Məhkəmə qərarları › İş №e-2(006)-2778/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2778/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2778/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 408.000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə isə 1.000.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 497.073 manat məbləğində kompensasiya və mənəvi zərərə görə isə 1.000.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı polkovnik-leytenant X11 N17-ci ilin mart ayına kimi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. N17-ci ilin martında ordudan tərxis olunmaq üçün 90 günlük məzuniyyətə buraxılmışdır. Ailəsi ilə birlikdə Qəbələ rayonunda olan zaman 04 may N17-ci il tarixdə saat təxminən 23.00 radələrində polislər evə gəlmiş, Saleh Qafarovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirmiş, orada ona qarşı sürülmüş saxta ittihamı etiraf etməsi üçün ağır işgəncələr verilmiş və o, bu səbəbdən vəfat etmişdir. İddiaçının həyat yoldaşı «Tərtər işi» kimi tanınan və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq altında olmuş və verilmiş işgəncə nəticəsində dünyasını dəyişib. Təqsirləndirilən şəxslər X17, X8 və X2 rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşlar. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N19-cu il tarixli 1(098)-7/N19 saylı hökmünə əsasən X17 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 134cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X17 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, X8 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X4 Azərbaycan Respublikası CMnin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N19-cu il tarixli 1(098)-7/N19 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs X17 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X8 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X4 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Saleh Qafarovun vəzifəli şəxslər tərəfindən gördüyü işgəncə nəticəsində vəfat etməsi bu hökmlə təsdiq edilib. X11 18 iyul N03-cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.N04-cü il təvəllüdlü X12 və xx.xx.N07-ci il təvəllüdlü X14 doğulmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən Saleh Qafarov 13 may N17-ci il tarixdə ölüb. X5 Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 04 may N18-ci il tarixdə Saleh Qafarov barəsində cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Faktiki olaraq Saleh Qafarov 1 (bir) il ərzində CM-nin 274-cü və digər maddələri üzrə təqsirləndirilən qismində olub. Müdafiə Nazirliyi iddiaçıya bildirib ki, Saleh Qafarov N17-ci ilin aprel ayında ordudan tərxis olunub. Müdafiə Nazirliyinin dediyi əsas götürülsə Saleh Qafarov 34 il müddətində pensiya alacaqdı. Belə ki, Saleh Qafarov işgəncə nəticəsində həlak olduğu zaman 40 yaşı var idi. Azərbaycanda orta ömür həddi 74 il olaraq müəyyən edilib. Saleh Qafarov ən azı 34 il yaşayacaqdı. Polkovnik-leytanant olan Saleh Qafarov minimum aylıq 1000 manat pensiya alacaqdı (34 il x 12 = 408 ay). İddiaçıya dəyən maddi ziyanın məbləği 408.000 (dörd yüz səkkiz min) manatdır (408 ay x 1.000 manat). İddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddianın maddi zərərin ödənilməsi hissəsində iddia tələbinin həcminin artırılmasına ehtiyac yaranıb. Belə ki, Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən MN seriyalı 09191 nömrəli məlumat vərəqəsində qeyd edilir ki, iddiaçının həyat yoldaşı X11 xx.xx.N17-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 167-ci maddəsinin «b» bəndinə (vəfat etdiyinə görə) tərxis olunub. Həmin məlumat vərəqəsində qeyd edilir ki, Saleh Qafarov üçün pul təminatının məbləği 1236,50 manat olmuşdur. Yəni göründüyü kimi Saleh Qafarov işgəncə nəticəsində həlak olduğu zaman hərbi qulluqçu olub və onun gəliri 1236,50 manat olub. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində hərbi xidmət üçün son yaş həddi 63 olaraq müəyyən edilir. Saleh Qafarov ehtiyata buraxılmağını istədiyi qeyd olunsa da, təqdim edilən məlumat vərəqəsindən görünür ki, o, ehtiyata buraxılmayıb və qanun ona 63 yaşına kimi hərbi xidmət keçmək imkanı verirdi. Saleh Qafarov öldüyü zaman 40 yaşında olub. Yaşayacağı təqdirdə ən azı 23 il hərbi xidmət keçəcəkdi və maddi gəliri 341.274 (23 il x 12 ay x 1236,50 manat) manat olacaqdı. Bundan başqa Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda kişilər üçün gözlənilən ömür uzunluğu N17-ci il üçün 73.6 yaş müəyyən edilmişdir. Saleh Qafarov 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsa idi, 13.6 yaş yaşayacaqdı. Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Qanunun N.14.1-ci maddəsinə əsasən Saleh Qafarovun N17-ci il tarixə təminat xərcliyinin 100 faizi məbləğində pensiya almaq hüququ olub. Yəni yaşasaydı Saleh Qafarovun 10 il yarım pensiya almaq imkanı olacaqdı və 155.799 (10.6 x 12 x 1236,50 manat) manat gəlir əldə edəcəkdi. İddiacıya dəymiş maddi ziyanın ümumi məbləği 497.073 manat təşkil edir. Bu səbəbdən, iddianın həcminin artırılması barədə ərizə təqdim etmişlər. Məhkəmədən həmin ərizənin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı «maddi zərərə görə 408.000 manat və mənəvi zərərə görə 1.000.000 manat kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirir ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bildirir ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda nəzərə çatdırır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı N17-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edir ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr N08-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirir ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.1977-ci il tarixli İV-JQ seriyalı 499122 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 30 avqust 1977-ci il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, X11 N saylı Hərbi Hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qəbələ rayonu Zarağan kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş 18 iyul N03-cü il tarixli İİ-AZ seriyalı 05N01 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 arasında nikah 18 iyul N03-cü il tarixdə 18 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 886188 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.N17-ci il tarixdə Bakı şəhərində ağ ciyərin piy emboliyasından ölmüşdür. Bu barədə 15 iyul N17-ci il tarixdə 44 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, mərhum polkovnik-leytenant X11 Azərbaycan Respublikası Müdafiə nazirinin 25 mart N17-ci il tarixli 0N0 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq “N nömrəli hərbi hissənin Motoatıcı tabor komandiri” vəzifəsindən azad olunaraq N nömrəli hərbi hissə komandirinin N aprel N17-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Eyni zamanda bildirirlər ki, tərxis olunduğu günə, yəni N aprel N17-ci il tarixə, mərhumun xidmət illəri: təqvimlə - 21 il 08 ay 27 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 17 il 07 ay 24 gün, ümumi xidmət illəri isə - 39 il 04 ay 21 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.14.1-ci maddəsinin 01 yanvar N24-cü il tarixədək qüvvədə olan redaksiyanın müddəalarına əsasən mərhum Saleh Qafarovun xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinin (pul təminatının) 100% miqdarında pensiya almaq hüququ var idi. Lakin mərhumun şəxsi işi 03 oktyabr N17-ci il tarixdə idarələrinin ünvanına daxil olmasını nəzərə alaraq, məhz qeyd etdikləri tarixdən Saleh Qafarovun ailə üzvlərinə Müdafiə Nazirliyi xətti ilə ailə başçısının itirməyə görə əmək pensiyası təyin olunması məqsədi ilə tərəflərindən “Məlumat vərəqi” tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Bundan başqa bildirirlər ki, Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsinin arxivində saxlanılan mərhum Saleh Qafarova məxsus MN- 09190 nömrəli şəxsi (pensiya) işinin araşdırılması zamanı məlum olmuşdur ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət zamanı mərhum aşağıdakı təminat xərcliyi ilə təmin olunurdu (Əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş MN N9 018074 nömrəli N aprel N17-ci il tarixli “Pul attestatı”): - vəzifə maaşı: 505.00 manat; - rütbə maaşı: 134.00 manat; - xidmət illərinə görə faiz əlavəsi (25%): 159.75 manat; - məharət dərəcəsinə görə əlavə (15%): 75.75 manat; - ərzaq payı əvəzinə verilən pul kompensasiyası: 64.00 manat; - Cəmi: 938.50 manat. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.N24-cü il tarixli məktubu ilə müəyyən olunur ki, məhkəmənin sorğusu əsasında X7 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, X5 xidmətdən buraxıldığı günə, yəni N aprel N17-ci il tarixə xidmət illəri: təqvimlə - 21 il 08 ay 27 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 17 il 07 ay 24 gün, ümumi xidmət illəri isə - 39 il 04 ay 21 gün təşkil etmişdir. Məlumat üçün bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.14.1-ci maddəsinə əsasən mərhum Saleh Qafarovun xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinin (pul təminatının) 100 faizi (vəzifə maaşı - 505,00 manat, hərbi rütbə maaşı - 134,00 manat, xidmət illərinə görə faiz əlavəsi (25%) - 159,75 manat, məharət dərəcəsinə görə əlavə (15%) - 75,75 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat, cəmi 938,50 manat) miqdarında pensiya almaq hüququ var idi. S.Qafarovun 27 aprel N17-ci il tarixdən 13 may N17-ci il tarixədək (vəfat etdiyi günədək) almadığı pensiya məbləği (938,50 manat / 30 gün * 16 gün) 500,53 manat təşkil etməli idi. Lakin, mərhum S.Qafarovun şəxsi işi 03 oktyabr N17ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə daxil olmuş və həmin tarixdə də barəsində “Məlumat vərəqi” tərtib edilərək tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubu ilə müəyyən olunur ki, X5 həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair müvafiq sənədlər göndərilmişdir. İş materiallarına əlavə olunmuş Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/N19 saylı, xx.xx.N19-cu il tarixli hökmünün surətindən görünür ki, X17 Azərbaycan Respublikası CMnin 125-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə, CM-nin 133,2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 134-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Fuad Ağayevin cəza çəkməsinin əvvəli 19 iyun N17-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X8 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133,2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qurban Cümşüdovun cəza çəkməsinin əvvəli 18 iyun N17-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X4 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 18 iyun N17-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, mülki iddialar baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun 04 may N18-ci il tarixli ********* nömrəli cinayət işi üzrə «Sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında» qərarından görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun sabiq komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş mərhum X5 düşmənlə əməkdaşlıq etməsi öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən mərhum X5 barəsində Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində bir sıra dəlillərə istinad edərək cavabdeh Azərbyacan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına mənəvi zərərə görə onun xeyrinə 1.000.000 manat məbləğində pul tutulması, eləcə də maddi ziyana görə 497.073 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mənəvi zərərin vurulmasına dair hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (həmin Məcəllənin 21.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may N02-ci il tarixli qərarında göstərilmişdir ki, «hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur». Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N19-cu il tarixli 1(098)-7/N19 saylı hökmü X13 aid hissədə qüvvədədir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N19-cu il tarixli 1(098)-7/N19 saylı hökmü ilə müəyyən edilmişdir ki, X17 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur. Hökmdən görünür ki, təqsirləndirilən şəxs X17 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X8 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X4 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Saleh Qafarovun vəzifəli şəxslər tərəfindən gördüyü işgəncə nəticəsində vəfat etməsi bu hökmlə təsdiq edilib. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart N04-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N21-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə N14-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə N15-ci il 15 iyul tarixli və «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» N16-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə xx.xx.N19-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» N05-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisialhğın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Məhkəmə hazırda baxılan mülki işlə bağlı qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N19-cu il tarixli 1(098)-7/N19 saylı hökmü ilə X9 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm ona aid hissədə qanuni qüvvəyə mindiyindən, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Həmin hökmdə göstərilmişdir ki, «051 saylı hərbi hissəsinin hərbi qulluqçusu, ədliyyə mayoru X17 digərləri ilə bir qrup şəxs halında ... Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin 16.05.Nl4-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın və digər rəhbəredici sənədlərin tələblərinə zidd, xidməti vəzifələrinin icrasına aid olmamasına, eləcə də prosessual şəxs olmadığından cinayət təqibi aparmaq, istintaq və prosessual hərəkətləri yerinə yetirmək, təhqiqat və ya istintaq altında olan şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, hərbi prokurorluğa vaxtında məlumat vermədən özbaşına qanunsuz iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış hərbi qulluqçuları sorğu-sual prosesinə məruz qoyması, ... Fuad Ağayevin özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tanınmaya təqdim etmə, üzləşdirmə, baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında, protokollar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərlə həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir.» Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə, qulluq səlahiyyətini aşmaqla və öz qulluq mövqeyindən sui-istifadə etməklə X17 tərəfindən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X5 dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə, sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurulmasına məruz qalması və nəticədə ölməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə (şəhərdə, rayonda və s. yaşayış məntəqələri nəzərdə tutulur) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may N02ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel NN-ci il tarixli Qərarında göstərilmişdir ki, «Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.» Həmin Qərarda həmçinin göstərilmişdir ki, «... Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı «qanunvericilikdə nəzərdə tutulmasa da» ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.» Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr N08-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri «nigarançılıq, ruhi sarsıntı və iztirab», «həyəcan, acizlik və sarsıntı», «məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik» kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə N06-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə N14-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2oİ4-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə N09-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr N08-ci il tarixli «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.» Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 1.000.000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edir ki, təyin edilən mənəvi zərərin məbləği Bakı Apelyasiya Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (misal üçün iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.N22-ci il tarixli 2(102)-1481/N22 nömrəli qətnaməsi və s.) uyğundur. Məhkəmə mənəvi zərərin cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral N09-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin «dövlət büdcəsinin vəsaiti», zərəri ödəməli olan subyektin isə «Azərbaycan Respublikası» kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası» dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. İddia tələbinin vurulmuş maddi zərərin əvəzinə 497.073 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən tələbi ehtimallara əsaslanır, mücərrəddir. Belə ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmiş, insanın yaş həddi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarına, həyat yoldaşının bu hadisə səbəbi ilə bağı vəfat etməsəydi müəyyən dövr ərzində pensiya təminatından yararlanacağına və s. barədə ehtimallara əsaslanmışdır. Bu isə iddianın təmin edilməsi üçün qanuni əsas deyil. İddia tələbi konkret olmalı, mötəbər sübutlara dayanmalı, ehtimallar üzərində deyil, real faktlar üzərində qurulmalı və möhkəm hüquqi əsaslara malik olmalıdır. Hazırki iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi tələbi isə qeyd edilən xüsusiyyətlərin heç birinə (mötəbər sübuta, real faktlara, möhkəm hüquqi əsaslara) malik deyil və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 50.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 50.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar