Məhkəmə qərarları › İş №e-2(006)-2510/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2510/2022

24.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2510/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT ASC arasında ünvan 1, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, 6 nömrəli evə dair xx.xx.2021-ci il tarixli ********** saylı daşınmaz əmlaka dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh BOKT ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; onunla Cavabdeh BOKT ASC arasında ünvan 1, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1, ev 6 İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış, ev BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə BOKT tərəfindən borclu X2 və İddiaçı qarşı iddia qaldırılmışdır. Məhkəmə proseslərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)- 1628/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi verilmiş və icra üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna görə, X2 və İddiaçı BOKT-nin xeyrinə 33,766.16 manat pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə – evə yönəldilməsi, evin ilkin satış qiymətinin 140,000.00 manat müəyyən edilməsi qət edilmişdir. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə 31/5A saylı, xx.xx.2020-ci il tarixli Sifariş məktubu göndərilmişdir. Bundan sonra, hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə ilkin, xx.xx.2021-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Nəticə etibarı ilə, hərrac təşkilatı «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsini rəhbər tutaraq BOKT-yə 01/680 saylı, xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklif göndərmişdir. Təklif, BOKT-yə sifarişli poçt vasitəsilə çatdırılmışdır. BOKT-nin hərrac təşkilatına ipoteka predmetinin əldə olunmasına dair Təklifinə hər hansı bir rəsmi cavab verib-vermədiyi məlum deyildir. Hərrac təşkilatı bunu təsdiq edəcək sənədi təqdim etməmişdir. Hərracın yekunları barədə 21/04 nömrəli Protokoldan görünür ki, guya ipoteka saxlayan BOKT «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən evi 25 % aşağı olan qiymətlə (89,250.00 manat) əldə etmək hüququnu bildirmişdir. Protokoldan da göründüyü kimi, BOKT hərrac nəticəsində əldə etmiş olduğu evin dəyərindən (89,250.00 manatdan) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən borcu (33,766.16 manatı) çıxmalı, qalıq məbləği (55,483.84 manatı) evin mülkiyyətçisi olan İddiaçı Təklifi aldığı gündən 30 təqvim günü ərzində ödəməli idi. BOKT isə qeyd olunan ödənişi xx.xx.2021-ci il tarixdə Xəzər rayon icra və probasiya şöbəsinin depozit hesabına etmişdir. İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, evə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək BOKT-yə təklif edilib. BOKT isə, evi qanunvericilik ilə tələb edilən müddət ərzində əldə etməyib. Belə ki, BOKT hərrac təşkilatına ipoteka predmetinin əldə olunmasına dair Təklifinə qanunvericilik ilə nəzərdə tutulmuş 30 təqvim günü ərzində hər hansı bir rəsmi cavab verməmiş və ödəniş etməmişdir. Bir sözlə, ipotekaya xitam verilməsi üçün əsas ortaya çıxmışdır və bu əsas «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə söykənir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında ünvan 1, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasə tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddiasının əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu səbəbdən, məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmişdir. Qeyd etmək istəyir ki, ünvan 1, ev 6 İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış, ev BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə BOKT tərəfindən borclu X2 və İddiaçı qarşı iddia qaldırılmışdır. İddia ərizəsində də qeyd olunduğu kimi, məhkəmə proseslərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi verilmiş və icra üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna görə, X2 və İddiaçı BOKT-nin xeyrinə 33,766.16 manat pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə - evə yönəldilməsi, evin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi qət edilmişdir. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə 31/5A saylı, xx.xx.2020-ci il tarixli Sifariş məktubu göndərilmişdir. Bundan sonra, hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə ilkin, xx.xx.2021-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Nəticə etibarı ilə, hərrac təşkilatı «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsini rəhbər tutaraq BOKT-yə 01/680 saylı, xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklif göndərmişdir. Təklif, BOKT-yə sifarişli poçt vasitəsilə çatdırılmışdır. BOKT-nin hərrac təşkilatına ipoteka predmetinin əldə olunmasına dair Təklifinə hər hansı bir rəsmi cavab verib-vermədiyi onlara məlum deyildir. Hərrac təşkilatı bunu təsdiq edəcək sənədi təqdim etməmişdir. Hərracın yekunları barədə 21/04 nömrəli Protokoldan görünür ki, ipoteka saxlayan BOKT «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən evi 25 % aşağı olan qiymətlə (89.250 manat) əldə etmək hüququnu bildirmişdir. Protokoldan da göründüyü kimi, BOKT hərrac nəticəsində əldə etmiş olduğu evin dəyərindən (89.250 manatdan) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən borcu (33.766,16 manatı) çıxmalı, qalıq məbləği (55.483,84 manatı) evin mülkiyyətçisi olan İddiaçı Təklifi aldığı gündən 30 təqvim günü ərzində ödəməli idi. BOKT isə qeyd olunan ödənişi xx.xx.2021-ci il tarixdə Xəzər rayon icra və probasiya şöbəsinin depozit hesabına etmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki: «1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər». İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, evə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək BOKT-yə təklif edilib. BOKT isə, evi qanunvericilik ilə tələb edilən müddət ərzində əldə etməyib. Belə ki, 26 fevral 2021-ci il tarixdə BOKT, hərrac təşkilatı və icra şöbəsi Hərracın yekunları barədə 21/04 nömrəli Protokol imzalamışdır. Lakin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində «əldə etmək» dedikdə ancaq protokolun imzalanması deyil, müvafiq ödənişlərin də həyata keçirilməsi başa düşülür. Bunu təsdiq edəcək bir məqamda odur ki, qanunvericiliyikdə qeyd edilən ödənişin hansı müddət ərzində həyata keçirilməli olması barədə ayrıca müddəa nəzərdə tutulmamışdır. Sadə bir misal gətirmək istəyir. Tutaq ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş təkrar hərracda hər hansı fiziki şəxs iştirak edir və göstərilən daşınmaz əmlakı təklif edilən 15 % aşağı dəyəri almaq niyyətini bildirir. Bu halda yuxarıda adıçəkilən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxs 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik protokolu imzalamalı və 119.000 manat (15 % aşağı olan qiyməti) məbləğində ödənişi həyata keçirməli idi. Hazırkı mülki iş üzrə halı qeyd etdiyi misala tətbiq etdikdə, belə çıxır ki, həmin şəxs xx.xx.2021-ci il tarixdə protokol imzalaya, üstündən 2 ay (bu 5 ay da, 3 il də ola bilər) keçdikdən sonra isə 119.000 manat məbləğində ödənişi edə bilərdi. Belə çıxır ki, ya BOKT 30 təqvim günü ərzində ipotekanı əldə etməmişdir, yəni qalıq məbləğ olan 55.483,84 manatı Xəzər rayon icra və probasiya şöbəsinin depozit hesabına ödəmiş olduğu 21 aprel 2021-ci ildə əldə etmişdir, ya da protokol geri tarixdən, yəni ödəniş həyata keçirilən 21 aprel 2021-ci il tarixində deyil, 26 fevral 2021-ci il tarixdən tərtib edilmişdir. Nəzərə aldıqda ki, hərrac təşkilatı BOKT-yə ipoteka predmetinin əldə olunmasına dair təklifi xx.xx.2021-ci il tarixdə göndərmişdir (hesab edtdikdə ki, 2 günə çatdırılmışdır, xx.xx.2021), BOKT həmin təklifi qanunvericilik ilə nəzərdə tutulmuş 30 təqvim günü ərzində, yəni xx.xx.2021-ci il tarixinədək qəbul etməli və müvafiq ödənişləri etməli idi. Göründüyü kimi, iddia əsaslıdır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, qanunvericilik ilə nəzərdə tutulmuş 30 təqvim günü ərzində əmlakı əldə etmişlər. Ödəniş isə hərrac təşkilatı tərəfindən hesab-faktura təqdim edildikdən qısa müddət sonra ödənilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlot qeydiyyatı üçün əsaslar 139-1.1.2. qanunla müoyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun İpoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:

6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdo tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetino tutmanın yönəldilməsi hüququdur: M a d d ə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1628/2020 saylı icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xəzər rayon İcra və Probasiya Şöbəsi "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub (sifariş məktubu) ünvanlayaraq, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 140.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi prosedurlarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV-də bu barədə elanlar dərc olunmuşdur. "xxxx" MMC Xəzər rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən ilk hərrac üzrə əmlak satılmadığından ikinci hərracı 119.000 manat qiyməti ilə (ilkin satış qiymətindən 15 % aşağı olan qiymətə) xx.xx.2021-ci il tarixə təyin etmişdir. Əmlak ikinci (təkrar) hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 09 fevral 2021-ci il tarixdə Cavabdeh BOKT ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 89.250 manat). Hərracın yekunları barədə 26 fevral 2021-ci il tarixli 21/04 saylı protokolda qeyd olunmuşdur ki, ipoteka predmeti Cavabdeh BOKT ASC tərəfindən 89.250 manata əldə edilmişdir. İş materiallarına əlavə olunmuş 26 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsasını "ipoteka haqqında" Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya görə İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu norma, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarı). Buna görə də ipoteka saxlayan, təkrar hərrac baş tutmadığı halda, ipoteka predmetini əldə etmək istəyində olarsa, 30 gün müddətində əmlakı əidə etmək üçün zəruri hərəkətlər etməlidir. Bu hərəkətlərin nədən ibarət olması, yaxud əmlakı «əldə etməzsə» ifadəsinin hansı hərəkətləri ehtiva etməsi qanunda konkret olaraq göstərilməmişdir. “Əldə etməzsə" anlayışı ilə bağlı məhkəmə qeyd edir ki, "İpoteka haqqında" Qanunda bu barədə birbaşa göstəriş yoxdur. Həmin qanunda hərracın nəticələri haqqında protokolun ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunması qeyd olunsa da (Qanunun 42.8-ci maddəsi), hərracın nəticələri haqqında protokolun hərracı udmuş şəxslə bağlanması nəzərdə tutulmuşdur (Qanunun 42.6-cı mddəsi). Qanunda 43.8-ci maddəsinə əsasən ipoteka predmetini əldə etmənin dəqiq proseduru nəzərdə tutulmamışdır. Ancaq Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz omlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi təkrar hərrac baş tutmamış elan edildikdə, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan bəhs olunur. Göründüyü kimi, "xxxx" MMC Xəzər rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən ilk hərrac üzrə əmlak satılmadığından ikinci hərracı 119.000 manat qiyməti ilə (ilkin satış qiymətindən 15 % aşağı olan qiymətə) xx.xx.2021-ci il tarixə təyin etmişdir. Əmlak ikinci (təkrar) hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 09 fevral 2021-ci il tarixdə Cavabdeh BOKT ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 89.250 manat). Hərracın yekunları barədə 26 fevral 2021-ci il tarixli 21/04 saylı protokolda qeyd olunmuşdur ki, ipoteka predmeti Cavabdeh BOKT ASC tərəfindən 89.250 manata əldə edilmişdir. Göründüyü kimi, əsasını "İpoteka haqqında" Qanunun 43.8-ci maddəsi ilə müəyyən edilmiş müddətdə, yəni 30 təqvim günü ərzində ipoteka predmeti əldə edilmişdir. Vəsaitin gec ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ ipoteka predmeti əldə edildikdən sonrakı prosedura daxildir və ipotekaya xitam verilməsi üçün əsas deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “iptekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinə dair” iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “iptekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinə dair” iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar