Məhkəmə qərarları › İş №e-2(006)-2512/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2512/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2512/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Arif oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı «kommunal xərclərlə əlaqədar pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kommunal xidmətlərə görə Müştərək cəmiyyətə 01 iyul 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək (9 ay) olan müddət ərzində 137461.50 (yüz otuz yeddi min dörd yüz altmış bir manat 50 qəpik) manat borcunCavabdehMMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməsi; Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarında mövcud istismar olunan liftlərinin qüsurların aradan qaldırılması üçün ehtiyat hissələrinə görə 10 409 (on min dörd yüz doqquz) manat vəsaitin RTZ”MMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməsi, eləcə də ödənimiş 440 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini bir neçə dəfə dəqiqləşdirərək sonda cavabdehdən kommunal xidmətlərə görə (əvəzləşdirmə aktlarına əsasən) xx.xx.2024-cü il tarixədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində CavabdehMMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bunda sonra - Cəmiyyət) təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. "xxxx" MMMC-i bir neçə dəfə CavabdehMMC-ə kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilə bağlanılmasını təklif etmiş, buna baxmayaraq, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bundan əlavə iddiaçı aylıq kommunal xidmətlərin ödənilməsi barədə dəfələrlə xəbərdarlıq məktublarını cavabdehə göndərilmişdir. "xxxx" MMMC-i ilə CavabdehMMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində CavabdehMMC-i kommunal xidmətlərə görə 01 iyul 2023-cü ildən həmin ilin 31 oktyabr tarixədək olan borcları ödəyəcəyini qeyd etmişdir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-i "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi CavabdehMMC-i Razılaşma Protokolunda kommunal xidmətlərə münasibətdə olan müddəaları qəsdən icra etmir. Belə ki, Müştərək cəmiyyətin Ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və tərəflər arasında bağlanılmış müvafiq Razılaşma Protokolunda qeyd olunmuş xidmət haqlarının CavabdehMMC-i tərəfindən ödənilməməsi nəticəsində həm Müştərək Cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulması və bununlada göstərilən xidmətlərin vaxtı-vaxtında keyfiyyətlə icra edilməsini çətinləşməsinə və ya mümkünsüz olmasına , həm də ödənişləri etməyən şəxslər (hüquqi şəxslər) tərəfindən haqsız olaraq ödəniş edən sakinlərin vəsaiti hesabına Cəmiyyətin göstərdiyi xidmətlərdən yararlanması halları baş verir. Qeyd olunanlarla yanaşı, bu neqativ hallar həmçinin yüksək statusa malik olan yaşayış kompleksinin imicinə mənfi təsir göstərir. Bildirmək lazımdır ki, iş üzrə cavabdeh öhdəsinə düşən kommunal xidmətlərə görə ödənişləri qəsdən ödəməməsi həmin kompleksdə ümumi istifadədə olan sahələrdən tam miqyaslı və keyfiyyətli şəkildə yararlanmaq üçün digər mülk sahiblərinə çətinlik törətdiklərinə görə, CavabdehMMC-i AR.Konstitusiyası, Mülki Məcəlləsi və Mənzil Məcəlləsi ilə qorunan hüquqlarının və qanuni mənafelərinin pozmalarına əsaslı şərait yaradırlar və buna görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60.1ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 127-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və cəmiyyətin fəaliyyəti ilə bağlı qərarlar qəbul edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Göründüyü kimi CavabdehMMC-i faktiki olaraq, Müştərək Cəmiyyətin iclası tərəfindən qəbul edilmiş kompleksdə kommunal xidmətlərə tətbiq edilmiş tarifləri (1.5-1.0 AZN) qəbul etdiyini, ancaq buna baxmayaraq, xx.xx.2023-cü il tarixdən hazırkı dövrədək heç bir ödəniş etməmişdir. Bu isə həmin kompleksdə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. Belə ki, CavabdehMMC-i qeyd olunan xidmətlərə görə ödəniş etmədikdə, həmin ödənişləri həmin binalarda yaşayan sakinlər etmək məcburiyyətində olurlar. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Bildiyiniz kimi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMC-nin iclaslarında həmin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd etmək lazımdır ki, CavabdehMMC-yaşayış sahəsi ; təmirsiz sahə-4520 kv.m. təmirli- 321 kv.m. Qeyriyaşayış sahəsi; Təmirsiz-3869 kv.m. Təmirli-4447 kv.m. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində kommunal xərcləri tələb etsə də həmin xərclərin müəyyən edilməsinin iqtisadi əsaslandırılmasına dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Həmçinin Mənzil Məcəlləsinin 128.0.3cü və 125.2.4-cü maddələrinə istinad edərək Cavabdeh MMC-nin "xxxx" MMMC ilə müqavilə bağlamasa belə, ondan tələb olunan ödənişlərin yaranma əsası və iqtisadi əsaslandırmasını tələb etməklə haqlıdır. "xxxx"MMMC qeyri-kommersiya qurumu olan hüquqi şəxs olmaqla əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Arif oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etirazı müdafiə etdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 23 dekabr 2022-ci il tarixli Çıxarışdan, Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və vergi uçotu haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 23 dekabr 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X3r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları, nixamnaməsi və digər sənədlər çıxış edir. -Nəsimi-48” MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. - "xxxx" MMC-nin 19 iyul 2022-ci il tarixli və 25 iyul 2022-ci il tarixli bildirişlərindən görünür ki, mülkiyyətçilərə (bildirişlər konkret şəxsə deyil, bütün mülkiyyətçilərə xitab etməklə, eyni məzmunda göndərilmişdir) kommunal xidmətlər üzrə dəyişikliklər və qiymətlərin qaldırılması ilə bağlı məlumat verilmişdir. - "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının növbədənkənar iclasının 5 saylı protokolundan görünür ki, yığıncaqda müzakirə edilən məsələlərlə bağlı (eləcə də MMMC və hazırki iş üzrə iddiaçı Cavabdeh MMC arasında olan anlaşılmazlıqla əlaqəli məsələlər) 40 səs lehinə, 0 səs əleyhinə, 0 səs bitərəf olmaqla müvafiq qərarlar qəbul edilmişdir. - Cavabdeh MMC tərəfindən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən 1 saylı binanın 8666,71 kv.m ümumi yaşayış sahəsi 55 nəfərin mülkiyyətinə; 1870.10 kv.m qeyri-yaşayış sahəsi 1 nəfərin mülkiyyətinə; Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 62 ünvanında yerləşən 2 saylı binanın 8723,50 kv.m ümumi yaşayış sahəsi 49 nəfərin mülkiyyətinə; 1806.20 kv.m qeyri-yaşayış sahəsi 1 nəfərin mülkiyyətinə verilmişdir. Həmin arayışda 1 saylı və 2 saylı binanın texniki göstəriciləri də müəyyən edilmişdir. - "xxxx" MMMC-i ilə CavabdehMMC arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində CavabdehMMC kommunal xidmətlərə görə qarşılıqlı hesablaşmaların aparılması üçün razılıq əldə edilir və CavabdehMMC qalan ödənişləri həyata keçirəcəyini qeyd edir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-i "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. -xx.xx.2024-cü il tarixli Əlaqəli xidmətlər üzrə auditə dair hesabat üzrə Rəydən görünür ki, "xxxx" MMMC sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və o vəsaiti nizamnaməyə uyğun olaraq təyinat üzrə xərcləmişdir. xx.xx.2024-cü il tarixinə Cəmiyyətin pul vəsaiti qalığı 58448 manat 11 qəpik təşkil etmişdir. Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci CavabdehMMC tərəfinbdən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə Cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər Cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. - "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli bina xərclərinin və yığım tariflərinin təhlilinə dair ümumi xərclərlə bağlı Ümumi Xərclərə dair Kalkulyasiya iş materiallarına əlavə edilmişdir. - "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il, 30 yanvar 2024-cü il, 06 fevral 2024-cü il tarixli məktublarından görünür ki, kommunal ödənişlərlə bağlı Cavabdeh MMC-yə xəbərdarlıqlar edilmişdir. - Məhkəməyə təqdim olunmuş əvəzləşmə aktları, ödəniş sənədləri (ödəniş tapşırıqları) və s. görünür ki, tərəflər arasında müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmasa da, tərəflər arasında kommunal və s. xidmətlərə görə əvəzləşmə aktları tərtib olunmuş, sənədlərdə təsbit olunmuş dövrlər üzrə ödənişlər icra edilmişdir. - 01 iyul 2023-cü ildən xx.xx.2024-cü ilədək tarixə edilən qismən kommunal xidmətlərinin ödənişinə dair xx.xx.2024-cü il tarixli, 231346 saylı kassa mədaxil orderindən göründüyü kimi CavabdehMMC tərəfindən "xxxx"MMMC-yə 27295 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMMC-nin Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, əlavə əvəzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində CavabdehMMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borc vardır. Həmçinin müəyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “Nəsimi- 48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Müəyyən edilmişdir ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Hazırda tərəflər arasında olan mübahisə kommunal xərclərlə bağlıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 43, 45-ci maddələrinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. - 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. - 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. - 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. - 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda Cavabdeh MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 m2 yaşayış sahəsindən 4051 m2 hissəsi və həmçinin həmin yaşayış binalarındakı 5031 m2 qeyri-yaşayış sahəsi cəmiyyətin təsisçisinin sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmış və yuxarıda qeyd edildiyi kimi Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmış, sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Hazırda yaşayış binalarının idarə etməsi həmin MMMC tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbləri ilə bağlı vurğulayır ki, "xxxx" MMMC qeyri-kommersiya qurumu olan hüquqi şəxs olmaqla əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. - 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. - 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. - 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. - 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. - 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. -141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Cavabdehin etirazının mahiyyətindən belə aydın olur ki, onların binanın idarəçiliyi ilə bağlı xərclərin ödənilməsində iştirak etmək niyyəti ilə müvafiq müqavilə bağlamamaqlarının səbəbi cavabdeh tərəfindən xərclərin bölüşdürülməsinə dair heç bir hesabat təqdim edilməməsi ilə bağlıdır. Bu dəlil onunla əsaslandırılmışdır ki, onlar MMMCnin iştirakçısı olmasa da, maraqlı şəxs kimi xərc məbləğlərinin iqtisadi əsaslandırması, smetası, eyni zamanda smeta və xərclərin təsdiq edilməsinə dair ümumi yığıncağın qərarı, həmçinin kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair hesabat iddiaçılara təqdim edilməlidir. Məhkəmə etirazın həmin dəlilinə münasibətdə qeyd edir ki, tələb edilən sənədlərin MMMC tərəfindən təqdim edilməsi öhdəliyi tərəflər arasında müqavilənin bağlanması və bunun əsasında iddiaçıların MMMC-nin iştirakçısı qismində tanınması yolu ilə mümkündür. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Əlaqəli xidmətlər üzrə auditə dair hesabat üzrə Rəydən görünür ki, "xxxx" MMMC sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və o vəsaiti nizamnaməyə uyğun olaraq təyinat üzrə xərcləmişdir. xx.xx.2024-cü il tarixinə Cəmiyyətin pul vəsaiti qalığı 58448 manat 11 qəpik təşkil etmişdir. Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci CavabdehMMC tərəfinbdən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə Cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər Cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, coxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Həmçinin "xxxx" MMMC-i bir neçə dəfə CavabdehMMC-ə kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilə bağlanılmasını təklif edilmiş, buna baxmayaraq, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı dəfələrlə aylıq kommunal xidmətlərin ödənilməsi barədə xəbərdarlıq məktublarını cavabdehə göndərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMC-nin iclaslarında həmin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəf həmin "xxxx" MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etməklə, iddiaçıya qarşı hazırki etirazlarını irəli sürmüş olsalar da, sözügedən yaşayış binalarının idarə edilməsinin iddiaçı "xxxx" MMMC tərəfindən həyata keçirilməsinin Cavabdeh MMC tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə qismən ödənişlər etməsi, MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s. həmçinin idarəçiliyin faktiki olaraq "xxxx"MMMC tərəfindən həyata keçirilən binanın bir hissəsinin Cavabdeh MMC -nin mülkiyyətçisi olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının onlardan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, Cavabdeh MMC-nin bu xidmətlərlə bağlı ödənişləri etməmələri üçün əsas yaratmır. İş materiallarından görünür ki, CavabdehMMC 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər edilməsi dayandırılmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmiş, daha sonra isə bir neçə əvəzləşmə aktları tərtib edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 01 iyul 2023-cü ildən xx.xx.2024-cü ilədək tarixə edilən qismən kommunal xidmətlərinin ödənişinə dair xx.xx.2024-cü il tarixli, 231346 saylı kassa mədaxil orderindən göründüyü kimi CavabdehMMC tərəfindən "xxxx"MMMCyə 27295 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə və işin araşdırılan hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da NƏSİMİ-48” MMMC-i ilə CavabdehMMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində CavabdehMMC-i kommunal xidmətlərə görə 01 iyul 2023-cü ildən həmin ilin 31 oktyabr tarixədək olan borcları ödəyəcəyini qeyd etmişdir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-ni "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi CavabdehMMC-i qeyd edilən protokolu imzalamaqla və kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müəyyən ödənişlər etməklə artıq kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmışdır. Məhkəmə qeyd edir ki, Müştərək cəmiyyətin Ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və tərəflər arasında bağlanılmış müvafiq Razılaşma Protokolunda qeyd olunmuş xidmət haqlarının Cavabdeh MMC-i tərəfindən ödənilməməsi həm Müştərək Cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulmasına və bununlada göstərilən xidmətlərin vaxtı-vaxtında keyfiyyətlə icra edilməsinin çətinləşməsinə və ya mümkünsüz olmasına və bu da ödəniş edən sakinlərin haqlı narazılığına səbəb ola bilər. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMMC-nin Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan və sonuncu əlavə əvəzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMMC-yə kommunal xərclərlə bağlı xx.xx.2024-cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində CavabdehMMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcu vardır. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı «kommunal xərclərlə əlaqədar pul» tələbinə dair iddiası təmin edilməli, xx.xx.2024-cü il tarixədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində CavabdehMMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat məbləğində pul vəsaiti RTZ”MMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən 440 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, id «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsi rəhbər tutularaq ödənilmiş 440 manat məbləğində dövlət rüsumunun yalnız 230 manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 210 manat iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nəsimi-48» MMMC-nin Cavabdeh MMC-yə qarşı «kommunal xərclərlə əlaqədar pul» tələbinə dair iddiası təmin edilsin. xx.xx.2024-cü il tarixədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində CavabdehMMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq "xxxx" MMMC-yə ödənilsin Ödənilmiş 440 manat dövlət rüsumunun 230 (iki yüz otuz manat) manatı Cavabdeh MMCdən alınaraq "xxxx" MMMC-yə verilsin, qalan 210 manat isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar