Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2778/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yeni sayğacın quraşdırılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məruz qaldığı mənəvi zərərə görə cavabdehdən iki min manat məbləğində pul kompensasiyasının ödənilməsi və ünvan 3nında yerləşən fərdi yaşayış evinə texniki normativlərə cavab verən sayğacın quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu ərazisində yerləşən fərdi yaşayış evinə istehlakçı fiziki şəxslər üçün nəzərdə tutulmuş standartlara cavab verən hesablama elektrik sayğacı quraşdırılmamışdır. O, Azərişıq ASC-nin əməkdaşları tərəfindən ona məxsus sayğacın razılığı olmadan dəyişdirilməsi və ikifazalı sayğac quraşdırılmalı olduğu halda üçfazalı sayğacın quraşdırılması ilə bağlı məsul şəxslərin hərəkətlərinin onun istehlakçı hüquqlarını pozduğunu hesab edir. Bununla bağlı olduqca narazıdır və pozulmuş istehlakçı hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Belə ki, 2012-ci ildə onun razılığı və məlumatı olmadan onun adına sənədləşdirilmiş sayğacı cavabdeh qurumun məsul şəxsləri tərəfindən dəyişdirilmişdir, bu barədə məlumat əldə etdikdən sonra dəfələrlə illərdir ki, cavabdeh quruma bu məsələ ilə bağlı müraciətlər etmişdir, lakin nəticəsi olmamışdır. Məlum olmayan səbəblərdən ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın ilk dəfə neçənci ildə quraşdırılması tarixi dəyişdirilmişdir. Sayğacın quraşdırılması tarixi kimi 2017-ci il rəsmiləşdirilmişdir. Halbuki onda sübut olaraq 2007-2020 illər ərzində onun adına sənədləşdirilmiş sayğacın göstəriciləri və ödəniş qəbzləri mövcuddur, eyni zamanda fərdi yaşayış evinə ikifazalı sayğac quraşdırılmalı olduğu halda indiyədək üçfazalı sayğacdan istifadə etməli olur və cavabdeh qurumun məsul şəxsləri onu istehlakçı kimi təmin etməli olduqları qanunvericilik ilə müəyyən edilmiş standartlara cavab verən sayğac ilə təmin etmirlər. Bununla bağlı dəfələrlə şəxsən və yazılı formada cavabdeh quruma və onların məsul şəxslərinə müraciət etmiş, faydası olmamışdır. 2007-2009 illər arası müddət ərzində tikdirdiyi evində elektrik enerjisindən istifadə etmək üçün elektrik xətləri mövcud idi, 2007-ci ildə ilk dəfə onun müraciəti əsasında evinə sayğac quraşdırılıb, həmin sayğacın göstəriciləri barədə məlumat ala bilməmiş, cavabdeh qurumdan bu barədə məlumat almaq mümkün deyil, cavab vermirlər. xx.xx.2012-ci ildə sayğacı ona məlum olmayan səbəblərdən razılığı məlumatı olmadan dəyişdirilmişdir. Sonradan əldə etdiyi məlumatlardan öyrənmişdir ki, elektron məlumat bazasında onun fərdi yaşayış evinə quraşdırılmış sayğacın nömrəsi V6803 istehsal tarixi 2012-ci ildir, lakin ona verilən cari elektron qəbzlərdən görünür ki, sayğacın nömrəsi fərqlidir, eyni deyil, V6807 kimi qeyd olunur. Bu məlumatları on il ərzində bilməmişdir. 2020-ci ildə öyrənmişdir ki, məgərsə sıfır fazalı sayğac quraşdırıldığı halda, üç fazalı sayğac rəsmiləşdirilmişdir. Bununla bağlı rəsmi müraciət etsə də nəticə yoxdur. Hətta 2012-2015-ci illər ərzində etdiyi ödənişlərini sistemdən görə bilmir. Halbuki 2012-ci ilədək etdiyi ödənişləri sistemdən görmək mümkündür. Nə məqsədlə ona məxsus məlumatları dəyişdirib yox ediblər bilmir. Nə səbəbdən fərqli nömrəli sayğacdan istifadə etdiyi halda adına sənədləşdirilmiş sayğacın nömrəsi və texniki göstəriciləri fərqlidir bilmir. Bununla bağlı açıqlama ala bilmir. İstehlakçı hüquqlarının pozulduğunu hesab edir. İllər ərzində iki abonent olub, biri atasının evində, biri isə onun tikdirdiyi evdə. **********01336 nömrəli abonent onun adına qeyə alınmış evdə, **********00064 nömrəli abonent atasının adına olan evdə mövcud olub. Atası vəfat etdikdən sonra atasının adına olan abonent anasının adına qeyd olunub. Lakin, o, 2007-2009-cu ildə Tovuz rayon Azaflı kəndinin təsərrüfatbaşına kitablarında qeyd edilmiş 448-ci şəxsi hesabda olan 1960-cı ildə tikilmiş evi sökərək yeni ev tikdirdikdən sonra işıq və qaz çəkilməsi üçün müraciət etmişdir. **********01336 nömrəli abonenti də götürüb anasının adına qeydə alıblar. Yəni hər iki abonent 2020-ci ilədək anasının adına olub. Bu bilərəkdən edilib. Lakin, işıq xətti 2009-cu ildə çəkilmişdir. 2012-ci ildə sayğacı dəyişdirmişlər. Elektron bazada 3 faza reallıqda isə 0 faza ilə ona sayğac quraşdırılıb. Sual olunur 10 il onun sayğacını necə oxuyublar?! Hər iki abonent hal hazırda onun adınadır. 2020-ci ildən sonra onun adına dəyişdirilmişdir. Yəni müqavilə olmalıdır, texniki şərt olmalıdır, lakin hüquq normalarının tələblərinə zidd hərəkətlərə yol verilmişdir. Bu müqavilələr anasına münasibətdə mövcuddurmu mövcuddursa təqdim etsələr cox məsələlər ortaya çıxacaq. İki abonenti bir ev üzərində olan kimi rəsmiləşdiriblər. Bir hesaba ödəniş olub. Bununla bağlı şikayətçidir. Rəsmi sənədlərdə göstərilmiş göstəricilərə cavab verən sayğacın quraşdırılmasını tələb edir. Məruz qaldığı mənəvi zərərə görə də təzminat tələb edir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış subabonent müqaviləsinin etibarsız hesab edilməsi və məişət abonenti müqaviləsi bağlanması tələblərinin də həmçinin qətnamə ilə təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məruz qaldığı mənəvi zərərə görə cavabdehdən iki min manat məbləğində pul kompensasiyasının ödənilməsi və ünvan 3nında yerləşən fərdi yaşayış evinə aid **********01336 nömrəli abonentə qoşulma tarixinə (yəni 2007-ci ilə) qeyd olunan texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X1 Tovuz rayon Azaflı kəndində keçmiş Azərbaycan SSRi dövründən iki yerdə yaşayış evi olmuşdur. İlk yaşayış evi 1948ci ildə inşa edilmiş və 1979-cu ilə qədər mövcud olmuş və 1976-1979-cu illərdə bədbəxt hadisə nəticəsində yanaraq məhv olmuşdur. Həmin yaşayış evinin yerində 1981-ci ildə yenidən fərdi yaşayış evi inşa edilmişdir. Qeyd etmək istəmişdir ki, bu yaşayış evi keçmiş DTİ və MHQİ tərəfindən tərtib edilmiş 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasport əsasında xx.xx.2020-ci il tərtib edilmiş ********** qeydiyyat **********92-10301 nömrəli texniki pasportda qeyd olunan, baza xəritəsində coğrafi koordinatları X=555213.2623 Y=4531521.5554 olan ərazidə yerləşir. **********00064 nömrəli abonent bu ünvanda yerləşir. İkinci evi (xəritə nömrəsi) 448-ci şəxsi hesabda qeyd olunan 1960-cı ildə inşa edilmişdir. Bu fərdi yaşayış evi coğrafi koordinatları X=555436.8466, Y=4530456.5635 olan, xx.xx.2005-ci il atası X1 adına verilmiş JN-162A şəhadətnaməsində qeyd olunan 44.8 m2 yaşayış evi hal hazırda xx.xx.2021-ci il ********** qeydiyjai **********03-10301 texniki pasportda qeyd olunan həyatyanı torpaq sahəsidir. **********01336 nömrəli abonent həmin fərdi yaşayış evinə aiddir. Bu abonent gücləndirici transfarmatordan 200 metr aralıdır. Hər iki fərdi yaşayış evinə Tovuz rayon Azaflı kəndinə ilk dəfə elektrik enerjisi verildikdə elektrik xətti çəkilmiş və elektrik enerjisi sərfi üzrə ödəniş edilmişdir. Lakin, sayğac ancaq 1981-ci ildə inşa edilmiş fərdi yaşayış evində olmuşdur. Bu sayğac zaman-zaman dəyişdirilmiş və hal-hazırda mövcud olan **********00064 nömrəli abonent həmin yaşayış evindədir. Bu abonent atası X1 adına rəsmiləşdirilmiş və Böyük vətən müharibəsi iştirakçısı (müharibə veteranı) olduğu üçün enerji sərfinə görə 50% ödəniş edilmişdir. Bu abonent atası vəfat etdikdən sonra qanuni vərəsə olan anası X2 adına rəsmiləşdirilmişdir. 448-ci şəxsi hesabda qeyd olunan 1960-cı ildə inşa edilmiş bu abonentə elektrik xətti çəkilsədə heç vaxt sayğac olmayıb və passiv rejimdə olub. 2007-ci ildən başlayaraq o, bu fərdi yaşayış evini yararsız vəziyyətə düşdüyünə görə sökərək yenidən öz vəsaiti hesabına inşa etdirmişdir. Paralel olaraq elektrik xəttinin çəkilməsi və sayğac qoyulması üçün müvafiq quruma müraciət etmişdir. İlk vaxtlar başqa sayğac qoyulsa da abonent tarixçəsindən görünür ki, 2012-ci ildə onun iştirakı olmadan sayğacın dəyişdirilməsi həyata keçirilmişdir. **********01336 abonent kodu verilmişdir. Eyni zamanda 2012-ci ildə paralel olaraq Tovuz rayon Qİİ-nə qaz sayğacı qoyulması üçün müraciət etsəə də sayğac 2016-cı il tarixdə qoyulmuşdur. O, xx.xx.2020-ci il tarixdə müraciət edərək **********01336 abonentə 246862 nömrəli müqavilə imzalamışdır. Lakin, yenədə balans mənsubiyyət aktı verilməmişdir. Bu müqaviləni hansı mülkiyyət sənədi əsasında onunla bağlanıldığı ona məlum deyil. O, 2020-ci ildə aşkarlamışdır ki, **********01336 nömrəli abonent üzrə sayğacın nömrəsi və tipi uyğunsuzluq təşkil edir. Belə ki, abonent tarixçəsindəndə görünür ki, xx.xx.2012-ci il dəyişdirilmiş ÜG 6803 Vİ sayğacının elektron bazada nömrəsi ******* olmaqla 3x380/220 və 1 amper olsada, faktiki sayğac **********00420 nömrəli Möhür (0844176) ÜG 6807 Vİ tipli 1 anper olmuşdur. Lakin xx.xx.2021-ci ildə onun müraciətlərindən sonra yenidən elektron bazada dəyişiklik edilərək ********** nömrə, tipi ÜG 6803V1 olmaqla 3x380/220 gərginlikli, 1 amper kimi göstərmişlər. Lakin yenədə faktiki sayğac **********00420 nömrəli ÜG 6807 Vİ tipli 1 amper olmuşdur. xx.xx.2021-ci il yenidən elektron bazada dəyişiklik edərək ********** nömrə, tipi V6807V1 gərginlik 220 V olmaqla 5 amper qeyd etmişlər. Lakin möhür nömrəsi (0844176) heç vaxt dəyişdirilməmişdir. Abonent tarixçəsindən görünür ki, 2012-ci ildən əvvəllər ödəniş edilmişdir. Belə təəsurat yaratmışlar ki, bir il ərzində onun sayğacını iki dəfə dəyişdirmişlər. Lakin, heç bir sayğac dəyişdirilməmişdir. 2012-ci ildən necə dəyişdiriblərsə həmin sayğacda yerindədir. Abonent tarixçəsindən görünür ki, xx.xx.2021-ci ildə tarixdə sayğacın göstəricisi 7883 olsada xx.xx.2021-ci ildədə eyni qalmışdır. Eyni ilə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək sayğacın göstərici eyni yəni 7923 qalmışdır. ********* 501336 nömrəli abonent üzrə bağladığı müqavilələr: xx.xx.2020-ci il 246862 saylı müqavilə, xx.xx.2021-ci il 253896 №-li müqavilə. Qeyd etmək istəmişdir ki, **********01336 abonentdə anası X2 adına rəsmiləşdiirimişdir. **********00064 nömrəli abonent üzrə bağladığı müqavilələr: xx.xx.2021-ci il 253897 saylı müqavilə Göründüyü kimi mənim ilk müqaviləm 246862 №-İi xx.xx.2020-ci ildə **********01336 abonent üzrə olmuşdur. Bu müqavilələrdən başqa onun əvvəllər hal-hazırda heç bir müqavilə və digər sənədlər olmamışdır. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilinəsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər 150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik mənisi (gücü) alması (mövcud 0.4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası’na əsasən müəyyən edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik eneri/isi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerfi təchizatı şəbəkəsinə qoşulması Qaydalar”-a və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2018ci il tarixli 326 nömrəli Qərarı ilə təstiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik eneriisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerii təchizatı şəbəkəsinə qoşulması Qaydası”na uyğun olaraq məişət abonentin elektrik şəbəkəyə qoşulması texniki şərtlərin və layihə sənədlərinin əsasında keçirilir. Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektininyerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM in mərkəzlərdəki nümayəndəsinə müraciət edir. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer), 2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda), 3.tələb olunan elektrik enerfisinin gücü və keyfiyyət göstəriciləri. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir.” Məişət abonentlərinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən, sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanlandığıxx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, **********01336 və **********00064 saylı abonent kodlarının saldosundan quraşdırılma, ödəniş tarixlərinə və məsafədən oxunan sayğacın olması və bir texniki şərt altında olmasına diqqət yetirilməsini və araşdırmanın onun iştirakı ilə aparılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədə göstərilmişdir ki, **********00064 saylı abonent kodunun ünvan qeydiyyatı və elektron qəbzdə Tovuz rayonu Azaflı kəndi göstərilməsi **********01336 abonentdə isə 3x380/220 lakin reallıqda isə nol faza olması bir texniki şərt altında sayğaclaşdırılması anlamına gəlir. **********00064 saylı abonent X1 mülkiyyətinə verilmiş fərdi yaşayış evində quraşdırılmış və 2021-ci ilin sentyabr ayına qədər anası X2 adına rəsmiləşdirilmişdir. Bu faktların araşdırılmaqla problemin qanuna uyğun həll edilməsi və yerində akt tərtib edilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, **********01336 və **********00064 saylı kodlara dair adına hazırlanmış teniki şərtin surəti Azərişıq ASC-nin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Tovuz rayonu Azaflı kəndində sayğac quraşdırma işləri aparılan zaman fərdi yaşayış evinə **********00420 zavod nömrəli elektrik sayğacı quraşdırılmış, ev **********6 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Lakin, sayğacın parametrləri kompüter informasiya bazasına işlənərkən **********00420 zavod nömrəli elektrik sayğacının nömrəsi səhvən **********00470 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixində elektrik sayğacına baxış keçirilmiş və ******* nömrəli protokol tərtib edilmişdir. Protokola əsasən kompüter informasiya bazasında düzəliş aparılmışdır. İş materiallarında olan Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3nda yerləşən abunə kodu **********01336 olan ona məxsus olan yaşayış evinin **********00420 zavod nömrəli elektrik sayğacının 3 fzlı deyil 1 fazlı elektrik sayğacı olması yoxlanılmış və informasiya məlumat bazasında xx.xx.2021-ci il tarixində müvafiq düzəliş aparılmışdır. İş materiallarında olan Azərişıq ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə **********01336 abobnent kodu üzrə bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tutmaqla elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamışlar. İş materiallarında olan Azərişıq ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə **********00064 abobnent kodu üzrə bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tutmaqla elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamışlar. İş materiallarında olan Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Tovuz rayonu Azaflı kəndində yerləşən fərdi yaşayış evinə məxsus **********01336 və **********00064 nömrəli abunə kodlarına dair elektrik enerjisinə görə alqı-satqı müqavilələri və abunə vərəqləri məktuba əlavə olaraq təqdim edilməklə abunə kodlarının açılması və elektrik sayğaclarının quraşdırılması Azərenerji ASC-nin dövrünə aid olması səbəbindən texniki şərtlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, 2007-2009 illər arası müddət ərzində tikdirdiyi evində elektrik xətləri mövcud olmaqla 2007-ci il tarixdə ilk dəfə onun müraciəti əsasında evinə sayğac quraşdırılmış, həmin sayğacın göstəriciləri barədə məlumat ala bilməmişdir. xx.xx.2012-ci ildə ona məlum olmayan səbəblərdən sayğac dəyişdirilmişdir. Sonradan öyrənmişdir ki, elektron məlumat bazasında onun fərdi yaşayış evinə quraşdırılmış sayğac sıfır fazalı olduğu halda üç fazalı sayğac kimi rəsmiləşdirilmişdir. Bununla bağlı rəsmi müraciətlər etsə də nəticə verməmişdir. Hesab etmişdir ki, cavabdeh qurumun hərəkətləri nəticəsində ona 2000 manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmə ilk öncə iddia tələbinin “ünvan 3nında yerləşən fərdi yaşayış evinə aid **********01336 nömrəli abonentə qoşulma tarixinə (yəni 2007-ci ilə) qeyd olunan texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ünvan 3nına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilələr bağlanmışdır. İddiaçının cavabdeh quruma etdiyi müraciətlərdən görünür ki, həmin müraciətlərdə “texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması” ilə bağlı tələblər öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında iddia tələbinin həmin hissəsinə münasibətdə vətəndaşın müvafiq tələbinin təmin edilməməsinin həmin tələblə bağlı müraciətin olmaması ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş 2000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yeni sayğacın quraşdırılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2778/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2778/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver