Məhkəmə qərarları › İş №e-2(006)-2677/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2677/2023

22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2677/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil, Cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi – X7 iştirakları ilə, İddiaçı X4 cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «adın məlumat bazasından silinməsi və borcun olmamasına dair arayışın verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «adın məlumat bazasından silinməsi və borcun olmamasına dair arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ləğv prosesində olan "xxxx" ASC-yə heç bir borcunun qalmadığını nəzərə alaraq adının elektron məlumat bazasından silinməsi və borcunun olmamasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir borcunun qalmadığını nəzərə alaraq adının elektron məlumat bazasından silinməsi və borcunun olmamasına dair arayışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ləğvedicisi iddiaçı "X2 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X5 qarşı "kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 8755 manat əsas borc, 3590 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12375 manat məbləğində borcun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2182/2014 saylı 22 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayətini təmin etmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsini ləğv etmişdir. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi "X2 Company" MMC-nin cavabdeh X8 qarşı kredit üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 okyabr 2014-cü il tarixli 2(102)-3833/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2014-cü il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Göründüyü kimi cavabdeh X4 məhkəmə qətnaməsi əsasında iddiaçıya heç bir borcu qalmamışdır. X1 adı elektron məlumat bazasında borclu kimi qalmışdır. "xxxx" ASC isə ləğv edilmişdir. Ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nin ləğvedicisi əvvəl "X2 Company" MMC olmuşdur. Lakin hazırda ləğv prossesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondudur. Biz ləğv prossesində olan iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək X4 "xxxx" ASC-nə X4 adının elektron məlumat bazasından borclu kimi silinməsi və borcunun olmamasına dair arayış verilməsini xahiş etmişdir. Lakin Əmanatlərin Sığortalanması Fondu 08 may 2023-cü il tarixli imtina məktubu ilə xahişini rədd etmişdir. Cavab məktubunda göstərilmişdir ki, məhkəmə iddianı rədd edərkən borclunun adının elektron bazadan silinməsi öhdəliyini bankın və ya Əmanətlərin Sığortalanması Fondu üzərinə qoymamışdır, ona görə də cavabdeh X6 adı borclu kimi qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2014 saylı 22 may 2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki: Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ləğvedicisi iddiaçı "X2 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X5 qarşı "kredit borcunun ödənilməsi və məbləğin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X3 8755 manat əsas borcun, 3590 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12375 manat məbləğində borcun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2014 saylı 22 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsini ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi "X2 Company" MMC-nin cavabdeh X8 qarşı "kredit borcunun ödənilməsi və məbləğin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 okyabr 2014-cü il tarixli 2(102)-3833/2014 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2014 saylı 22 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********295 saylı məktubundan görünür ki, məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********350 saylı arayışından görünür ki, iddiaçının Ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2008-ci il tarixli (00)**********02000 saylı kredit müqaviləsi üzrə 25 may 2023-cü il tarixinə 8754,38 manat əsas, 3589,13 manat faiz, 4816,56 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla 17160,07 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2182/2014 saylı 22 may 2014-cü il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 okyabr 2014-cü il tarixli 2(102)-3833/2014 saylı qərarının məzmunlarından müəyyən olunur ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X9 xx.xx.2008-ci il tarixli, F2-2000A saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etmiş, Bankın vəzifəli şəxsinin xahişi ilə həmin kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş avtomobil yüklülükdən azad edilmiş, xx.xx.2008ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında kreditin ödənilməsi ilə əlaqədar heç bir öhdəliyi qalmamışdır. Məhkəmə qətnamələri ilə iddiaçının Bank qarşısında kreditin ödənilməsi ilə əlaqədar heç bir öhdəliyinin qalmaması müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, qanunsuz qaldığından iddiaçının adı elektron məlumat bazasından silinməli və borcun olmamasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X4 ("xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmamasını nəzərə alaraq) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu ilə bağlı qeydlərin elektron məlumat bazasından silinməsi və borcun olmamasına dair arayışın verilməsi öhdəliyi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X4 ("xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmamasını nəzərə alaraq) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu ilə bağlı qeydlərin elektron məlumat bazasından silinməsi və borcun olmamasına dair arayışın verilməsi öhdəliyi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar