Məhkəmə qərarları › İş №e-2(006)-2628/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2628/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2628/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, ərizəçi İddiaçı “qətnamənin hissə-hissə icra edilməsi”nə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 18.011.2015-ci il tarixli, 2(103)-6932/2015 saylı qətnaməsinin hissə-hissə, hər ay 300 manat ödəmək şərti ilə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, borclunun “qətnamənin hissə-hissə icra edilməsi” tələbinə mülki məhkəmə icraatında iddia icraatı qaydasında baxılmalı deyil, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə əsasən ayrıca icraat qaydasında məhkəməyə müraciət edilməklə həll olunmalı olan məsələlərə aiddir. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki tələb ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ayrıca icraat qaydasında məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı “qətnamənin hissə-hissə icra edilməsi”nə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Ərizəçiyə hazırkı ərizədə göstərilən məsələ ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə əsasən ayrıca icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar