Məhkəmə qərarları › İş №e-2(006)-2679/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2679/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2679/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Kredit Bürosu MMC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əsassız hesablanmış avans gecikməsinin mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Kredit Bürosu MMC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əsassız hesablanmış avans gecikməsinin mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Mərkəzləşdirilmiş Kredit Reysterinə salındığı gecikmənin Mərkəzləşdirilmiş Kredit Reysterindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib olunmuş Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, borcalanın bağlanmış öhdəlikləri hissəsi və kredit hissəsində kreditin statusu tam ödənilmiş olaraq göstərilmişdir. -Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin “AVANS” məhsulu üzrə 200 (iki yüz) manat məbləğində olan pul vəsaitindən istifadə etmiş, borcu yaranmış və sonradan həmin borcu ödəmişdir. - Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür. Barışıq sazişi İddiaçı ilə Cavabdeh ASC (etibarnamə üzrə nümayəndəsi X2) arasında bağlanmışdır. 29 may 2024-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür.

2. Bu Sazişin 1-ci bəndi cavabdeh tərəfindən icra edildikdən sonra iddiaçı öz üzərinə götürür ki, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. 3.”Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında veilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

4. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

6. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

7. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.

8. Bu Saziş məhkəmə qəradadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Kredit Bürosu MMC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əsassız hesablanmış avans gecikməsinin mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür.

2. Bu Sazişin 1-ci bəndi cavabdeh tərəfindən icra edildikdən sonra iddiaçı öz üzərinə götürür ki, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. 3.”Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında veilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

4. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

6. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

7. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.

8. Bu Saziş məhkəmə qəradadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Kredit Bürosu MMC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əsassız hesablanmış avans gecikməsinin mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-2679/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar