Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-280/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 (digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı3, İddiaçı1ın, X4 və Cavabdeh1 ataları Hüseynov Həsən Dolxan oğlu anaları X8 ilə 1957-ci ildə ailə həyat qurmuşlar. 1989-cu ildə Ermənistandan qaçqın düşərək ünvan 1 ünvanında yerləşən 5 otaqlı evi almışlar. Onun 2 otağı Hüseynov Həsən Dolxan oğlunun, 3 otağı X4 adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. Sonra ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi 8 saylı ünvanda yerləşən evin 1 otağını paylı mülkiyyət hüququ ilə almışdır. 1992-ci ildə X8 rəhmətə getmişdir. 2002-ci ilin avqust ayında Hüseynov Həsən Dolxan oğlu X5 ilə ailə həyatı qurmuşdur. xx.xx.2015ci ildə Hüseynov Həsən Dolxan oğlu vəfat etmişdir. Həmin vaxtadək X5 ilə ünvan 3 ünvanda yerləşən evin 2 otağında yaşamışlar. Hüseynov Həsən Dolxan oğlunun ölümündən sonra ünvan 3 ünvanda yerləşən evin 2 otağında X5 qardaşları Cavabdeh1 ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçılar Cavabdeh1 həmin miras əmlakların vərəsələr arasında könüllü bölünməsini xahiş etsələr də, buna razılıq verməmişdir. Buna görə də Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 2(006)-638/2016 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı3, İddiaçı1 və X4 cavabdehlər X3 və Cavabdeh1 qarşı sənədlərin tələb edilməsi və mirasın 1/5 hissədə bölünməsi tələbinə dair ilkin iddiası və X1 və Cavabdeh1 İddiaçı3, İddiaçı1 və X6 qarşı miras əmlakın bölünməsi və pul tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, miras kütləsinə daxil olan Bakı şəhəri Abbas Səhhət küçəsindəki 21 saylı 2 otaqlı ev vərəsələr İddiaçı3, İddiaçı1, X10, X5 və Cavabdeh1 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüş, miras kütləsinə daxil olan Bakı şəhəri Maqsud Əlizadə küçəsindəki 8 saylı 1 otaqlı ev vərəsələr İddiaçı3, İddiaçı1, X10, X5 və Cavabdeh1 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüş, ilkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı i tarixli, 2(103)-3674/16 saylı qətnaməsi ilə cavabdehlər X1 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli 2(006)-638/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 07 dekabr 2016-cı il tarixli 2(102)-5984/2016 saylı qərarı ilə qarşılıqlı iddia tələbi üzrə X1 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı i tarixli, 2(103)-3674/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışa əsasən ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeyd edilməklə xx.xx.2019-cu il tarixdə 1 otaqdan 1/4 hissədə İddiaçı1, 1 otaqdan 1/4 hissədə X4, 1 otaqdan 1/5 hissədə Cavabdeh1, 1 otaqdan 1/4 hissədə İddiaçı3 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. X1 1 otaqdan 1/20 hissədə açıq qalmışır. Həmin evin 1 otağı Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışa əsasən ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeyd edilməklə xx.xx.2017-ci il tarixdə 2 otaqdan 1/5 hissədə İddiaçı1, 2 otaqdan 1/5 hissədə İddiaçı3, 2 otaqdan 1/5 hissədə X1, 2 otaqdan 1/5 hissədə Cavabdeh1, 3 otaq və 2 otaqdan 1/5 hissədə X4 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. X5 ilə Hüseynov Həsən Dolxan oğlunun nikahları 21 iyun 2005-ci il tarixdə 322 nömrəli aktla qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə X5 vəfat etmişdir. Ölümü xx.xx.2017-ci il tarixdə 1928 nömrəli aktla qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsələri İddiaçı1 1/4 payda, İddiaçı3 1/4 payda, X10 1/4 payda irs almalıdırlar. Miras əmlak Bakı şəhəri Nəsimi rayonu Abbas Səhhət küçəsiev 21 ünvanında yerləşən mənzildən mərhum X3 məxsus olan 2 otağın 1/5 hissəsindən ibarətdir. X10 ilə İddiaçı2 arasında nikah 16.12. 1989-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1300 saylıakt qeydi ilə qeydiyyata alınmış və nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci ildə X10 vəfat etmiş, onun ölümü ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 1104 nömrə ilə qeyd edilmiş, ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli Çıxarışa əsasənünvan 5 ünvanında xüsusimülkiyyət hüququ ilə 3 otaq və 2 otaqdan 5/20 hissədə X4 paylımülkiyyət hüququ qeydiyyatda alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında xüsusi mülkiyyət hüququ ilə 1 otaqdan 1/4 hissədə X4 paylı mülkiyyət hüququ qeydiyyatda alınmışdır. Hər birinin müəyyən ehtiyacları ödəmək üçün pula ehtiyacı vardır. Buna görə də Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın 2 otağının aralarında bölünməsini xahiş etdilər. Hazırda qardaşları Cavabdeh1 həmin ünvanda yaşayır. Ona ya iddiaçılara çatan payın dəyərini ödəyib, həmin ünvanda yaşamasını, yaxud da onların ona çatası payın dəyərini ödəyib həmin ünvandan çıxmasını və yaxud da həmin evin ona çatan pay hissəsində məskunlaşıb, onlara çatan pay hissəsini boşaltmağı təklif etdilər. Həmçinin, ona təklif etdilər ki, əgər razıdırsa bu ünvanda ona çatası payını onlara versin, onlar da ünvan 4 ünvanında yerləşən 1 otağa çatan paylarını ona versinlər. Cavabdeh1 bunların heç biri ilə razılaşmadı. Qanunvericiliyə əsaəsn paylı mülkiyyətdə olan əşya paylı mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda sadalanan əmlak üzərində tərəflərin payları müəyyən edilsə də, hal-hazırda naturada bölgü aparılmadığından mülkiyyət hüququ xəyalı xarakter almış, onların istifadə edilməsində və ya sərəncam verilməsində çətinliklər yaranmışdır. Tərəflərindən cavabdehə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının cavabdehə düşən payın hazırkı bazar qiymətinə uyğun 12500 (on iki min beş yüz) manat dəyərinin kompensasiya olaraq və ünvan 4 ünvanında yerləşən 1 otağın onlara düşən payın hazırkı bazar qiymətinə uyğun 7000 (yeddi min) manat dəyərinin kompensasiya olaraq ödəmək təklif olunmuşdur. Təklifə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Belə hesab edilir ki, yuxarıda göstərilənlərə və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 arasında 1/4 hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu mümkün olmadıqda əmlakın hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 arasında 1/4 hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının və ünvan 4 ünvanında yerləşən 1 otağın onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu qaydada naturada bölgü mümkün olmadıqda, naturada bölgünün ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 verilməsi, Bakı şəhəri Nəsimi rayonu Məsud Əlizadə küçəsiev 8 ünvanında yerləşən 1 otağın Cavabdeh1 verilməsi qaydasında aparılması və yaxud iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 düşən payların birlikdə 3/4 hissədə, Cavabdeh1 düşən 1/4 hissədə olan paydan naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun iddiaçılar tərəfindən kompensasiya ödənilməklə cavabdehə düşən payın iddiaçılara verilməsi, bu da mümkün olmadıqda əmlakların hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 arasında 1/4 hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının və ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu qaydada naturada bölgü mümkün olmadıqda naturada bölgünün ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 verilməsi, ünvan 11 ünvanında yerləşən 1 otağın Cavabdeh1 verilməsi qaydasında aparılması və yaxud iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 düşən payların birlikdə 3/4 hissədə, Cavabdeh1 düşən 1/4 hissədə olan paydan naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 12500 (on iki min beş yüz) manat dəyərinin kompensasiya olaraq və ünvan 4 ünvanında yerləşən 1 otağın cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 7000 (yeddi min) manat kompensasiya olaraq iddiaçılar tərəfindən ödənilməsi, cavabdehə düşən payın iddiaçılara verilməsi və yaxud ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 1/4 (dörddə bir) hissəsinin İddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı1, 1/4 (dörddə bır) hissəsinin İddiaçı2 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı3, 1/4 (dörddə bir) hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 75000 (yetmiş beş min) ödənilməsini və ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın ¼ hissəsinin İddiaçı1 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı1,1/4 hissəsinin İddiaçı3 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, ¼ hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 30000 manat dəyərinin cavabdeh tərəfindən ödənilməsi, iddiaçılara düşən payın cavabdehə verilməsi, bu da mümkün olmadıqda əmlakların hazırki bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında İddiaçı1 (digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 ataları Hüseynov Həsən Dolxan oğlu tərəfindən ünvan 10 və ünvan 12 ünvanında yerləşən 5 otaqlı və 1 otaqlı ev alınmışdır. Daha sonra Hüseynov Həsən Dolxan oğlu X5 ilə evlənmiş, sonradan Hüseynov Həsən Dolxan oğlu vəfat etmiş, bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 2(006)-638/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Abbas Səhhət küçəsindəki 21 saylı 2 otaqlı ev vərəsələr İddiaçı3, İddiaçı1, X10, X5 və Cavabdeh1 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüş, Bakı şəhəri Maqsud Əlizadə küçəsindəki 8 saylı 1 otaqlı ev vərəsələr İddiaçı3, İddiaçı1, X10, X5 və Cavabdeh1 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüşdür. Daha sonra DƏDRX tərəfindən verilən Çıxarışa əsasən ünvan 13 ünvanı 1 otaqdan 1/4 hissədə İddiaçı1, 1 otaqdan 1/4 hissədə X4, 1 otaqdan 1/5 hissədə Cavabdeh1, 1 otaqdan 1/4 hissədə İddiaçı3 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. X1 1 otaqdan 1/20 hissədə açıq qalmışır. Həmin evin 1 otağı Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır. Eyni zamanda DƏDRX tərəfindən verilən Çıxarışa əsasən ünvan 14 ünvanı 2 otaqdan 1/5 hissədə İddiaçı1, 2 otaqdan 1/5 hissədə İddiaçı3, 2 otaqdan 1/5 hissədə X1, 2 otaqdan 1/5 hissədə Cavabdeh1, 3 otaq və 2 otaqdan 1/5 hissədə X4 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. İddiaçılar məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlərə təklif göndərsələr də, cavabdehlər tərəfindən bununla bağlı heç bir cavab verilmədiyindən, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırda iddiaçılar qeyd edilən mənzillərin paylı mülkiyyətçilər arasında bölüşdürülməsini, bu mümkün olmadıqda ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının onlara verilməsi, ünvan 11 ünvanında yerləşən 1 otağın Cavabdeh1 verilməsini və yaxud onlara düşən payların birlikdə 3/4 hissədə, Cavabdeh1 düşən 1/4 hissədə olan paydan naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 12500 manat dəyərinin kompensasiya olaraq və ünvan 4 ünvanında yerləşən 1 otağın cavabdehlərə onlar tərəfindən ödənilməsi, cavabdehə düşən payın onlara verilməsi və yaxud ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 1/4 hissəsinin İddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı1, 1/4 hissəsinin İddiaçı2 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, 1/4 hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, onlara kompensasiya olaraq cəmi 75000 ödənilməsini və ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın ¼ hissəsinin İddiaçı1 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı1,1/4 hissəsinin İddiaçı3 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, ¼ hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, onlara kompensasiya olaraq cəmi 30000 manat dəyərinin cavabdeh tərəfindən ödənilməsi, onlara düşən payın cavabdehə verilməsi, bu da mümkün olmadıqda əmlakların hazırki bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edirlər.
b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4734 saylı ekspert rəyindən görünür ki, ünvan 15 ünvanda yerləşən daşınmaz əmlak cavabdehlər tərəfindən təqdim edilməmişdir. Tədqiq olunan digər tikili, ünvan 13 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə aynca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. 11.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, H/02-PLS nömrəli Rəydən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirmə keçirilən vaxtı, ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının və ünvan 4 ünvanda yerləşən qiymətləndirməyə təqdim olunan mənzilin 1 otağının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 2 otağın 45.000 manat, 1 otağın qiyməti 30.000 manat təşkil edir. 12.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otaqdan 1/5 hissəsi İddiaçı3, 2 otaqdan 1/5 hissə İddiaçı1, 2 otaqdan 1/5 hissəsi X1, 2 otaqdan 1/5 hissəsi Cavabdeh1 və 3 otaq və 2 otaqdan 1/5 hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2361 nömrəli reyestr kitabının 219925 nömrəli vərəqində qeydiyyata alınmışdır. 13.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağı Hüseynov Həsən Dolxan oğlunun və 3 otağı X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2361 nömrəli reyestr kitabının 219925 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanda yerləşən daşınmaz əmlakın 1 otağı Cavabdeh2, 1 otaqdan 1/4 hissəsi İddiaçı1, 1 otaqdan 1/4 hissəsi X4, 1 otaqdan 1/5 hissəsi Cavabdeh1, X1 adına 1 otaqdan 1/20 hissə açıq qalır, 1 otaqdan 1/4 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12503 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otaqdan 5/20 hissəsi İddiaçı3, 2 otaqdan 5/20 hissəsi İddiaçı1, 2 otaqdan 1/20 hissəsi X1 adına açıq qalır, 3 otaq və 2 otaqdan 5/20 hissəsi X4 adına qeydiyyata alınmışdır. 16.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanda yerləşən 1 otağı Cavabdeh2, 1 otaqdan 1/4 hissəsi İddiaçı1, 1 otaqdan 1/5 hissəsi Cavabdeh1, 1 otaqdan 1/4 hissəsi İddiaçı3, X1 adına 1 otaqdan 1/20 hissə açıq qalır, 1 otaqdan 1/4 hissəsi X4 adına daşınmaz əmlakın dövlət qeydiyyata alınmışdır. 17.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras əmlakı: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********60-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı mənzil ünvanında yerləşən ümumi sahəsi 173.1 kv.m olan mənzilin 3 otağından və 2 otağının 5/20 hissəsindən ibarətdir. 18.Mülki işin materiallarında olan AZ-İİ seriyalı, 217381 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 19.Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 vərəsələri İddiaçı1 ¼ payda, İddiaçı3 ¼ payda, X10 ¼ payda irs almalıdırlar. Miras əmlak: ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, ev 21 mənzil ünvanında yerləşən mənzildən mərhum X3 məxsus olan 2 otaqdan 1/5 hissədən ibarətdir. 20.Mülki işin materiallarında olan 15 dekabr 2018-ci il tarixdə verilən 498 nömrəli arayışdan görünür ki, Hüseynov Həsən Dolxan oğlu və X1 nikahı haqqında xx.xx.2005-ci il tarixdə 322 nömrəli aktın qeydi tərtib olunmuşdur. 21.Mülki işin materiallarında olan 21 dekabr 2018-ci il tarixdə verilən 893-05/Q-70 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür. 22.Mülki işin materiallarında olan AZ-İ seriyalı, 764237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Həsən Dolxan oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 23.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7260 nömrəli ekspert rəyindən görünür ki, ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı ünvanda daşınmaz əmlak cavabdehlər tərəfindən təqdim edilmədiyi üçün hazırda mövcud vəziyyətini və texniki parametrlərini müəyyən etmək mümkün olmamışdır. ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən daşınmaz əmlakın 1 otağının hazırda mövcud vəziyyəti və texniki parametrləri müəyyən olundu. ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı ünvanda yerləşən daşınmaz əmlak cavabdehlər tərəfindən təqdim edilməmişdir. ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı ünvanda mənzilin 2 otağından 1/5 hissə paya düşən yaşayış sahəsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndində tələb olunan 8.0 kv.metr sahədən az olduğunu nəzərə alaraq, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. Tədqiq olunan digər tikili, ünvan 13 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələbləri texniki cəhətdən mümkün deyil. 24.Mülki işin materiallarında olan iddiaçılar tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2023-cü il tarixli təklif ərizəsindən görünür ki, iddiaçılar ünvan 16i rayonu, Abbas Səhhət küçəsi 21 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının onlara düşən payın hazırki bazar qiymətinə uyğun 12500 manat dəyərinin kompensasiya olaraq və ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın onlara düşən payın hazırki bazar qiymətinə uyğun 7000 manat dəyərinin kompensasiya olaraq onlara ödənilməsini təklif etmişlər. 25.Mülki işin materiallarında olan iddiaçılar tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2024-cü il tarixli təklif ərizəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 1/4 hissəsinin İddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı1, ¼ hissəsinin İddiaçı3 düşən payın hazırki bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, ¼ hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 25000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 75000 manat ödənilməsini və ünvan 16i rayonu, Məsut Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın ¼ hissəsinin X9 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, ¼ hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 30000 manat ödənilməsini təklif etmişlər. 26.Mülki işin materiallarında olan iddiaçılar tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli təklif ərizəsindən görünür ki, hazırda ünvan 12 evin 1 otağına payı olduğu üçün onların həmin ünvanda olanda 1 otaq paylarını satın almaqa üstünlük hüquqları vardır. Onların paylarını satın almaq niyyətlərinin olub-olmamasını onlara bildirməyi, yəni təkliflə bağlı münasibət bildirilməsini xahiş etmişlər. Həmin təklif ərizəsindən Cavabdeh2 xx.xx.2024-cü il tarixdə imtina etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 27.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 28.Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 29.Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 30.Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 31.Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 32.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. 33.Hazırki iş üzrə məhkəmə tərəfindən iddiaçılar və cavabdehlərin bərabər paylı mülkiyyətlərində olan əmlakların (Bakı şəhərində Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 21 saylı mənzilin 2 otağının və ünvan 16i rayonu, Məsut Əlizadə küçəsi, 8 saylı mənzilin 1 otağının) ilk növbədə naturada ayrılmasının mümkün olub-olmaması və əmlakların bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə ünvan 16i rayonu, Abbas Səhhət küçəsi, 21 saylı ünvanda mənzilin 2 otağından 1/5 hissə paya düşən yaşayış sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndində tələb olunan 8.0 kv.metr sahədən az olduğu nəzərə alınaraq, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmaması, həmçinin ünvan 13 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə hər birinin payına uyğun olaraq naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələbləri texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. 34.Göründüyü kimi hazırki iş üzrə mübahisəli əmlakların naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 35.Belə olan halda məhkəmə qeyd edir ki, ümumi əmlakın bölünməsi texniki cəhətdən mümkün olmadığından ümumi paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması mümkün hesab edilməlidir. 36.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakların naturada bölgüsü mümkün olmadığından və həmçinin, cavabdehlər tərəfindən iddiaçıların payına uyğun tələb olunan kompensassiyanın verilməsi ilə bağlı da tərəflər arasında razılıq olmadığından, satınalmaqda üstünlük hüququ olanlara müvafiq bildirişlər təqdim edilməklə münasibət bildirilmədiyindən həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir. 37.Məhkəmə iddianın digər hissələri olan naturada bölgü mümkün olmadıqda naturada bölgünün ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 verilməsi, ünvan 11 ünvanında yerləşən 1 otağın Cavabdeh1 verilməsi qaydasında aparılması və yaxud iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 düşən payların birlikdə 3/4 hissədə, Cavabdeh1 düşən 1/4 hissədə olan paydan naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 12500 (on iki min beş yüz) manat dəyərinin kompensasiya olaraq və ünvan 4 ünvanında yerləşən 1 otağın cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 7000 (yeddi min) manat kompensasiya olaraq iddiaçılar tərəfindən ödənilməsi, cavabdehə düşən payın iddiaçılara verilməsi və yaxud ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın 1/4 (dörddə bir) hissəsinin İddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı1, 1/4 (dörddə bır) hissəsinin İddiaçı2 düşən payın hazırkı bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı3, 1/4 (dörddə bir) hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 25000 (iyirmi beş min) manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 75000 (yetmiş beş min) ödənilməsini və ünvan 16i rayonu, Məsud Əlizadə küçəsi, ev 8 ünvanında yerləşən 1 otağın ¼ hissəsinin İddiaçı1 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı1,1/4 hissəsinin İddiaçı3 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı3, ¼ hissəsinin İddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 10000 manat dəyərinin kompensasiya olaraq İddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 30000 manat dəyərinin cavabdeh tərəfindən ödənilməsi, iddiaçılara düşən payın cavabdehə verilməsi, bu da mümkün olmadıqda əmlakların hazırki bazar dəyərinə uyğun açıq hərracdan satılması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 220-ci maddəsinə əsasən payın ayrılmasını tələb edən ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Yəni qanunverici bu norma ilə yalnız ayrılan mülkiyyətçi öz payına uyğun özünə məxsus kompensasiya tələb edə bilər. Digər paylı mülkiyyətçilərin əvəzinə kompensasiya verilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissələrdə təmin edilə bilməz. 38.Həmçinin, məhkəmə qeyd edir ki, müvafiq bazar qiymətinə uyğun həracın müəyyən edilməsi tələbi də əsassız olmaqla təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan əmlakın bazar qiymətinin müəyyən edilməsi (tərəflər bununla bağlı əvvəldən razılığa gəldiklərindən) nəzərdə tutulmuş, bu kimi iddiaya münasibətdə isə gələcəkdə əmlakın satış qiymətindəki paylı mülkiyyətçilər arasında ixtlafların olmasının nəzərə alınması məqsədilə təmin edilməməli və məhkəmə qətnaməsinin icra mərhələsində həll edilməlidir. 39.Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhərində Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 21 saylı və ünvan 16i rayonu, Məsut Əlizadə küçəsi, 8 saylı evlər açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 40.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN-in (bir yüz manat) 50 AZN-i (əlli manat) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, qalan 50 AZN-i (əlli manat) isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 43.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan Bakı şəhərində Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 21 saylı və ünvan 16i rayonu, Məsut Əlizadə küçəsi, 8 saylı evlər açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN-in (bir yüz manat) 50 AZN-i (əlli manat) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, qalan 50 AZN-i (əlli manat) isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.