Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2688/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi, həmin bildirişin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydiyyatının ləğv edilməsi, "xxxx" ASC tərəfindən Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi prosedurunun dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2688/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair e-2(006)-2688/2025 saylı mülki işin, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X2 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair e-2-2(113)-2537/2025 saylı kommersiya mübahisəsi üzrə işlə bir icraatda birləşdirilməsi, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi və qərardaddan şikayət verilə bilməməsi qərara alınmışdır. Daha sonra iddiaçı, sözügedən qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı, sonuncu qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş, məhkəmənimn xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 4202/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmişdir. Hazırki məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X2 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi barədə e-2-2(113)-2537/2025 saylı kommersiya mübahisəsi üzrə işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Hazırki iş üzrə iş materiallarından aydın olur ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X2 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2537/2025 saylı qərardadına əsasən kommersiya mübahisəsi üzrə iş məhkəmənin icraatına qəbul edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən edilərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməsi mülki prosessual qənaət prinsipinə xidmət edərsə, onlar birləşdirilməlidir. Məhkəmə qeyd edir ki, müxtəlif işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilən zamanı işlərin icraata götürülmə tarixinə uyğun olaraq sonuncu qəbul edilən iş ilkin qəbul edilmiş işə birləşdirilməlidir. Hazırki işin biri ilkin olaraq kommersiya məhkəməsinin icraatına daxil olmuşdur. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, hazırki işlər üzrə ilkin icraata götürülmə amili ilə yanaşı, predmet məsələsi də əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 30-cu maddəsində qeyd edildiyi kimi bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan e-2-2(113)-2537/2025 saylı kommersiya mübahisəsi üzrə iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)- 2688/2025 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki e-2(006)-2688/2025 saylı mülki iş, Bakı Kommersiya Məhkəməsinin hakimi Müseyib Bayramovun icraatında olan e-2-2(113)- 2537/2025 saylı kommersiya mübahisəsi üzrə işə birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 402.3-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə işin birləşdirilməsinə dair qərardadlardan şikayət verilməsi nəzərdə tutulmasa da, Mülki Prosessual Məcəllənin 402.3-cü maddəsinin tələbinə əsasən hazırki qərardadla işin məhkəmə aidiyyəti dəyişdiyindən, həmin qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində tərəfin kassasiya şikayəti vermək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair e-2(006)-2688/2025 saylı mülki iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X2 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair e-2-2(113)-2537/2025 saylı kommersiya mübahisəsi üzrə işlə bir icraatda birləşdirilsin. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2688/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2688/2025
07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver