Məhkəmə qərarları › İş №e-2(006)-2547/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2547/2025

25.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2547/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vəsaitin geri qaytarılması və hesablanan faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı oğurlanmış vəsaitin geri qaytarılması və hesablanan faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə verərək cavabdeh "xxxx" ASC-nin cavabdeh siyahısından çıxarılaraq iddia tələbinin Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 münasibətdə təmin olunmasını xahiş etmişdir. "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində irəli sürülmüş 1600 manat ona qaytarıldığından ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmmaış saxlanılmasını xahiş etdiyindən və hazırkı işin xarakteri və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatının məzmunu nəzərə alınmaqla, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının ərizəsini və cavabdehin ondan tələb olunan vəsaiti iddiaçıya ödəməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 qarşı vəsaitin geri qaytarılması və hesablanan faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Hökumət Ödəniş portalı» tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vəsaitin geri qaytarılması və hesablanan faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30,00 (otuz) manat məbləğində dövlət rüsumu («Hökumət Ödəniş portalı», mədaxil qəbz **********, tarix: xx.xx.2025-ci il tarixli, saat: 17:09:22) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar