Məhkəmə qərarları › İş №e-2(006)-260/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-260/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-260/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı2, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 33.428,40 manat (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mənzil şəraitlərini yaxşılaşdırmaq üçün qaytarmaq şərti ilə İddiaçı2 borc pul istəmişdir. İddiaçı2 da ona müxtəlif vaxtlarda vahid niyyətlə oğlanları iddiaçlar İddiaçı3, İddiaçı1 vasitəsi ilə müxtəlif üsullarla pul verilmişdir. Belə ki, İddiaçı3 26.11.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2000 TL (642,80 AZN), 30.11.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5974 TL (1969,60 AZN), 30.11.2018-ci il tarixdə “X13” vasitəsi ilə 30.000 TL (9891 AZN) pul verilmiş, Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bundan başqa İddiaçı1 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir. Bundan da başqa, İddiaçı1 28.02.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, 29.03.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, 28.04.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5925 AZN pul verilmiş, Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Ümumilikdə, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 33.428,40 AZN pul verilmişdir. Cavabdehlər öhdəliyə əsasən 33.428,40 AZN pul qaytarmağı öhdəsinə götürmüşlər. 33.428,40 AZN məbləğində pul vəsaiti cavabdehə verilməsinə baxmayaraq, cavabdehlər öhdəlik üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bununla da, cavabdeh öhdəlik şərtlərini pozmaqla, habelə iddiaçı qarşısında həmin öhdəliyini icra etməməklə, aldıqları 33.428,40 AZN məbləğində pulun qaytarılması ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də cavabdehlər Səfərov X4 Emin Hacıağa olundan müştərək qaydada 33.428,40 AZN (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) AZN pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi-vəkili Nümayəndə yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 həmçinin bildirmişdir ki, onun o vaxtdan cavabdeh Zaminlə münasibətləri olmamışdır, Zamin ondan oğlu və qızı vasitəsilə pul alıb. Digər iddiaçılar bunun tapşırığına əsasən Zaminə və digər cavabdeh Eminə, Zaminə çatdırmaq məqsədilə ümumilikdə 33.000 manatdan çox nağd və köçürmə vasitəsilə pul vermişlər. Qızına ev alımışdır, o evi satıb oğlu Turalın adına digər ev aldığı üçün Zamin qızına narazı olduğunu və Turalın adına alınmış evdə yaşamayacağını bildirmişdir. Odur ki, Türkiyədə ev almaq üçün qızı Yaqutun vasitəsilə ondan pul istəmiş, o, bu pulu Zaminə borc vermişdir. Qızı ilə başanmayacağı təqdirdə pulu geri istəməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İddiaçı2 izahatına uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, tərəfindən Zaminin adına verilən pul atasının tapşırığı ilə verilirdi. O, həmçinin, bu pulun Zaminə ev şəraitlərinin yaxşılaşdırılması məqsədilə verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçılarla cavabdeh Emin arasında ümumiyyətlə pul münasibətləri olmamışdır. Digər cavabdeh olan Cavabdeh1 ilə pul münasibətləri isə Zaminin məşğul olduğu sahibkarlıq fəaliyyətindən irəli gəlirdi. Bu hallar məhkəməyə təqdim etdiyi şahid ifadəsi və “whatsap”daki yazışmaları ilə sübuta yetirilir. İştirak etdiyi məhkəmə iclasında X6 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılarla cavabdeh Zamin arasında olan pul məbləğləri haqqında dəqiq məlumatı olmamışdır. Ona verilən pul Zaminə çatası pul idi. 2 il bundan əvvəl yay aylarında Tural onlara gələrək, Zaminə təmir pulunu verəcəklər. 12000 manat onun kart hesabına ödənilib, hər ay isə 3000 manat ödənilirdi, 1 dəfə isə 6000 manat ödənilmişdir. 17.000 manat məbləğində pul Zaminə satılan evin pulundan verilməli idi. Zamin həmin vaxt Türkiyədə yaşayırdı deyə onun pulu bank kartına köçürülürdü. Ev Zaminin adına alınmalı idi, Turalın adına alındığı üçün Tural Zamindən halallığını istəmiş, pulu qaytaracağına dair söz vermişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçılar Tural və Əvəz qardaşı Eminə pul verib. Onun özünə Türkiyə Cumhuriyyətində 35000 tl pul verilməsi isə Vahid adlı şəxsin onunla arasında pul söhbətinə görə olub. Onun tapşırığına əsasən Vahid Turala pul vermiş, Tural isə ona göndərmişdir. Bu barədə onun Tural və Əvəzlə yazışmaları var. O, özü iş adamıdır. İddiaçı Turalla işlə bağlı pul münasibətləri olub. O, heç vaxt iddiaçılardan pul almamışdır. Əksinə İddiaçı2in ona borcu vardır, Yaqutla yaşadığı evi təmir etdirdiyinə görə. Həmin borcu Tural ona qaytarmalı idi. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 münasibətdə rədd edilməlidir. İddiaçılar İddiaçı3 və Hüseyn X5 iddiası rədd edilməlidir. 30.11.2018-ci il, 26.11.2018-ci il və 30.11.2018-ci il tarixli çıxarışlardan görünür ki, Əvəz Hesyn adlı şəxs tərəfindən Cavabdeh1 hesabına müvafiq olaraq 30.000 TL; 2.000 TL və 5.974 TL məbləğində pul köçürülmüşdür. 28.02.2019-cu il, 29.03.2019-cu il və 28.04.2019-cu il tarixli çıxarışlardan görünür ki, X10 tərəfindən Cavabdeh2 Hacıağa oğlunun hesabına müvafiq olaraq 3.000 manat; 3.000 manat və 5.925 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, Xırdalan şəhərində yerləşən ev cavabdeh Zaminlə nikaha qədər onun adına alınmışdı. Xırdalan şəhərində yerləşən evi Zamin təmir etdirmişdir. Zaminin dediyinə görə 17000 ABŞ dolları təmirə xərc çəkmişdir. Ev 67000 manata satıldı, həmin pulun 10.000 manatını Zamin götürdü, qalan 57000 manatını atasına verildi. Evi satmaqda məqsəd atası onlara daha böyük və mərkəz hissələrdə ev almaq idi. Atası ev almadı, çünki onun və uşağın təhsil xərclərini atası ödəyirdi. Onlar Bakıya gələndə Zamin dedi ki, nə olur olsun ev Zaminin adına alınmalıdır. Anası, atası və o birlikdə ev almağa getdik, həmin vaxt Zaminin şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdi. Zamin elə olan halda evin qardaşı Eminin adına alınmasını bildirdi. O, atasına dedi ki, əgər evin pulunu onun atası və anası verirsə o zaman ev onun qardaşının adına alınmalıdır. Bu halı isə o və atasından başqa heç kim bilmirdi. Çünki Zamin Bakıda ev alınmasa Türkiyəyə qayıtmayacağını deyirdi. Onun qardaşı və atası tərəfindən 33000 manat Zaminə özünə ev alsın deyə borc verilmişdir. Eminə verilən pulun məbləğini dəqiq bilmir. Zamin Türkiyədə idi deyə nağd pul formasında Eminə verilib. Qardaşı görüşüb verib, həmin vaxt o, özü də Türkiyədə idi. Onlara atası qardaşının adına Biləcəri qəsəbəsində yerləşən evi almışdır. Zamin evdə mübahisə saldı ki, ev onun adına alınmalıdır. Zamin pulu qardaşı və onun vasitəsilə atasından istəyib. Qardaşı ona demiş, o da atasından pul istəmiş ki, işləyib o, özü qaytaracaq. O, Zaminlə nişanlı olan vaxtdan həmişə aralarında pula görə söz-söhbət olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, o, Turalı Zaminlə əlaqəsinə görə tanımışdır. 30-35 ildir ki, tanışdırlar. Zamin ona zəng etdi ki, Tural pul istəyir. Təxmini 2 il bundan əvvəl, 2019-cu ilin iyun/iyul aylarında, o, 10000 ABŞ dollar məbləğində pulu Zaminə, Zamin də Turala vermişdir. Ancaq pulu çox gecikdirdi, 4-5 ay sonra qaytardı. Bir dəfə 5000, sonra 3000, qalanı da Eminlə qaytardı. Səs yazılarında da aydın şəkildə görünür. Zaminin kimdənsə borc aldığını görməmişdir. Mübahisə predmeti olan pul məbləğinin İddiaçı2 məxsus olduğu, pulun verilməsində Cavabdeh2 vasitəçi qismində iştirak etdiyi işin mübahisələndirilməyən halıdır. Bunu nəzərə alan məhkəmə iddiaçılar İddiaçı3 və Hüseyn X9 tərəfindən və Cavabdeh2 münasibətdə irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmadığını və işin həlli üçün bunun əhəmiyyəti olmadığını qeyd edir. Çünki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şətləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, məhkəmə araşdırmasına təqdim edilmiş bank qəbzlərinin isə həmin fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların təsdiqi olduğuna istinad etsə də, məhkəmə qarşısında bu halları hər-hansı sübutla təsdiq edə bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsinə əsasən cavabdehin istinad etdiyi və hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən həmçinin “whatsapp” sosial şəbəkəsindəki yazışmanın fotosurətləri təqdim edilmişdir. Məhkəmə həmin sənədlərin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir və eyni zamanda qeyd edir ki, həmin sms-lərdə göstərilən məbləğin hansı öhdəlik hüquq münasibətlərindən yarandığı və nə üçün təyinat yerinə köçürüldüyü, həmçinin mübahisələndirilən pul məbləğinə aidiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 qeyd etdiyi dəlillərin mövcudluğu, tərəfindən sübut qismində təqdim edilmiş və gizli çəkiliş özündə əks etdirən disk əsasında qiymətləndirilə bilməz. Çünki bu video yazının məhkəmə tərəfindən qanuni əsaslarla əldə edilmiş sübut kimi qiymətləndirilməsi mülki prosessual qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Bu Məcəllənin 95.2-ci maddəsinin tələblərinə görə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığı və ona olan hörməti təmin etmək məqsədini daşıyır. Cavabdehin iddiaya etiraz kimi istinad etdiyi halları özündə əks etdirən bu diskdən hazırda araşdırılan hüquqi mübahisənin həllində istifadə olunması məhkəmənin gəldiyi qənaətə görə öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Beləliklə 11.925 (3.000+3.000+5.925) manat və 37.974 (30.000+2.000+5.974) TL məbləğində pulun Cavabdeh1 verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı2 borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 çatdırılması üçün digər cavabdeh olan Cavabdeh2 ümumilikdə 6.300 manat məbləğində pulun nağd qaydada verildiyinə dair iddiaçının irəli sürdüyü dəlillərin məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Göründüyü kimi, pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilməli, 11.925 manat və 37.974 türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməlidir. İddiaçılar İddiaçı3 və İddiaçı1 iddiası hər iki cavabdehə münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə Mülki- Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh1 alınaraq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilsin. 11.925 (on bir min doqquz yüz iyirmi beş) manat, 37.974 (otuz yeddi min doqquz yüz yetmiş dörd) türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilsin. İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı3 “pul” tələbinə dair iddiası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar