Məhkəmə qərarları › İş №e-2(006)-2389/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2389/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2389/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı "xxxxxxxxxxxx" x4 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxxxxxxxxxx" x4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxxxxxxxx" x8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə 24.04.2019-cu il tarixində, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsilə əlaqədar 24.04.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir.“xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6549 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin 08.05.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 549 manat məbləğində sığorta ödənişinin sığortalı şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxxxxxxxxxxx” Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4 924,80 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Dəymiş zərərdən 100 manat azadolma çıxılmışdır. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1 624,20 manat məbləğində vəsaitin “xxxxxxxxxxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında müştərək olaraq iddiaçı "xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1624,20 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxxxxxxxxxx" x4 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 11.03.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus olan ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vasitəsinin 11.03.2020-ci il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir. İşin materiallarında olan Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 24.04.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 24.04.2019cu il tarixdə ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hərəkət edərkənyol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan "xxxxxxxxxxxx" ASC tərəfindən verilmiş 26.04.2019-cu il tarixli qüsur aktından görünür ki, ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobilə dəymiş zərər 6649 manat təşkil edir. İş materiallarında olan 08.05.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, 24.04.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində x3 məxsus ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsinə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 24.04.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6649 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 6549 manat təşkil edir. İş materiallarındakı 13.05.2019-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, «xxxxxxxxxxxx» ASC tərəfindən 6549 manat məbləğində pul vəsaiti x2 hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxxxxxxxxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 12.07.2019-cu il tarixli məktubdan görünür ki, ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə 24.04.2019-cu il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən 6 549 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş məbləğdən 4 924,80 manat məbləğin sığortaçıtərəfindən ödənildiyini əsas tutaraq, 1624,20 manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində “xxxxxxxxxxxx” ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2qanuni əsasla idarə etdiyi ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili 24.04.2019-cu il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, x3 məxsus ** KE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən x3 dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, sonradan zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxxxxxxxxxxx” Şirkəti ASC tərəfindən 4924,80 manat sığorta ödənişi "xxxxxxxxxxxx" ASC-nin hesabına köçürülmüş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödənilmiş, qalan 1624,20 manat məbləğində pulu cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “Opel Astra” markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər Cavabdeh1 isə həmin avtomobili ona etibarnamə əsasında istifadəsinə vermişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh2 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 24.04.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 1624,20 (bir min altı yüz iyirmi dörd manat, iyirmi qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1654,60 (bir min altı yüz əlli dörd manat, altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxxxxxxxxxx" ASC-yə ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdeh x1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1624,20 (bir min altı yüz iyirmi dörd manat, iyirmi qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1654,60 (bir min altı yüz əlli dörd manat, altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxxxxxxxxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar