Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-276/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsinin mən və Cavabdeh arasında naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı iclasın onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən Məhkəmə iclasında İddiaçı məhkəmədən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi cavabdehlə razılaşaraq əmlakın məhkəmədən kənar satışı üzrə nəticə əldə etdiyindən iddia ərizəsini və tələbini geri götürürək iddiadan imtina etməsi ilə bağlı ərizəsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 191.1, 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat (№**********) dövlət rüsumu İddiaçı geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-276/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-276/2025
10.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver