Məhkəmə qərarları › İş №e-2(006)-2474/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2474/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2474/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Bağırova Sevı̇ nc Həsən qızının vəkilləri X1 və (eyni zamanda nümayədəsi) Vəkil1 iştirakları ilə İddiaçı Bağırova Sevı̇ nc Həsən qızının cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bağırova Sevı̇ nc Həsən qızı cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X7 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Hələ sağlığında Toğrul Bağırov cavabdehin təklifi ilə Kurix layihəsində iştirak etmək məqsədi ilə cavabdehə 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğində pul vermişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixdə Bakı şəhərində bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehlə belə razılığa gəlmişlər ki, iddiaçının Kurix layihəsindən çıxmağı ilə əlaqədar olaraq cavabdeh tərəfindən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul qaytarılsın, ünvan 1 ünvanında yerləşən, cavabdehin övladı X3 adına rəsmiləşdirilmiş 103,6 m2 yaşayış sahəsini rəsmi dövlət qiymətləndirilməsi aparılmaqla, pul öhdəliyin bir qisminin əvəzi olaraq, xx.xx.2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilərək, daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilsin. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 4Ə-551 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlanma müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56, M8, m3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzil cavabdehin övladı X5 tərəfindən İddiaçı notarial qaydada bağışlanaraq, onun mülkiyyətinə verilmişdir. xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56, M8, m3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair" arayışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, daşınmaz əmlak bazarında anoloji mənzillərin bazar dəyəri parametrləri və bazar trendi qaydaları əsasında müvafiq qiymətləndirmə metodu tətbiq edilərək, AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56, M8, m3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzilin xx.xx.2021 tarixinə olan bazar dəyəri 260.000 manat, yəni 152.941 ABŞ dolları təşkil edir. Cavabdehin üzərinə düşən öhdəliyin az bir hissəsini yerinə yetirməsinə baxmayaraq, artıq bir ilə yaxın müddətdir ki, həmin öhdəliyin daha artıq olan hissəsini müxtəlif səbəblər gətirməklə əlində nağd pulun olmamağı səbəbi ilə yerinə yetirmir. Belə ki, 400.000 ABŞ dollarından 152.941 ABŞ dolları (borc əvəzinə bağışlanan mənzilin real bazar dəyəri) çıxıldıqda cavabdehin yerdə 247.059 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh 247.059 ABŞ dolları məbləğində borcun geri qaytarılmasını hazırkı vaxta qədər yubadaraq, iddiaçını məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qoymuşdur. Cavabdehin borcun qaytarılmasına kifayət qədər imkanları var. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 nömrəli cavab məktubundan göründüyü kimi, cavabdehin adına Bakı şəhərinin mərkəzində müxtəlif yenitikilmiş çoxmənzilli yaşayış binalarında on üç sayda mənzillər qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh 247.059 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə borc pulun və məhkəmə icraatı ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 710 (yeddi yüz on) manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Bağırova Sevı̇ nc Həsən qızının vəkilləri X2 və (eyni zamanda nümayədəsi) Vəkil1 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğlunun vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz göndərilərək bildirilmişdir ki, mərhum Toğrul Bağırov Cavabdeh təklif etdiyi layihəyə qeyrirəsmi formada qoşulmuş, layihəyə 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğində pul yatırmışdır. Layihə növbəti illərdə baş verən pandemiya səbəbilə ləngimələrə məruz qalıb cavabdehə maliyyə cəhətdən ziyan vurmasına rəğmən cavabdeh mərhum dostuna hörmət əlaməti olaraq mərhumun yoldaşı İddiaçı xoşməramlı niyyət göstərərək və ailənin başçısını itirdiyini nəzərə alaraq onunla əlaqə saxlamış, dostunun layihəyə yatırdığı 400.000,00 (dörd yüz min) ABŞ dollarını ona qaytara biləcəyini bildirmişdir. İddiaçı puldan imtina etdiyi üçün həmin pulun müqabilində ona mənzil təklif olunmuşdur. Cavabdeh iddiaçının bununla əlaqədar müqavilə bağlamaq təklifini də qəbul etmişdir. Tərəflər əvvəlcə təmirsiz mənzilin veriləcəyini razılaşdırılsalar da, cavabdeh iddiaçını tam təmirli mənzillə təmin etmişdir. Cavabdeh 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğindən qalan hissənin əvəzində digər bir mənzili iddiaçının mülkiyyətinə vermək istəsə də, mərhumun oğlu Adil Bağırov layihədə iştirak etmək istədiyini, qanuni vərəsə olaraq verilən və veriləcək mənzillərdə pay hüququna malik olduğunu, bu səbəbdən qalan məbləğ üçün əmlakın verilməsinin dayandırılmasını tələb etmişdir. Adil Bağırov bu məsələni ailə daxilində razılaşdırmaqla həyata keçirmək istədiyini bildirmiş, razılıq əldə olunmadığı təqdirdə məhkəmə qaydasında pay hüquqlarını mübahisələndirəcəyini bildirmişdir. Cavabdeh Adil Bağırovun layihədə iştirakına etiraz etməmiş və onun xahişlərini nəzərə alaraq digər mənzili bu səbəbdən iddiaçının mülkiyyətinə verməmişdir. Cavabdehin mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 (dörd yüz min) ABŞ dolları pulu mərhuma və nəticə etibariylə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Cavabdeh sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir. Hal-hazırda mərhumun qanuni vərəsəsi olan Adil Bağırovun layihədə iştirak etmək istəməsi və mənzilə pay hüququnun olduğunu bildirməsi məsələləri həllini tapmadan cavabdehin qalan məbləği ödəməsi mümkün deyil. Qalan məbləğin birbaşa olaraq iddiaçıya ödənilməsi qanuni vərəsə kimi Adil Bağırovun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21-in (yeni qaydalarla: ünvan 2 xx.xx.2021-ci il tarixinə bazar dəyəri 260.000 manat təşkil edir. İş materiallarında olan Bağırova Sevı̇ nc Həsən qızı ilə Əlı̇ yev Rafət Ramı̇ z oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı Kurix layihəsində iştirak edən həyat yoldaşının vəfatı ilə əlaqədar və onun varisi olduğu üçün layihədən çıxmaq qərarını verir və bu barədə partnyor Cavabdeh məlumat verir, qarşı tərəf Cavabdeh 400000 ABŞ dolları məbləğini İddiaçı ödəməyi və ya həmin məbləği əhatə edən öz öhdəliyinin əvəzi olaraq daşınmaz əmlakı İddiaçı təhvil verməyi (notarial qaydada rəsmiləşdirilməklə) İddiaçı isə həmin daşınmaz əmlakları qəbul etməyi öz öhdəsinə götürür, mənzillər tələbkarın adına rəsmiləşdirildikdən sonra evlər satılanadək mənzillərə görə ödənilməli olan xidmət(servis) haqlarından kreditor (tələbkar) azaddır, bu müqavilə ilə tərəflər öz aralarında olan öhdəliyi novasiya (digər növlü əşya ilə) yolu ilə əvəzləşdirirlər, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri bu müqavilənin şərtlərinə uyğun olaraq vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edirlər, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməyi və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməyi öz öhdələrinə götürürlər, bu müqavilə ilə tərəflər öz arzularına uyğun olaraq, müqavilə azadlığı, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun sərbəst şəkildə öz iradələrini qarşılıqlı olaraq bəyan edirlər, tərəflər öz öhdəliklərindən boyun qaçıracağı təqdirdə aralarında yarana biləcək mübahisələrlə əlaqədar bir-birilərini 1 ay qabaqcadan xəbərdar etməklə müqavilənin tam şəkildə icra edilməsi üçün bütün hüquq-müdafiə vasitələrindən istifadə etmək imkanına malikdir, bu razılaşma ilə tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir, müqavilənin icra edilməsi ilə bağlı tərəflər öz aralarında müvafiq razılığa gələ bilməzlərsə və ya tərəflər öz öhdəliyini icra etməzlərsə tərəflər məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, öhdəliklərin icra yeri Azərbaycan Respublikası olduğundan tərəflər arasında yarana biləcək mübahisələr Azərbaycan Respublikasının aidiyyatı üzrə müvafiq məhkəməsində həll ediləcəkdir, tərəflər arasında tətbiq edilən hüquq Azərbaycan Respublikasının qanunvericiliyindən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir, bu müqavilə müvafiq qaydada imzalandıqdan sonra qüvvəyə minir və həmin tarixdən müqavilənin icrasına başlanılır, bu müqavilə tərəflər öz öhdəliklərini tam şəkildə icra edənədək qüvvədədir, müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə tərəflər müvafiq qaydada cinayət, mülki, inzibati məsuliyyət həddində məsuliyyət daşıyırlar. İşin materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq olunmuş, 4ə-551 reyestrlə qeydə alınmış 17 avqust 2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X6 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzili Bağırova Sevı̇ nc Həsən qızına (əvəzindən Şahid) bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 2 Bağırova Sevı̇ nc Həsən qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Kurix layihəsində iştirak edən həyat yoldaşının (T.A.Bağırovun) vəfatı ilə əlaqədar və onun varisi olduğu üçün layihədən çıxmaq qərarını verir və bu barədə partnyor Cavabdeh məlumat verir, qarşı tərəf Cavabdeh 400000 ABŞ dolları məbləğini İddiaçı ödəməyi və ya həmin məbləği əhatə edən öz öhdəliyinin əvəzi olaraq daşınmaz əmlakı İddiaçı təhvil verməyi (notarial qaydada rəsmiləşdirilməklə) İddiaçı isə həmin daşınmaz əmlakı qəbul etməyi öz öhdəsinə götürür, müqavilənin icrası kimi Cavabdeh qızı X6 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzili Bağırova Sevı̇ nc Həsən qızına bağışlamışdır. Həmin mənzilin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 260.000 manat (152.941 ABŞ dolları) təşkil etmişdir. Hazırda iddiaçı 400.000 ABŞ dolları borcun qalan (400.000-152.941) 247.059 ABŞ dolları hissəsinin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı Bağırova Sevı̇ nc Həsən qızı 400.000 ABŞ dolları borcun qalan (400.000-152.941) 247.059 ABŞ dolları hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğlunun etirazının “mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 (dörd yüz min) ABŞ dolları pulu mərhuma və nəticə etibarı ilə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh etirazının əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının Kurix layihəsindən çıxması müqabilində 400.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin müəyyən hissəsinin əvəzi kimi daşınmaz əmlakı iddiaçının mülkiyyətinə vermişdir. Cavabdeh tərəfin etiraz ərizəsinin iddiaçının oğlu Adil Bağırovun da mərhumun vərəsəsi olması və yuxarıda qeyd olunan layihədə iştirak etmək istəməsi dəlilinə cavab olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasının məhkəmələrinin qərarlarından göründüyü kimi atasının ölümündən sonra Adil Bağırov miras əmlakdan anası – iş üzrə İddiaçı xeyrinə imtina etmiş, sonradan həmin imtinasını məhkəmələrdə mübahisələndirmiş və bununla bağlı bütün tələbləri rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğlundan 247.059 (iki yüz qırx yeddi min əlli doqquz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 (yeddi yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Bağırova Sevı̇ nc Həsən qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əlı̇ yev Rafət Ramı̇ z oğlundan 247.059 (iki yüz qırx yeddi min əlli doqquz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 (yeddi yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Bağırova Sevı̇ nc Həsən qızına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar