Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-254/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan “Cavabdeh2” ASC ilə X7 arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsi"nin restrukturizasiya olunmasının təmin edilməsi və Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 05.09.2014-cü il tarixli, '26.CL.050914.00005/C saylı “zaminlik müqaviləsi"nə xitam verilməsi öhdəliyinin cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan "Cavabdeh2” ASC ilə X7 arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və bundan sonra cavabdeh ləğv prosesində olan "Cavabdeh2” ASC ilə iddiaçı arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/C saylı Zaminlik müqaviləsinə xitam verilməsi, bu barədə məlumatların Ləğv prosesində olan "Cavabdeh2” ASC-nin əməliyyat sistemində qeydə alınması və “Azərbaycan kredit bürosu" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan "Cavabdeh2" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanmas Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan "Cavabdeh2” ASC ilə üçüncü şəxs arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və bundan sonra həmin kredit müqaviləsinə xitam verilməsi, bu barədə məlumatların Ləğv prosesində olan "Cavabdeh2” ASC-nin əməliyyat sistemində qeydə alınması və “Azərbaycan kredit bürosu" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan "Cavabdeh2" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmas Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Cavabdeh2” ASC ilə İddiaçı arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/C saylı “zaminlik müqaviləsi"nə əsasən, sonuncu Ləğv prosesində olan “Cavabdeh2” ASC ilə tanışı X7 arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsi"nə əsasən bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan “Cavabdeh2" ASC tərəfindən X4 illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə bank tərəfindən 10000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən sonra 2021-ci ilin fevral-mart aylarınadək İddiaçı həmin öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi, şifahi və ya yazıiı məlumat verilməmişdir. 2021-ci ilin fevral-mart aylarında İddiaçı kredit öhdəliyinin Turab Bayramov tərəfindən lazımınca icra olunmadığı telefon vasitəsilə bildirilərək, ondan həmin müqavilə üzrə zamin olduğu üçün borcun ödənilməsi tələb edilmişdir. Kredit ödənişinin hansı səbəbdən icra olunmadığını öyrənmək məqsədilə Turab Bayramovla əlaqə saxlanılsa da, o həmin kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən dövlət tərəfindən kompensasiya ödənişinin ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim etdiyi kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, X3 Ləğv prosesində olan “Cavabdeh2” ASC qarşısında kredit müqaviləsi üzrə 01 mart 2019cu il tarixinə əsas borcu 3803,74 manat olmuş, fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 335,67 manat təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 3468,07 manat olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, Ləğv prosesində olan “Cavabdeh2” ASC ilə bağlanılmış həmin kredit müqaviləsi restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. İddiaçı tərəfindən Ləğv prosesində olan “Cavabdeh2” ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da, onlar heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verilməkdən imtina edilmişdir. Halbuki zaminlik müqaviləsinin tərəfi qismində İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili qismində həmin təşkilata müraciət ünvanlamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankına da bu barədə müraciət olunaraq cavabdehlərin müraciətlərini əsassız olaraq cavablandırmadıqlarını bildirmişdir. Mərkəzi Bank tərəfindən cavabdehlərə həmin müraciətlərin 7 iş günü ərzində cavablandırılması bildirilsə də, bu da nəticəsiz qalmışdır. Daha sonra pandemiya səbəbindən Əmanətlərin Sığortalanması Fondunun rəsmi elektron poçt ünvanına da eyni məzmunlu müraciətlər ünvanlasa da müsbət nəticəsi olmamışdır. Bir sözlə Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş bankın ləğvedicisi kimi iddiaçının müraciətlərini sanki heçə saymaqda davam edir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpasını təmin etmək arzusundadır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Cavabdeh2" ASC ilə İddiaçı arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/c saylı “zaminlik müqaviləsi"nə əsasən, sonuncu Ləğv prosesində olan “Cavabdeh2" ASC ilə üçüncü şəxs arasında bağlanılmış 05.09.2014-cü il tarixli. 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsi"nə əsasən bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan “Cavabdeh2" ASC tərəfindən mənə illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən bir müddət sonra maddi vəziyyəti pisləşdiyi üçün həmin öhdəliyi lazımi qaydada icra edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, üçüncü şəxsin Ləğv prosesində olan “Cavabdeh2" ASC qarşısında kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixinə əsas borcu 3803,74 manat olmuş, fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 335.67 manat təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 3468,07 manat olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, Ləğv prosesində olan “Cavabdeh2" ASC ilə bağlanılmış həmin kredit müqaviləsi restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. İddiaçı tərəfindən Ləğv prosesində olan “Cavabdeh2" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da. onlar heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verilməkdən imtina edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankına da bu barədə müraciət olunaraq cavabdehin müraciətlərimizi əsassız olaraq cavablandırmadığı bildirilmişdir. Mərkəzi Bank tərəfindən cavabdehlərə həmin müraciətlərin 7 iş günü ərzində cavablandırılması bildirilsə də, bu da nəticəsiz qalmışdır. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Lakin fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin halhazırki günədək tam restrukturizasiya olunmadığı müəyyən olunmuşdur. Bunun səbəbləri kimi kredit təşkilatları tərəfindən “fərman”ın tələblərinin lazımınca icra edilməməsi, ölkə üzrə problemli kredit portfelinin həcminin çox böyük olmasına görə buna kifayət qədər vaxtın olmaması və Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək onun səlahiyyətlərinin Mərkəzi Banka həvalə edilməsi və s. göstərmək olar. Odur ki, mübahisə predmeti olan kredit müqaviləsinin hansı səbəbdən restrukturizasiya olunmamasını müəyyən etmək və qanunvericiliyin tələbləri pozulmuşdursa həmin pozuntuları aradan qaldırmaq səlahiyyəti hazırki halda və vaxtda yalnız məhkəməyə aiddir. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması, ümumiyyətlə kredit müqaviləsinin lazımınca icra olunmaması barədə mənə heç bir məlumat verilməməsi hüquqlarımın pozulması ilə nəticələnmişdir. Mən bu hüquqpozma nəticəsində dövlətin üçüncü şəxsə etmiş olduğu güzəştdən məhrum olmaqla, əlavə fazi borcu və dəbbə pulu borcu xərclərinə məruz qalacaqdır. Halbuki fərmana əsasən restrukturizasiya olunan kredit müqaviləsi üzrə bütün faiz və cərimə borcları silinməlidir. Əgər Ləğv prosesində olan “Cavabdeh2’' ASC üçüncü şəxsin kredit müqaviləsi üzrə öhdəliyin müəyyən hissəsini, yəni dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləği qəbul edib borcundan silmişdirsə bu o deməkdir ki, fərmana əsasən dövlətin tətbiq etdiyi güzəştdən yararlanmış, lakin özü vətəndaşa münasibətdə tətbiq etməli olduğu güzəşti etməkdən yayınmışdır. Bu isə hüquqlardan sui-istifadə deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin), cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsindən görünür ki, müqavilə "xxxx" ASC ilə X7 arasında bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC tərəfindən X4 18 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/C saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə "xxxx" ASC, X7 və İddiaçı arasında bağlanmış, müqaviləyə əsasən İddiaçı 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən X3 10.000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 22.02.2021-ci il tarixli Problemli kreditlərin kompensasiyası barədə məlumatdan müəyyən olunur ki, X3 01.03.2019-cu il tarixinə "xxxx" ASC-yə əsas kredit borcu 3803,74 manat, borcun azaldılmasına yönəldilən məbləğ 335,67 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğ 3468,07 manat olmuşdur. Zərdab Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 2(035)-338/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4, İddiaçı və X8 qarşı borc tələbinə dair iddiasının təmin edilməsi, 05.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borca görə 3803,74 manat, faizə görə 897,09 manat, cəriməyə görə 605,29 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5336,12 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7.10-cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması):
1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri;
2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. 7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC tərəfindən X4 18 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC, X7 və İddiaçı arasında 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/C saylı Zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı 05.09.2014-cü il tarixli, 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən X3 10.000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zərdab Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 2(035)-338/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4, İddiaçı və X8 qarşı borc tələbinə dair iddiasının təmin edilməsi, 05.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borca görə 3803,74 manat, faizə görə 897,09 manat, cəriməyə görə 605,29 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5336,12 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. X3 01.03.2019-cu il tarixinə "xxxx" ASC-yə əsas kredit borcu 3803,74 manat, borcun azaldılmasına yönəldilən məbləğ 335,67 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğ 3468,07 manat olmuşdur. İddiaçı iddia tələbinin kredit müqaviləsinin restrukturizasiya olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə kredit müqaviləsi hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq kredit verənlə kredit alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (kredit verən və ya kredit alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (kredit məbləğinə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (kreditalanın krediti qəbul etmək hüququ) və hüquqi vəzifə (kredit verənin krediti vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı müqavilənin tərəfi olmadığından onun restrukturizasiya olunmasını tələb etmək hüququna malik olmadığından iddiaçının iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Məhkəmə iddiaçının iddia tələbinin zaminlik müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı zaminlik müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissələri zaminlik müqaviləsinin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddiaçının iddiası təmin oluna bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin kredit müqaviləsinin restrukturizasiya olunması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 7.10-cu bəndinin tələblərindən göründüyü kimi kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanması ilə bağlı restrukturizasiya prosesləri kredit təşkilatı tərəfindən həyata keçirilməli idi. Cavabdeh tərəfindən bu proses keçirilməmiş, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşdüyündən cavabdeh tərəfindən restrukturizasiya prosesi üçüncü şəxsə münasibətdə həyata keçirilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin kredit müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı kredit müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. buna görə də məhkəmə hesab edir ki, üçüncü şəxsin iddia tələbi göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissələri kredit müqaviləsinin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilməli, ləğv prosesində olan "Cavabdeh2” ASC ilə X7 arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi restrukturizasiya olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbi qismən təmin edilsin. Ləğv prosesində olan "Cavabdeh2” ASC ilə X7 arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi restrukturizasiya olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Anar İbadzadə