Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2397/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pulun, 120 manat dövlət rüsumunun və vəkilə ödənilən 326 manat xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qız iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, övladı X3 ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayır. Onun yeganə övladı Bəhruz Məmmədov 44 günlük müharibədə qəhrəmancasına iştirak etmiş, xidmət etdiyi müddətdə dəfələrlə quluq etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” və “Fəxri Fərman”-la təltif olunmuşdur. Həmçinin ölkə başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə mükafatlandırılmışdır. Vətən müharibəsindən qayıtdıqdan sonra hərbçi olmaq istəyən X11 Qoşunlara işə düzəltmək üçün qonşuluqda yaşayan X1 tanışının olub-olmamasını soruşmuşlar. Bəhruz İsgəndərov bu işlə məşğul olan Cavabdeh yaxından tanıdığını, ətrafında olan şəxslərdən onun vasitəsilə hərbiyə düzələnlərin olduğunu bildirmişdir. O, Bəhruz İsgəndərovdan bu işlə maraqlanıb ona dəqiq bir söz deməsini xahiş etmişdir. Bəhruz İsgəndərov bir neçə gündən sonra Qafarla danışdığını və X9 maxe düzəldə biləcəyini bildirmişdir. Bəhruz əlavə olaraq bildirmişdir ki, Cavabdeh Silahlı Qüvvələrin yüksək rütbəli zabitidir və Elçin Quliyevlə yaxın münasibəti vardır. Ona görə də Z.Qafarın işə düzəltməkdə heç bir çətinliyi yoxdur. On min manat müqabilində istədiyi hərbi hissəyə işə düzəldəcəyinin vədini vermişdir. O, Bəhruza razılıq vermiş və 28 noyabr 2023-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Metropark ticarət mərkəzinin qarşısında yerləşən kafedə o oğlu ilə birlikdə Bəhruz, Qafar və özünü Qafarın işçisi kimi təqdim edən X4 adlı şəxslə görüşmüşdür. Orada danışıb razılaşaraq tələb olunan 10000 (on min) manatı Bəhruz və Elnurun iştirakı ilə Cavabdeh vəd etdiyi vaxtda oğlunun işə düzəlməsi barədə əmrin olmadığını görüb öz narahatçılığını bildirsə də, müxtəlif bəhanələr gətirərək, o səbrli olmağı, bu işlərin bəzən belə uzandığını bildirmişdir. 2024-cü ilin aprel ayından Qafar telefonlara cavab verməmiş, Bəhruz İsgəndərov və X13 ürək əməliyyatı keçirdiyi üçün Türkiyədə olduğunu, bu səbəbdən əlaqə saxlamaq mümkün olmadığını bildirdilər. Lakin sonradan mənə məlum oldu ki, Cavabdeh həbs edilib. Nərimanov Rayon Polis İdarəsinə Cavabdeh ona etdiyi dələduzluq hərəkətinə görə şikayət etmişdir. Aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanması barədə rədd qərarı qəbul olunmuş və mülki qaydada məhkəməyə müraciət etmək izah olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından iddia tələbinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2(006)- 2397/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nərimanov RPİ-nin 18 yanvar 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinin tələblərinə əsasən, araşdırmanın müəyyən edilmiş müddətlərdə aparılmasını nəzərə alaraq, şəxsin müəyyən edilərək izahatının alınması mümkün olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqında 18 yanvar 2025-ci il tarixli qərara əsasən izahatı alınmış X6 bildirmişdir ki, X5 təxminən 20 ildir tanıyır, onun oğlunun işə düzəlməsi ilə bağlı Elnur adlı tanışı vasitəsilə Qafarla danışıqlar aparmış, görüşdükləri zaman isə Almaz iş üçün gətirdiyi 10000 manat pul məbləğini Qafara təqdim etmiş, 1 ay əvvəl Qafarla danışdıqları zaman o, təcridxanada olduğunu bildirərək, Almazdan aldığı 10000 manat məbləğində pulu hissə-hissə qaytara biləcəyini bildirmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqında 18 yanvar 2025-ci il tarixli qərara əsasən izahatı alınmış X4 bildirmişdir ki, 2008-ci ildən Cavabdeh tanıyır, o, Qafara Almazın oğlunun işə düzəldilməsi ilə bağlı görüşdükləri zaman Almaz iş üçün gətirdiyi məbləği Qafara vermişdir. - Fləşkartda məhkəməyə təqdim edilmiş səs yazılarından, habelə cinayət işinin rəd edilməsi haqqında qərarda dindirilmiş şəxslərin ifadələrindən bəlli olur ki, tərəflər arasında münasibət yaranmış, Bəhruz İsmayılovu işə düzəltməsi məqsədi ilə X7 tərəfindən Cavabdeh 10000 manat məbləğində pul vəsaiti nağd şəkildə verilmiş, lakin sonuncu vədinə əməl etməyərək şəxsin işə düzəldilməsini təmin etməmiş, müxtəlif vaxtlarda müxtəlif vədlərlə X2 verdiyi pulu geri qaytaracağını bildirsə də, qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilməlidir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğu halda iddianın təmini mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, iddia haqlı sayılır. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İş materiallarında olan sənədlərdən görünən odur ki, tərəflər arasında əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh nağd şəkildə verilmişdir. İddiaçının pul vəsaitini verməsində məqsəd oğlunun hərbi xidməti ilə bağlı işə düzəldilməsi olsa da, verilən vədə qarşı tərəf əməl etməyərək, şəxsin nə işə düzəldilməsini təmin etmiş, nə də bunun müqabilində verilən pul məbləğini iddiaçıya geri ödəməmişdir Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan və araşdırılan səs yazıları, habelə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda dindirilmiş şəxslərin ifadələri faktiki olaraq tərəflər arasında münasibətlərin yaranmasının bariz təsdiqidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, bir-birilərinə etibar etmələri səbəbindən aralarında borc münasibətlərini həyata keçirmişlər. Bununla da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıdan pul alması səs yazıları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda dindirilmiş şəxslərin ifadələri ilə təsdiq edildiyinə görə iddiaçının həmin vəsaiti geri tələb etmək hüququ vardır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10000 manat pul, iddianın qaldırılması üçün ödənilmiş 120 manat dövlət rüsumu və vəkilə ödənilən 326 manat hüquqi xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10000 manat pul, iddianın qaldırılması üçün ödənilmiş 120 manat dövlət rüsumu və vəkilə ödənilən 326 manat hüquqi xidmət haqqı tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2397/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-2397/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver