Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2452/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər olaraq 340 000 (üç yüz qırx min) manat, mənəvi zərər olaraq isə 3 000 000 (üç milyon) manat həcmində kompensasiyanın indeksasiya olunmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla övladlarına və həyat yoldaşı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı (Ətraflı: https:/ genprosecutor.gov.az/az/post/1752). Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə bu “cinayət işi” üzrə məhkəmələrin hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabitin (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, “Tərtər işi”, “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və mütəmadi olaraq, geniş ictimai müzakirələrə səbəb olur. İddiaçı mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin 4-cü taborunun, 12-ci bölüyünün, 3-cü tağım komandirinin müavini olmuş, gizir X10 da, 16 iyun 2017-ci il tarixində, günorta saatlarında (həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi heyəti ilə birgə olduğu X23) qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmış və elə həmin gün, dəhşətli işgəncələr nəticəsində öldürülmüşdür. X5 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmündə yazılır: “...Korpusun hüquqşünası X31 Nazirliyinin 1-ci təhqiqat bölməsində Asiman Abasovun barəsində aparılan araşdırma zamanı onun verdiyi məlumatların araşdırılacağını bildiyi halda, cinayətkar əməllərini davam etdirərək, Asiman Abasovun qanunsuz sorğu-sual prosesi zamanı düşmən hərbi qulluqçusunun ona dediyi məlumata istinadən bildirdiyi, hərbi hissənin guya düşmənlə məxfi əməkdaşlıq edən Ruslan adlı hərbi qulluqçusunun, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X5 olmasını hesab edib, sonuncunun 16 iyun 2017-ci il tarixdə, günorta saatlarında, həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi Heyəti ilə birgə olduğu X23 dərinləşdirilmiş komanda məntəqəsinə, üzərində xəsarət və ya xəsarət izləri, səhhəti ilə bağlı şikayətləri olmayan, sərbəst şəkildə hərəkət edən vəziyyətdə gətirilməsini təmin etmişdir. Bundan sonra Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Nicat Niftalıyev, Nemət Poladov və X29 Ocaxverdiyevin əllərini arxadan yapışqanlı lentlə bağladıqdan, habelə ətrafda baş verənləri görməməsi üçün hərbi papağını onun gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqdan sonra yerin altında yerləşən komanda məntəqəsinin otaqlarından birinə aparmış, orada Fuad Ağayevin göstərişi ilə Ruslan Ocaxverdiyevin əllərini açıb, əynində olan bütün paltarlarını tam soyundurduqdan sonra yenidən əllərini arxadan yapışqanlı lentlə bağlamışlar. X30 Fuad Ağayevin göstərişi ilə qanunsuz olaraq psixoloji təsir vasitəsi kimi Ruslan Ocaxverdiyevin qoluna və sağrı nahiyəsinə, əvvəlcədən həmin məqsədlə özü ilə götürdüyü, güclü fiziki ağrı və keyimə hissi verən dərman preparatını iynə ilə yeritmiş, Fuad Ağayev danışmayacağı halda iynənin təsirindən birazdan ayağının “quruyacağını”, danışacağı təqdirdə isə başqa iynə vurulacağını və əvvəlki iynənin mənfi nəticəsinin olmayacağını, başqa çıxış yolunun olmadığını bildirərək, Ruslan Ocaxverdiyevdən düşmənlə münasibətləri barədə məlumat verməsini tələb etmiş, o isə düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi ilə Fuad Ağayevin göstərişi ilə Nicat Niftalıyev, Nemət Poladov və X29 Ocaxverdiyevi arxası üstə yerə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutmuş, X4saqol alt köynəyini qatlayıb onun ağzının üstünə, sifətinin üzərinə qoymuş, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev tərəfindən əvvəlcədən gətirilərək həmin otağa qoyulmuş, 1 litrlik plastik su qabı ilə vannadan və vedrədən su doldurub, başından tutub saxlayaraq, suyu köynəyin üstündən Ruslan Ocaxverdiyevin ağzına tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən köynəyi götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi təxminən 15-20 dəqiqə ərzində eyni qaydada bir neçə dəfə davam etdirmiş, ağzına su tökülərkən Ruslan Ocaxverdiyev boğularaq çabaladıqda Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev onu tutub saxlamış, lakin hər dəfə soruşduqda Ruslan Ocaxverdiyev düşmənlə əlaqəsini təkzib etmiş, Nemət Poladovla birlikdə Ruslan Ocaxverdiyevə işgəncə verməyə davam etmişdir. Bundan sonra Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqda sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qansızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur” (1-ci cild; səh.52-53). X5 qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə bir günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmü ilə, həmçinin, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq, onlara etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cəzalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş analar və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə ölkə başçısının göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işğəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi (Ətraflı bu linkdə: https://apa.az/az/hadise/terter-isi-uzre-cinayetislerinin-icraati-tezelenib-birge-melumat-video- 676760). Bu işdə yuxarıda qeyd edilmiş tələbkarlardan biri də İddiaçı oldu. İki azyaşlı övladı ilə birgə yaşadığı maddi çətinliklərə baxmayaraq, o, 7 il ərzində mərhum həyat yoldaşının haqqını tələb etməkdən bir addım belə geri çəkilmədi. Ruslan Ocaqverdiyev aldığı çoxsaylı xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadığı əməkdaşları tərəfindən kəndə gətirilmiş və “vətən xaini” kimi, kənd qəbirstanlığında urvatsız şəkildə basdırılmışdır. O isə həyat yoldaşının “vətən xaini” olmasına heç cür inanmasa da, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində həyat yoldaşının heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yanaşı, həm də iki azyaşlı övladı ilə birgə daha ağır və dözülməz məhrumiyyətlər yaşamağa məhkum olunmuşdur. Belə ki, həyat yoldaşının barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin arvadı”, “vətən xaininin övladları” və bu kimi eşitdiyi sözlər, edilən qınaqlar bir gənc qadın və iki məktəbli uşaq üçün dözülməz hala çevrilmiş və onlar utanc hissləri ilə yaşadıqları evlərini və kəndlərini tərk etməyə məcbur olmuşlar. Lakin hara getsələr də, həyat yoldaşına vurulmuş bu qara ləkə hər yerdə onların baş qaxıncı olmuşdur. Bütün bu olanlar onun və övladlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş və onlara çox ağır sarsıntılar yaşatmışdır. Həyat yoldaşının dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə ona deyil, həm də gələcəyin əsgəri olan azyaşlı balalarına da, saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz iztirablar yaşatmış və bu gün də həmin iztirablarla yaşamaqdadırlar. Eyni zamanda, 10 ilə yaxın bir müddət ərzində birgə yaşadığı həyat yoldaşının heç bir günahı olmadan, 31 yaşında ağır işgəncələr altında öldürülməsi və bununla da ikisi azyaşlı olmaqla, üç nəfərlik ailəyə hansı dərəcədə, həm mənəvi, həm də maddi zərər vurulması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Ruslan Ocaxverdiyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman İddiaçı cəmi 29 yaşı var idi. Ev xanımı idi, ikiazyaşlı övladı vardı və heç bir yerdə işləmirdi. Ailənin bütün təminatı həyat yoldaşının üzərində idi. Güvəndiyi həyat yoldaşı, özünün və uşaqlarının qayğısız həyatının təminatçısı olan ailə başçısı, uşaqlarının atası var idi. Lakin birdən-birə o sakit, qayğısız, güvənli həyatı darmadağın oldu. Uşaqları utandıqlarından məktəbə gedə bilmədilər, çünki həmişə fəxr etdikləri atalarına “xain” deyilirdi artıq. Özü isə onlara edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Övladlarını da götürüb, heç kimin görmədiyi, bilmədiyi bir yerə getmək istədi, lakin bu da çıxış yolu olmadı. Hər yerdə əzildi, sındı, utandı. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran, sıxan həyatından qurtulmaq istədi, lakin iki körpə balasını düşündü, bacarmadı, yaşamaq məcburiyyət oldu ona. Dərin depressiya yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən həyat yoldaşının, uşaqlarının və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin bir yola çıxdı. Övladları günlərlə bağlı qapı arxasında təkbaşına, qorxu içində, acsusuz qaldı. Bütün bu yaşadıqları iddiaçının sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X5 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçılara və digər şəxslərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil ediblər, Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) həbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi AR Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Qeyd edilənlərdən, məhkəmə hökmlərindən və istintaq sənədlərindən məlum olur ki, R.Ocaxverdiyev ağlasığmaz formada ən ağır işgəncələrə məruz qalmış, nəticədə faciəli şəkildə həyatını itirmişdir. Bütün bunlar azmış kimi, ona “vətən xaini” ləkəsi vurulmuş, bunun nəticəsində bütün yaxınları əzab-əziyyətə və mərhumiyyətlərə məruz qalmışlar. Azyaşlı uşaqları ata qayğısından məhrum olmaqla yanaşı, cəmiyyət içərisində utanc hissi ilə yaşamış, iddiaçı özü tənhalığa qapılmış, intihara meyllilik hissləri ilə yaşamış, uzun illər fəal ictimai həyat tərzindən mərhum olmuş, şəxsi və ailə sirləri cəmiyyət içərisində təhrif olunmuş qaydada yayılmış, şərəf, ləyaqət və işgüzar nüfuzlarına ləkə gəlmiş, illərlə cəmiyyətdən təcrid olunmuşlar. Belə ki, yaşadıqları kənddə, rayonda toya, yasa gedə bilməmiş, qohum-qonşu arasında utanc hissi ilə yaşamış, daima mənəvi narahatlıq, stres və əzab hissləri keçirmiş, ətrafdakı insanlar tərəfindən mütəmadi olaraq, alçaldıcı və təhqiredici hərəkətlərə, münasibətlərə məruz qalmış, nəticədə sağlamlığını da itirmişdir. Bu səbəblərdən vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, iddiaçı nisbi olaraq, ona və övladlarına vurulmuş mənəvi zərəri 3 000 000 (üç milyon) manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək, Bakı şəhərində, rayon mərkəzində və digər yerlərdə kirayələrdə, işsiz və gəlirsiz qalıb, iki körpəni atasız böyütməklə, həyat yoldaşına olan haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq və ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da bərbad olan maddi vəziyyətlərini daha da pisləşdirib. Bütün bunlarla yanaşı, o həm də maddi gəlirlərindən, həmçinin, əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olmuşdur. Belə ki, Ruslan Ocaqverdiyev işlədiyi müddət ərzində, yəni 2017-ci ilin iyun ayının 16-a qədər hər ay, 1132 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, R.Ocaxverdiyevin öldürüldüyü tarixdən bu günə qədər keçən 83 ay ərzində ailə, 93 956 manat maaş qismində pul vəsaitinə malik ola bilərdi. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşlarının artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunmasını nəzərə alsaq, ümumlikdə ailənin itirdiyi vəsait 300 000 (üç yüz min) manat məbləğində dəyərləndirilməlidir. İddiaçı maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 5000 manatdan çox borc və müxtəlif banklardan ümumi həcmi 10 000 manata yaxın kredit götürməyə məcbur olub. Bundan əlavə, iddiaçı əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda yoldaşının dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsasız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynə terapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Bu sahədə həkimin, bir seans qəbulu 102 manat təşkil edir, stasionarda bir gün qalmaq 122 manatdır. Beləliklə, iddiaçıya tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən 10 000 (on min) manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15 000 (on beş min) manat civarında dəyərləndirilməlidir. Ruslan Ocaxverdiyev 2017-ci ilin iyun ayının 16-da qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi – xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqı-satqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğləri tələb olunur: maddi zərər kimi – 340 000 (üç yüz qırx min) manat, mənəvi zərər kimi – 3 000 000 (üç milyon) manat. Həmçinin, həmin məbləğlər azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı hüquq-mühafizə orqanlarının işgəncə və qeyriinsani hərəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşı X5 ölümünü əsas gətirərək mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia predmetinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həmin qanuna istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Həmçinin, iddia ərizəsində mərhum X5 barəsində ibtidai istintaq orqanları tərəfindən cinayət işinin başlanması, ona ittiham elan edilməsi, habelə ibtidai araşdırma dövründə təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətlərini sübuta yetirə biləcək sənədlər qeyd olunmamış və əlavə edilməmişdir. Dövlətin adından isə Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş maddi və mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: - X18 ifadəsində göstərdi ki, iddiaçının bacısıdır. Hadisədən sonra ona 2.000 manat məbləğində borc vermişdir; - X6 ifadəsində göstərdi ki, iddiaçı onun gəlininin dayısı qızıdır. Hadisədən sonra ona 3.000 manat məbləğində borc vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-T seriyalı 025422 nömrəli şəhadətnamədən görünür ki, X10 ilə X9 nikahı 05 oktyabr 2008-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Ocaxverdiyeva” soyadı verilmişdir. Ölüm haqqında AZ-İ seriyalı 867844 nömrəli şəhadətnamədən görünür ki, X10 xx.xx.2017ci il tarixdə qarının və döş qəfəsinin küt travması səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017ci il tarixli məktubdan görünür ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş mərhum əri X5 ölməsi faktı üzrə Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1304 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş – X5 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2019-cu il tarixli, 2313 nömrəli məktubuna əsasən mərhum X5 adına əşya əmlakın əvəzinə hesablanmış 1291.19 (bir min iki yüz doxsan bir manat on doqquz qəpik) manat pul kompensasiyasından ibarətdir. Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)-187/2018 saylı hökmündən görünür ki: - zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı həmin məhkəmə iclasında iştirak etmişdir; - ... X31 Nazirliyinin 1-ci təhqiqat bölməsində Asiman Abasovun barəsində aparılan araşdırma zamanı onun verdiyi məlumatların araşdırılacağını bildiyi halda, cinayətkar əməllərini davam etdirərək, Asiman Abasovun qanunsuz sorğu-sual prosesi zamanı düşmən hərbi qulluqçusunun ona dediyi məlumata istinadən bildirdiyi, hərbi hissənin guya düşmənlə məxfi əməkdaşlıq edən Ruslan adlı hərbi qulluqçusunun, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X5 olmasını hesab edib, sonuncunun 16 iyun 2017-ci il tarixdə, günorta saatlarında, həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi Heyəti ilə birgə olduğu X23 dərinləşdirilmiş komanda məntəqəsinə, üzərində xəsarət və ya xəsarət izləri, səhhəti ilə bağlı şikayətləri olmayan, sərbəst şəkildə hərəkət edən vəziyyətdə gətirilməsini təmin etmişdir. Bundan sonra Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Nicat Niftalıyev, Nemət Poladov və X29 Ocaxverdiyevin əllərini arxadan yapışqanlı lentlə bağladıqdan, habelə ətrafda baş verənləri görməməsi üçün hərbi papağını onun gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqdan sonra yerin altında yerləşən komanda məntəqəsinin otaqlarından birinə aparmış, orada Fuad Ağayevin göstərişi ilə Ruslan Ocaxverdiyevin əllərini açıb, əynində olan bütün paltarlarını tam soyundurduqdan sonra yenidən əllərini arxadan yapışqanlı lentlə bağlamışlar. X30 Fuad Ağayevin göstərişi ilə qanunsuz olaraq psixoloji təsir vasitəsi kimi Ruslan Ocaxverdiyevin qoluna və sağrı nahiyəsinə, əvvəlcədən həmin məqsədlə özü ilə götürdüyü, güclü fiziki ağrı və keyimə hissi verən dərman preparatını iynə ilə yeritmiş, Fuad Ağayev danışmayacağı halda iynənin təsirindən birazdan ayağının “quruyacağını”, danışacağı təqdirdə isə başqa iynə vurulacağını və əvvəlki iynənin mənfi nəticəsinin olmayacağını, başqa çıxış yolunun olmadığını bildirərək, Ruslan Ocaxverdiyevdən düşmənlə münasibətləri barədə məlumat verməsini tələb etmiş, o isə düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi ilə Fuad Ağayevin göstərişi ilə Nicat Niftalıyev, Nemət Poladov və X29 Ocaxverdiyevi arxası üstə yerə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutmuş, X4saqol alt köynəyini qatlayıb onun ağzının üstünə, sifətinin üzərinə qoymuş, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev tərəfindən əvvəlcədən gətirilərək həmin otağa qoyulmuş, 1 litrlik plastik su qabı ilə vannadan və vedrədən su doldurub, başından tutub saxlayaraq, suyu köynəyin üstündən Ruslan Ocaxverdiyevin ağzına tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən köynəyi götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi təxminən 15-20 dəqiqə ərzində eyni qaydada bir neçə dəfə davam etdirmiş, ağzına su tökülərkən Ruslan Ocaxverdiyev boğularaq çabaladıqda Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev onu tutub saxlamış, lakin hər dəfə soruşduqda Ruslan Ocaxverdiyev düşmənlə əlaqəsini təkzib etmiş, Nemət Poladovla birlikdə Ruslan Ocaxverdiyevə işgəncə verməyə davam etmişdir. Bundan sonra Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqda sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qansızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur... Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş 1(098)-187/2018 saylı cinayət işi üzrə 28 dekabr 2018-ci il tarixli hökmlə X15 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CMnin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 48.0.2-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmişdir. X16 Azərbaycan Respublikası CMnin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X22 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CMnin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına ... məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə məhkumların müdafiəçiləri və zərər çəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)-187/2018 saylı hökmü dəyişdirilmiş, X11, X12 və X19 təyin edilmiş qəti azadlıqdan məhrumetmə cəzasının müddətləri 4 (dörd) il 6 (altı) aya endirilmiş, ..., hökm qalan hissələrdə dəyişdirişilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarına mahiyyəti üzrə Ali Məhkəmədə baxılmamış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü 26 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarına, həmçinin, X7 məxsus əmək haqqı kartı üzrə hesabdan çıxarış, İddiaçı ilə banklar arasında bağlanmış kredit müqavilələri üzrə hesabdan çıxarışlar və ödəniş cədvəlləri də əlavə edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı əri X3 Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi qulluqçu (N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir) olaraq xidmət edərkən Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən işgəncə verilərək öldürülmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. X2 iddiaçı onun vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, habelə yuxarıda qeyd olunan cinayət işi üzrə istintaq və məhkəmə zamanı zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. Beləliklə, X5 məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır. Hazırda iddiaçı ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, öldürüldüyü gündən keçən 83 ay ərzində aylıq 1.132 manat əmək haqqından məhrum olduğuna, vəzifədə yüksəliş, maaş artımı və həmin pul məbləğlərindən istifadə edərək gəlir əldə edə biləcəkləri halda, məhrum olduqları əldən çıxmış faydaya görə 300.000 manat, ərinin ölümündən sonra götürdüyü borclara görə 15.000 manat, özünün psixoloji müalicəsinə görə 10.000 manat və cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək üçün çəkdiyi xərclərə görə 15.000 manat olmaqla, cəmi 340.000 manat maddi və 3.000.000 manat mənəvi ziyanın əvəzinin indeksasiya olunmaqla cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini, habelə ərinin sağlığında aldığı maaşın ömürlük olaraq ona və uşaqlarına verilməsi; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını, cavabdehin etirazını, şahidlərin ifadələrini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “maddi ziyan” hissəsində təmin edilməməli, “mənəvi ziyan” hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “340.000 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. İddiaçı ərinin 83 ay ərzində orada işləməyə davam edəcəyini, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bununla yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan və məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini iddia etdiyi xərclərə dair heç bir mötəbər sübutu məhkəməyə verməmiş, maddi zərərlə bağlı yalnız şahid qismində dindirilmiş şəxslərdən (bacısından və başqa bir qohumundan) və 2 müxtəlif bankdan kredit götürməsi ilə bağlı sübutları məhkəməyə versə də, bu göstərilənlər ona iddia etdiyi məbləğdə zərər dəyməsinin və bu zərərin məhz baş verən hadisənin nəticəsi olduğunun, yəni zərərlə əməl arasında səbəbli əlaqənin olmasının təsdiqi kimi qiymətləndirilmir. Maddi zərər tələblərində mötəbər sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın indeksasiya edilməklə ödənilməsi hissəsində təmin edilməməlidir. İddia tələbinin “3.000.000 manat məbləğində mənəvi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000.000 manat məbləğində kompensasiyanın indeksasiya edilməklə ödənilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1124-cü maddəsində nəzərdə tutulan, iddiaçının iddia etdiyi indeksləşdirmə məsələsi mənəvi zərərin ödənilməsi zamanı tətbiq edilməli olan hal deyildir. Həmin normada dəqiqliklə göstərilmişdir ki, indeksləşdirilmə (artırılma) yalnız maddi ziyanla bağlı və 2 şərtin mövcudluğu halında tətbiq edilməlidir:
1. dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir;
2. yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Beləliklə, göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi və digər) nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 40.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 40.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “ərinin sağlığında aldığı maaşın ömürlük olaraq ona və uşaqlarına verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum ərinin işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır. Məhkəmə qənaətini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X13rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 54.1-54.2-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, mübahisəsiz haldır ki, ərinin dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalması iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri isə heç bir məntiqə sığmır və onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarından hesab olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova