlı olmadığını və dost kimi (halallıq üçün) verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 iddiaçıya 14.000 manat məbləğində pulun dost kimi verilməsi barədə izahatını özünümüdafiə xarakteri daşıyır. Çünki, pulun verilmə vaxtını (obyekt satıldıqdan sonra), pulun məbləğini, iddiaçı ilə cavadeh Cavabdeh3 arasında icarə münasibətlərinin olmasını və münasibətlərdən əvvəl aralarında hər hansı dostluq münasibətlərinin olmamasını (Cavabdeh3 izahatında iddiaçını broker vasitəsi ilə tanıdığını bildirmişdir) nəzərə aldıqda məhkəməyə belə bir nəticəyə gəlməyə əsas verir. Bundan əlavə məhkəmə cavabdehlərin iddia ərizəsinə etirazında müqavilənin 9-cu bəndinə istinadına münasibətdə qeyd edir ki, Müqavilənin 9-ci bəndinə əsasən “İcarəçi”lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməməsi qeyd olunsa da, sözügedən bənddə razılığın yazılı və ya şifahi formada verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin yuxarıda qeyd olunan izahatından göründüyü kimi təmir işlərindən məlumatı olmuş, hətta təmirə görə iddiaçıya ümumilikdə 3 ay müddət vermişdir ki, bu hal iddiaçı tərəfindən obyektin təmir-tikinti işlərinin cavabdeh tərəfindən susmaq və ya şifahi formada bildirilməklə razılığı əsasında aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın rədd edilməsi üçün cavabdehlərin müqavilənin +9-cu maddəsinə istinad etməsi əsassızdır. Eyni zamanda məhkəmə iclasında ifadə vermiş şahid ifadələri ilə də iddiaçı tərəfindən mübahisə predmeti olan obyektin təmir etdirilməsi və həmin təmirlərə görə ustalara ödənişlər etməsi təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçı obyektlə bağlı çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini mülkiyyətçidən, yəni icarəyə verəndən tələb etmək hüququ vardır. Əks halda Cavabdeh3 iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün Cavabdeh3 razılığının olub-olmaması, Cavabdeh3 obyektin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. İddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Ona görə də, istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı təmirə görə çəkilmiş xərclərin ona ödənilməsini tələb etməkdə haqlıdır. Çəkilmiş təmir xərclərinin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli ekspert rəyini alaraq tədqiq etmişdir. Qeyd edilən Mərkəzin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektdə aparılmış təmir-tikinti işlərinin dəyəri 30900,0 manat məbləğində, eyni zamanda həmin obyektdə iddiaçıya məxsus malların ümumi dəyəri təxminən 116035,0 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, obyektdə aparılmış təmir-tikinti işlərinin dəyəri ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməldir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim edə bilməmişlər. Lakin məhkəmə qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilən məbləğdən Cavabdeh3 tərəfindən iddiaçıya ödənilmiş 14000 manat çıxılaraq qalan 16900 manat (30900 – 14000 = 16900) məbləğ Cavabdeh3 tutularaq iddiaçıya ödənilməklə iddia göstərilən hissədə qismən təmin təmin edilməlidir. Məhkəmə iddiaçıya məxsus olan və obyektdə yerləşən ümumi dəyəri təxminən 116035,0 manat olan mallara münasibətdə qeyd edir ki, göstərilən malların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 saylı ekspert rəyində göstərilmişdir. Həmin siyahıdan görünür ki, həmin malların bəziləri daşınar bilən əmlak, bəziləri isə obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq mallardır. Buna görə də məhkəmə hesab edir ki, obyektdə iddiaçıya məxsus daşınar bilən mallar iddiaçıya geri qaytarılmalı, obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq malların isə ekspert rəyində göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddia tələbinin müqavilənin 1 (bir) il müddətinə qüvvədə olunması hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz. İddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə adıçəkilən cavabdehlər arasında hər hansı öhdəlik münasibətləri yaranmamış, icarə müqaviləsi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmaqla müqavilə tərəfləri deyildirlər. Ona görə də iddiaçının iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manatın Cavabdeh3 iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun olmaqla, ağlabatandır. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəçi qismində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 deyil, İddiaçı çıxış etdiyindən, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs X6 həmin müqavilənin tərəfi olmadığından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq - şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, təmirə çəkilmiş xərclərin ödənilməsinə dair hazırkı iddia tələbinə icarə verənə qarşı icarə müqaviləsinə əsaslanaraq irəli sürülmüş tələb kimi qiymət verildiyi və həmin tələbə icarə müqaviləsindən irəli gələn mülki hüquq normalarını tətbiq edildiyi təqdirdə həmin tələb müstəqil tələb irəli sürən üçüncü şəxsin subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, təmirə çəkilmiş xərclərin ödənilməsi barədə hazırkı iddia tələbinə əşya və əmlak hüququnun normaları (Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini) tətbiq edilərsə belə, həmin iddia əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin: 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsində vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı halda müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qeyri-yaşayış sahəsinə xərclərin onun tərəfindən çəkildiyini bildirsə də, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi onunla bağlanmadığından müstəqil tələb irəli sürən üçüncü şəxs qeyri-yaşayış sahəsinə sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olmamasını bilirdi və ya bilməli idi. Bu baxımdan müstəqil tələb irəli sürən üçüncü şəxs qeyri-yaşayış sahəsinin vicdanlı sahibi kimi qəbul edilməsi üçün əsas yoxdur və belə olan halda sonuncunun vicdanlı sahib kimi sahiblik etdiyi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması da iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxsin belə bir hüquqa malik olması ehtimal edilsə belə, sonuncu qeyri-yaşayış sahəsində onun vəsaiti hesabına təmir işlərinin yerinə yetirilməsi faktını, eləcə də həmin işlərin növlərini, həcmini və dəyərini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin təmir xərclərinin ödənilməsi tələbinə dair iddiasının əsası kimi istinad etdiyi hallar - qeyriyaşayış sahəsində təmir işlərinin onun hesabına aparılması, eləcə də həmin işlərə 350.000 manat məbləğində pul xərclənməsi iş materialları ilə öz təsdiqini tapmadığından təmir xərclərinin ödənilməsi tələbinə dair hissədə iddia rədd edilməlidir. İddianın vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs həmin hissədə, həmçinin iddia tələbinin əldən çıxmış fayda və mənəvi ziyan hissələrində də iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı və X6 tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma v\ vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməllərinin törədilməsi hallarına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, tələb üzrə adıçəkilən şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda həmin şəxslərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsində yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli ekspert rəyində göstərilən ümumi dəyəri 116035,0 manat olan əmlakların daşınar bilən hissəsi iddiaçıya geri qaytarılmalı, daşınmaz hissəsinin isə həmin rəydə göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, yaşayış sahəsinin əsaslı təmir xərclərinə görə 16900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, ödənilmiş 439 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə 500 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidirlər. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği Cavabdeh3, qalan 50 manat məbləği isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsində yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli ekspert rəyində göstərilən ümumi dəyəri 116035,0 manat olan əmlakların daşına bilən hissəsi İddiaçı geri qaytarılsın, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilsin, yaşayış sahəsinin əsaslı təmir xərclərinə görə 16900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X4 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği Cavabdeh3, qalan 50 manat məbləği isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar