Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2418/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Vahid qızının, Cavabdeh Ağasəlim qızınun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağasəlim qızından 16.800 (on altı min səkkiz yüz) manat məbləğində borcun, vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və 142 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17.262 (on yeddi min iki yüz altmış iki) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında qohumluq münasibəti var. Bu münasibətdən istifadə edərək, Cavabdeh İddiaçı özünün şəxsi ehtiyacları üçün müxtəlif vaxtlarda pul məbləğləri almışdır. Lakin pulu aldıqdan sonra zamanında qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəmədən əvvəl Suraxanı Rayon Polis İdarəsinƏ müraciət etmişdir. Həmin müraciətləri əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh Ağasəlim qızı İddiaçı pul almasını və hazırda 16.800 manat borcu qalmasını etiraf etmişdir. Həmçinin Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh Ağasəlim qızı İddiaçı pul almasını hazırda 16.800 manat borcu qalmasını etiraf etmişdir. İddiaçı buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh Ağasəlim qızından 16.800 (on altı min səkkiz yüz) manat pul məbləğinin, 483 manat (16.800x5%:365günx210gün) faiz məbləğinin, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və 143 (yüz qırx üç) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Ağasəlim qızından 16.800 (on altı min səkkiz yüz) manat pul məbləğinin, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və 142 (yüz qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etirazı yoxdur, ehtiyacı olduğu üçün İddiaçı pul almışdır. Həmin pulu artıq ödəməyinə özü razı olmuşdur.. Hazırda sağlamlığı və ailəsi ilə bağlı problemləri olduğundan maddi vəziyyəti pisləşmiş, pulu qaytara bilməmişdir. Lakin işlərini yoluna qoyub ödənişlərə başlayacaq. İddiaçıya 16.800 (on altı min səkkiz yüz) manat borclu olduğunu bilir, borcu ödəməkdən yayınmır. İddiaçını pis vəziyyətdə qoymaq istəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh Ağasəlim qızı İddiaçı pul almasını hazırda 16.800 manat borcu qalmasını etiraf etmişdir. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh Ağasəlim qızı İddiaçı pul almasını hazırda 16.800 manat borcu qalmasını etiraf etmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 16.800 manat pulun qaytarılmayacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. X2 Haqqında xx.xx.2025-ci il tarixli, “Em-2538vk11716/25” saylı müqavilədən görünür ki, İddiaçı hazırkı iddia üzrə Vəkil 320 manat məbləğində vəkil xidmət haqqı ödəmişdir. xx.xx.2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə işin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh tanışı (uzaq qohumu) İddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul istəmiş, İddiaçı da həmin məbləğləri Cavabdeh Ağasəlim qızına vermişdir . Həmin borclardan Cavabdeh ödənişlər etsə də, sonradan aralarında olan razılığıa əməl etməyib, qalan 16.800 manat borcu qaytarmamışdır. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək və borcu tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirakı təmin edilmiş cavabdeh iddia tələbi ilə razı olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını, əksinə işin halları ilə öz təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.800 (on altı min səkkiz yüz) manat məbləğində borc, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 142 (yüz qırx iki) manat pul vəsaiti Cavabdeh Ağasəlim qızından İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.800 (on altı min səkkiz yüz) manat məbləğində borc, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 142 (yüz qırx iki) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2418/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2418/2025
10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver