Məhkəmə qərarları › İş №e-2(006)-270/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-270/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-270/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı yeni mənzilin verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh və qeyrilərinin İddiaçı MMC-yə qarşı tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC cavabdehlər X9, X6, X11 və qeyrilərinə qarşı yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, məhkəmədən İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 4-cü mərtəbəsində ümumi sahəsi 226 m2 olan 4 otaqlı, 162 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" MMC-nə dair xx.xx.2015-ci il tarixli, 319 nömrəli və xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamları, eləcədə aparılmış müvafiq sənədləşmə işləri İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sözügedən evlər qəzalı vəziyyətdədir və tikinti norma və qaydalarına cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ciməhəllədə yerləşən 1, 505 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 3-35/2-1773/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, ünvan 2də yaşayış kompleksinin şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X3 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37081 saylı ekspertiza rəyi ilə Bakı şəhəri, ünvan 2də yerləşən Bülbül küçəsi 90/92, Əfəndiyev küçəsi döngə 1, Kərpiçniy küçəsi 43/47/49, Ş.Abdullayev küçəsində yerləşən həyət evlərinin söküntüsü üzrə layihə razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evlərin 80-dən artıq sakin ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqlarıevlərin əvəzinə təmirlimənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Tikinti işlərinin dərhal aparılması üçün digər 80-dən artıq mülkiyyətçi ilə müqavilə imzalanmış, həmin sakinlər yenimənzillərlə təmin edilən günədək onlara kirayə haqqı ödənilməsi razılaşdırılmışdır. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və küllimiqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Etiraz ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin qərarları və hərəkətləri onların ciddiliyi və qanuniliyi ilə bağlı əsaslı şübhələrə səbəb olur. İş üzrə hər hansı qərarın olmamasına baxmayaraq, iddiaçı S.B.Ələsgərovanın mülkiyyət hüququna əsasən məxsus yaşayış binalarının bir hissəsinin qanunsuz sökülməsini təşkil etdi, onların sökülməsini davam etdirir, nəticədə S.Ələsgərovaya külli miqdarda ziyan vurulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanları tərəfindən şikayətə baxılmazdan və qarşılıqlı iddia ərizəsi verilməzdən əvvəl iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev dalanı 1, məhəllə 382 ünvanında yerləşən sahədə binaların sökülməsini və tikinti işlərinin aparılmasını qadağan etmək haqqında qərar qəbul edilməsini xahiş edir. İddiaçı MMC-nin nizamnamə kapitalı 100 manatdır, bu da, işin yüksək keyfiyyətli və vaxtında aparılması, təklif olunan digər şərtlərin yerinə yetirilməsi üçün icarə haqqının ödənilməsi qabiliyyətini şübhə altına alır. 2023-cü ilin noyabr ayında Əfendiyev dalanı 1, məhəllə 382 ünvanında tikinti işlərinə başlanarkən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu və 260-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmiş, bununla bağlı material dövlət ekoloji təhlükəsizlik xidməti tərəfindən Azərbaycan Respublikası Prokurorluğuna göndərilmişdir. Bu materiala baxılması İddiaçı MMC-nin qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına qadağa qoymasına səbəb ola bilər ki, bu da cavabdehlərin hüquq və maraqlarına mənfi təsir göstərəcəkdir. Bununla əlaqədar olaraq prokurorluq orqanlarının bu məsələ ilə bağlı qərarını gözləmək lazımdır. İddiaçı MMC ilə torpaq sahələrinin sahibləri arasında bağlanmış müqavilə sığortalanmayıb, fövqəladə hallarda onun icrası və cavabdehlərə dəymiş ziyanın ödənilməsi üçün heç bir zəmanət verilməyib. İddiaçının təklifində 1912-ci ildən bəri cavabdehlərin istifadəsində olan və özəlləşdirməyə hazırlanan torpaq sahələri nəzərə alınmır. Cavabdeh öz sahəsində ikimərtəbəli ev tikmək niyyətində idi, lakin iddiaçının qanunsuz hərəkətləri buna mane oldu. Odur ki, mövcud formada iddianın rədd edilməsini, qanun pozuntularının və özbaşınalığın qarşısının alınması, cavabdehlərin hüquq və qanuni mənafelərinin qorunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh, habelə X12, X13, X19, X33, X21 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, 2018-ci ildən Cavabdeh Bakı şəhəri, Vladislav Plotnikov küç., ev 1- də (Əfəndiyev küç., döngə, ev 1) (qeydiyyat nömrəsi **********) yerləşən 184,76 kv. m. sahəsi olan yaşayış tikilərin sahibidir. Cavabdeh ilə birlikdə onun qan qohumları X34 (birinci qrup əlil), X21 (azyaşlı xəstə uşağı var), X12, X19 və X7 bu ünvanda qeydiyyatdadırlar. Bütün sadalanan şəxslər Əfəndiyev küç., döngə ev 1 (V. Plotnikov küç., ev 1) ünvanında yerləşən və ümumi sahəsi 184,76 kv.m olan tikililərdən şəxsi məqsədlərlə həyatlarının təminatı üçün istifadə edirdilər. 03 iyun 2015-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin 319 nömrəli qərarı ilə "xxxx" MMC-ya 16/0 nömrəli akt əsasında müasir parkinq kompleksin tikintisi üçün Bakı şəhəri, Nəsimi rayonu Ş.Abdullayev küçəsi ilə Bülbül prospekti arasında və Cavabdeh əmlakında əhatə edən 15.050 kv.m. torpaq sahəsi ayrılmışdır. Lakin, Bakı Şəhər İH Başçısının xx.xx.2023-cü il tarixli 180 nömrəli sərəncamına əsasən, xx.xx.2023-cü il tarixli 1763 nömrəli müqavilə ilə qeyd olunan sahə yaşayış kompleksin inşa edilməsi üçün 49 il müddətinə İddiaçı MMC-nın icarəsinə verilmişdir. 20 may 2024-cü il tarixdə İddiaçı MMC, əvvəlcədən heç bir razılaşma olmadan, V. Plotnikov küç. (Əfəndiyev küç., döngə) ev 1 ünvanında yerləşən tikililərin sahiblərinin mülkiyyət hüququndan məhrum edilməsi və əvəzinə inşa edilməsi nəzərdə tutulan yaşayış kompleksində yaşayış sahələrin verilməsi və müvəqqəti yaşamaq yerləri üçün iki illik kirayə haqqının ödənilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaya görə, 184,76 kv.m. tikilinin əvəzinə Cavabdeh tikintisi nəzərdə tutulan binanın 4 blokun 4-cü mərtəbədə yerləşən sahəsi 226 kv.m olan 4 otaqlı 162 saylı təmirli mənzil və tikinti başa çatana qədər iki il ərzində aylıq 650 manat məbləğində kirayə haqqı təklif edilmişdir. Birinci qrup əlil Zaur Nəsirovun, azyaşlı xəstə uşağı olan Aynurə Nəsirovanın, Həmidə Ələsgərovanın, Kamilə Ələskərovanın və Elmar Ələskərovun qeydiyyatda olduqlarına və bu tikilərdən istifadə etmə faktlarına İddiaçı MMC tərəfindən məhəl qoyulmamışdır, lakin subyektiv niyyətindən irəli gələn analoji statusa malik digər istifadiçilərlə münasibətdə bu fakt nəzərə alınırdı. Şəxsi əmlakı zorla ələ keçirilməsi ilə bağlı qeyri-qanuni tələblərinə dəstək olaraq ( ya da açıq-aydın onların qanuniliyi görüntüsünü yaratmaq üçün) İddiaçı MMC öz iddiasında konqlomerat şəkilində bir sıra normativ aktlara istinad edərək, onların məzmununu və mənasını təhrif edib, bilərəkdən yanlış şərh etmiş və bir sıra mühüm müddəaları gizlətmiş, mövcud olmayan ifadələri uydurmuşdur. Xüsusən, İddiaçı MMC mübahisəyə heç bir aidiyyəti olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci və 107-5.1 -ci maddələrinin şərh edilməsi haqqında” qərarına istinad edir. İddia müəllifi İddiaçı MMC Azərbaycan Respublikası Konstitusiyasının 13, 23, 24-cü mad. 3-cü hissəsinə, 29-cu mad. 2-ci hissəsinə, 43-cii mad. 2-ci hissəsinə, 71 -ci mad. 2- ci hissəsinə istinad edir, baxmayaraq ki, onların hamısı iddia tələblərərini təkzib edir və onları təsdiq etmir. Əksinə, hazırkı qarşılıqlı iddiasını təsdiqləyir. Daha sonra İddiaçı MMC “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü bəndinə istinad edir, harada deyilir ki, “İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir”. İddiaçı MMC-nın iddiasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 560.1, 560.2 və 560.3-cü maddələrinə istinadlar var ki, hansıların ümumiyyətlə mübahisəyə heç bir aidiyyəti yoxdur. Bunlardan yalnız Mülki Məcəllənin 560.3.5.1-ci İddiaçı X43” MMC-nın hərəkətlərinə aiddir. İddiaçı MMC-nın Cavabdeh qarsı iddiasını istisna edən və qarşılıqlı iddianın tələblərini təsdiq edən faktlar 12 iyul 2024-cü il tarixdə Cavabdeh ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi H.N. Miriyeva ünvan 4 ünvanında Cavabdehmın mülkiyyətində olan 184,76 kv. m. sahəsində yerləşən tikililərin sökülməsinin İddiaçı MMCyə qadağan edilməsi barədə qərardad çıxararaq onun icrasını Nəsimi Rayon İcra Şöbəsinə həvalə etmişdir. Məhkəmənin həmin qərardadı İddiaçı MMC-nın nümayəndəsinin iştirakı ilə Nəsimi Rayon İcra Şöbəsi tərəfindən dərhal icra olunaraq Cavabdeh tikililərinə həbs qoyulmuşdur (tikililərin sökülməsinə və işlərin aparılmasına qadağa). Buna baxmayaraq, qanunun tələblərini pozaraq 2024-cü ilin iyul-oktyabr aylarında ünvan 5 ünvanmdakı bütün tikililər, o cümlədən Cavabdeh və onun ailə üzvlərinə məxsus olan, İddiaçı MMC tərəfindən özbaşına sökülmüşdür, əmlakı talanmışdır, nəticədə Cavabdeh xeyli mənəvi və maddi ziyan vurulmuşdur. Bununla əlaqədar, İddiaçı MMC ilə razılaşma bağlamaq yalnız Cavabdeh və onun ailə üzvlərinə mənəvi və maddi ziyan ödənildikdən sonra mümkündür. İddiaçı MMC-nın nizamnamə kapitalı 100 manatdır, lakin bu cəmiyyət öz təkliflərində mənbəyi gizlədilmiş əhəmiyyətli məbləğlərlə əməliyyat aparır. Bu hal Cavabdeh, onun ailə üzvlərinin və digər proses iştirakçılarının qanuni mənşəyi olmayan pul vəsaitlərinin istifadəsi və yuyulması üzrə qanunsuz İddiaçı MMC ilə razılaşma bağlamaq yalnız onlar tərəfindən maliyyə mənbələrinin qanuniliyi və maliyyə əməliyyatlarının şəffaflığı barədə rəsmi məlumat verildikdən sonra mümkündür. Bununla əlaqədar Cavabdeh səlahiyyətli orqanlara sorğular göndərib, hansılara cavablar iş üzrə qanuni qərarın qəbul edilməsi üçün zəruridir. İddiaçı MMC ilə tikililərin sahibləri arasında bağlamaq nəzərdə tutulan müqavilələr sığortalanmır, notarial qaydada təsdiqlənmir, fövqəladə hallarda onun icrası və cavabdehlərə dəymiş ziyanın ödənilməsi üçün heç bir zəmanət verilmir. Qeyd olunanlarla əlaqədar, Cavabdeh və onun ailə üzvləri ilə və İddiaçı MMC arasında nəzərdə tutulan müqavilələr (öhdəlik müqavilələri) öhdəliyin yerinə yetirilməməsi halında Cəmiyyətin maddi məsuliyyəti göstərilməklə notariat qaydasında təsdiq edilməli və sığortalanmalıdır. İddiaçı MMC-nın təklifində 1912-ci ildən bəri cavabdehlərin istifadəsində olan və özəlləşdirməyə hazırlanan torpaq sahələri nəzərə alınmır. Cavabdeh və onun ailə üzvləri öz sahəsində iki mərtəbəli ev tikmək niyyətində idilər, lakin iddiaçının qanunsuz hərəkətləri buna mane oldu. İddiaçı MMC-nın mümkün gələcək təklifləri Cavabdeh və onun ailə üzvləri tərəfindən yalnız göstərilən halların nəzərə alınması, habelə Əfəndiyev küç., döngə ev 1-də qeydiyyatda olan onun ailə üzvlərinə (Z.B. Nəsirova, A.B. Nəsirovaya, H.K. Ələsgərovaya, K.K. Ələskərovaya, E.K. Ələskərova) əlavə (S.B. Ələskərovaya məxsus sahəsi 226 kv.m olan 4 otaqlı mənzildən başqa) sahəsi 226 kv.m olan 4 otaqlı təmirli mənzilin verilməsi və tikinti başa çatana qədər iki il müddətinə aylıq 700 manat məbləğində kirayə haqqı ödənilməsi təqdirdə baxıla bilər. 2023-cü ilin noyabr ayında Əfəndiyev döngə ev 1, məhəllə 382 ünvanında tikinti işlərinə başlanarkən İddiaçı MMC Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu və 260-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmiş, bununla bağlı material dövlət ekoloji təhlükəsizlik xidməti tərəfindən Azərbaycan Respublikası Prokurorluğuna göndərilmişdir. Bu materiala baxılması İddiaçı MMC-nin qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına qadağa qoymasına səbəb ola bilər ki, bu da cavabdehlərin hüquq və maraqlarına mənfi təsir göstərəcəkdir. Bununla əlaqədar olaraq prokurorluq orqanlarının bu məsələ ilə bağlı qərarını gözləmək lazımdır. İddiaçı MMC-nın iddia ərizəsində göstərilən təkliflərinin bu şirkətin yaşayış kompleksin tikinti layihəsinin rəsmi məlumatları ilə müqayisəsi MMC-nin fəaliyyəti və bəyan edilmiş təkliflərin əsaslılığı və qanuniliyi haqqında şübhə yaradan ciddi ziddiyyətlərin olduğunu təsdiq etməyə imkan verir. Belə ki, iddia ərizəsinə əsasən, bir sıra mülkiyyətçilərə onlara məxsus tikililər əvəzinə beşinci blokun 2, 13 və 14-cü mərtəbələrində sahəsi 51,3 kv. m və 112 kv. m olan mənzillər təklif olunur. Lakin, rəsmi layihəyə görə, sahəsi 51,3 kv.m. və 112 kv. m. olan mənzillər tikintisi nəzərdə tutulan yaşayış kompleksində mövcud deyil. Odur ki, məhkəmədən İddiaçı MMC-nın Bakı şəh., Əfəndiyev küç., döngə ev 1-dəki tikililər mülkiyyətçilərə qarşı 20 may 2024-cü il tarixli iddiası Cavabdeh aid olan hissədə rədd edilməsi, İddiaçı MMC-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara xeyli mənəvi və maddi ziyanın dəyilməsi hesab edilməsi, İddiaçı MMC-nın bu iddianın tələblərini təmin etməkdən imtina edilməsi, halda, İddiaçı MMC-yə Cavabdeh və onun ailə üzvlərinə məxsus Əfəndiyev küç., döngə ev 1-dəki tikililərin bərpa etmək öhdəliyi qoyulması, bu iş üzrə bütün məhkəmə xərcləri cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianı qəbul etməyərək məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair 8 nəfərin çıxarışı olsa da, 6 nəfərin faktiki mənzili var. 2 nəfərin isə mənzili yoxdur. Faktiki olaraq Cavabdeh orada evi yoxdur. Çıxarışda göstərilən ölçülər faktiki ölçülərdən fərqlənirdi. Çıxarışda 923 kv. metr olsa da, faktiki daha çox idi. Sonra məlum olundu ki, 932 kv metr köhnə sənədlərə uyğundur. İddia ərizəsi cavabdeh tərəf 8 nəfər olmaqla verilmişdi. İcraat Bakı İnzibati Məhkəməsindəki işə görə dayandırıldı. Bu müddət ərzində 7 nəfərlə barışıq əldə olundu. 2 nəfərin adına çıxarış olsa da, orada evlərinin olmadığını aşkar etdilər. Evi olmayan 2 nəfərdən birinə 184 kv. metrə 226 kv metr ev verərək razılığıa gəldilər. Cavabdehlərdən yalnız Cavabdeh ilə razılaşa bilmədilər. Hazırda cavabdehin faktiki evi olmadığına, başqa yerdə yaşadığına görə kirayə haqqı təklif etmirik. Bununla belə cavabdehə 186 kvm. ev əvəzinə həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin verilməsinə hazırdırlar. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, orada cavabdehin evinin olmaması barədə iddiaçının dəlili ilə razılaşmır. Müvəqqəti təminat tədbiri ilə bağlı icra məmuru ilə həmin əraziyə gedib, protokol tərtib olunmuşdur. İddiaçı cavabdehlə prinsipə düşüb. Vətəndaşla razılaşmaq lazımdır. Cavabdeh ev sökülənə qədər öz ərinin evində qalırdı. Cavabdeh tərəfə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbayacan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/2-1773/202 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: 1.6. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospekti arasında 382-ci məhəllədə layihələndirilən yaşayış kompleksi (Sifarişçi - İddiaçı MMC; Layihəçi-"xxxx" MMC). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 01 saylı fərdi yaşayış evi 4/20 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə UNİ/M 06-276/24 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospekti arasında 382-ci məhəllə ərazisində yerləşən təmirli mənzillərin 1 kv.metrinin bazar dəyəri 2200 (iki min iki yüz) manat təşkil edir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 180 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" MMC-nə dair xx.xx.2015ci il tarixli, 319 nömrəli və xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamları, eləcədə aparılmış müvafiq sənədləşmə işlərinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X3 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37081 saylı ekspertiza rəyi ilə Bakı şəhəri, ünvan 2də yerləşən Bülbül küçəsi 90/92, Əfəndiyev küçəsi döngə 1, Kərpiçniy küçəsi 43/47/49, Ş.Abdullayev küçəsində yerləşən həyət evlərinin söküntüsü üzrə layihə razılaşdırılmışdır. Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə UNİ/M 07-277/24 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllə ərazisində yerləşən 40-50 m2 sahəli mənzillərin kirayə dəyər 400-450 manat aralığında, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllə ərazisində yerləşən 40-50 m2 sahəli mənzillərin kirayə dəyər 450-500 manat aralığında, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllə ərazisində yerləşən 160-170 m2 sahəli mənzillərin kirayə dəyər 550-600 manat aralığında, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında 382-ci məhəllə ərazisində yerləşən 180-190 m2 sahəli mənzillərin kirayə dəyər 650-700 manat aralığında müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; -43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. -28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. -28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X17 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X17 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Bakı şəhəri, ünvan 2də yerləşən ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 1,505 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" MMC-nə dair xx.xx.2015-ci il tarixli, 319 nömrəli və xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamlarına əsasən müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri, ünvan 2də yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən X1, X4, X8, X2, Cavabdeh, X14, X5, X23 paylı mülkiyyətində (ümumi sahə 923.83 m təşkil edir) olan evlərlə əlaqədar danışıqlar aparılmış, lakin cavabdehlərdən Cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. MMC tərəfindən hazırda ünvan 1 ünvanında yerləşən Cavabdeh (4/20 hissə, 184.76 m ) paylı mülkiyyətində olan evin əvəzinə 184.76 m sahənin əvəzinə MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin təklif olunur. Məhkəmə gedişində cavabdehlər X6, X11, X18, X9, X24, X15 və X35 İddiaçı MMC ilə razılığa gəldiklərindən cavabdeh qismindən çıxarılmışlar, lakin Cavabdeh İddiaçı MMCnin təklifi ilə razılığa gəlməmişdir. Cavabdeh ünvan 6 ünvanda qeydiyyatdadır. Həmin ev cavabdehin paylı mülkiyyətindədir. Hazırda İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin hüquqlarına İddiaçı MMC tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin, nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X17 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Göründüyü kimi, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial- iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olan əmlakın əvəzində tam təmirli mənzilin verilməsi sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir. Məhkəmə xüsusi qeyd edir ki, İddiaçı MMC tərəfindən cavabdehin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, əksinə cavabdeh tərəfə əmlakın əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin evin ünvanının olduğu yerdə Cavabdeh payı olan 184,76 kv.m sahədən təqribən 44 kv.m çox sahə əlavə edilməklə ümumi sahəsi 228 kv.m olan 4 otaqlı təmirli mənzillə təmin edilməsi niyyətindədirlər. Bu isə cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq məhrum olması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. İddiaçının nümayəndəsi, Cavabdeh çıxarışda paylı mülkiyyətinin olmasına baxmayaraq, faktiki olaraq həmin evin mövcud olmamasına, cavabdehin başqa yaşayış yerinin olmasına istinad etməklə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə təmin edilənədək cavabdehə aylıq kirayə haqqının verilməsindən imtina edir. Nümayəndə eyni çıxarışda payı müəyyən olunmuş Feyzulla Quliyevin də hazırkı Cavabdeh ilə eyni hüquqi vəziyyətdə olmasını göstərərək, onunla bağlanmış müqaviləni məhkəməyə təqdim etmiş və həmin müqavilədə, onun da faktiki olaraq evi mövcud olmadığına görə kirayə haqqının ödənilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməyərək (cavabdehin nümayəndəsi yalnız xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir), hazırkı halda sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, iddiaçının dəlillərini təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmənin hazırlıq iclasında Cavabdeh ev sökülənə qədər öz ərinin evində yaşadığını bildirmişdir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan "xxxx" MMC-nin təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təklifə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda birləşdirilmiş iddia üzrə iddiaçının hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə tələblərə münasibətdə qeyd edir ki, ilkin iddia tələbinin əsaslı olması və təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, sözügedən ünvanda layihəyə uyğun olaraq binanın inşa olunmasının qarşısının alınması mənasına gəlir ki, bu da yüzlərlə sakinin hüquqlarının kobud surətdə pozulması və onların mənzil gözləntilərinin puç olması ilə nəticələnəcəyindən, qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli evin ərazisi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, ilkin iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia ərizəsində iddiaçılar qismində göstərilmiş Həmidə Ələsgərova, Kamilə Ələskərova, Elmar Ələskərov, Zaur Nəsirov və Aynurə Nəsirova hazırki iş üzrə cavabdeh deyillər və onlara qarşı hər hansı tələb irəli sürülməmişdir. Belə olan halda cavabdeh statusuna malik olmayan şəxslər tərəfindən qarşılıqlı iddia tələbinin təmin edilməsi istisna edilir. Bundan başqa həmin şəxslərin hazırkı qarşılıqlı iddia tələbinə münasibətdə hər hansı subyektiv hüquqa malik olmaları müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamında “Bakı şəhəri, ünvan 2də yerləşən ərazi” kimi qeyd edilib) inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməli, Cavabdeh və qeyrilərinin İddiaçı MMC-yə qarşı tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hər iki tələb üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı yeni mənzilin verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamında “Bakı şəhəri, ünvan 2də yerləşən ərazi” kimi qeyd edilib) inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 kv.m olan 4 otaqlı, 158 saylı təmirli mənzilin Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Cavabdeh, habelə X12, X13, X19, X33, X16 İddiaçı MMC-yə qarşı tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu X25 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar