Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2580/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin qoyulması və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin qoyulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC-də onun adına borc kimi görünən məbləğin və həmin borca görə yaranmış gecikmə günlərinin silinməsi ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi və eyni zamanda, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsinə əsasən LPO Cavabdeh ASC-yə kredit borcunun olmadığı barədə arayışın ona təqdim edilməsi öhdəliyinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçının şifahi vəsatətinə əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bidirmək istəyir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan cəmi 21.339 ABŞ dolları 31 sent və 30 manat rüsumun tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tələb üzrə tutmanın girov predmeti olan nəqliyyat vasitəsinə yönəldilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, onunla Cavabdeh ASC arasında hazırki iş üzrə heç bir kredit və ipoteka müqaviləsi imzalanmayıb, eyni zamanda, həmin iş üzrə girov predmeti kimi qeyd edilən, lakin DİN BDYPİ-dən aldığı qeyri-rəsmi məlumata əsasən heç bir zaman girov predmeti kimi rəsmiləşdirilməyən “Mercedes Benz GL-550” markalı, ** OX *** d.q.n. avtomobilin ümumiyyətlə kimə məxsus olduğu və hansı səbəbdən və nə məqsədlə girov predmeti kimi qeyd olunduğu barədə məlumatı yoxdur. İş üzrə məhkəmə prosesinin getməsindən məlumatı olmadığı üçün iştirak etmədiyindən, sonradan onun tərəfindən Sabunçu Rayon Məhkəməsinin çıxardığı qətnamədən apelyasiya şikayəti verilmişdir. İş üzrə kredit və ipoteka müqavilələrində çəkilən imzaların ona aid olmadığı, yəni onun adının qarşısında başqa şəxs tərəfindən saxta imzalar atıldığı, Bakı Apelyasiya Məhkəməsində ekspertiza rəyinə əsasən təsdiq olunmuşdur. Bu səbəbdən də, xx.xx.2017ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014cü il tarixli qətnaməsini ləğv edərək, onun Cavabdeh ASC qarşısında heç bir borc öhdəliyinin olmadığı barədə qərar qəbul etmişdir. Qeyd etdiyi işlə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrində onun adına görünən borc məbləği və həmin borc məbləğinə görə gecikmə günləri gündəlik sosial həyatında ona mane olduğu üçün xx.xx.2021-ci il tarixində ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, sonuncu, yazılı olaraq imtina etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərdən keçirib, mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, bank məhkəməyə müraciət etmişdir. Öncə bankın tələbləri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilsə də, sonradan İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh ASC-nin İddiaçı qarşı olan iddiasının təmin edilməməsi qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)- 13/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 13.853,01 ABŞ dolları əsas kredit borcu, 6.486,30 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 21.339,31 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tələb üzrə tutmanın «Mercedes Benz GL 550» minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, qara rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh ASC-yə olan borcun ödənilməsi, qətnamənin icrasından artıq qalan məbləğin İddiaçı qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iş üzrə ekspertiza keçirilmiş və aparılmış tədqiqat nəticəsində Cavabdeh ASC-nin xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi ilə 90.000 ABŞ dolları pulun İddiaçı tərəfindən götürülməsi sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bununla yanaşı Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)- 13/2017 saylı qətnaməsinin qanuni qüvvəsini alıb-almaması barədə məlumatın əldə edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinə sorğu məktubu ilə müraciət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 29/23344 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. İş materialalrına əlavə edilmiş LPO Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, (00)**********00344 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 90.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “Mercedes Benz GL-550” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, qara rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmişdir. Cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh ASC-nin “kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göründüyü kimi, iddiaçının bank qarşısında xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı müxtəlif instansiyalara, həmçinin iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məh Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə İddiaçı adına borc kimi görünən məbləğin və həmin borca görə yaranmış gecikmə günlərinin silinməsi ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi və həmin müqavilə üzrə İddiaçı borcunun olmamasına dair arayışın təqdim edilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə İddiaçı adına borc kimi görünən məbləğin və həmin borca görə yaranmış gecikmə günlərinin silinməsi ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi və həmin müqavilə üzrə İddiaçı borcunun olmamasına dair arayışın təqdim edilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2580/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2580/2022
01.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver