Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-251/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbi”xxxxCavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının cavabdehə verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinə və Bakı Şəhəri Cavabdeh3nə qarşı "qanunsuz sökülmüş əmlakın bərpa edilməsi və dəymiş ziyanın tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Bakı şəhəri 19 saylı Vəkil Bürosuna müraciət edərək vəkillə müqavilə bağlamış və hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın ona məlum olmayan şəxslər tərəfindən qanunsuz olaraq söküldüyünü, bununla əlaqədar hüquqlarının bərpa edilməsi üçün onlara hüquqi yardım göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar vəkil tərəfindən müvafiq orderlər rəsmiləşdirilmişdir. Vəkil araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi ona məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə iddiaçıya məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli, 19 VB-344/2019 saylı sorğu ilə tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2019-cu il tarixli, 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh3nə müraciət edilmişdir. Komitənin xx.xx.2019cu il tarixli, 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına xx.xx.2018-ci il tarixli, 290 saylı sərəncamla “xxxx”xxxxCavabdeh2 MMC tərəfindən icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh3 19-19/2/-134 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən isə ünvan 2 ünvanında Pilot lahiyə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh2 MMC-dir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən tikilib bərpa edilərək xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsi, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 300.000 (üç yüz min) manat, dəymiş mənəvi zərər kimi 100.000 (yüz min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2xxxxCavabdeh2 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tərixədək hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh2 İddiaçı qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s." tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Cavabdeh3 həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 N°-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Cavabdeh3 Başçısının xx xxxxxx 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh “xxxx” MMC-ə həvalə edilmişdir. ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdırlar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC- yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdeh2 MMC xx.xx.2016cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Cavabdeh2 MMC-nin rəhbərliyi tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı (DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX N°1312902 saylı Çıxarış (kitab 210, vərəq 19724) əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində xx xxxxxx 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri ondan asılı olmayan səbəblərdən cavabdeh “xxxx” MMC tərəfindən icra edilməsinə məhdudiyyətlər yaradılır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi iddiaçı Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh2 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdeh2 MMC ünvan 3 ünvandakı ümumi sahəsi 135,7 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi İddiaçı həmin ünvanda inşa edəcək binanın 2-ci mərtəbəsində 135,7 kvadrat metr sahəsi olan yeni əmlak verir. İddiaçı öz əmlakından istifadə edərək fayda əldə etməmişdir. Buna baxmayaraq, "Cavabdeh2” MMC İddiaçı əmlakını təhvil verdiyi andan başlayaraq yeni mənzil təhvil verilənədək hər ay 550 manat kirayə haqqı veriləcəkdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2xxxxCavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2xxxxCavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri isə tam təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 210 saylı reyestr kitabının 19724 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə Bakı şəhər Cavabdeh3 Başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1753 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş üzrə Cavabdeh3 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək, (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış sahələri üçün – 3 otaqlı mənzillər üçün ayda 550 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ünvan 4 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Qeyd olunan ərazi 2 ədəd 3 mərtəbəli yaşayış binası və 14 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş xx xxxx 2019- cu il tarixli, ƏEM/İ 60- 750/19 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, ünvan 3 ünvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 221,06 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin xx xxxx 2019-cu il tarixə dəyəri 332.000 manat, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ümumi sahəsi 145,29 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri xx xxxx 2019-cu il tarixə 109.000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh1 və “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflərindən həmin ərazidə söküntü inşaat işləri aparması nəticəsində dağıdılaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə icarə gəlirləri 1 kv.m görə 15 manat olmaqla, 46.928 manat təşkil etmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 1 kv.m görə 15 manat olmaqla, 2035 manat təşkil edir. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, ƏEM/M 83- 274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ölçülərə əsasən 145,29 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin hazırda istismara yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. Mövcud vəziyyətin həmin ərazidə söküntü inşaat işləri aparılması səbəbindən və ya digər səbəbdən (söküntüdən öncə) olmasının müəyyən edilməsi ekspertizanın imkanları xaricində olmuşdur. Aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil etmişdir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 başçısının müavini ilə "xxxx" MMC-nin (sonradan Cavabdeh2 MMC) direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh2 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 4 saylı ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Cavabdeh3nə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 4 saylı ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, ilkin və qarşılıqlı iddia tələbləri “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni qeyri-yaşayış sahəsinin verilməsi” hissələri təmin edilməklə, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) tam sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyriyaşayış sahəsi (zirzəmi) əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC təmin etməlidir. Belə ki, “X2” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən ibarətdir. Bundan əlavə, məhkəmə ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə, yeni əmlak ilə təmin edilməsi ədalətlidir və ilkin iddia üzrə iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17ci maddəsi). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi tam təmin olunmalı, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2xxxxCavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi tam təmin olunsun. ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) sökülsün. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2xxxxCavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-251/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-251/2021
16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver